Axtarış
The search found 105779 results in 0.032 seconds.
Search results
Sertab Erener səhnədə yıxıldı - Video
Türkiyəli müğənni Sertap Erenerin konsert zamanı başına iş gəlib. Axşam.az xəbər verir ki, o, səhnədə yıxılıb. Müğənni bununla bağlı sosial media hesabında paylaşım edib. "30 ildən çoxdur səhnədə mahnı oxuyuram. Dünən ilk dəfə yıxıldım. Çünki səhnə deyib, çıxdığım yer tələlərlə dolu idi" deyə, sənətçi tənəli şəkildə yazıb.
Muxalifet - 28-07-2019
Rusiyada 27 yaşlı azərbaycanlı barda öldürüldü - DAVA
Rusiyada azərbaycanlının ölümü ilə nəticələnən silahlı insident baş verib.
“1000inf.ru” xəbər verir ki, hadisə bu gün İvanov şəhərində olub.
Səhər saat dörddə Puşkin meydanındakı “Rokko” barında dava düşüb. Odlu silahdan atılan atəş nəticəsində 27 yaşlı azərbaycanlı ölüb.
Polis hadisəni törədən şəxsi saxlayıb.
Ölən və qatilin kimliyi haqqında mlumat verilməyib.
Muxalifet4 - 28-07-2019
Navalnı xəstəxanaya yerləşdirildi
Rusiyanın müxalifət lideri, “İrəliləyiş” partiyasının sədri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib. “RİA Novosti” xəbər verir ki, xüsusi xidmət orqanları tərəfindən xəstəxanaya gətirilən Navalnını ümumi terapevtik şöbəyə yerləşdiriblər. Qeyd edək ki, ötən gün Rusiya paytaxtı Moskvada keçirilən icazəsiz aksiyalarda həbs olunan Navalnıya yerli məhkəmə ictimai asayişi təkrar pozmaq ittihamı ilə 30 sutka həbs verib. Saxlama kamerasında allergiyadan şikayət edən müxalifət liderini təcili xəstəxanaya aparıblar, hazırda vəziyyəti stabildi.
Muxalifet4 - 28-07-2019
Blogerin ölümündə şübhəli bilinən şəxsin kimliyi açıqlandı
Meyiti doğranaraq çemodana yığılmış bloger qızın qətlində onun keçmiş sevgilisindən şübhələnirlər.
Ren.TV xəbər verir ki, həmin kişi Yekaterina ilə tanışlıq saytlarının birində tanış olublar. Amma tezliklə Katya ona daha imkanlı əvəzləyici tapıb.
Hər halda, qətllə bağlı ilk ehtimal belədi.
Hazırda hüquq-mühfizə orqanları şübhəli şəxsin kimliyini müəyyənləşdirirlər. Yeri gəlmişkən, qızın smartfonunda onun şəkli var.
Hətta Katya keçmiş sevgilisinin şəklini bir neçə dəfə "Instagram" hesabında paylaşıb.
Muxalifet4 - 28-07-2019
Prezidentin paylaşdığı görüntü dünyada gündəm oldu
Şimali Makedoniya prezidenti Stevo Pendarovskinin feysbuk hesabında paylaşdığı foto dünya gündəminə oturub.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, görüntülərdə İsrailin Makedoniyadakı səfiri Dan Oryanın akrobatik istedadı əks olunub.
Prezident paylaşımına bu sözləri yazıb: “İsrail səfirinin başıüstə qalxdığı bu foto həm bir ilham qaynağı, həm də idman etməyin nə qədər əhəmiyyətli və komik olmasının sübutudur”.
Muxalifet4 - 28-07-2019
İranla nüvə müqaviləsini dəstəkləyən dövlətlər Vyanada görüşür
ABŞ-ın birtərəfli qaydada çıxmasının ardınca İranla 2015-ci ildə imzalanmış beynəlxalq nüvə sazişini xilas etmək istəyən ölkələr bazar günü Avstriyanın paytaxtı Vyanada toplaşır.
Müqavilədən çıxan ABŞ nümayəndələri istisna olmaqla diğər imzaçı ölkələr - Almaniya, Fransa, Britaniya, Rusiya və Çin ilə İran nümayəndələri bu növbədənkənar iclasda iştirak edəcəklər.
Gözlənildiyinə görə, görüşün gedişində İrana qarşı ABŞ-ın tətbiq etdiyi sanksiya təzyiqinin azaldılması istiqamətində mümkün addımlar müzakirə ediləcək.Muxalifet4 - 28-07-2019
Baş nazir vəzifəsinə namizədin ofisinə hücum - 1 ÖLÜ, 13 YARALI
Əfqanıstanda Baş Nazir vəzifəsinə namizəd Əmrulla Salehin ofisinə hücum olub.
Tolo News telekanalı xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, 13 nəfər yaralanıb.
