Axtarış
The search found 105779 results in 0.084 seconds.
Search results
Bu iki rayona qaz verilmir - Foto
Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.
"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Bununla əlaqədar olaraq, saat 13:10-dan etibarən, təqribən, 2500 abonentin qaz təchizatı dayandırılıb.
Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar, nəticədə 85 abonentin qaz təchizatı dayandırılıb.
Muxalifet3 - 25-07-2019
Türkiyə ordusu dayanmır: PKK-çılar məhv edildi
Türkiyə silahlı qüvvələri tərəfindən İraqın şimalında PKK terror təşkilatına qarşı davam etdirilən “Pəncə” əməliyyatı çərçivəsində Metina bölgəsində daha 3 terrorçu zərərsizləşdirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Əməliyyat nəticəsində terror təşkilatına məxsus külli miqdarda silah-sursat ələ keçirilib, bir sıra sığınacaqlar dağıdılıb.
Muxalifet3 - 25-07-2019
Prezident öldü, seçkilərin vaxtı dəyişdirildi - YENILƏNDİ
Tunisdə noyabrın 17-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin vaxtı dəyişdirilib. Buna səbəb Tunisin Prezidenti Beji Kaid əs-Sebsinin vəfat etməsidir.
Bu barədə Tunis Ali Seçki Komissiyasının rəhbəri Nebil Bifun məlumat verib. Onun sözlərinə görə, seçkilərin 90 gün ərzində keçirilməsi nəzərdə tutulub.
Muxalifet3 - 25-07-2019
Səfir: Bakı Berlinin ən mühüm iqtisadi tərəfdaşıdır
Almaniya Azərbaycanla dialoqu genişləndirməyə səy göstərir.
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Volfqanq Maniq bildirib.Muxalifet3 - 25-07-2019
Türkiyə ABŞ-ın bu təklifinə niyə qarşı çıxır? - Böyük SƏBƏB
ABŞ-ın təhlükəsiz bölgə təklifi PKK/PYD-yə qarşı hücumun qarşısını almaq məqsədi güdür. Türkiyə Rusiya və İranı arxasına alaraq tezliklə PKK/PYD-yə qarşı əməliyyat aparmalıdır.
Muxalifet.az xəbər verir ki, bunu türkiyəli siyasi eksper Naim Babüroğlu bildirib.
Babüroğlu vurğulayıb ki, Türkiyə razılığın əldə edilməsi mümkünsüz görünən təhlükəsiz bölgə təklifini arxa plana atmalı və Fəratın şərqinə doğru hərbi əməliyyata başlamalıdır:Muxalifet3 - 25-07-2019
Liviya sahillərində dəhşətli faciə: 150 nəfər...
Liviya sahillərində qəzaya uğrayan gəmidə 150 nəfərin öldüyü ehtimal olunur.
Muxalifet.az xəbər verir ki, bu məlumatı BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi verib.
Məlumatda bildirilir ki, gəmidə olan daha 150 nəfəri xilas etmək mümkün olub. Bundan əvvəl də BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının Tvitter səhifəsində qanunsuz miqrantları daşıyan gəminin Liviyanın Homs şəhərinin sahillərində qəzaya uğradığı bildirilib. Əlavə edilib ki, bu qəza nəticəsində 100-dən çox insan həlak olub, 140 miqrant isə xilas edilərək sahilə çatdırılıb.Muxalifet3 - 25-07-2019
"Qəbələ" gürcülərə məğlub oldu - Yeniləndi
"Qəbələ" və Gürcüstanın "Dinamo" komandalarının Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək ilk oyunu üçün start heyətləri açıqlanıb.
Muxalifet.az xəbər verir ki, Qəbələdə keçiriləcək görüşdə komandalar meydana bu heyətlə çıxacaqlar:
"Qəbələ": 1. Anar Nəzirov (k), 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio Bauk, 14. Ülvi İsgəndərov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev, 77. Merab QiqauriMuxalifet3 - 25-07-2019
Avropanın ən uzunömürlülər ölkəsi hansıdır?
İtaliya Avropanın ən uzunömürlülər ölkəsidir. Son 10 il ərzində öz 100 illik yubileyini qeyd edən italyanların sayı 11 mindən 14 min nəfərə çatıb. Ölkənin 1112 sakininin yaşı 105-i keçib.
Muxalifet.az xəbər verir ki, bu göstəricilər İtaliyanın “Istat” Milli Statistika İnstitutunun dərc etdiyi “Cent'anni e non sentirli” hesabatından götürülüb.
2019-cu il yanvarın 1-nə olan vəziyyətə görə, İtaliyada yaşı 100-ü keçən 14456 insan yaşayır. Onların 84 faizini qadınlar təşkil edir.Muxalifet3 - 25-07-2019
S-400-ün Türkiyədə istehsalı ilə bağlı danışıqlar gedir - Mixeyev
Moskva və Ankara S-400 komponentlərinin Türkiyədə istehsalının təşkili ilə bağlı danışıqlar aparılır.
Muxalifet.az xəbər verir ki, bunu “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev deyib.
"Hazırda bu sistemin bəzi komponentlərinin Türkiyədə lisenziyalı istehsalının təşkili, o cümlədən əməkdaşlığı davam etdirmək barədə danışıqlar aparırıq", - Mixeyev qeyd edib.
Muxalifet3 - 25-07-2019
Rasim Babayev Türkiyədə güllələndi - Video
İstanbulda azərbaycanlı iş adamı Rasim Babayev silahlı hücuma məruz qalıb.
