Axtarış
The search found 105779 results in 0.133 seconds.
Search results
Türkiyəyə “S-400″ün təhvilinin birinci mərhələsi başa çatıb
Türkiyənin Müdafə Nazirliyi ölkəyə “S-400″ zenit raket kompleksinin idxalının birinci mərhələsinin başa catdırıldığı haqqında məlumat yayıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bundan əlavə nazirlikdən “S-400″ batereyasının və Rusiyadan 30 təyyarənin Türkiyəyə göndəriləcəyi də bildirilib.
Məlumatda ABŞ tərəfin “S-400″lə əlaqədar Türkiyəni “F-35″ təyyarələrininin istehsalı proqramından kənarlaşdırılması ilə bağlı 40 heyətin Birləşmiş Ştatlardan geri dönəcəyi də qeyd olunub.Muxalifet - 25-07-2019
Qurban bayramı namazının vaxtı AÇIQLANDI
Azərbaycanda Qurban bayramı avqustun 12-də (zilhiccə ayının 10-u) qeyd olunacaq.
Muxalifet.az bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimə istinadən xəbər verir.
QMİ-dən bildirilib ki, bayram namazı avqustun 12-də saat 09:00-da qılınacaq.
Təzə Pir məscidində qılınacaq namaza QMİ-sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də qatılacaq.
QMİ-dən o da bildirilib ki, idarənin Qazılar Şurası yaxın günlərdə bayramda qurban kəsimi qaydaları ilə bağlı tövsiyələrini açıqlayacaq.Muxalifet - 25-07-2019
Baş nazir qardaşına YÜKSƏK VƏZİFƏ VERDİ
Ötən gün İngiltərənin baş naziri seçilərn Boris Conson hökumətində qardaşına da vəzifə verib.
Publika.az xəbər verir ki, yeni baş nazir qardaşı Co Consonu nazir müavini təyin edib.
İqtisadiyyat, Energetika və Sənaye Strategiyası Nazirinin müavini olan və Təhsil Nazirliyində Universitetlər və Elm Bölməsinin rəhbəri vəzifəsini daşıyacaq Consona sadəcə ali səlahiyyətli nazirlərin yer aldığı Nazirlər Kabineti toplantısına qatılmaq hüququ da tanınıb.Muxalifet - 25-07-2019
Qəzaya uğrayan hərbi təyyarənin pilotunun FOTOSU YAYILDI
Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizində qəzaya uğraması nəticəsində itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevin görüntüsü yayılıb.
Fotonu Azvision.az paylaşıb.
Qeyd edək ki, hadisə iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman baş verib. MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Pilotun axtarışı həyata keçirilir.Muxalifet - 25-07-2019
Türkiyə NATO-dan çıxarılsa... - Ankara AÇIQLADI
Rusiyanın Türkiyəyə göndərdiyi S-400 zenit raket komplekslərinin ilk tədarük mərhələsi bu gün başa çatıb. Tədarük prosesi çərçivəsində Ankaranın Mürtəd Hava Limanına 30 yük təyyarəsi enib. Sistemlərin ikinci batareyası da Ankaraya gətiriləcək. Bundan başqa, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Fransanın təklif etdiyi “SAMP-T” batareyası Cənub-şərqi Anadolu bölgəsinə yerləşdiriləcək. Açıqlamada həmçinin, ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarması iddialarına da cavab verilib. Bildirilib ki, bu qərar NATO-nun cənub qanadına zərbə vuracaq.
Muxalifet - 25-07-2019
KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM... - Söhbət Xalq mahnısından yox, ciddi məsələlərdən gedir
Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovun 5 oktyabr 2017-ci il tarixli sərəncamındakı bəzi “xırda” anlaşılmazlıqlara fikir verməməklə oxuyuruq ki, Qusar şəhəri ərazisində hələ də milli-mənəvi ideolojı tələblərə uyğun gəlməyən küçə adlarına rast gəlinir. Və həmin sərəncamla rayon icra başçısının 30 sentyabr 2016-cı il tarixli 41 saylı sərəncamı ilə M.F.Axundovun adı verilmiş k-6 saylı küçənin adı şəhid Adil Camalovun adı ilə əvəzlənmişdir. Məşhur Ədibin adının cəmi bir sonra küçədən götürməyin səbəbi nədir görəsən?