Ofisə hücumda dörd nəfərin iştirak etdiyi bildirilir.
Muxalifet4 - 28-07-2019
Gürcüstan parlamentinin sədri Marneulidə azərbaycanlılarla görüşdü - FOTO
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib. “Report” xəbər verir ki, spiker Marneuli gəncləri və ziyalıları ilə görüş keçirib. Talakvadze rayonun qayğıları və yerli sakinləri narahat edən məsələlərlə tanış olub. Görüşlərdə Marneuli rayonunun icra başçısı Zaur Darğallı, parlamentin deputatları Tamaz Naveriani, Savalan Mirzəyev, Marneuli sakrebulosunun sədri Amiran Giorqadze də iştirak ediblər.
Muxalifet4 - 28-07-2019
Türkiyə bu şəhərdə ruslarla nüvə silahı hazırlayacaq - SENSASİON İDDİA
Türkiyə “Akkuyu” Atom Elektrik Stansiyasında nüvə silahı istehsal etməyi planlaşdırır.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu iddia ilə Cənubi Kipr Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Storgos Andreas Pentaras çıxış edib.
Keçmiş kəşfiyyat şefinin iddiasına görə, “Akkuyu” layihəsində Türkiyə-Rusiya biznes əməkdaşlığının pərdəarxasında nüvə silahının istehsalı dayanır. Onun sözlərinə görə, “Akkuyu”da inşa ediləcək 4 reaktorun nüvə enerjisinin istehsalı ilə yaxından- uzaqdan əlaqəsi yoxdur.Muxalifet - 28-07-2019
Qarabağda atışma - DAHA BİR ERMƏNİ İŞĞALÇISI MƏHV EDİLDİ
Cəbhə xəttində baş verən atışmada bir erməni hərbçisi həlak olub.
Virtualaz.org bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz Facebook səhifəsində məlumat yayıb.
Məlumata görə, Ermənistan silahlı qüvvələrinin 1995-ci il təvəllüdlü hərbçisi Arman Bulqadaryan cəbhənin şimal-şərq istiqamətində öldürülüb.
Artsrun Ovannisyan əlavə edib ki, əsgər Azərbaycan tərəfdən atılan atəş nəticəsində ölüb.
Muxalifet - 28-07-2019
“Ded Xasan”ın ad verdiyi, “Lənkəranski”in döydürdüyü, “Lotu Quli” qohumu olan “Vaxa” kimdir? - DOSYE
Kriminal aləm, "oğru dünyası”na qarşı nə qədər mübarizə aparılsa da, onlar müəyyən sahələrdə hələ də öz "hakimiyyətlərini” qoruyub saxlaya bilirlər.
BakuPost-un məlumatına görə, ötən əsrin əvvələrindən keçmiş SSRİ ərazisində ən çox "qanuni oğru” gürcüstan əsillilər sayılır.Muxalifet - 28-07-2019
Onlar dünyanı barmağında “oynadır” - Masonların arxasındakı güc
Dünya siyasətində zaman-zaman yeri və sözü olan şəxslər olub. Adətən bu şəxslər böyük dövlətlərin başçıları olur, onlar müəyyən zaman kəsiyində nüfuz və bacarıqları ilə dünya siyasətinə yön verməyə nail olurlar. Lakin hər hansı dövlət postunu tutmayan elə ailələr var ki, onlar bütün dünyada siyasi proseslərin gedişatına təsir etmək gücünə malikdirlər. Və bu təsir 5-10 illik deyil, bir neçə əsrlik dövrü əhatə edir.
Muxalifet - 28-07-2019
Festivalda atışmanın ANBAAN GÖRÜNTÜLƏRİ: 3 ölü, 12 yaralı - VİDEO
ABŞ-ın Kaliforniya ştatının Gilroy şəhərində "Gilroy Garlic" qida festivalı zamanı atışma baş verib.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bələdiyyə şurasının nümayəndəsi Dion Brakkonun verdiyi məlumata görə, hadisə nəticəsində ən azı üç nəfər həlak olub, 12 nəfər yaralanıb.
O həmçinin qeyd edib ki, bir şübhəli saxlanılıb. Ancaq polis atışmada bir neçə nəfərin iştirak etdiyini güman edir.
Şahidlərdən birinin sözlərinə görə, atəşi təxminən 20 yaşı olan gənc oğlan açıb. Hazırda polis və xilasedici xidmətlər hadisə yerində işləyirlər.Muxalifet - 29-07-2019
PAŞİNYANIN PLANLARINI POZACAQ GÜC - Azərbaycan ordusunun növbəti həmləsi...
Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra ölkəsinin təhlükəsizlik konsepsiyasını dəyişməyə çalışır. O hazırkı konsepsiyanı yararsız hesab edir və haqlıdır. Çünki o 2016-cı il aprel savaşı Ermənistan ordusunda böyük qüsurlar ortaya çıxartdı və hakimiyyətə gələn Paşinyan qüsurları etiraf etmək məcburiyyətində qaldı.
