Axtarış

The search found 105779 results in 0.028 seconds.

Search results

  1. ​TOYDA DƏHŞƏT: Bəyi tapanca ilə vuraraq öldürdülər - ŞOK TƏFƏRRÜAT

    Türkiyədə bəy öz toyunda öldürülüb. Avropa.info xəbər verir ki, hadisə Ankaranın Sincan rayonunda yaşanıb. Toy mərasimi keçirilən Hüseyn Furqan Koca 27 yaşlı Məhəmməd G tərəfndən tapanca ilə vurularaq qətlə yetirilib. Polis 3 nəfəri saxlayıb, Məhəmməd G isə hadisə yerindən qaçıb. İddiaya görə, qohumlar arasındakı qalmaqal toydan bir gün əvvəl keçirilən xına gecəsindən başlayıbmış. Toyda yenidən qalmaqal düşüncə Məhəmməd G ortalığı sakitləşdirmək üçün havaya atəş açıb. Lakin, istiqamətini dəyişən güllə bəy Hüseyn Furkan Kocaya dəyib. Hüseyn Furkan Koca xəstəxanada həyatını itirib.

    Muxalifet - 24-07-2019

  2. ABŞ-dan Ermənistana SENSASİON ZƏRBƏ: Azərbaycanı seçdilər və...

    “ABŞ-İran münasibətləri kifayət qədər gərgindir, buna görə Azərbaycan Vaşinqton üçün əhəmiyyətli faktora çevrilib. Lakin Ermənistanla bağlı vəziyyət eyni deyil. İrəvana Tehranın müttəfiqi kimi baxırlar”.
    Bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer ABŞ-ın Azərbaycana 100 milyon dollardan artıq maliyyə yardımı ayırmasını şərh edərkən deyib.

    Muxalifet - 24-07-2019

  3. “Azəristiliktəchizat” siyasi partiyanı maliyyələşdirir? - TENDER QALMAQALI

    Dövlət satınalmaları ilə bağlı keçirilən tenderlərdə baş verən maxinsiyalar, qeyri-şəffaflıq halları tez-tez ölkə mediasının və eləcə də ictimaiyyətin müzakirə mövzusuna çevrilib. 
    Bu sahədə baş verən qanunsuzluqlar barədə bir sıra millət vəkilləri, Maliyyə nazirliyinin saləhiyyətli nümayəndələri artıq dözülməz vəziyyətin yarandığını vurğulayırlar. Ekspertlər bildirirlər ki, dövlət satınalmalarının böyük hissəsi sifarişçi tərəfin qohum-əqrabalarına, tanışlarına verilir. 

    Muxalifet - 24-07-2019

  4. Azərbaycanda bəzi vəzifələr ləğv olunmalıdır! - Millət vəkilindən təklif

    Xəbər verdiyimiz kimi Fransanın fəaliyyət və dövlət hesabları naziri Jerald Darmanən 2022-ci ilə qədər 15 min dövlət məmuru vəzifəsinin ləğv olunacağını açıqlayıb.
    Bəs görəsən, Azərbaycanda da belə bir islahata ehtiyac varmı? 
    Mövzu ilə bağlı "Yeni Sabah"a açıqlama verən millət vəkili Fazil Mustafa Azərbaycanda buna çoxdan ehtiyac olduğunu bildirib:

    Muxalifet - 24-07-2019

  5. Kriminal avtoriteti həbsdən azad etdi - SABİQ PREZİDENT ÖMÜRLÜK CƏZA GÖZLƏYİR

    Kriminal avtoriteti həbsdən azad etməkdə ittiham olunan dövlət başçısını ömürlük həbs cəzası gözləyir.
    “Ölkə.az” xəbər verir ki, Qırğızstanın sabiq prezidenti Almazbek Atambayev bu gün ölkə ərazisindəki Rusiyaya məxsus aviabazaya gələrək, oradan Moskvaya uçub. Jurnalistlərə açıqlama verən sabiq prezident deyib ki, Moskvada bir-iki günlük işləri və bizə görüşəcəyin adamlar var. 
    Kriminal avtoriteti həbsdən azad etdi

    Muxalifet - 24-07-2019

  6. Ruslan Xasbulatov: “DTK Ermənistanda və Qarabağda rəhbərləri və təxribatçıları həbs etməli idi” - VİDEO

    “SSRİ-yə ən güclü zərbəni özgə ərazilərini ələ keçirmək məqsədilə açıq silahlı münaqişəyə başlamış ermənilər vurub. Orada ermənilər yaşasa da, Konstitusiya, qanun baxımından Dağlıq Qarabağ Azərbaycanın ərazisi idi”.

