Axtarış
The search found 105783 results in 0.03 seconds.
Search results
AZAL-ın təyyarəsinin pəncərəsi sındı - Uçuş 12 saat ləngidi
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən gün saat 13:20-də, “J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb.
"Report"un əldə etdiyi məlumata görə, buna səbəb təyyarənin pəncərəsinin sınması olub.
Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a faktı təsdiq edib.Muxalifet - 31-07-2019
Qarabağ qazisini vuran maşında məşhur aktyor da olub - Video
Xəbər verdiyimiz kimi, ötən gecə Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi "Silverado" markalı minik avtomobili ilə sürət həddi saatda 90 km. olan zaman onun qabağına qəfil piyada çıxıb. Nəticədə M.Bəşirov piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Muxalifet - 31-07-2019
“Əvvəl deyirdik, atan Suriyaya gedib, indi deyirik ki...”
"Axtarışların akvatoriyası genişlənib, yeni müasir texnika cəlb edilib. Axtarışları uzaqdan da olsa, müşahidə edib, geri qayıdırıq. Əlimizdən başqa nə gəlir ki?”
Muxalifet.az xəbər verir ki, bu sözləri Ölkə.az-a açıqlamasında Xəzər dənizində itkin düşən pilot Rəşad Atakişiyevin qaynatası, sabiq dövlət müşaviri Qabil Hüseynli səsləndirib.
Q.Hüseynli R.Atakişiyevin oğlunun atasını hər gün soruşduğunu da bildirib:Muxalifet4 - 31-07-2019
Dubay şeyxinin arvadı qaçdıqdan sonra ilk dəfə məhkəmədə görüntüləndi - FOTO
Londonun Yüksək Ədalət Məhkəməsində Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum və bu yay onu tərk edən altıncı həyat yoldaşı Şahzadə Həyya bint Əl-Hüseynin boşanma məhkəməsinə start verilib.
“Telegraph.co.uk” xəbər verir ki, dinləmələr məhkəmənin ailə palatasında keçirilir.
Mənbənin məlumatına görə, şahzadə qaçandan sonra ilk dəfə üzə çıxıb və prosesdə şəxsən iştirak edib.
Muxalifet4 - 31-07-2019
Deputatın 250 minlik maşını var? - AÇIQLAMA
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli 250 min manatlıq avtomobilinin olması ilə iddiaya münasibət bildirib. Muxalifet.az xəbər verir ki, T.Kərimli "Report"a açıqlamasında deyib ki, bu iddianın əsası yoxdur. Deputatın sözlərinə görə, sürücüsünün idarə etdiyi "BMW" markalı avtomobil 2004-cü il istehsalıdır: "Bu avtomobilin qiyməti 250 min manat necə ola bilər?! Əsası olmayan belə fikirləri mühacirətdə yaşayan biri tirajlayır. Onun qeyri-ciddi açıqlamalarına reaksiya vermək fikrim yox idi.
Muxalifet - 31-07-2019
Azərbaycanlı qızların daha bir BİABIRÇI GÖRÜNTÜLƏRİ YAYILDI: "Yenə də klub, diskoteka, yenə də bar..." - VİDEO
Sosial şəbəkələrdə daha bir neçə azyaşlı azərbaycanlı qızların biabırçı görüntüləri yayılıb. Demokrat.az xəbər verir ki, görüntülərdə azyaşlı qızlar biabırçı sözləri olan mahnı ifa edirlər. Həmin görüntüləri təqdim edirik:
Muxalifet - 31-07-2019
Onlar Cahangir Hacıyevə Azərbaycanın pullarını yumaqda kömək ediblər - “BLOOMBERG”İN SENSASİON ARAŞDIRMASI
Amerikanın maliyyə media nəhəngi olan “Bloomberg” Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyev, onun arvadı Zamirə Hacıyeva və qızı Leyla Mahmudova, həmçinin onlara Azərbaycandan Böyük Britaniyaya pulları yollayaraq, orada daşınmaz əmlak əldə etməyə yardımçı olmuş şirkətlər haqqında sensasion məqalə dərc edib. Cahangir Hacıyev Məlum olduğu kimi, Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib, arvadı Zamirə Hacıyeva isə pulların yuyulması ittihamı ilə Londonda məhkəmə qarşısına çıxıb.
