Axtarış

The search found 105779 results in 0.032 seconds.

Search results

  1. Yəmənə edilən 21 hava hücumuna cavab olaraq, Səudiyyə Ərəbistanının hava bazasına hücum

    Yəməndəki Husilərin Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Hamis Muşayt şəhərindəki Kral Xalid Hava Bazasın irimiqyaslı hücum elədiyi bildirilir. İranın dəstəklədiyi Husilərin hərbi mətbuat katibi Yəhya Şerii PUA vasitəsi ilə həyata keçirilən hücumda hərbi təyyarələrin yerləşdiyi məkanın hədəfə alındığını, hücumun Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələrinin son 12 saat ərzində həyata keçirdiyi 21 hava hücumuna cavab olduğunu söyləyib. Koalisiya qüvvələri məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.

    Muxalifet - 25-07-2019

  2. Sürücülərin diqqətinə! - Bakıda bu yollar bağlandı

    Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
    Bunu Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    Muxalifet - 25-07-2019

  3. SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı

    Ağsu rayonunda güclü yanğın başlayıb.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Keçdiməz kəndinin dağlıq ərazisində baş verib. Quru ot sahəsində başlayan yanğın qısa müddətdə ətrafa yayılıb.
    Hadisə yerinə Ağsu və Şamaxı rayonlarından yanğın-mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib.

    Muxalifet - 25-07-2019

  4. Paşinyandan qisas alınacağı ehtimalı artır - ATA EVİNİN YANINDA POLİS POSTU QURULDU

    Ermənistanın şimalındakı İcevanda (Tavuş vilayəti), ölkənin baş naziri Nikol Paşinyanın valideynlərinin yaşadıqları evin yaxınlığında polis postu qurulub.

    Virtualaz.org bildirir ki, bu barədə "Jamanak" qəzeti xəbər yayıb.

    “Sputnik Ermənistan” isə yazır ki, belə bir qərar ötən həftə İcevandakı iğtişaşlardan, bir neçə yüz vətəndaşın meşələrin kəsilməsinə və ağac ixracına icazə tələbi ilə Gürcüstana gedən dövlətlərarası yolu bağlamasından sonra verilib.

    Muxalifet - 25-07-2019

  5. ​Kərəm Məmmədovu Gürcüstana BURAXMADILAR

    Tarixçi alim, Bakı Dövlət Universitetini Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədovu növbəti dəfə Gürcüstana buraxmayıblar. Əslən Dmanisi (Başkeçid) rayonun Gəyliyən kəndindən olan tarixçi alim bir neçə gün öncə ailəsi ilə birlikdə doğulduğu kəndə getmək istəyib. Hurriyyet.org xəbər verir ki, Azərbaycan-Gürcüstan sərhəddində gürcü sərhədçilər alimin Gürcüstan qanunvericiliyinə uyğun olmadığını, “arzuolunmaz şəxs” elan olması səbəbi ilə Gürcüstana girişinə yasaq qoyulduğunu bildiriblər.

    Muxalifet - 25-07-2019

  6. YENİ DÜNYA NİZAMI PENTAQON-ROTŞİLDLƏR BALANSI ÜZƏRİNDƏ QURULUR – Türkiyə bu iki gücün rəqabətində önəmli yer tutur

    Ərgün Dilər

    “Takvim”, Türkiyə, 24 iyul 2019-cu il

     

    Gəmilərimiz yenə Şərqi Aralıq dənizindədir. Bu xəbərlər lazım olan yerlərə gedir. Türkiyə Cümhuriyyəti dövlət olaraq etməli olduğu nə varsa, edir. Bir jurnalist kimi gördüklərimi sıralamaq istəyirəm.

    Muxalifet - 25-07-2019

  7. 19 min müəllimdən üçü maksimum bal topladı

    Builki müəllimlərin işə qəbulu imtahanlarında 41 288 namizəd iştirak edib. İmtahanda iştirak edən namizədlərdən 18 881 namizəd (46 faiz) uğur qazanaraq, növbəti mərhələyə vəsiqə qazanıb. Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva mətbuat konfransında deyib. Onun sözlərinə görə, uğur qazanan namizədlər arasında üç nəfər maksimal (60 bal) nəticə göstərib: "Bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər".

    Muxalifet - 25-07-2019

  8. Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN: güclü zəlzələ, dərhal ABŞ-ın hücumu və 96 saata işğal

    “Türkiyə S-400-ləri NATO-nun işğal hazırlığına qarşı alıb”.
    Publika.az xəbər verir ki, bu barədə türkiyəli siyasətçi Lütfü Özşahin deyib.
    L.Özşahin qeyd edir ki, Rusiya Türkiyəni işğal edəcəksə, S-400-ləri niyə versin?

    Muxalifet - 25-07-2019

  9. SON DƏQİQƏ: ABŞ bu ölkəyə girdi, Çin... - Dünya ŞOKDA

    Çinin “Ordumuz Tayvanı ayırmaq cəhdlərinə nəyin bahasına olursa-olsun icazə verməyəcək, biz müharibə istəmirik, amma ABŞ istəsə sona qədər döyüşərik” açıqlamasından dərhal sonra ABŞ-ın raketlərlə təchiz edilmiş döyüş gəmisi Tayvan boğazından keçib.
    Publika.az xəbər verir ki, ABŞ-ın bu addımı Çinə meydan oxumaq kimi qəbul edilib.
    Hazırda ABŞ və Çin arasında Tayvan böhranı dərinləşməkdədir.
    Çinin müdafiə naziri Vei Fenqhe ötən ay bəyan etdi ki, Tayvanın Çindən ayrılması cəhdlərinə qarşı çıxacaqlar.