    Bunu jurnalist Ruslan Qurbanova müsahibəsində Rusiya Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatov deyib. Müsahibənin tam versiyası YouTube videohostinqində yerləşdirilib. 14-cü dəqiqədən başlayaraq baxın.

    Muxalifet - 24-07-2019

  7. SSRİ-nin ikinci şəxsi olan kobud mexanik bir qabanın güdazına necə getdi? – Kiriçenkonu taxtdan endirən ov

    Tarixə nəzər salsaq, siyasi liderlərin, dövlət məmurlarının çəkişmələrini, siyasi mübarizələrini çox müşahidə etmək olar. Bu isə anlaşılan və təbiidir, çünki siyasət elə həm də mübarizə deməkdir. Amma bəzən məmurlar siyasətdən kənar elə konfliktlərə gediblər ki, çoxlarımız bunu ağlımıza belə gətirə bilmərik. Hətta belə konfliktlər eyni siyasi əqidəli iki siyasətçinin yollarını ayırıb. Nikita Xruşovla Aleksey Kiriçenkonun yolları ayrıldığı kimi...

    Baş vermiş konflikt haqqında yazmazdan əvvəl Aleksey Kiriçenkonun həyat və siyasi fəaliyyətinə nəzər salaq.

    Muxalifet - 24-07-2019

  8. ​Kəmaləddin Heydərovdan yeni təyinat - FOTO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub.
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun əmri ilə bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.
    Təyinat xəbərini FHN-dən təsdiqləyiblər.

    Muxalifet - 24-07-2019

  9. Azərbaycanda kafedə DƏHŞƏTLİ HADİSƏ – Səbəbsiz yerə öldürdü

    Quba rayonunda qətl törədilib.
    Muxalifet.az publika-ya istinadan xəbər verir ki, iyulun 22-də saat 23 radələrində Quba rayonunun Aşağı-Atuc kəndi ərazisindəki kafelərdən birinin qarşısından Aşağı-Xuc kənd sakini Babək Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Quba RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş C.Əhmədxanov saxlanılıb.

    Muxalifet - 24-07-2019

  10. Sərhədçilərimiz helikopterlə Keşikçidağa endilər – Keşişlər ərazidən uzaqlaşdırıldı - FOTOLAR

    Bir qrup Gürcüstan vətəndaşı tərəfindən iyul ayının 14-də Keşikçidağda Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentdən sonra Dövlət Sərhəd Xidməti ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb.

    Muxalifet.az-ın “AzeriDefence”ə istinadən məlumatına görə, Gürcüstan mediası bununla bağlı bəzi görüntülər paylaşıb.

    Muxalifet - 24-07-2019

  11. ​Namiq Qaraçuxurlunun köhnə evindən GÖRÜN NƏ ÇIXDI - FOTO

    Namiq Qaraçuxurlu köhnə evində etdiyi kiçik axtarış zamanı gənclik fotosunu tapıb. Milli.Az xəbər verir ki, sənətçi gənclik illərində çəkdirdiyi fotosunu evdə köhnə şkafdan tapdığını bildirib. Namiq sözügedən fotonu instaqram hesabından "Köhnə evdə köhnə şkafın qurdalanmasının nəticəsi" şərhi ilə paylaşıb.

    Muxalifet - 24-07-2019

  12. Arvadı evdən gedən kişi gecə yarısı görün nələr etdi - Bakıda ŞOK OLAY

    Bakıda qətl hadisəsi törətməyə cəhd etməkdə təqsirli bilinən Maştağa qəsəbəsi sakini, 1977-ci il təvəllüdlü Elvin Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, Elvin Səlimov 2 iyun 2016-cı il tarixdə ailə münasibətlərinin pozulması zəminində arvadı Səmayə Səlimova uşaqları ilə birlikdə qardaşı Səlim Səmədovun evinə getməsindən sonra, onları evinə qaytarmaq üçün bir neçə dəfə arvadı və qaynına zəng vursa da, sonuncular onun telefon zənglərinə cavab verməyib.

    Muxalifet - 24-07-2019

  13. ​Türkmənbaşı özbəkistanlı həmkarına zəng edib

    Ötən həftə vəfat etdiyi deyilən Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Özbəkistan prezidenti ilə danışıqlar aparıb. Özbəkistan prezidenti Şövkət Mirziyoyevin saytında bildirilib ki, çərşənbə günü özbək və türkmən liderləri telefonla söhbət ediblər. Berdıməhəmmədov Mirziyoyevi ad günü münasibətilə təbrik edib və onunla “beynəlxalq və regional siyasətin aktual məsələlərini” müzakirə edib. Virtualaz.org mənbəyə istinadən bildirir ki, telefon danışığının gedişində siyasətçilər iki ölkə arasında əməkdaşlığın möhkəmlənmnəsindən “dərin məmnunluq hissi” keçirdiklərini qeyd ediblər.

