Axtarış

The search found 105779 results in 0.093 seconds.

Search results

  1. Ukraynada oliqarxların hökmranlığına son qoyulur

    Zelenski Səs Partiyasının lideri Vakarçuka müttəfiqlik təklif edib İyulun 21-də Ukraynada keçirilən növbədənkənar parlament seçkilərinin hələ rəsmi təsdiqlənməmiş nəticələrinə görə Ukrayna prezidenti Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası qalib gəlib. 450 yerlik parlamentin 225 deputatının seçildiyi proporsional sistemdə Xalq Xidmətçisi Partiyası 42,5% səs qazanıb. Ali Radaya düşmək üçün gərəkli 5 faizlik həddi daha dörd partiya keçə bilib.

    Muxalifet - 24-07-2019

  2. ​Qarabağda daha bir erməni əsgər ÖLDÜRÜLDÜ

    Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni əsgər öldürülüb. Bu məlumatı qondarma rejimin Müdafiə Nazirliyi yayıb. Əsgərin hansı şəraitdə öldürüldüyü açıqlanmayıb. Öldürülən əsgərin adının Volodya Qaloyan olduğu vurğulanıb./axar

    Muxalifet - 24-07-2019

  3. TÜRKİYƏ AMERİKADAN BİRDƏFƏLİK ÜZ DÖNDƏRİR? – Putinin NATO-nu parçalamaq planı reallaşır

    NATO-nun iki üzvü arasındakı münasibətlərin pisləşməsi Tramp administrasiyasının Amerikanın ən mükəmməl qırıcısının Türkiyəyə verilməsini ləğv etməsindən sonra başlayıb. Bu, Türkiyə prezidenti Ərdoğanın Rusiyanın S-400 zenit-raket kompleksini almasına qarşı atılmış addımdır. Rusların bu Hava Hücumundan Müdafiə sistemi NATO sistemlərinə uyğun gəlmir. S-400 dünyadakı ən yaxşı silah növlərindən biri hesab olunur və bu sistem bir neçə hədəfi eyni anda həm izləyə, həm də vura bilər.

    Muxalifet - 24-07-2019

  4. Bakıda gənc qız binanın damına niyə çıxdı? - Sevgilisi onu...

    Dünən Bakı şəhər Xətai rayonunda gənc qızın binanın damına çıxaraq özünü atmaq istəməsi hadisəsi ilə bağlı bəzi məqamlar dəqiqləşib.
    Ukrayna dairəsi yaxınlığındakı doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd edən gənc qızın sevgilisi ilə probleminin olduğu müəyyənləşib.
    Hadisədən sonra polis şöbəsinə dəvət edilən qız sevgilisinin onu atması səbəbindən belə bir addım atdığını deyib.
    Qeyd edək ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı söhbət nəticəsində qızı binanın damından endirmək mümkün olub./Publika

    Muxalifet - 24-07-2019

  5. 17 yaşında atasına görə həbsxanaya düşən, “Şuşa krıtısı”nda gəncliyi keçən Masallı Mamedlə bağlı bilmədikləriniz - İllər sonra yayılan VİDEO

    Məşhur Azərbaycanlı qanuni-oğru  Masallı Mamedin illər öncə çəkilmiş videosu yayılıb. 
    Videoda kriminal avtoritetin məclislərin birində oğru aləmi  ilə söhbəti əks olunub. "Qulaqdan sırğa qoparıb, cibdən pul götürüb qaçanların bu aləmlə əlaqəsi yoxdur", deyərək gənclərə müraciət edib.

    Muxalifet - 24-07-2019

  6. Sürücülərin DİQQƏTİNƏ: artıq kameralarda bu da izlənilir - FOTOFAKT

    Təhlükəsizlik kəməri taxmayan sürücülər artıq kameralar vasitəsi ilə də izlənir. Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, ötən gün Fətəli Xan Xoyski küçəsində kameraya düşən sürücü təhlükəsizlik kəməri taxmadığına görə 40 manat məbləğində cərimələnib. Həmin sürücü cərimə məktubunun şəklini sosial şəbəkələrdə paylaşaraq sürücüləri diqqətli olmağa və təhlükəsizlik kəməri taxmağa çağırıb.