    Muxalifet - 25-07-2019

  10. Arif Alışanov teleaparıcı ilə ailə qurdu

    AzTV QSC-nin sabiq sədri Arif Alışanov yenidən ailə qurub.
    O, "Mədəniyyət” kanalının aparacısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə nikaha girib. Cütlüyün izdivacdan bir oğlu var. Mənbə bildirib ki, həyat yoldaşı A.Alışanov işdən azad edildiyi gün telekanalı tərk edib.

    Muxalifet - 25-07-2019

  11. Mövlud Çavuşoğlu: “Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edir” - YENİLƏNİB

    Türkiyə Respublikası vətəndaşları üçün viza tələbinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti açıqlama yayıb.

    Açıqlamada deyilir:

    Muxalifet - 25-07-2019

  12. Xəzər dənizində itkin düşən pilot bu tanınmışın KÜRƏKƏNİ İMİŞ - FOTO

    Xəzər dənizində itkin düşən Hərbi Hava qüvvələrinə məxsus "Miq-29" təyyarəsinin itkin düşən pilotu tanınmış politoloq Qabil Hüseynlinin kürəkəni imiş.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Ölkə.Az"-a Q.Hüseynli özü məlumat verib.
    Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hadisə ötən gecə baş verib. Qeyd edilir ki, gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

    Muxalifet - 25-07-2019

  13. Məcburi köçkünlərin yaşadığı ev yandı, xəsarət alan var

    Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

    Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, hadisə rayonun Qırmızı Samux qəsəbəsində baş verib.

    Belə ki, ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.  Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. 

    Muxalifet - 25-07-2019

  14. NASA-da işləyən azərbaycanlı kosmonavt xüsusi eksperimentdə - VİDEO

    Moskvada dörd aylıq “SIRIUS-19” eksperimenti sona çatıb. Eksperimentin əsas məqsədi uzun müddət təcrid vəziyyətində qalmanın kosmonavtın psixoloji və fizioloji vəziyyətinə təsirini müəyyən etmək olub.
    Oxu.Az xəbər verir ki, eksperimentdə iştirak edənlərdən biri də həmyerlimiz Allen Mirqədirovdur. O, uzun müddətdir ABŞ-da yaşayır.
    A.Mirqədirov 1979-cu ildə Bakıda doğulub. Altıncı sinfə qədər Bakıdakı 145 saylı məktəbdə təhsil alan Allenin ailəsi 1991-ci ildə ABŞ-a köçüb.

    Muxalifet - 25-07-2019

  15. ​Azərbaycanda Qurban bayramı ilə bağlı MÜHÜM YENİLİK

    Qurban bayramında çadırtipli heyvan kəsimi məntəqələri istifadəyə veriləcək.
    Bu barədə Muxalifet.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.

    Muxalifet - 25-07-2019

  16. Ana oğlunu ölümdən qurtaran gənci axtarır – “Qarşısında baş əymək istəyirəm”

    Dünən Bilgəh çimərliyində dənizdə bir neçə gəncin batması hadisəsi baş vermişdi. Batan gənclərdən biri xilas edilib, digərinin isə meyiti sahilə çıxarılıb.
    Muxalifet.az xəbər verir ki, batanlardan birinin anası Zemfira Məmmədova oğlunu xilas edən naməlum gənci axtarır. 

    Muxalifet - 25-07-2019

  17. Xanlar Vəliyev qəza baş verən əraziyə getdi

    Azərbaycan Respublikasının Hərbi Prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev istintaq qrupu ilə birlikdə Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğradığı əraziyə gedib.
    Bu barədə Muxalifet.az-a Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
    Bildirilib ki, Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb.

    Muxalifet - 25-07-2019

  18. Araz Ağalarov kosmodrom tikməkdən imtina etdi - "BU, “CROCUS GROUP”U MÜFLİS EDƏR"

    “Şərq” Kosmodromunun ikinci mərhələsinin inşası üçün müraciət edənlər arasında əvvəllər adı çəkilən “Crocus Group” şirkətinin rəhbəri, iş adamı Araz Ağalarov layihədə iştirakdan imtina edib.

    Virtualaz.org-un məlumatına görə, A.Ağalarov imtinasını işin uğurla başa çatması üçün kosmik limanın inşasına ayrılan vəsaitin az olması ilə izah edib.

    Muxalifet - 25-07-2019

  19. AZTV-nin keçmiş sədri ilə ailə quran məşhurun GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

    Xəbər verdiyimiz kimi, AzTV-nin sabiq sədri Arif Alışanov yenidən ailə qurub. Muxalifet.az gununsesi.org-a istinadən xəbər verir ki, o, "Mədəniyyət” kanalının aparacısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə nikaha girib. Onun görüntüləri yayılıb. Qeyd edək ki, cütlüyün izdivacdan bir oğlu var. Mənbə bildirib ki, A. Məstanova A.Alışanov işdən azad edildiyi gün telekanalı tərk edib.

    Muxalifet - 25-07-2019

  20. Tamaşaçı: "Səməd Məmmədli bizim fəxrimizdir!"

    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə yarışları izləyən tamaşaçı Gülnarə Dəmirova deyib.
    Tamaşaçı bildirib: "Gimnastımız Səməd Məmmədliyə azarkeşlik etməyə, dəstəkləmyə gəlmişəm. Oğlum da artıq 10 ildir idman gimnastikası ilə məşğul olur və Səmədlə eyni komandadadır. Səmədə uğurlar arzu edirəm, o, bizm fəxrimizdir. Çox məqsədyönlü idmançıdır, şadıq ki, o belə zirvələrə ucalır".
    G.Dəmirovanın sözlərinə görə, həmişəki kimi bu dəfə də Milli Gimnastika Arenasında təşkil olunmuş yarışlar çox yüksək səviyyədə keçir.

    Muxalifet - 25-07-2019

Pages