Muxalifet.az xəbər verir ki, iyulun 22-də Mərtər rayonunda iş adamı ailəsilə evə qayıdarkən naməlum şəxs tərəfindən güllələnib.
O, ayağından yaralanıb. Dərhal xəstəxanaya çatdırılan R.Babayevin həyatına təhlükə yoxdur.
İlkin ehtimala görə, insidentə səbəb sahibkarın keçmiş iş ortaqları ilə arasındakı mübahisə olub.
Muxalifet3 - 25-07-2019
ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN: Qadını uşaqların gözləri qarşısında öldürdü və... - VİDEO
Moskvaətrafı Ramenskidə dəhşətli qətl hadisəsi baş verib.
Muxalifet.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə iyulun 25-də Meşə küçəsində uşaq meydançasında qeydə alınıb.
İnternetdə hadisənin anbaan görüntüləri yayılıb. Kadrlardan görünür ki, kişi skamyada oturan qadına yaxınlaşaraq bıçağını çıxardır və ona ardıcıl zərbələr vurmağa başlayır. Qadın aldığı zərbələrdən hadisə yerində ölüb.
Həmin vaxt meydançada uşaqlar oynayırdılar. Onların arasında qurbanın azyaşlı qızı da olub.Muxalifet - 26-07-2019
VERGİLƏR NAZİRLİYİ YENƏ HƏDƏLƏYİR! – Yeni konsepsiya sahibkarlara hansı sürprizləri vəd edir?
Son zamanlar xüsusilə kiçik və mikro sahibkarlıq subyektlərinin Vergilər Nazirliyinin çoxalan xəbərdarlıqları ilə bağlı narahatlıqları artıb. Xatırladaq ki, bir müddət əvvəl vergilər nazirinin özü artıq ilin sonlarından başlayaraq, vergi nəzarətinin gücləndiriləcəyi və sərt tədbirlər görüləcəyilə bağlı xəbərdarlıq etmişdi.
Muxalifet - 26-07-2019
Türkiyə Prezidentinin oğlu Bilal Ərdoğan Gədəbəydə - Video
Bu gün Gədəbəydə ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək.
Muxalifet.az xəbər verir ki, Dünya Entospor Konfederasiyasının sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Gədəbəydə keçiriləcək Yaylaq Festivalına qatılacaq.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Real TV-yə festivalla bağlı danışıb.Muxalifet - 26-07-2019
Əlillər üçün bu əməliyyatlar pullu olacaq - Baş nazirdən yeni qərar
Baş Nazir Novruz Məmmədov "Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ni təsdiq edib.
Muxalifet.az xəbər verir ki, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər aşağıdakılardır:
- xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit "B” və hepatit "C” xəstəlikləri istisna olmaqla);Muxalifet - 26-07-2019
ŞOK: Məsut Özil və komanda yoldaşlarına qarşı SİLAHLI HÜCUM - VİDEO
İngiltərə "Arsenal"ının futbolçusu Məsut Özil silahlı hücuma məruz qalıb.
"Report"un məlumatına görə, hadisə Londonun şimalında türk əsilli yarımmüdafiəçi "Mercedes" markalı avtomobili ilə getdiyi vaxt baş verib. Həmin vaxt maşında Özilin komanda yoldaşı Sead Kolaşinats da olub. Onlara skuterdə olan bıçaqla silahlanmış dəstə hücum edib.Muxalifet - 26-07-2019
Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında - Ermənistan 12 pillə gerilədi
Azərbaycan Ordusunda olan döyüş ruhu, kadr potensialı, hərbi texnika və avadanlıqlar kifayət edər ki, torpaqları işğaldan azad etsin
“Global Firepower” təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahısını açıqlayıb. Sorğunun nəticəsinə görə, Azərbaycan Ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib.
Muxalifet - 26-07-2019
Şəmkirdə DƏHŞƏTLİ HADİSƏ: 20 yaşlı oğlan bibisini öldürdü - YENİLƏNİB
Şəmkir şəhərində qətl törədən şəxs saxlanılıb.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, dünən axşam saatlarında şəhərin Səttarxan 25 ünvanında qətlə yetirilən 1994-ci il təvəllüdlü Aynurə Zamanovanı çox saylı bıçaq zərbələri ilə qətlə yetirən, 1999-cu il təvəllüdlü Ayxan Zamanov saxlanılıb.
Qeyd edək ki, polisə könüllü təslim olan A.Zamanov qətlə yetirilən qadının qardaşı oğludur və hadisənin qısqanclıq zəminində törədib.
Faktla bağlı Şəmkir rayon Prakurorluğunda araşdırma aparılır.00:52
Muxalifet - 26-07-2019
Afətin də əri HACI İMİŞ: “Səni sevirəm, hacı” - FOTO
Müğənni Afət Fərmanqızının da həyar yoldaşı hacı imiş.
Sənətçi həyat yoldaşıyla çəkdirdiyi fotonu "Səni sevirəm, hacı" yazaraa paylaşıb. Qeyd edək ki, Fərmanqızı Ramal adlı şəxslə dini nikaha daxil olub.Muxalifet - 26-07-2019
Gəncədə 40 yaşlı kişi intihar edib
Gəncə şəhərində intihar hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Şəhər sakini, 1979-cu il təvəllüdlü Sadiq Əsədov yaşadığı evdə özünü tavandan asaraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 26-07-2019
Mikayıl Müşfiqin “qara bəxti” - DNK analizi uzanır...
Mircəfər Bağırovun DNK analizinin cavabı qısa müddətdə verilibsə, eyni ekspertiza nakam şairlə bağlı niyə aparılmasın?
Muxalifet - 26-07-2019