    Muxalifet - 24-07-2019

  7. SON DƏQİQƏ: İndoneziyada güclü zəlzələ baş verdi

    İndoneziyada yeraltı təkanlar qeydə alınıb. Şərqi Yava əyalətində yerləşən Sumberasri bölgəsinə 11 km məsafədə 5,1 bal gücündə zəlzələ olub. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) bildirib ki, zəlzələnin episentri yerin 103,2 km dərinliyində olub. Tələfat və fəsadla bağlı məlumat verilməyib./publika

    Muxalifet - 24-07-2019

  8. Abituriyentlərin nəzərinə! - Kolleclərə ixtisas seçimi başladı

    Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərin) ixtisas seçimi başlayıb. 
    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, proses avqustun 5-i saat 23.59-dək internet vasitəsilə həyata keçirilcək.

    Muxalifet - 24-07-2019

  9. ​Tanınmış meyxanaçı Pərviz Bülbülə Musa Musayevlə rəqs etdi - FOTO

    Müğənni Təranə Qumralın nəvəsi Mircavadın kiçik toy mərasiminə bir sıra məşhurlar da qatılıb. Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, onların arasında tanınmış meyxanaçı Pərviz Bülbülə də olub. O, təbrikini meyxanayla səsləndirdikdən sonra Musa Musayevlə rəqs edib. Toydan fotoları təqdim edirik.

    Muxalifet - 24-07-2019

  10. Dubay şeyxi onu atıb qaçan arvadı ilə gizlicə boşandı - Şahzadə Haya cangüdənlə evlənir

    Birləşmiş Ərəb Əmirliklərinə daxil Dubay əmirliyinin rəhbəri şeyx Məhəmməd ibn Rəşid əl-Məktumun ölkəni tərk edərək, İngiltərəyə qaçan arvadı şahzadə Haya ilə boşanmaları haqqında yeni məlumatlar üzə çıxıb.

    Dubay şeyxi Maktumun həyat yoldaşı şahzadə Haya ilə 30-31 iyulda Londonda boşanacaqları bildirilmişdi.
    Muxalifet.az musavat.com-a istinadən xəbər veri ki, Dubay şeyxi ilə şahzadə Haya iyulun 20-də qapalı məhkəmədə boşanıblar.

     

    Muxalifet - 24-07-2019

  11. Müsəlman şahzadədən ŞOK SÖZLƏR - Türkləri terrorçu adlandırdı

    Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zahid əl Nahyan uyğur türklərini terrorçu adlandırıb.
    Şahzadə Çinin uyğur türklərinə qarşı siyasətini dəstəklədiyini açıqlayıb.
    Çində rəsmi səfərdə olan Məhəmməd ibn Zahid BƏƏ-Çin arasında terrorla mübarizədə əməkdaşlığın möhkəmlənməsində maraqlı olduqlarını bildirib./Publika

    Muxalifet - 24-07-2019

  12. Türkiyənin "Tofaş" şirkəti fəaliyyətini dayandırdı - BÖHRAN

    Türkiyənin "Tofaş" avtomobil şirkəti fəaliyyətini dayandırıb.

    Trend-in məlumatına görə, şirkətin işi müvəqqəti dayandırılıb.

    Belə ki, "Tofaş" avqustun 5-dən 25-dək 20 gün fəaliyyət göstərməyəcək.

    Şirkətdən bildiriblər ki, qərar işçilərin illik məzuniyyəti ilə əlaqədar qəbul olunub.

    Muxalifet - 24-07-2019

  13. ​DƏHŞƏT: Bizon 9 yaşlı uşağı havaya uçurdu - ANBAAN VİDEO

    ABŞ-ın "Yellowstone" parkında gəzən turistlərə bizon hücum edib, 9 yaşlı uşaq ağır yaralanıb. Muxalifet.az yeniavaz-a istinadən xəbər verir ki, ABŞ-da yerləşən "Yellowstone" parkında dəhşətli anlar yaşanıb. Heyvanları görmək üçün gələn 50 nəfərlik qrup 20 dəqiqə ərzində parkta bizonları izləyiblər. Bu vaxt tonlarca ağırlığındakı bizonlardan biri insanlara hücum edib. Turistlərin hərəsi bir tərəfə qaçarkən 9 yaşlı uşağı hədəf alan bizon onu buynuzlarına alıb havaya atıb. Məsul şəxslərin müdaxiləsi ilə uşaq hadisə yerindən qaçırdılaraq xəstəxanaya aparılıb.

