Axtarış

The search found 105779 results in 0.03 seconds.

Search results

  1. ​Yaponlar qızmar havada köynəyə qoşula bilən cib kondisioneri də icad etdi... - VİDEO

    Yapon mühəndisləri yayın qızmarında köynəyin cibində yerləşdirilə bilən miniatür kondisioner hazırlamağı da bacarıblar.
    Muxalifet.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, cihazı məhsullarını “Reon Pocket” adlandıran “Sony Corporation” mütəxəssisləri hazırlayıb. Yenilik internet bağlantısı olmadan tam işləsə də, çəkisi 85 qram olub. Kondisioner üçün cibin köynəkdə belin yuxarı hissəsində arxa tərəfdə olduğu qeyd olunur.  İş rejimləri arasında keçid bu miniatür kondisioner ilə sinxronizasiya olunan smartfonlar vasitəsilə baş verir.  

    Muxalifet3 - 27-07-2019

  2. ​Abituriyentlərin diqqətinə: 19 mindən çox ərizə təsdiqləndi

    Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.
    Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu gün saat 18:25-ə olan məlumata görə, I ixtisas qrupu üzrə ümumilikdə 5700, II ixtisas qrupu üzrə 4197, III ixtisas qrupu üzrə 5225, IV ixtisas qrupu üzrə 1637 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 2578 nəfərdir.
    Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.
     

    Muxalifet3 - 27-07-2019

  3. İspaniyada 62 reys əməkdaşların tətili səbəbindən təxirə düşdü

    İspaniyanın Barselona şəhərində “İberia” hava yollarının əməkdaşlarının tətil etməsi nəticəsində 62 reys təxirə salınıb. “RİA Novosti” xəbər verir ki, tətil edən əməkdaşlar müqavilələrində dəyişiklik edilməsini və əməkdaşların sayının artırılmasını tələb edirlər. İyulun 28-də tətilə görə daha 73 reysin təxirə düşəcəyi güman edilir.

    Muxalifet3 - 27-07-2019

  4. ​Bakıda 42 min oğurlayan şəxslər saxlanıldı - DİN

    Bakıda mənzildən 8 min manat oğurlayan şəxslər saxlanılıb.
    Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.İsmayılov və R.İmanov saxlanılıblar.
     

    Muxalifet3 - 27-07-2019

  5. ​Prezident yarıçılpaq şəxslərlə şəkil paylaşdı və... - Foto

    Ukraynalılar Prezident Vladimir Zelenskinin çimərlikdə paylaşdığı şəkilə sərt reaksiya göstəriblər.
    Muxalifet.az xəbər verir ki, Feysbuk hesabında Odessa çimərliyində yarıçılpaq şəxslərlə şəkil paylaşan Zelenskiyə ukraynalılar "Ölkədə gənclərin öldüyü bir müharibə gedərkən dövlət rəhbərinin çimərlik sevgisi" və bu kimi tənqidlərlə dolu şərhlər yağdırıblar. Ukraynalılar dövlət rəhbərinin istirahət etməməsinin və Donbasda müharibə bölgəsinə getməsinin lazım olduğunu bildiriblər.

    Muxalifet3 - 27-07-2019

  6. Bu ölkənin paytaxtı qana bulandı: yaralılar var

    Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
    Muxalifet.az xəbər verir ki, şəhərin mərkəzində bomba yüklü avtomobil partladılıb. Partlayış nəticəsində 4 nəfər yaralanıb.
    Partlayışın məsuliyyətini heç bir terror qruplaşması hələlik öz üzərinə götürməyib.
     

    Muxalifet3 - 27-07-2019

  7. Uşağın cinsi orqanına toxunan yaşlı adamdan maraqlı özünümüdafiə - FOTO

    Yeni Zelandiyada bir uşağın cinsi orqanına toxunduğu üçün məhkəməyə çıxarılan 79 yaşlı Çinli adam 670 dollar cərimə olunub. 
    Muxalifet.az xəbər verir ki, yaşlı adam uşaqların cinsi orqanına toxunmağın Çin mədəniyyətində bir sevgi ifadəsi olduğunu və Yeni Zelandiyada bunun cinayət olduğunu bilmədiyini söyləyərək uşağın ailəsindən üzr istəyib.

