Axtarış

The search found 105779 results in 0.042 seconds.

Search results

  1. DƏHŞƏTLİ CİNAYƏT: Sevgilisini öldürüb, beynini yedi

    ABŞ-ın İndiana ştatında sevgilisini öldürməkdə şübhəli bilinən Cozef Oberxansli hakim qarşısına çıxarılıb.
     
    “Daily Mail” xəbər verir ki, cinayət 2014-cü ildə baş verib. 46 yaşlı Temmi Co Blantonun meyiti evinin hamam otağında aşkarlanıb. Araşdırma zamanı onun çoxsaylı bıçaq yarasından öldüyü məlum olub.
     
    Bundan başqa, Temminin meyitinin yanında onun beyninin bir hissəsi aşkarlanıb.
     

    Muxalifet4 - 28-07-2019

  2. Blogerin doğranmış meyitini çemodandan tapdılar

    Moskavada blogerin doğranmış meyiti çemodanda aşkarlanıb.
     
    Oxu.Az-ın Ren.TV-yə istinadən verdiyi xəbərə görə, meyiti tapan blogerin kirayə aldığı mənzilin sahibi olub. Qızları ilə əlaqə saxlaya bilməyən valideynləri narahat olub, ev sahibinə zəng vurublar.
     
    İlkin versiyalara görə, qətl qısqanclıq motivi ilə törədilib. Qatil qurbanının boğazını kəsib. Meyit çılpaq imiş.
     
    Mərhum bloger tibb universitetində təhsil alırmış, sosial şəbəkələrdə 8 yüz min abunəçisi olan bloq müəllifi imiş. Əsasən təhsildən və səyahətdən yazırmış.

    Muxalifet4 - 28-07-2019

  3. Qonşuları şahzadə Harri və Meqan Markl ilə danışa bilməyəcəklər

    Britaniya şahzadəsi Harri və Meqan Marklın qonşularına bu cütlə rəftar barədə xüsusi təlimatlar kitabçası paylanılıb.
     
    “The Sun” bildirir ki, Sasseks hersoq və hersoginyasının qonşuluğunda yaşayanlara onlarla söhbətə birinci başlamaq qadağan olunub. Bununla yanaşı, Sasseks ailəsinin itini tumarlamaq, oğullarını göstərməklərini istəmək və onların poçt qutusuna nəsə qoymağa icazə verilmir.
     
    Qeyd edilir ki, şahzadə Harri və Meqan Marklın evinin yaxınlığında 400-ə yaxın insan yaşayır və çoxları təlimat kitabçasını alanda narazılığını bildirib.

    Muxalifet4 - 28-07-2019

  4. "Onların sifətləri qızdırılmış dəmirlə yandırılmalıdır" - AKTYOR VƏ MÜĞƏNNİLƏRDƏN PREZİDENTƏ ÇAĞIRIŞ

    Türkmənistanda aktyor, müğənni və bloqerlər dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun ölüm şayiələrinə inanmamağa səsləyən  videomüraciət buraxıblar.
     
    “Radio Azatlıx” bildirir ki, artistlərin sözlərinə əsasən, son zamanlar sosial şəbəkələrdə prezidentin ölümü ilə bağlı mötəbər olmayan xəbərlər yayılıb.
     
    “Xahiş edirəm ki, bu söz-söhbətlərə inanmayın, hamısı yalandır”, - aktyor Yaqşı Qoşunov bildirib.
     
    O qeyd edib ki,Türkmənistan prezidentinə şər atan böhtançılar lənətlənməli, sifətləri isə qızdırılmış dəmirlə yandırılmalıdır.

    Muxalifet4 - 28-07-2019

  5. Bu şəxslər imtahansız işə qəbul olunacaq – Azərbaycanda yenilik

    Azərbaycanda bundan sonra Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almış gənclərin dövlət qulluğuna qəbulu müsabiqə (test imtahanı və müsahibə) əsasında aparılmayacaq.
    Muxalifet.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla qüvvəyə minən "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.

