Axtarış
The search found 105779 results in 0.032 seconds.
Search results
Azərbaycanlı məşhurun qızı vəfat etdi - FOTO
Azərbaycan aşıq sənətinin tarixi simalarından olan Aşıq Bilalın qızı vəfat edib.
Publika.az xəbər verir ki, Şirvan aşıqlıq məktəbinin banisi sayılan Aşıq Bilal Mikayılovun 92 yaşlı qızı Şura Abdurrahmanova yaşadığı Kürdəmir şəhərində dünyasını dəyişib.Muxalifet - 29-07-2019
SON DƏQİQƏ: daha bir ölkə döyüş gəmilərini İran sərhədinə göndərir
Cənubi Koreya Hörmüz boğazına döyüş gəmilərini göndərəcək.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə CNA məlumat yayıb.
Məlumatda bildirilib ki, Cənubi Koreya ABŞ-ın çağırışına cavab olaraq avqust ayında döyüş gəmilərini bölgəyə yollayacaq.
Qeyd edək ki, ABŞ Avstraliya, Fransa, Almaniya, Yaponiya, Norveç, İngiltərə və Cənubi Koreyaya Hörmüz boğazının təhlükəsizliyini təmin edəcək beynəlxalq koalisiya qurmaq üçün döyüş gəmilərini göndərmək çağırışı etmişdi.Muxalifet - 29-07-2019
BİR GÜNDƏ 6 GƏNCİN ÖLÜMÜ VƏ FHN-nin MƏSULİYYƏTSİZLİYİ - Nazirlik “qeyri-çimərlik ərazi” adı altında öz məsuliyyətindən boyun qaçırmağa çalışır
Bu gün səhəri yeni acı xəbərlə açdıq. Belə ki, Xəzər dənizi daha 4 nəfər gənci öz ağuşuna almışdı. Həm də bu, həmin gün üçün yaşanan yeganə faciə deyildi. Bakı Şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsi sahilində 4 dostun boğulması ilə yanaşı, Abşeron çimərliklərində daha iki gənc də suda batmışdı.
Muxalifet4 - 29-07-2019
Prezidentin ölüm xəbərini yayan 3 nəfər saxlanıldı
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölümü ilə bağlı şaiyə yaymaqda şübhəli bilinən azı 3 nəfər tutulub.
Muxalifet.az “Xronika Turkmenistan”a istinadən xəbər verir ki, saxlanılanların hamısı Türkmənistan vətəndaşlarıdır.
Lakin onların adları açıqlanmayıb.
Türkmənistan polisi və təhlükəsizlik qurumları paytaxt Aşqabadda və bölgələrdə dövlət başçısı Q.Berdiməhəmmədovun səhhətinin ağır olması və ya ölümü haqqında yalan məlumatların yayılmasına qarşı mübarizə məqsədi ilə gücləndirilmiş iş rejiminə keçib.Muxalifet - 29-07-2019
ŞOK İDDİA: Deputatın kürəkəninin narkotik plantasiyaları AŞKARLANDI?
Milli Məclisin 54 saylı Şabran-Siyəzən seçki dairəsindən seçilmiş deputatı Tahir Süleymanov Şabranda onun kürəkəninə məxsus olduğu iddia edilən narkotik bitki plantasiyasının polis tərəfindən aşkarlanması barədə yayılan xəbərlərə cavab verib.
Muxalifet.az xəbər verir ki , deputat Demokrat.az-a açıqlamasında bu barədə yayılan xəbərləri cəfəngiyyat adlandırıb:
"Bu cür xəbərlər uydurma və boş söhbətlərdir. hamısı yalandır. Deputatlar narkotikaya qarşı mübarizə aparan insanlardır. Bu cür yalanları yayan adamların vicdanı yoxdur".Muxalifet - 29-07-2019
Cahangir Hacıyevə 17, sabiq deputata 15,9 il həbs tələbi – Məhkəmə
Mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.Muxalifet - 29-07-2019
Xəzərdə çimmək qadağan edildi - 31 iyuladək
İyulun 31-ə qədər İranın şimalında Mazandaran vilayətində Xəzər dənizində çimmək qadağan edilib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Mazandaran vilayəti sahillərində dənizdə batma hallarına qarşı mübarizə komitəsinin sədri Nəqi Kərimian deyib.
N.Kərimianın sözlərinə görə, Mazandaran vilayətində 60 ərazidə qadağa işarəsi olan qara bayraq sancılıb.
Qeyd edək ki, bu il Xəzər dənizinin Mazandaran sahillərində 10-dan çox şəxs boğulub.Muxalifet - 29-07-2019
Tibbdə ŞOK: Hindistanda 22 yaşlı ana “SU PƏRİSİ” doğdu - FOTO
Hindistanın Uttar Pradeş ştatının Laximpur-Xeri əyalətində sirenomeliya və ya “su pərisi” sindromlu bir uşaq dünyaya gəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə "The Times of India" qəzetində məlumat dərc edilib.
Qəzetin yazdığına görə, 22 yaşlı hamilə qadın iyulun 27-də xəstəxanaya gətirilib. Doğuş normal olsa da, uşağın qeyri-adiliyi həkimləri təəccübləndirib. Demək olar ki, uşağın ayaqları yox idi, sanki bədənin aşağı hissəsi sonadək balığı xatırladırdı. Həkimlər uşağın cinsiyyətini də müəyyən etməkdə çətinlik çəkiblər.Muxalifet - 29-07-2019
Bakıda QORXUNC HADİSƏ: Qatar maşınla toqquşdu, 5 nəfər...
Bakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.
