Axtarış
The search found 105779 results in 0.132 seconds.
Search results
“MKT-Ucar”-ın 300 nəfər səhmdarı filial direktorundan narazılıq edir – PREZİDENTƏ ŞİKAYƏT
“MKT-Ucar” filialının səhmdarları tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən səhmdarlar filial direktorundan narazılıq edir:
“Bu şikayət ərizəmizdə yazıb bildirik ki, “MKT-Ucar” filialının direktou Rövşən Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə edib pulumuzu vermir, haqqımızı mənimsəyir. Nəticədə də 300 nəfərə yaxın səhmdarın hüquqları pozulmuşdur.Muxalifet4 - 26-07-2019
Hava ilə bağlı QORXUNC XƏBƏRDARLIQ
Fransanın məşhur Notr-Dam kafedralı yenidən yana bilər.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, buna ehtimal verən səbəb Avropanın kəskin istilərdən əziyyət çəkməsidir.
Memarlar Parisdə havanın temperaturunun 42 dərəcə olmasına görə bəzi təmir-inşaat materiallarının yana biləcəyini xəbərdarlıq edir.
Qeyd edək ki, Notr-Dam kafedralı 15 apreldə naməlum səbəbdən alışaraq yanmış, 9 saat çəkən yanğından sonra tarixi memarlıq abidəsi ciddi zərər görmüşdü.Muxalifet - 26-07-2019
3 maşın toqquşdu, qadın sərnişin öldü
İyulun 24-də saat 18 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Masallı qəsəbə sakini D.Məmmədovun idarə etdiyi “Mercedes”, Səmidxan kənd sakini R.Ağazadənin idarə etdiyi “VAZ-21011” və Ərkivan qəsəbə sakini S.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
“Qafqazinfo” xəbər verir ki, nəticədə R.Ağazadənin sərnişini, 2-ci Səmidxan kənd sakini S.Manafova xəstəxanaya yerləşdirilib və iyulun 25-də orada ölüb.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.Muxalifet - 26-07-2019
Ölüm hökmü hələ də qüvvədə olan ölkələr hansılardır?
Məlum olduğu kimi, bu günlərdə Sumqayıt şəhərində 55 yaşlı kişinin 8 yaşlı qızı zorlaması xəbəri ictimaiyyətdə böyük qəzəb doğurdu. Baş verən iyrənc hadisə həm sosial şəbəkələrdə, həm də bir sıra mətbuat orqanlarında müzakirə edildi, sərt şəkildə qınanıldı.
Hadisəyə tanınmışlar da biganə qalmayaraq, öz sərt mövqelərini bildirdi. Xalq artisti, aktyor Nürəddin Mehdixanlı isə bu hadisə ilə bağlı şərh bildirərkən, ölüm hökmünün yenidən bərpasını istəyib:Muxalifet - 26-07-2019
General Süleymani Suriyada İranın dəstəklədiyi terrorçu qruplarla görüşdü “ABŞ-A QARŞI SAVAŞA HAZIR OLUN!”
İranın İnqilab Keşikçiləri Qvardiyasının "Qüds Ordusu" korpusunun başçısı, general-mayor Qasim Süleymani dünən Suriyanın Deyrizor bölgəsinə səfər edib.
Səfəri ərzində Süleymani İranın dəstəklədiyi xarici terrorçu qruplarla görüşüb.
O, görüş zamanı "ABŞ-a qarşı savaşa hazır olun” mesajı verib. General ABŞ-a qarşı müharibə mövzusunda Əsəd rejimi ilə aralarında hər hansı problem olmadığı barədə qruplara təminat verib.
Muxalifet - 26-07-2019
Polis “Hot Room”un rəhbərindən rüşvət istəyib? - RƏSMİ AÇIQLAMA / VİDEO
"Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında “polis işçisinin şok səs yazısı yayıldı” sərlövhəli yazıda iddia olunan məlumatlar, videogörüntülər absurd xarakter daşıyır. Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılaraq, orada adı çəkilən şəxslərin kimliyi və fəaliyyəti öyrənilib".