    Muxalifet - 28-07-2019

  6. "Harda avara var, sosial şəbəkəyə yığışıb..." - DEPUTAT YENƏ TƏHQİR ETDİ

    Artıq Milli Məclis yarımillik fəaliyyətini yekunlaşdıraraq tətilə çıxıb. Amma ötən dövrdə parlamentin fəaliyyəti olub və kifayət qədər iş görülüb. Ölkədəki ictimai-siyasi durum və digər məsələlərlə bağlı "Unikal" qəzetinə müsahibə verən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə ilə söhbətə parlamentin ötən dövr ərzindəki fəliyyəti barədə sualla başladıq. 

    Muxalifet4 - 28-07-2019

  7. ​Moskvada aksiyaya SƏRT MÜDAXİLƏ: Saxlanılanların sayı 1000-i keçdi

    Dünən Rusiyanın paytaxtı Moskvada Şəhər Məclisi seçkilərinə müstəqil namizədlərin iştirakının ləğv edilməsinə etiraz edənlərə polis sərt müdaxilə edib. Moskva Şəhər Polis İdarəsi etirazçılardan 1074 nəfərin saxlanıldığını açıqlayıb. Araşdırmalardan sonra onlar barəsində qanuna müvafiq qərar qəbul ediləcək. Qeyd edək ki, saxlanılanlar arasında müxalifət lideri Aleksey Navalnının qurduğu Korrupsiya ilə Mübarizə Fondunun vəkili Lubov Sobol, İlya Yaşin, Yuliya Qalyamina, İvan Jdanov və Dmitriy Qudkov da var.

    Muxalifet - 28-07-2019

  8. Ermənilər bu gecə də dinc dayanmadı -- MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub.

    Muxalifet4 - 28-07-2019

  9. Gürcüstan “Keşikçidağ”a aparan yolun təmirinə 2 milyon dollar ayırdı

    13,3 kilometrlik Saqareco-Udabno-David Qareci (Keşikçidağ) yolunun təmiri başlayıb. Virtualaz.org “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Regional inkişaf və infrastruktur nazirliyinin avromobil yolları departamenti yayıb.

    “Təmir işləri Udabno kəndinin ərazisindən başlayır və David Qareci (Keşikçidağ) monastır kompleksinə qədər davam edəcək”, - məlumatda deyilir.

    Muxalifet4 - 28-07-2019

  10. Əfqanıstan hökuməti "Taliban"la birbaşa danışıqlara başlayır

    Əfqanıstanın sülh məsələləri naziri Əbdül Salam Rahimi yaxın iki həftə ərzində radikal "Taliban" hərəkatının üzvləri ilə birbaşa danışıqlara başlayacaqlarını bəyan edib. "Report" 1TV telekanalına istinadən xəbər verir ki, danışıqlar Avropa ölkələrindən birinin paytaxtında aparılacaq. Rahimi bildirib ki, hazırda rəsmi Kabili təmsil edəcək 15 nəfərdən ibarət danışıqlar qrupunun formalaşdırılması üçün məsləhətləşmələr aparılır.

    Muxalifet4 - 28-07-2019

  11. İran-Azərbaycan sərhədində atışma - ƏSGƏRİMİZ GÜLLƏ YARASI ALDI

    2019-cu ilin 27 iyul tarixində saat 22:45 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilmişdir.

    Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet4 - 28-07-2019

  12. Erməni snayperləri hərbi texnikamızı yenə ATƏŞƏ TUTDU

    Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam edir. Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib. 2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqa­mət­dən döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atə­şə tutul­muşdur. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.

    Muxalifet4 - 28-07-2019

  13. “Sarı zolaq” qadağası ləğv edildi

    “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda tətbiq olunmuş qadağa ləğv edilib.

    Bunu "Qafqazinfo"ya açıqlamasında Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    Onun sözlərinə görə, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalı başa çatdığı üçün qadağa ləğv olunub.