Muxalifet - 25-07-2019
Vilayət Eyvazovdan yeni təyinatlar
Bakının iki polis bölməsinə yeni polis rəisləri təyin olunub.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovnik-leytenantı Elşən Tağıyev vəzifəsindən azad olunaraq Binəqədi RPİ-nin yeni yaradılan 43-cü Polis Bölməsinin rəisi təyin edilib.
Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Rahid Nağıyev işdən azad edilərək yeni yaradılan Xəzər RPİ-nin Binə Polis Bölməsinin rəisi təyin olunub./ReportMuxalifet - 25-07-2019
Ukrayna Rusiyaya məxsus tankeri saxladı
Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Rusiyaya məxsus NEYMA tankerini saxlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə qurumun “Facebook” səhifəsində məlumat yayılıb.
Qeyd olunur ki, tanker Kerç boğazında Ukrayna gəmilərinin hərəkətinə maneçilik törətdiyi üçün saxlanılıb. “Beynəlxalq dəniz hüququ normalarına zidd olaraq, RF FTX sərhəd qoşunlarının hərbçiləri qanunsuz şəkildə, silahdan istifadə etməklə Ukraynanın hərbi gəmilərinin Kerç boğazındakı hərəkətinə NEYMA tankeri ilə mane olublar”, - məlumatda deyilir.Muxalifet - 25-07-2019
Zakir Həsənov əməliyyatla bağlı təcili qərargaha getdi
Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.
Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.
Muxalifet - 25-07-2019
Paytaxt küçələrinə yeni aparatlar qoyulacaq: plastik qabı at, pul qazan - VİDEO
Məlum olduğu kimi, Bakıda bir çox supermarketlər əhalinin istifadə edilmiş plastik və alüminium içki qablarını təhvil verə biləcəyi xüsusi utilizasiya aparatları və ya fandomatlarla təchiz olunub.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki,bu ekoloji layihə 2017-ci ildən “Ecobox Collection and Recycling” MMC tərəfindən həyata keçirilir.
Layihə barədə Oxu.Az-a danışan MMC-nin direktoru Hacıağa Quliyev bildirib ki, bu günə qədər bir çox supermarket şəbəkələrində 50-yə yaxın belə aparat quraşdırılıb:Muxalifet - 25-07-2019
SOCAR Gürcüstanda yeni qaz kəmərləri sahəsi alıb
Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə şirkəti “SOCAR Georgia Gas” 94 qaz kəməri sahəsi alıb.
Bunu Trend-ə “SOCAR Georgia Gas”dan bildiriblər. Məlumatına görə, qaz kəmərləri sahəsi Gürcüstan hökumətinin qərarı ilə 8,3 milyon dollara satılıb.
Qeyd edək ki, Gürcüstanda qaz kəmərləri bütün ölkə ərazisini əhatə edir və əsas hissəsi Zestafon, Kasp və Lançxut rayonlarında yerləşir.
Muxalifet - 25-07-2019
Bakıda ŞOK HADİSƏ: çılpaq halda küçəyə çıxdı və...
Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi şikayət üzrə qərar elan edilib.
Qərara görə, şikayət təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əzizağa Bünyatov 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib.Muxalifet - 25-07-2019
Geosiyasi təxribatın daxili cəbhəsi və rəsmi Bakının oyunları pozan STRATEJİ ADDIMI
İyulun 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı törədilən insident zamanı sərhədçilərimizin təmkinli davranışı bölgədə ciddi geosiyasi oyunları pozdu. Hərçənd, insidentdən sonra Azərbaycanda müxtəlif siyasi qrupların məsələni gündəmdə saxlaması və radikal çağırışların edilməsi hadisəyə yeni siyasi çalarlar qatır və təxribat planının hədəflərinə yenidən diqqət çəkir.
