Axtarış

The search found 105779 results in 0.047 seconds.

Search results

  1. Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi

    Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 26-27-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Daxili İşlər naziri əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

    Muxalifet - 27-07-2019

  2. ​“Başını kəsmək lazımdır” - Deputatı ölümlə TƏHDİD EDİRLƏR

    Məni ölümlə təhdid edənlərin kimliyini hüquq-mühafizə orqanlarının özləri araşdırıb, ortaya çıxarmalıdırlar.
    Muxalifet.az xəbər verir ki, bu sözləri sherq.az-a geniş müsahibəsində deputat Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, son günlər sosial şəbəkələrdə, xüsusən də feysbukda ona qarşı iyrənc kampaniya aparır, təhqir və təhdid edirlər:

    Muxalifet - 27-07-2019

  3. Rusiyada təyyarə qəzası: ölənlər var - VİDEO

    Rusiyanın paytaxtı Moskva yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
    Ren.TV xəbər verir ki, bununla bağlı Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
    Serpuxov şəhəri yaxınlığında “Zlin 326” təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
    İlkin məlumatlara görə, təyyarə qəza zamanı gölə düşüb./Oxu
     

    Muxalifet - 27-07-2019

  4. Ərəblərin Bakıda qaldıqları evdən - BİABIRÇI VİDEO

    Sosial şəbəkədə ərəb turistlərin Bakıda kirayə qaldığı mənzildə çəkilmiş video yayılıb.
    "Ölkə.Az" xəbər verir ki, turistlər kirayələdikləri evi natəmiz vəziyyətə salıblar. 
    Həmin videonu təqdim edirik. 

    Muxalifet - 27-07-2019

  5. ABŞ, Türkiyə, Böyük Britaniya hərbi qüvvələrini Azərbaycanın qonşuluğuna topladı - Avqustun 9-na qədər...

    Gürcüstanda NATO-nun “Çevik ruh 2019” çoxmillətli hərbi təlimi başlayıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərdə Gürcüstanla yanaşı, Bolqarıstan, ABŞ, Yunanıstan, Latviya, Belçika, Böyük Britaniya, Litva, Monteneqro, Rumıniya, Polşa, Norveç, Türkiyə və Ukraynadan olan 3 mindən çox hərbçi iştirak edir. Təlimin keçirilməsində məqsəd iştirakçı ölkələr arasında funksional uyğunluğun gücləndirilməsi, Qara dəniz regionunda sabitlik və təhlükəsizliyin qorunmasına töhfə verməkdir. Avqustun 9-na qədər davam edəcək təlim 3 məkanda baş tutacaq.

    Muxalifet - 27-07-2019

  6. Moskvada müxalifətin etiraz aksiyası keçirilir - 260 NƏFƏR SAXLANILIB

    Moskvada şəhər meriyasının yaxınlığında Moskva şəhər dumasına seçkilərdə müstəqil namizədlərin qeydiyyata alınmamasına etiraz əlaməti olaraq aksiya keçirilir.

    Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, son məlumatlara görə, aksiya iştirakçıları arasında saxlanılanların sayı 260 nəfərə çatıb.

    Bundan başqa, şəhər prokurorluğu mitinqə çağırışlar etmiş 15 nəfər barəsində araşdırmalara başlayıb.

    Muxalifet - 27-07-2019

  7. Azərbaycanda toyda QANLI DAVA: 2 nəfər... - Video

    Ötən gecə Saatlının Bəylər kəndində qətl hadisəsi baş verib.
    Muxalifet.az Xəzərxəbər-ə istinadən bildirir ki, kənddə keçirilən toy mərasimində musiqi sifarişi üstündə mübahisə yaranıb. 
    Toydan çıxan kənd sakini, 36 yaşlı Fürsət Məhərrəmov başqa iki nəfərlə birlikdə minik avtomobili ilə qonşusugilə gəlib. 
    Bu zaman evdən bayıra çıxan qonşusu Mübariz Həsənovu darvazanın yanında ov tüfəngindən 2 dəfə atəş açmaqla qətlə yetirib. 
    Sonra isə yaşadığı evə gedərək özünü də boğazından güllələyərək öldürüb. 

    Muxalifet - 27-07-2019

  8. PUTİN HAKİMİYYƏTDƏN GETMƏYƏ HAZIRLAŞMIR! – Dumanın sədri bunun anonsunu edib

    Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu yaxınlarda dərc etdirdiyi məqələsində şikayətlə yazıb ki, Rusiya konstitusiyası köhnəlir.