    Qeyd edək ki, daha öncə qadağanın iyulun 28-i gecə 24:00-da başa çatacağı açıqlanmışdı. 

    Muxalifet4 - 28-07-2019

  14. ​SON DƏQİQƏ: Azərbaycan-İran sərhədində ATIŞMA: Əsgərimiz güllələndi

    İyulun 27-də saat 22:45 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib.
    Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb.

    Muxalifet - 28-07-2019

  15. ​ŞOK: Türk iş adamı gömrükdəki problemlə bağlı Ərdoğana MÜRACİƏT ETDİ

    “Rovel Trading” şirkəti ilə Gömrük Komitəsi arasında qarşıdurma davam edir. Muxalifet.az xəbər verir ki, DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firmasının sahibi, İstanbul Ticarət Odasının (İTO) məclis üzvü Yakup Yaşa Azərbaycan gömrüyündə üzləşdikləri problemlə bağlı Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana məktub ünvanlayıb.

    Muxalifet - 28-07-2019

  16. Azərbaycanda ilahiyyatçının 21 yaşlı oğlu faciəvi şəkildə öldü - FOTO

    Cəlilabad rayonunda baş vermiş ölüm hadisəsinin bəzi təfərrüatları məlum olub.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Cəlilabad rayonunda baş vermiş ölüm hadisəsinin bəzi təfərrüatları məlum olub.

    Muxalifet - 28-07-2019

  17. ​Erməni müğənni Zara Mqoyan yenidən Azərbaycan səhnəsində - VİDEO

    "Jara" musiqi festivalının üçüncü günündə səhnəyə Rusiyanın əməkdar artisti, erməni əsilli müğənni Zara Mqoyan çıxıb. Müğənni festivalda qırmızı xalıya görüntülənib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb. Xatırladaq ki, ötən il baş tutmuş festivalda da Z.Mqoyan Bakı səhnəsində konsert proqramı ilə çıxış etmişdi. Hələ keçən il onun Azərbaycana gəlişi birmənalı qarşılanmamış, səs-küyə səbəb olmuşdu.

    Muxalifet - 28-07-2019

  18. Dünyanın ən təhlükəli həbsxana məhkumları - FOTOLAR

    Həbsxanalar bir çox cinayətkarlara ev sahibliyi edir. Bu insanlar həyatlarını pisliyə həsr ediblər və olduqca təhlükəlidirlər.

    Əlbəttə ki, edilən hər hansı bir yanlışlıqla onların olduğu yerə düşmək, heç də yaxşı seçim olmazdı. 

    Musavat.com dünyanın ən təhlükəli həbsxana məhkumlarının bir qisminin siyahısını təqdim edir.

    Muxalifet - 28-07-2019

  19. ​Azərbaycanda həkimdən BİABIRÇI reklam - VİDEO

    Bakıda fəaliyyət göstərən klinikalardan birinin  cərrah flebeloqu İlham Məmmədovun reklamına hesablanaraq çəkilmiş video birmənalı qarşılanmayıb.
    Buna səbəb pasient qismində çıxış edən xanımın müayinə masası üzərinə çıxmasıdır.
    Daha sonra xanım həkimi tərifləyən zaman donunu yuxarı qaldırır və açıq-saçıq mənzərə yaradır.
    Muxalifet.az qafqazinfo-ya istinadən sözügedən videonu təqdim edir:

    Muxalifet - 28-07-2019

  20. İnternetdə yeni dələduzluq: “Google” təqviminiz təhlükədədir

    Getdikcə daha çox adamın həm iş həyatında, həm də özəl yaşamında internetdən istifadə etməsi səbəbilə bu məkana dələduzların axını daha da sürətlənib.

    Ancaq çoxumuz e-poçtlarımızı, sosial media hesablarımızdakı tətbiqetmələri qorumağı öyrəndiyimizə görə dələduzların yeni yollar axtarıb, tapmağı da olduqca məntiqlidir.

    Muxalifet4 - 28-07-2019

Pages