Unikal.org-un xəbərinə görə, bunu Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Muxalifet - 26-07-2019
Hakim tələbə yoldaşının işinə baxmaqdan imtina etdi - Bakı məhkəməsində ŞOK ADDIM
Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladov və onunla birlikdə ittiham olunan sabiq müstəntiq Misir Əmirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra kollegiyanın hakimlərindən biri - Cavid Hüseynov özü-özünə etiraz etdiyini açıqlayıb. O bildirib ki, sabiq müstəntiq Misir Əmirovla tələbə yoldaşı olub və bir müddət onunla bir yerdə işləyib.Muxalifet - 26-07-2019
Dünyanın ən təhlükəsiz avtomobili Bakıda belə yandı – VİDEO
Avtomobillər içərisində öz təhlükəsizliyi ilə seçilən “Volvo” bu dəfə adını doğrultmayıb.
Muxalifet.az avtosfer.az xəbər verir ki, Bakıda Babək prospektində hərəkətdə olan “Volvo” markalı avtomobilin mühərrik hissəsinin altından qəfil yanğın başlayır. Yanğın tezliklə təkərə keçir. Görünən odur ki, hətta ən təhlükəsiz avtomobillər belə təhlükə yarada bilir. Görüntüləri təqdim edirik:
Muxalifet4 - 26-07-2019
Tovuzda hər kəsin gözü qarşısında itləri belə güllələdilər – VİDEO
Tovuz rayonunda küçə itlərini odlu silahla vurub öldürürlər.
Muxalifet.az xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, rayonun Qovlar kəndində parkda küçə itlərini güllələyirlər.
Muxalifet4 - 26-07-2019
Alimlərdən dünya üçün ŞOK XƏBƏRDARLIQ: sürətlə əriyir, qarşısı alınmasa...
Rötgers Universitetinin “Science” dərgisi üçün apardığı araşdırmasında mütəxəssislər təhlükə siqnalları verib.
Elm adamları su altındakı buz parçlarının ehtimal olunandan daha sürətlə əridiyini açıqlayıb.
Bu gəlişmə əsrin sonunda dənizlərdə suyun səviyyəsinin təhlükəli şəkildə artmasına səbəb olacaq. Bundan başqa, buzlaqların əriməsi nəticəsində iqlim dəyişikliyi yaşanacaq.Muxalifet - 26-07-2019
“POÇT ŞÖBƏSİNİ 650 MİN MANATA SATDI…” – “Emin Əfəndiyev heç nazirlə də hesablaşmır!”
“Azərpoçt” MMC-nin ötən il yenilənən rəhbərliyinin fəaliyyəti barədə redaksiyamıza daxil olan məlumatlar kifayət qədər ciddi araşdırma predmeti təşkil edir.
Rabitə sektorundakı mənbənin “AzPolitika.info”-ya verdiyi məlumata görə, son zamanlar “Azərpoçt”un yerlərdəki poçt şöbələrinin yerləşdiyi əmlaklar yavaş-yavaş “əriyir” – özəlləşdirilərək satılır və şöbələrin əvvəllər hətta 500-600 kv.metr olan əraziləri 40 kv.metrə endirilir.
Muxalifet4 - 26-07-2019
ÜST-dən ŞAD XƏBƏR: virus sıfıra endi
Uqandada Ebola epidemiyası riski sıfıra enib.
Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.
Təşkilatın 42 gün ərzində apardığı müşahidələrə əsasən, ölkədə Ebola virusundan xəstəxanalara müraciət edən olmayıb.
Qeyd edək ki, virus Uqandaya sərhəd qonşusu olduğu Konqodan keçib. Virus nəticəsində 3 nəfər həyatını itirib. Onların içində azyaşlı da var.