    Muxalifet - 24-07-2019

  14. Rusiya Ermənistandan göndərilən çiyələyi geri qaytarıb

    Rusiya Ermənistandan göndərilən çiyələyi geri qaytarıb. AZƏRTAC "Rospotrebnadzor” fitosanitar xidmətinin saytına istinadla xəbər verir ki, Rusiya tərəfi bunun həmin məhsulda mineralların və vitaminlərin normalara cavab vermədiyi ilə əlaqələndirib. Erməni tərəfi də etiraf edib ki, həmin məhsulların sanitar-kimyəvi tərkibi onların yetişdirildiyi torpaqla bağlıdır.

    Muxalifet - 24-07-2019

  15. ​FHN-də YOXLAMA - Kursantların pulunu kim mənimsəyib?!

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Naziriliyində hüquq-mühafizə orqanları əməkdaşları yoxlama aparıb
    Ötən ay saytımızda yayımlanış FHN KURSANTLARININ PULUNU KİM "YEYİB”? – "Ödənişi şefə qaytardım” başlıqlı yazı saytda yerləşdirildikdən 2 gün sonra aidiyyəti qurumlar hərəkətə keçib:

    Muxalifet - 24-07-2019

  16. ​Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Nəvə nənəsini öldürüb, cəsədini YANDIRDI

    Bakıda nənəsini öldürməkdə ittiham edilən Eldar Əfəndiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Unikal.org-un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında E.Əfəndiyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti iclası iyulun 30-na təyin edilib. Qeyd edək ki, hadisə ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş verib. Həmin ünvanda yanğın baş verib.

    Muxalifet - 24-07-2019

  17. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan tapançalarının qaytarılmasını tələb etdi

    Ermənistanın keçmiş prezidenti Robert Köçəryan istintaq orqanlarından ondan götürülmüş bir neçə ədəd silahın geri qaytarılmasını tələb edib. Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu bəyanatı ölkədə konstitusiya quruluşunun devrilməsi ittihamı ilə həbs edilmiş Ermənistan dövlətinin keçmiş başçısı əmlakına qoyulmuş həbs üzrə verdiyi vəsatətə baxılan vaxt verib. Müzakirələrin gedişində Köçəryana məxsus adlı silahların onun özünə qaytarılması məsələsi qaldırılıb. Silahlar ötən il müsadirə edilib və hüquq-mühafizə orqanlarında saxlanır.

    Muxalifet - 24-07-2019

  18. SON DƏQİQƏ: 2 təyyarə havada toqquşdu

    Fransanın cənub-şərqində, Larş şəhəri yaxınlığında təyyarə qəzası baş verib.
    Muxalifet.az TASS-a istinadən xəbər verir ki, iki kiçik təyyarə havada toqquşub.
    Hadisə nəticəsində 3 nəfər itkin düşüb.
    Onların axtarışı təyyarənin qalıqlarının tapıldığı İtaliya ilə sərhəd yaxınlığındakı dağlıq ərazidə aparılır. Axtarış əməliyyatında helikopter də iştirak edir.

    Muxalifet - 24-07-2019

  19. Gürcüstan parlamentində seks skandalı: Qadın deputatın videosu yayıldı

    Gürcüstan parlamentinin qadın deputatı Eke Beseliyanın gizli çəkilişlə əldə edilən videogörüntüsünü yayan şəxsin kimliyi bəlli olub. Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Söhbət bu ilin yanvar ayında Eke Beseliyanın sosial şəbəkədə yayılan viodeogörüntüsündən gedir. Gürcüstan DİN videonun yayılmasından dərhal sonra cinayət işi açmışdı. İstintaq çərçivəsində bu günədək 19 nəfər saxlanılıb, onlar şəxsi məlumatları ələ keçirmə və yaymada ittiham olunur.

    Muxalifet - 24-07-2019

  20. ​“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

    İsti yay günlərini paytaxtdan kənarda keçirmək istəyənlər “Nar Wi-Fi” ilə yüksəksürətli internetə çıxış əldə edə bilər. İstirahət üçün bağa, başqa mənzilə və ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlərin “Nar Wi-Fi” internet paylayıcısını özləri ilə götürmələri yetərlidir. Qısa müddətdə “Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq. Bu avadanlıq  sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir.
     

    Muxalifet4 - 24-07-2019

Pages