    Muxalifet3 - 27-07-2019

  8. ​Türkiyəli general xəstəxanaya yerləşdirildi

    Türkiyənin keçmiş Baş Qərargah rəisi, general Yaşar Böyükanıt xəstəxanaya yerləşdirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb. Məlumata görə, Quşadasındakı evində səhhəti pisləşən general dövlət xəstəxanalarından birinə yerləşdirilib.
    Onun ambulans təyyarəsi ilə İstanbula gətiriləcəyi bildirilir.
     

    Muxalifet3 - 27-07-2019

  9. Putindən Makrona dəvət: Görüş tarixi bəlli oldu

    Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə planlaşdırdığı görüşün məkanını və tarixini açıqlayıb.
    Muxalifet.az xəbər verir ki, BFM kanalına açıqlama verən Makron görüşün avqustun 19-da Fort Breqansonda baş tutacağını deyib.
    Qeyd edək ki, Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronu gələn il Moskvada keçirilən faşizm üzərində qələbənin 75 illiyinə həsr olunan tədbirə də dəvət edib.
     

    Muxalifet3 - 27-07-2019

  10. Yunanlar qorxuda: Tsiliopoulosun Ərdoğan narahatlığı...

    Türkiyənin S-400 havadan müdafiə əleyhinə raket sistemi alması və Şərqi Aralıq dənizindəki qazma işləri yunanları qorxuya salıb.
    Muxalifet.az xəbər verir ki, Türkiyənin son zamanlar aktiv siyasət aparması yunan mediası təhdid kimi qələmə verib.
    Məsələ ilə bağlı yunan medialarından birinə danışan siyasi şərhçi Timis Tsiliopoulos ən böyük narahatlığı Ərdoğanın təxmin edilə bilməyən həmlələri olduğunu qeyd edib.

    Muxalifet3 - 27-07-2019

  11. Magistral yollara YPX maketləri düzülür - FOTOLAR

    Azərbaycanın avtomobil yollarında sürücülərin sürət həddini keçməsinin və bir sıra qayda pozuntularının qarşısını almaq məqsədilə Yol Patrul Xidməti (YPX) avtomobilləri maketinin tətbiqinə başlanılıb. Hüquq-mühafizə orqanlarından "Report"a bildirilib ki, sosial şəbəkələrdə yayılmış fotolar Azərbaycanda çəkilib. Qeyd edilib ki, uzaqdan əsl YPX avtomobillərinə bənzəyən maketlər rayonlar istiqamətində (gediş və gəliş) magistral yollarda düzüləcək və hazırkı mərhələdə Bakıda tətbiqi nəzərdə tutulmur. Maketi uzaqdan görən sürücülər qayda pozmaqdan çəkinəcəklər.

    Muxalifet4 - 28-07-2019

  12. SAATLIDA DƏHŞƏT: Əvvəlcə həmkəndlisini, sonra özünü öldürdü

    İyulun 27-nə keçən gecə Saatlı rayonunun Bəylər kənd sakini Mübariz Həsənovun həyətinə gəlmiş həmkəndlisi Füsət Məhərrəmov münaqişə zəminində tüfəngdən açdığı atəşlə onu, evinə qayıtdıqdan sonra isə özünü öldürüb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 28-07-2019

  13. “Forbes” dünyanın ən zəngin cütlüklərinin siyahısını açıqladı - FOTO

    “Forbes” jurnalı bu dəfə dünyanın ən zəngin cütlüklərinin siyasını təqdim edib.

    Jurnalın ən çox qazanan cütlüklərin siyahısında dünya üzrə məşhur müğənni Beyons və prodüser əri Cey Zi 11-ci sırada yer alır.

    Amerikalı müğənni Beyons və həyat yoldaşı illik gəlirlərinin 1,4 milyard dollar olduğunu bildirib.

    Muxalifet4 - 28-07-2019

  14. Ağcaqanad sancan 13 nəfər öldü

    Tanzaniyada ümumilikdə 6 min 677 nəfər denqe xəstəliyinə yoluxub, daha 13 nəfər həyatını itirib.

    “Report” xəbər verir ki, bu barədə yerli hökumətə istinadən "Mwananchi" qəzeti yazıb.