    Muxalifet - 24-07-2019

  14. ​Qarabağ əlillərinə avtomobillər verildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı 50 minik maşını Qarabağ müharibəsi əlillərinə təqdim edilib. 
    Avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdırıb.

    Muxalifet - 24-07-2019

  15. ​Putini öldürmək istədilər - ŞOK PLANIN ÜSTÜ AÇILDI

    Rusiya Prezidenti Vladimir Putinə qarşı hazırlanmış sui-qəsd planının üstü açılıb.
    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, Yekaterinburq şəhərində iki nəfərin iyulun 9-da Putinin keçdiyi yolun kənarında partlayıcı maddə yerləşdirdiyi bəlli olub.
    Sverdlovsk vilayətinin polis idarəsinin mətbuat katibi Valeri Qorelixin açıqlamasına görə, bu olayda şübhəli bilinən iki nəfər təsbit edilərək, həbs edilib:

    Muxalifet - 24-07-2019

  16. Ermənilər hansı Azərbaycan mahnılarını oğurlayıblar? - SİYAHI

    Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi məşhur "Vokaliz” mahnısı yenidən ermənilər tərəfindən oğurlanıb. Bu dəfə mahnını erməni müğənnisi Siruşo (Siranuş Harutyunyan) "Yurmala” festivalında ifa edərək, onu erməni mahnısı kimi təqdim edib. Məsələ ilə bağlı xalq artisti bu cür reaksiya verib: "Məncə, bizə o da azdır - hətta səhnədə olan bəzi ortabab səviyyəli ”müğənnicik"lər "Vokaliz” kimi caz-folk olan mürəkkəb əsərə ad qoyub, guya ələ salmaq istəyirdilər - "Takka tukka”. Daha demirdilər ki, əvvəl icad etmək, sonra da ifa edə bilmək üçün anadan təzədən doğulmalıdırlar".

    Muxalifet - 24-07-2019

  17. Şəbnəm makiyajsız halıyla insanları "qorxutdu" - FOTO

    Müğənni Şəbnəm Tovuzlu makiyajsız fotosunu paylaşıb. Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, ifaçı "İnstaqram" səhifəsindən paylaşdığı fotosunu belə şərh edib: "Bəzən kənardan göründüyü kimi yaşamağa çalışanlara baxıram. Amma özləridə bilmirlər ki, göründükləri kimi deyillər. Bu da çox ürəkağrıdıcıdır". İfaçının bu fotosu izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər onun pis göründüyünü qeyd ediblər.

    Muxalifet - 24-07-2019

  18. "100 minlik obyekt və 2 mənzil verildi"- türkiyəli iş adamı zərərçəkmişlərlə barışır

    72 nəfəri aldatmaqdan ittiham edilən türkiyəli iş adamı hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib. Zərərçəkmiş Elçin Heydərov ifadəsində bildirib ki, 2007-ci ildə ev alıb. Amma sonradan mənzillərinin sənədlərini ala bilməyib və həmin mənzillərin başqa sahiblərinin olduğunu öyrənib.

    Muxalifet - 24-07-2019

  19. FARS KÖRFƏZİNDƏ III DÜNYA SAVAŞI YETİŞİR: Amerika Tehranı açıqca fitnəkar hərəkətlərə vadar edir – Təhlil

    Anton Çablin

    svpressa.ru, 23.07.2019

    ABŞ-da start götürən seçki kampaniyası Donald Tramp administrasiyasının açıqca tamdəyərli savaşa təhrik etdiyi İranla bu ölkənin münasibətlərinin kəskin sərtləşdiyini göstərir. Ştatların elektoratının Yaxın Şərqdəki “ümumi düşmənə” qarşı səfərbərliyi yeni mühafizəkarlara əlverişlidir.

    Bir tankeri ələ keçirib, ikincisinə cəhd ediblər

    Muxalifet - 24-07-2019

  20. ​Azərbaycanda ailələr arasında dava - Xəsarət alanlar var

    Füzulidə kütləvi dava olub. Muxalifet.az Apa-ya istinadən xəbər verir ki, rayonun Qayıdış qəbəsində yaşayan Elman Ağayev və oğlu Samir Ağayev münaqişə zəmində Xocavənd rayon sakinləri Aydın İbrahimov və qardaşı Səməndər İbrahimovla dalaşaraq bir-birilərinə müxtəlif bədən xəsarətləri yetirib. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 24-07-2019

Pages