    Muxalifet - 27-07-2019

  9. "Deyir, atama nə olub, məndən gizlətməyin..." - İtkin pilotun oğlundan ÜRƏKDAĞLAYAN sözlər

    “Biz Rəşadın salamat qayıdacağından ümidimizi kəsmirik. Əlimiz Allahın ətəyində dua eləyirik...” Bu sözləri hazırda axtarışda olan Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınanası Məhbubə Hüseynova News24.az-a danışarkən deyib. O bildirib ki, Rəşad Atakişiyevi tanıyan hər kəs tezliklə ondan yaxşı xəbər alacağından inamını kəsmir: “Könül çox pis vəziyyətdədir. Dərmanla sakitləşdiririk. Qulağı səsdə xəbər gözləyir. Danışanların ağzına baxır. Deyir, Rəşad sağ-salamat qayıdacaq, başqa heç bir xəbəri qəbul eləmirəm”.

    Muxalifet - 27-07-2019

  10. DƏHŞƏT: Qubada əhaliyə lilli "içməli su" verilir - ŞOK VİDEO

    Quba rayonunun Alpan kəndində təxminən 2000-ə yaxın yaşayış evinə lilli su verilir. 
    Muxalifet.az xəbər verir ki, bununla bağlı Demokrat.az-a sakinlər şikayətlə müraciət ediblər. 
    Sakinlərin təqdim etdiyi görüntülərdən də aydın olur ki, kəndə verilən içməli su yararsız vəziyyətədir. 
    Sakinlərin sözlərinə görə, kəndə 10 günə yaxındır içməli su verilmir. 

    Muxalifet - 27-07-2019

  11. Ordu snayperlərinə ŞOK ƏMR: "Gördüyünüz anda ayaqlarından vurun"

    İsrail ordusunun snayperlərinə şok təlimat verilib. Snayperlərə bundan sonra fələstinliləri ayaq biləklərindən vurmaq əmr edilib. Təl-Əviv bununla Qəzza zolağındakı etiraz aksiyalarının qarşısını almağı planlaşdırır. İsrailli əsgərlər bildirir ki, dizdən yuxarı nahiyələrə açılan atəş ölümcül olur. Qeyd edək ki, 30 mart 2018-ci ildə Qəzza zolağında başlayan “Böyük Qayıdış Yürüşü” nümayişlərində 300 fələstinli ölüb.

    Muxalifet - 27-07-2019

  12. Britaniyanın yeni baş nazirini Türkiyə ilə nə bağlayır? - ARAŞDIRMA

    Boris Consonun əcdadlarının gəldiyi Türkiyənin mərkəzində yerləşən kəndin sakinləri özlərindən biri olaraq gördükləri insanın Britaniyanın yeni baş naziri olduğuna dair xəbərlərə görə sevinirlər və qürur duyurlar. Türkiyə paytaxtı Ankaranın 100 kilometr şimalında yerləşən Çankırı vilayətinin Kalfat kəndinin sakinləri çərşənbə günü kəndin mərkəzi yerində toplaşıb və Consonun Tereza Meyin istefasından sonra keçirilən seçkidə Mühafizəkarlar Partiyasının lideri seçilməsini qeyd edib. Conson çərşənbə günü Britaniyanın baş naziri vəzifəsinin icrasına başlayıb.

    Muxalifet - 27-07-2019

  13. "Qarabağ" bizə qarşı əsəbi oynayacaq - Makkarti

    İrlandiya millisinin baş məşqçisi Mik Makkarti Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Dundalk" - "Qarabağ" oyunu (1:1) haqda danışıb. Qol.az-ın yaydığı xəbərə görə, o, "Qarabağ" xüsusi epizodlar yaratmadan topa sahib olduğunu bildirib: Amma onların 17 (Abdullah Zubir-red) və 3 (Ailton-red) nömrələri gözəl oynadılar. 11 (Mahir Emreli - red) və 20 (Riçard Almeyda-red) nömrəli futbolçularını da bəyəndim. Amma "Dundalk" layiqli mübarizə apardı və yaxşı düşünülmüş künc zərbəsindən sonra qol vurdu. Onlar öz mübarizəsi ilə heç-heçəyə layiq idilər".

    Muxalifet3 - 27-07-2019

  14. Futbolla bağlı bildiklərinizi unudun: bu mövsümdən etibarən qaydalar dəyişir

    Dünyanın ən çox izləyici kütləsinə sahib idman oyunu futbolda qaydalar tamamilə dəyişir.