Muxalifet - 25-07-2019
Vəkil Bürosu yeni torpaq sahəsi istədi, bələdiyyə “yox” dedi - MƏHKƏMƏ
Bakı şəhəri 11 saylı Vəkil Bürosunun məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Məhkəmə iddianı qeyri-mümkün hesab edib. Vəkil Bürosunun istəyi reallaşmayıb.Muxalifet - 25-07-2019
Səfir Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsinə münasibət bildirib
“Bu gün tarixi gündür. Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ikitərəfli münasibətlər baxımından çox önəmli və simvolik mənaya sahibdir".
Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.Muxalifet - 25-07-2019
“Bura bax, qırışıq köynəkli “çuvak”…” – Döyüşçülər Zelenskini «topa tutublar»…
Müstəqillik gününə həsr olunmuş hərbi paradı ləğv etdiyinə görə, millətçilər Ukrayna prezidenti Vladimir Zelenskidən inciyiblər və öz yürüşlərini keçirmək qərarına gəliblər. Sosial şəbəkələrdə «ATO veteranları» adlandırılanlar (Donbasda hərbi əmədiyyatlarda iştirak etmiş şəxslər) birləşərək, avqustun 24-də Kiyevin mərkəzində «İradə Marşı» keçirməyi təklif edirlər.
Muxalifet - 25-07-2019
Casus oyunları: İran kəşfiyyatı Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərini Ermənistanda necə izləyib...
İran kəşfiyyatı bu günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 17 agentini yaxaladığını elan edib. İyulun 21-də İran rəsmi KİV-ləri agentlərin yaxalanması əməliyyatına dair vidosüjeti nümayiş etdirib və kadrlara əsasən agentlərin bir qisminin izlənilməsi Ermənistan ərazisində həyata keçirilib. Bildirilir ki, agentlərin heç biri bir-biri ilə əlaqəli olmayıb, onlarMərkəzi Kəşfiyyat İdarəsinin zabitləri ilə ayrı-ayrılıqda işləyiblər. Agentlərin bir hissəsi Amerika vizası almağın əvəzində əməkdaşlığa razı olub.
Muxalifet - 25-07-2019
Rusiyanın “oğru taxt-tacı”na 5 namizəd: Onların arasında “Lotu Quli” də var
Rusiyanın bir nömrəli mafiozu “Şişkan” ləqəbli Oleq Şişkanovun həbsindən sonra onun yerinə 5 namizəd var.
Muxalifet.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, onların arasında Nadir Səlifovun (“Lotu Quli”) da adı çəkilir.
Siyahıdakıların ikisi gürcü əsilli “qanuni oğru”dur. Bunlar Vaja Biqanişvili (“Vaja Tbilisski”) və Ramaz Dzneladzedir (“Ramaz Kutaisski”). Biri isə “slavyan sektor”unun təmsilçisi “Voskres” ləqəbli Vasili Xristoforovdur.Muxalifet - 25-07-2019
İtkin pilotumuzun həyat yoldaşından açıqlama - “Nə baş verdiyini hələ də anlaya bilmirəm...”
“Çox vətənpərvərdi. Sənətini, işini çox sevir... Nə baş verdiyini hələ də anlaya bilmirəm...Məni bağışlayın, danışa bilmirəm...”
Muxalifet.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında dünən gecə saatlarında Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəzaya düşən polot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva deyib.
Göz yaşları ilə sözünün davamını gətirə bilməyən hərbçi xanımı həyat yoldaşının sağ-salamat qayıdacağına ümid etdiyini bilirib.
Muxalifet - 25-07-2019
Dənizdə batan üç gəncdən ikisinin meyiti tapıldı
Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə batan 3 nəfərdən ikisinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Muxalifet.az-a FHN-nin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, digər şəxsin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.Muxalifet - 25-07-2019