Konqoda isə bu xəstəlikdən ölənllərin sayı 2000-ə yaxınlaşır.Muxalifet - 26-07-2019
Elman Rüstəmov: “Manatın bahalaşmasını istəmirik”
“Bu günə Azərbaycan Dövlət Neft Fondunun 800 milyon manatlıq satılmayan vəsaiti var. Əgər həmin vəsait bazara çıxsaydı, manatın məzənnəsi xeyli möhkəmlənərdi”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
“Hazırda manat revalvasiya təhlükəsi ilə üzbəüzdür. Amma biz manatın bahalaşmasını istəmirik. Bunun təkcə müsbət deyil, həm də mənfi tərəfləri var”, - deyə o qeyd edib.
Muxalifet - 26-07-2019
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilsin.
Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılır:Təşkilat Komitəsinin sədri
Muxalifet - 26-07-2019
Nizaminin icra başçısı vətəndaşı intihar həddinə çatdırıb - “Arif Qasımov Leyla xanım Əliyevanın adı ilə söküntü aparır...”
İcra başçısının sənədli tikintisini sökdürdüyü Nizami rayon sakini Malik Ağayev ölkə başçısına müraciət ünvanladı: “Arif Qasımov başçısı mənə külli miqdarda maddi ziyan vurub, hələ üstəlik şikayətlərimə görə həbslə də hədələyir”
Nizami rayon sakini Malik Ağayev tərəfindən “Hürriyyət”in elektron poçtuna şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:
Muxalifet - 26-07-2019
SON DƏQİQƏ: "Sədərək"də güclü YANĞIN BAŞLADI - VİDEO
"Sədərək" ticarət mərkəzinin ərazisində yanğın baş verib.
Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, yanğın ticarət mərkəzinin giriş hissəsindəki boş ərazidə başlayıb.
Hadisə yerinə dərhal yanğınsöndürən maşınlar cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.Muxalifet - 26-07-2019
Lukaşenko: “Pula görə Moskva ilə münasibətləri pozmaram”
Latviya əmin olsun ki, suveren dövlətlə münasibət saxlayır, lakin rəsmi Minsk heç bir pul qarşılığında qardaş Rusiya ilə əlaqələri pozmayacaq.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bir qədər əvvəl Minsk və Moskvanın inteqrasiyasından ölkəsinin narahatlığını ifadə edən Latviya XİN rəhbəri Edqar Rinkeviçin açıqlamasına cavab olaraq deyib.
Muxalifet - 26-07-2019
Şuşada ermənilərər BÖYÜK ŞOK: Çox sayda ölü var
Azərbaycanın Ermənistan tərəfindən işğal edilən işğalı altında olan Dağlıq Qarabağ bölgəsində baş verən yol qəzası nəticəsində 5 nəfər ölüb.
Bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə iyulun 26-da Şuşa şəhər Su-Elektrik Stansiyasının yaxınlığında qeydə alınıb. “QAZ-31105” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Ölənlərin hamısı Ermənistanın Sünik vilayətinin Tex kəndindən olan bir ailənin üzvləridir. Onlar Dağlıq Qarabağa yasa gedirmiş./PublikaMuxalifet - 26-07-2019
İstirahət günləri rayonlara üz tutanların nəzərinə
İstirahət günlərində səyahətə çıxmağı planlaşdıranlar üçün hava proqnozu bəlli olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük və Kiçik Qafqazın bəzi yerlərində gün ərzində yağış yağacağı gözlənilir.
Yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 21-26 dərəcə isti təşkil edəcək.Muxalifet - 26-07-2019
Suriya ilə bağlı ABŞ-Türkiyə razılaşmasını rədd edirik - XİN
Suriyanın suverenliyi və birliyinə, torpağına və xalqına bariz bir hücum təşkil edən hər hansı ABŞ-Türkiyə razılaşmasını rədd edirik.
Muxalifet.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilir ki, ABŞ Suriyanın birliyinə açıq şəkildə müdaxilə etməyə çalışır.
Muxalifet3 - 26-07-2019