Axtarış

The search found 105783 results in 0.029 seconds.

Search results

  1. Tehranın sabiq meri EDAM EDİLƏCƏK

    İranda məhkəmə Tehran şəhərinin sabiq meri, 66 yaşlı Məhəmməd Əli Nəcəfini edama məhkum edib.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili deyib.

    O bildirib ki, sabiq mer qəsdən adam öldürməkdə və qanunsuz silah gəzdirmək ittiham olunub. Məhkəmə zərərçəkmiş tərəfin istəyi ilə onun edam olunmasına qərar verib.

    Muxalifet4 - 30-07-2019

  2. Azərbaycan şirkətləri pomidordan 138 milyon dollar qazanıblar

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayı təqdim olunub.

    Muxalifet4 - 30-07-2019

  3. Qadın 5 il əvvəl boşandığı ərinə böyrəyini bağışladı - "Uşaqlarımın atasız böyüməsini istəmirəm" - FOTO

    İngiltərədə film səhnələrini xatırladan olay yaşanıb.

    Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin paytaxtı Londonun Brumli səmtində yaşayan qadın illər əvvəl boşandığı həyat yoldaşına böyrəyini verib.

    Muxalifet4 - 30-07-2019

  4. Qarabağ qazisi acınacaqlı vəziyyətdə yaşayır - FOTOLAR

    Zəngilan rayonundan məcbüri köçkün düşmüş, 2-ci qrup Qarabağ müharibəsi əlili Adil Musa oğlu Alışova haqsızlıqlar edilir.

    Muxalifet4 - 30-07-2019

  5. Bakıda dəhşətli hadisədə ölən daha 2 nəfərin meyiti tapıldı

    Bakıda dənizdə boğulan 4 dostdan digər ikisinin də meyiti tapılıb.

    Muxalifet4 - 30-07-2019

  6. Nənəsini qətlə yetirib yandıran şəxsə HÖKM OXUNDU

    Bakı Ağır Cinayətlər Məhkəməsində tamah məqsədi ilə nənəsini öldürməkdə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən Ə.Əfəndiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet4 - 30-07-2019

  7. Dövlət Komitəsi məsləhət üçün bu şirkətə 1,6 milyon manat ödədi – ŞOK ANLAŞMA

    Əmlak Məsələləri Dövlət Komitəsi ilə İsrailin “Ofek Aerial Photography” şirkəti arasında imzalanmış müqavilənin məbləği məlum olub.

    Muxalifet4 - 30-07-2019

  8. Rusiya və Türkiyə XİN rəhbərləri görüşdülər - BANKONQDA

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova "Facebook" səhifəsində məlumat yayıb.

    Bildirilib ki, XİN rəhbərlərinin görüşü Taylandın paytaxtı Bankonqda baş tutub.

    Görüşün detalları açıqlanmayıb.

    Muxalifet4 - 30-07-2019

  9. İŞİD-ə 500 min dollar yardım göndərən azərbaycanlıların məhkəməsi başlayır

    Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

    Cinayət işi üzrə materiallar hakim Zeynal Ağayevin icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 2-ə təyin edilib.

    Təqsirləndirilən şəxslər Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs ediliblər.

    Muxalifet4 - 30-07-2019

  10. “Tam sağalandan sonra yenidən səhnəyə qayıdacam” – Xalq artisti

    “Tam sağalandan və Bakıya qayıdandan sonra yenidən sənətimə davam edəcəm. İlk olaraq Heydər Əliyev Sarayında millətimin qarşısında hesabat konsertini verməyi planlaşdırıram”.

    Bunu “Report”a açıqlamasında Türkiyədəki xəstəxanaların birində əməliyyat olunan Xalq artisti, müğənni Yalçın Rzazadə deyib.

    O, xəstəxanadan buraxılandan üç ay sonra sənətini davam etdirmək istədiyini bildirib.

    Muxalifet4 - 30-07-2019

  11. ŞOK: Sərxoş kişi onu sancan ilanı dişləyib öldürdü

    Hindistanda kuryoz olay yaşanıb.

    Milli.Az Indiatoday-a istinadla xəbər verir ki, Hindistanın Uttar Pradeş ştatının Etah vilayətinin Asrauli kəndində sərxoş kişi ilanı dişləyərək öldürüb.

    Rajkumar adlı kişi onu sancan ilanı dişləyib, öldürüb. Həkimlərin və Rajkumarın atasının dediyinə görə, o, ilanı öldürən zaman alkoqolun təsiri altında olub.

    Rajkumar ilanı dişləyərək iki yerə bölüb. Həkimlərin dediyinə görə kişinin vəziyyəti ağır olaraq qalır.

    Muxalifet4 - 30-07-2019

  12. Azərbaycanda bu idarələr ləğv edildi - QƏRAR

    Baş nazir Novruz Məmmədov "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) strukturunu yeni redaksiyada təsdiq edib. Muxalifet.az xəbər verir ki, qərarın mətni Nazirlər Kabinetinin saytında dərc olunub.