    "Bizdə 6 nəfərin ölməsi barədə məlumat var idi, lakin hökumət yeni qiymətləndirmə apardı və ölkə üzrə 13 nəfərin öldüyü müəyyənləşdi. Təkcə Dar-əs-Salam vilayətində 6631 yoluxma və 11 ölüm faktı qeydə alınıb", - deyə nəşr Tanzaniyanın səhiyyə naziri Ummi Mvalimunun sözlərini sitat gətirib.

    Muxalifet4 - 28-07-2019

  15. “Çernobıl” serialının treylerinin şəbəkədə yayılmasına qarşı mübarizə aparılır

    HTB telekanalı bu il ekranlara çıxacaq “Çernobıl” serialının treylerinin şəbəkədə yayılmasına qarşı mübarizə aparır.

    Bu barədə məlumatı “TJ” yayıb. Məlumatda deyilir ki, treyler şəbəkədən götürülməyəcəyi təqdirdə HTB məhkəməyə müraciət edəcəyi ilə hədələyib.

    Telekanal treylerin şəbəkədə yerləşdirilməsi üzündən müəllif hüquqlarının pozulması barədə iddialarını artıq göndərməyə başlayıb. Belə ki, HTB treyleri özünün “iş materialı” hesab edir.

    Muxalifet4 - 28-07-2019

  16. "Sistem tezliklə dəyişəcək" - İvanişviliyə qarşı savaş

    Gürcüstanı bir nəfər idarə edir.

    Bunu jurnalistlərə açıqalmasında “TBC Bank”ın təsisçisi Mamuka Xazaradze deyib.

    Onun sözlərinə görə, Gürcüstan bataqlıqda çirklənib, ölkəni yenidən qurmaq lazımdır:

    “Mən yaxşı gördüm ki, ölkə hansı bataqlıqdadır. Mən cəhalətin pik səviyyəsini gördüm. Bu o deməkdir ki, bizim dövlətimiz yoxdur, institutlarımız süqut edib. İnstitutlaşdırmanı yenidən yaratmaq lazımdır.

    Muxalifet4 - 28-07-2019

  17. Lotoreyada 45,5 milyon dollar uddu

    Kanadanın "Lotto Max" milli lotereyasının 45,5 milyon dollarlıq cekpotu oynanılıb.

    Bu barədə lotereyanı keçirən "OLG" şirkəti açıqlama yayıb.

    Bilər Kanadanın Britaniya Kolumbiyası əyalətində satılıb.

    Qeyd edək ki, Kanada tarixində ən böyük cekpot - 49, 5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.

    Muxalifet4 - 28-07-2019

  18. ​Москва вернула Турцию, потерянную в 1952 году

    Hurriyet logo

    Седат Эргин (Sedat Ergin)

    Muxalifet4 - 28-07-2019

  19. Gürcüstanın sabiq müdafiə naziri həbs olundu

    Gürcüstanın keçmiş müdafiə naziri, "Qalib Gürcüstan" siyasi hərəkatın lideri İrakli Okruaşvilinin barəsində həbs qətimkan tədbiri seçilib.

    Bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.
     
    Okruaşvilinin vəkili onun 10 min lari girov müqabilində azadlığa buraxılmasını tələb edib.
     
    Qeyd edək ki, sabiq nazir 20-21 iyun tarixində Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkilində ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə onu dörd ildən doqquz ilədək həbs cəzası gözləyir.

    Muxalifet4 - 28-07-2019

  20. Azərbaycan qırıcısı Rusiya tərəfindən REM sisteminin tətbiqi nəticəsində dənizə düşüb? - İDDİA

    İyulun 24-də itkin düşmüş Azərbaycan HHQ-nin MiQ-29 qırıcı təyyarəsinin axtarışları davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin 27 iyul tarixli məlumatına görə, Xəzər sahili yaxınlığında axtarışlar aparılır. Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə dənizə düşüb. Pilotun taleyi, eləcə də qəzanın baş verdiyi dəqiq yer məlum deyil. Muxalifet.az xəbər verir ki, "Turan"ın məlumatına əsasən, Azərbaycan HHQ-nin iyulun 24-də axşam itkin düşən MiQ-29 qırıcı təyyarəsinin Rusiya tərəfindən radioelektron mübarizə (REM) sisteminin tətbiqi nəticəsində qəzaya uğradığı istisna deyil.

    Muxalifet4 - 28-07-2019

Pages