Muxalifet - 31-07-2019
Ağstafada BİABIRÇILIQ - Rayonun adını səhv yazdılar - FOTO
Ağstafanın girişində düzəldilən simvol-abidədə rayonun adı yanlış yazılıb.
Muxalifet.az cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sakinlər buna irad bildirsələr də, rədd cavabı alıblar:
“Rayonun girişinə “Ağstafa” yazmaq əvəzinə, “Ağtafa” yazılıb. Maşını saxlayıb irad bildirirəm ki, rayonun adının düzgün yazmırsınız. Dedilər ki, İcra Hakimiyyətinin başçısı nə deyib, onu edirik”.Muxalifet - 31-07-2019
Həsən Cəbrayılov vəfat etdi - FOTO
Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.
Muxalifet.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, 1949-cu il təvəllüdlü H.Cəbrayılov bu gün səhər saatlarına müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Yaxınlarının bildirdiyinə görə, 70 illik yubileyini bu yaxınlarda qeyd edən sənətçi bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbilə xəstəxanaya aparılıb və əməliyyat olunub.Muxalifet - 31-07-2019
Politoloq: “Qarabağ klanı” Ermənistanda hakimiyyətə qayıtmayacaq
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovun Oxu.Az-a müsahibəsi:
- Ermənistan son bir neçə gündə Dağlıq Qarabağ münaqişəsi zonasında təxribatçı addımlar atır. Erməni snayperlər azərbaycanlı sərhədçilərin döyüş mövqelərini, eləcə də arxa cəbhədəki nəqliyyat vasitələrini atəşə tutublar. Bunadək isə bir neçə həftə ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində praktiki olaraq sakitlik hökm sürürdü. Birdən-birə nə baş verdi?Muxalifet - 31-07-2019
1500 Amerika əsgəri gürcülərə rusların tank hücumunu dayandırmağı öyrədir - Azərbaycan bu dəfə iştirak etmədi...
Gürcüstanda bu günlərdə ABŞ və daha bir neçə NATO üzünün iştirakı ilə “Yenilməz ruh-2019” (“Agile Spirit-2019”) irimiqyaslı hərbi təlimləri başlayıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Eurasianet.org portalı bu təlimlərin Rusiya ilə davam etməkdə olan böhran fonunda Gürcüstanı dəstəkləməyə yönəldiyini yazır. Təlimlərdə ABŞ ordusunun 1500-ə yaxın hərbçisi iştirak edir. O cümlədən Amerika ordusunun hərbi texnikası təlimlər üçün gəmilərlə Gürcüstana gətirilib.
Muxalifet4 - 31-07-2019
Cavid Qurbanov haqda SENSASİON FAKTLAR: Şərq-Qərb dəhlizi boyunca uzanan biznesi
Cavid Qurbanovun biznesinin izi Gürcüstandan, Türkiyədən keçib Avropaya qədər gedir O, "Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər gələndən sonra burada çalışanların sayı iki dəfə azalıb və indi təxminən 6 min nəfərə düşüb. Əvəzində təkcə 2015-2017-ci illərdə ADY-nin bank kreditləri üzrə borcu 2,6 dəfə artıb və 2 milyard 549 milyon manata çatıb.
Muxalifet - 31-07-2019
Daha bir qadının saçlarını qırxdılar - ərinə xəyanət etdiyi üçün - VİDEO
Daha bir qadının ərinə xəyanət etdiyi üçün saçları kəsilib. BiG.AZ xəbər verir ki, sosial şəbəkələrdə yayılan və müsəlman ölkələrin birində çəkildiyi iddia edilən video qısa müddət ərzində izləmə rekordu qırıb. Həmin videonu oxuculara təqdim edirik:
Muxalifet - 31-07-2019
Batumidə KÜTLƏVİ DAVA: Azərbaycan vətəndaşları bıçaqlandı
Ötən gecə Gürcüstanın Batumi şəhərində kütləvi dava olub.