    Muxalifet4 - 30-07-2019

  13. "Real"dan ulduz futbolçu üçün 150 milyonluq təklif

    "Real" "Mançester Yunayted"in ulduzu Paul Poqbanın transferi üçün yenidən hərəkətə keçib.
    İspaniyanın "Sport nəşri  xəbər verir ki, "Kral Klubu" fransalı futbolçu üçün yeni təklif irəli sürməyə hazırlaşır.
    İddiaya görə, "Real" "Mançester Yunayted"ə 150 milyon avro təklif edəcək.
     
     

    Muxalifet4 - 30-07-2019

  14. Gələn ildən qeydiyyatsız evlər sənədləşdiriləcək

    Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) rəsmi məlumatına görə, Azərbaycanda 600 min sənədləşdirilməmiş ev mövcuddur. Bu evlərin 450 mini Bakı və Bakıətrafı qəsəbələrin, yerdə qalan 150 mini bölgələrin payına düşür. Evlər sənədləşdiriləcək deyilincə sənədsiz evdə yaşayan təxminən bir milyondan çox insan sevindi. Ona görə bir milyon deyirik ki, 650 min evdə orta hesabla ən az 2 nəfər yaşayırsa bu bir milyondan çox insanın taleyi deməkdir. Sənədsiz evlərdən 70 mini xüsusi təhlükəli ərazilərdə tikilib.

    Muxalifet4 - 30-07-2019

  15. Türkiyədə üç min qurbağa müsadirə edildi

    Türkiyənin Adıyaman vilayətinin Gerger rayonunun Jandarmeriya komandanlığı üç min diri qurbağını müsadirə edib.
    Türkiyənin NTV telekanalı xəbər verir ki, Jandarmeriya avtomobil yolunda şübhəli avtomobil saxlayıb. Avtomobilin salonuna baxıldıqdan sonra torbalarda üç min qurbağa aşkarlanıb.
    Müəyyən edilib ki, qurbağalar hotellərə satmaq üçün nəzərdə tutulub. Qurbağalar müsadirə edilərək Gerger rayonunun Kənd təsərrüfatı idarəsinə təhvil verilib. Onları sonradan təbiətə buraxacaqlar.

    Muxalifet4 - 30-07-2019

  16. Rusiyada 102 yaşlı azərbaycanlı veteran vəfat etdi - FOTO

    Rusiyanın Voronej şəhərinin fəxri vətəndaşı olan azərbaycanlı Məmməd Cəbrayılov 102 yaşında vəfat edib.

    Bu barədə Rusiya KİV-ləri məlumat verir.

    M.Cəbrayılov 1918-ci ildə Bakıda anadan olub. O, Böyük Vətən müharibəsi veteranı, Voronejin müdafiəçisidir.

    Muxalifet4 - 30-07-2019

  17. ​Bakıda maskalı şəxslər lombarda basqın etdilər

    İyulun 29-u saat 10:45-də Bakının Xətai rayonunda lombarda basqın olub.

    Muxalifet4 - 30-07-2019

  18. ​ABŞ şirkətlərindən 106 milyonluq oğurluq - MƏSƏLƏ MƏHKƏMƏYƏ ÇIXARILIR

    ABŞ-ın ən böyük kredit kartı şirkətlərindən biri olan “Capital One” müştərilərinin məlumatlarının oğurlandığını açıqlayıb.
    BBC-nin məlumatına görə, şirkət hakerin tutulduğunu bildirib.
    Hadisədən ABŞ-da 100 milyon, Kanada da isə 6 milyon insanın ziyan gördüyü qeyd edilib.
    Daha bir məlumata görə, 80 min nəfərin bank hesab nömrələri ələ keçirilib.
    Şirkət sədri baş verənlərə görə müştərilərindən üzr istəyib.
    ABŞ Ədliyyə Nazirliyi tutulan hakerin texnologiya şirkətlərindən birinin keçmiş proqram mühəndisi olduğunu açıqlayıb.

    Muxalifet4 - 30-07-2019

  19. DƏHŞƏT: Müsəlman olduğu üçün döyüb öldürdülər - VİDEO

    ABŞ polisi 59 yaşlı müsəlman kişini küçənin ortasında öldürən üç gənci axtarır.

    Muxalifet4 - 30-07-2019

  20. "Vaşinqton Kremli qorxmağa məcbur etməlidir"

    Rusiyanın qanunsuz fəaliyyətlərinin qarşısının alınması üçün ABŞ bu ölkəni qorxmağa məcbur etməlidir.

    Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” nəşri yazıb.

    Məqalə müəllifinin sözlərinə görə, həmçinin rəsmi Vaşinqton Rusiya sakinlərinin etimadını qazanmağa çalışmalıdır:

    “Ruslar səhvən ABŞ-ın onlara qarşı təhdid olduğunu düşünürlər. ABŞ yalnız Rusiya Prezidenti Vladimir Putinin deyil, eyni zamanda, rusların sonrakı nəsillərinin etibarını qazanmalıdır”.

    Muxalifet4 - 30-07-2019

Pages