    Publika.az xəbər verir ki, UEFA FİFA və klub təmsilçiləri ilə birgə keçirdiyi toplantılar nəticəsində oyun qaydalarına önəmli dəyişikliklər edib.

    Yenilik bu mövsüm iyun ayından etibarən rəsmi şəkildə qüvvəyə minib.

    Əvvəlki qaydalarda qapıçı oyuna top daxil edəndə futbolçular cərimə meydançasının xaricinə çıxanda topa müxadilə edə bilirdi. Yeni qaydaya görə, artıq futbolçular cərimə meydançasının xaricinə çıxmasını gözləmədən topa müdaxilə edə biləcək.

    Muxalifet - 27-07-2019

  15. “Mal gətirmək adı ilə xaricə 4-5 milyard dollar pul köçürürdülər…” - Elman Rüstəmov

    Son vaxtlar şirkətlərin Maliyyə Bazarlarına Nəzarət Palatasının protokoluna əsasən məhkəmər tərəfindən cərimələnməsi halları artıb. Şirkətlər İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndinə əsasən cərimə olunurlar.

    Muxalifet - 27-07-2019

  16. İranda dəhşətli qəza: 5 ölü. 3 yaralı

    İranın cənub-qərbində yerləşən Fars vilayətinin Abade-Şəhre-Rza yolunda ağır yol qəzası baş verib.
    Muxalifet.Az-ın məlumatına görə, bunu İranın Fars vilayətinin şimal yol polisinin rəisi polkovnik Əbdülhaşim Dehqani deyib.
    Ə.Dehqaninin sözlərinə görə, yük maşını "Pejo 405" markalı avtomobili ilə toqquşub.
    Hadisə nəticəsində 5 nəfər həlak olub, 3 nəfər yaralanıb.
    Polis rəisi yaralıların vəziyyətinin ağır olduğunu deyib.
     

    Muxalifet3 - 27-07-2019

  17. SON DƏQİQƏ: Məşhur aktyor DÜNYASINI DƏYİŞDİ - FOTO

    "Yeşilçam" ulduzu Yalçın Gülhan 75 yaşında dünyasını dəyişib.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, yüzlərlə film və serialda çəkilən aktyor uzun müddətdir xəstə idi. Gülhan müalicə olunduğu özəl xəstəxanada həyatla vidalaşıb.
    Aktyorun cənazəsi Karacaahmet qəbiristanlığında torpağa tapşırılacaq.

    Məşhur aktyor DÜNYASINI DƏYİŞDİ - FOTO

    Muxalifet - 27-07-2019

  18. ​Putin batmış gəmidən çıxarılan əşyaları incələdi – YENİLƏNDİ / VIDEO

    Rusiya Prezidenti Vladimir Putin Qoqland adasına səfəri zamanı XIX əsrdə batmış gəmidən çıxarılan nadir əşyalara baxış keçirib. Məlumata görə, gəmidən çıxarılan kolleksiyanı Putinlə birlikdə Müdafiə naziri Sergey Şoyqu da incələyib. Rusiya Coğrafiya Cəmiyyətinin nümayəndəsi Roman Proxorov isə adanın sahillərində qəzaya uğrayan gəminin ingilis donanmasına aid olduğunu bildirib.

    Muxalifet3 - 27-07-2019

  19. Napoleonun generalının qəbri tapıldı

    Arxeoloqlar Rusiyanın Smolensk şəhəri ətrafında fransız imperatoru Napoleonun generallarından birinin qəbrini tapıblar. 
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun mətbuat xidməti məlumat yayıb.
    Arxeoloji qrupun rəhbəri və institutun elmi əməkdaşı Aleksandr Xoxlovun sözlərinə görə, Barklay de Tollinin Napoleon ordusunun hücumunun qarşısını almaq üçün keçirdiyi döyüş meydanında apardıqları qazıntılar müsbət nəticə verib.

    Muxalifet3 - 27-07-2019

  20. ​“Metropark” fəaliyyətini dayandırdı: 3 gün işləməyəcək - YENİLƏNDİ

    "Metropark" ticarət və əyləncə mərkəzi 3 gün bağlı olacaq.
    Bu barədə ticarət mərkəzinin mühafizə xidmətindən məlumat verilib.
    Elektrik kabelləri yandığı üçün problemin 3 günə həll ediləcəyi bildirilib.
     

    Muxalifet3 - 27-07-2019

Pages