Muxalifet.az xəbər verir ki, Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə qarşıdurma ilə nəticələnib.
Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı bıçaq yaraları alıb. Onlar xəstəxanaya çatdırılıb.
Həkimlərin bildirdiyinə görə, onlarından ikisinin vəziyyəti sabit, digərinin vəziyyəti isə nisbətən ağırdır.
Qarşıdurmanın səbəbi hələ məlum deyil.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır./unikal
Muxalifet - 31-07-2019
AZƏRBAYCAN VƏ GÜRCÜSTAN SƏRHƏDÇİLƏRİ ÜZ-ÜZƏ - Hər iki tərəf Keşikçidağ ətrafına əlavə qüvvələr yığır
Gürcüstan Xarici İşlər Nazirliyi Keşikçidağ (David Qaredji) monastır kompleksi ətrafındakı situasiya ilə bağlı yeni bəyanatla çıxış edib. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, nazirlik monastır kompleksi ilə bağlı məsələnin və Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyasının gündəmdə qaldığını bildirir.
Muxalifet4 - 31-07-2019
İmtahandakı 29 səhv sualı kim hazırlayıb? - MÜƏMMA
Xəbər verildiyi kimi, müəllimlərin işə qəbulu imtahanlarında istifadə olunan sualların yoxlanılması zamanı ekspertlər ümumilikdə 29 sualda texniki qüsur müəyyən edib.
20 sual Azərbaycan, 9-u rus bölməsində olub. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadənin sözlərinə görə, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq.
Muxalifet4 - 31-07-2019
12 yaşlı uşağın öldüyü DƏHŞƏTLİ QƏZA - VİDEO
İyul ayının 15-də Bakı şəhər sakini R.Həmidov idarə etdiyi "Lexus” markalı avtomobili yolda texniki nasazlıq ucbatından dayanmış paytaxt sakini Z.Yusubova məxsus "Mercedes” markalı avtomobilə vurub.
Nəticədə Z.Yusubovun sərnişinləri olan oğulları Namiq və Kənan xəstəxanaya yerləşdirilib, Namiq orada ölüb. Zərbənin gücündən "Lexus" markalı avtomobil aşıb./avtosferMuxalifet - 31-07-2019
Müəlliməninin “rüsvayçı materiallar”la şantaj edilməsi ilə bağlı YENİ XƏBƏR
Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Yaqub Zalovun məhkəmə qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hurriyyet.org Teleqraf.com-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə Yaqub Zalovun ərizəsi elan olunub.
Muxalifet4 - 31-07-2019
Ağstafa adındakı səhvə icra hakimiyyətindən MÜNASİBƏT
Sosial şəbəkələrdə Ağstafa rayonunun adının səhv yazıldığı lövhənin şəkli paylaşılıb. Belə ki, şəkildən də göründüyü kimi löhvədə rayonun adı Ağstafa deyil, Ağtafa kimi qeyd edilib.
Muxalifet.az xəbər verir ki, Ağstafa rayon icra başçısının birinci müavini Ramiz Tatarov Azvision.az -a açıqlamasında bildirib ki, hazırda rayonun mərkəzində təmir işləri gedir.
Muxalifet4 - 31-07-2019
Xırdalanda yollar 20 gün birtərəfli bağlanacaq
Xırdalanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Abşeron rayonunun mərkəzi Xırdalan şəhərinin Heydər Əliyev prospektində avtomobil yolu birtərəfli nəqliyyat vasitələrininin hərəkəti üçün 20 gün müddətində bağlı olacaq.
Muxalifet4 - 31-07-2019