"Report" xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov "Report"a bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub: "Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir. Yaralıların vəziyyətləri ağırdır".Muxalifet - 29-07-2019
Aralıq dənizində böyük qarşıdurma: Rusiya və Türkiyə ilk siqnalları verdi
Şərqi Aralıq dənizindəki enerji axtarışlarında uğurlu nəticə əldə edən Türkiyə çıxarılacaq təbii yanacağın emalı və paylanması kimi məsələlərdə yeni həmlə edəcək.
Publika.az xəbər verir ki, Ankara xarici şirkətlərin xidmətinə üstünlük verəcək.
Muxalifet - 29-07-2019
Ağstafada DƏHŞƏTLİ YANĞIN: 29 yaşlı qadın... - FOTO
Ağstafa rayonunda fərdi yaşayış evində yanğın olub.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib.
Hadisə zamanı ev tamamilə yanıb. Ev sahibi, 1990-cı il təvəllüdlüı Ceyran Şakir qızı Əliyeva xəsarət aldığı üçün xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib.
Yanğının başvermə səbəbləri araşdırılır.Muxalifet - 29-07-2019
Xəzərə düşən MİQ-29-un yeri MÜƏYYƏNLƏŞDİ
İyul ayının 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin düşdüyü ərazi müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, bildirib ki, "Miq-29" təyyarəsi və onun pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışları istiqamətində işlər gedir:Muxalifet - 29-07-2019
BÖYÜK TENDER TALANI – “10 manatlıq” şirkətlərə milyonlar necə ötürülür?
“Beş-on manat sərmayəsi” olan “1-2 aylıq” şirkətlər dövlət sifarişlərini necə və hansı yolla qazana bilirlər?... Pia.az-ın Səhiyyə Nazirliyi Ucar Rayon Mərkəzi Xəstəxanasının sifarişi ilə keçirilən anormal tenderləri açıqlamasından sonra ölkə mətbuatı əcayib-qəraib tenderləri araşdırmağa başladı və bu mövzu hələ də ölkə gündəmini məşğul etməkdədir.
Muxalifet4 - 29-07-2019
Bakıda dənizdə batan 4 dostun meyitləri aşkarlanıb
Kürdəxanı çimərliyində boğulan 4 nəfərin meyiti sudan çıxarılıb. “Report”un məlumatına görə, hadisə Kürdəxanı çimərliyində nəzarətsiz ərazidə qeydə alınıb. Məlumata görə, batanlar Balababa, Murad, Kamran və Əli adlı dostlar olublar. Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 29-07-2019
SARI ZOLAQ QADAĞASINA ETİRAZLAR ARTIR - “Bu, camaatın yol haqqına girməkdir”
Elşad Hüseynov: “Bu, yol-nəqliyyat repressiyasından başqa bir şey deyil”
““Probka”larla partlayan, dağılan şəhərimizdə yolun hansısa xəttlərini kəsib, maşınları sarı zolaq arasına salıb, sonra ona məhdudiyyət qoyub, ondan pul, qazanc götürmək istəyirlər”
Muxalifet - 29-07-2019
QORXULU ANLAR: Nəhəng kərtənkələ meymunu DİRİ- DİRİ UDDU - VİDEO
Sosial şəbəkələrdə nəhəng kərtənkələnin-varanın meymunu diri-diri udmasını əks etdirən videoçarx yayılıb. Muxalifet.az xəbər verir ki, görüntülər İndoneziyada qeydə alınıb. Varanın meymunu udmasına bir dəqiqə zaman lazım gəlib. Qeyd edək ki, Komoda varanları ən böyük kərtənkələlər hesab edilirlər.Onların uzunluğu 3 metrə, çəkisi 80 kiloqrama çata bilir. Onlar öz çəkilərinin 80 faizini təşkil edə biləcək böyüklükdə canlıları yeyə bilirlər. Bəzən insanlara da hücum edirlər.
Muxalifet - 29-07-2019
“Azərbaycam Dəmir Yolları” QCS Zirədəki hadisə barədə məlumat yaydı
“Azərbaycam Dəmir Yolları” QCS dəmir yolu keçidində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.
Muxalifet - 29-07-2019
Rusiyadan Azərbaycana gələn mikroavtobus QƏZAYA DÜŞDÜ: 2 ölü, 6 yaralı - FOTO
İyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nömrə nişanlı mikroavtobus yük maşınına çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 6 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. İlikn fərziyyəyə görə, hadisəyə yüksək sürət və düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub.Qəza M4 "Don" magsitralının 954-cü kilometrində baş verib.
Muxalifet - 29-07-2019
Cəbhədə ATIŞMA: Erməni əsgəri GÜLLƏLƏNDİ
Cəbhə xəttində baş verən atışma nəticəsində bir erməni hərbçisi yaralanıb.
Virtualaz.org “Sputnik Ermənistan”a istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.
Məlumata görə, hərbçi Vladimir Osipyan ötən gecə Noyemberyan tibb mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, dünən cəbhə xəttində baş verən atışma nəticəsində Ermənistanın müqaviləli hərbçisi Arman Bulqadaryan öldürülmüşdü.
DƏHŞƏT: Azərbaycanlı kişini barda belə güllələdilər - ANBAAN VİDEOMuxalifet - 29-07-2019
“Mənə qarşı əməliyyat keçirilsə, hökuməti devirərəm” - Adnan Oktar
Adnan Oktarın Türkiyə hökuməti əleyhinə dedikləri üzə çıxdı
Adnan Oktarın başçılıq etdiyi silahlı cinayətkar qrupla bağlı hazırlanan iddianamədə şok bir detal üzə çıxıb. İddianamə çərçivəsində “təsirli peşmanlıq” maddəsindən faydalanmaq istəyən şübhəli B.K. açıqlamalarında A.Oktarın həddini necə aşdığını danışıb.Muxalifet - 29-07-2019