Muxalifet - 29-07-2019
Bakıda DƏHŞƏTLİ MİKROAVTOBUS QƏZASI: 6 nəfər...
Qaradağ rayonu, "NUR" marketin yanında ağır yol nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, mikroavtobus yük avtomobili ilə toqquşub.
Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, hadisə yerinə 6 Təcili Tibbi Yardım briqadaı yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılıb.
Həkimlərin məlumatına görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağırdır.Muxalifet - 29-07-2019
Kadırovun qohumu Çeçenistanın ikinci böyük şəhərinin BAŞÇISI OLDU
Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumu, 28 yaşlı Xas-Maqomed Kadırov Arqun şəhərinin mer vəzifəsini icran edən şəxs kimi təyin edilib.
Trend-in xəbərinə görə, bu barədə respublika parlamentinin rəhbəri Maqomed Daudov deyib.
Bundan əvvəl Xas-Maqomed Kadırov Çeçenistan rəhbərinin köməkçisi vəzifəsində çalışıb, eyni zamanda Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə narkotiklərə nəzarət şöbəsinə və Rusiya Daxili İşlər Nazirliyinin Qroznı şəhərində rəhbəri olub.
Argun şəhəri Çeçenistanın ikinci ən böyük əhalisidir.
Muxalifet - 29-07-2019
Azərbaycanda ŞOK: Aktrisanın uşağı tələf olduğuna görə direktoru məhkəməyə verir - FOTO
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova direktor İftixar Piriyevi məhkəməyə verir.
Muxalifet.az xəbər verir ki, bu barədə olke.az-a Ş.Cəbrayılova özü bildirib. Aktrisa qeyd edib ki, direktoru məhkəməyə verməsinə səbəb övladının tələf olmasıdır:
"Hamilə olduğum üçün truppa müdirinə əvvəlcədən bildirdim ki, yay qastrollarının yalnız üçündə iştirak edə biləcəyəm. Çünki həkim icazə vermir. Buna baxmayaraq, qastrollarda iştirak etdim. Amma dördüncü qastrola gedə bilmədiyim üçün xəbərim olmadan əmrimi verib, məni işdən çıxarıblar".Muxalifet - 29-07-2019
GÖRÜNMƏMİŞ VƏHŞİLİK: Dəfn mərasimində 65 nəfər öldürüldü
Nigeriyada "Boko Haram" terror qruplaşmasının yaraqlıları dəfn mərasiminə hücum ediblər.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 65 nəfər qətlə yetirilib, daha 10-u yaralanıb.
Bildirilir ki, terrorçular Borno əyalətindəki mərasim yerinə basqın ediblər. Nigeriyanın şimal-şərqində yerləşən bu əyalət terorçuların əsas istinad nöqtələrindən sayılır.Muxalifet - 29-07-2019
Stallone, Şvarsnegger və Lundqren qocalmağı düşünmürlər - VİDEO
Amerikalı aktyorlar Arnold Şvarsnegger, Silvester Stallone və Dolf Lunqren qocalmağa hazırlaşmadıqlarını bidiriblər.
Oxu.Az bildirir ki, S. Stallone rəsmi "Instagram" səhifəsində bu mövzuda video yayımlanıb.
Aktyorların sözlərinə görə, onlar qocalmaqdan imtina edirlər, çünki "bu, yaxşı təsir bağışlamır".
Çəkiliş zamanı Stallone əlinin Şvarsneggerin üzündən daha yaxşı görünməsi ilə bağlı zarafat edib. Ancaq Arnold həmkarının bu qeydini qəbul etməyib və deyib: "Özünüz baxın, necə yaraşıqlıyam".
Muxalifet - 29-07-2019
Böyrəkləri sıradan çıxaran vərdişlər haqqında BİLMƏDİKLƏRİNİZ
Hansı xətalar böyrəklərə zərər verir? Hansı vərdişlərimiz böyrəkləri sıradan çıxarır? Muxalifet.az bu yazıda oxucuları böyrəklərin sağlamlığına zərər verən amillərlə tanış edir. Dehidrasiya (bədənin həddən artıq su itirməsi) Bu zaman böyrək funksiyasını dayandırır. Yadda saxlayın ki, böyrəklər normal fəalliyyəti üçün suya ehtiyac duyur. Odur ki, gündə, təxminən, 8 stəkan su içmək lazımdır. Bədənin suya ehtiyacı olub-olmadığını anlamaq üçün sidiyin rənginə baxmalısınız. Sağlam sidik rəngi açıq sarıdır. Tündləşən sidik rəngi isə bir çox xəstəliklərin əlaməti ola bilər.
Muxalifet - 29-07-2019