Axtarış
The search found 105783 results in 0.042 seconds.
Search results
Hökumətdən işsizlərlə bağlı yeni qərar
Baş Nazir Novruz Məmmədov "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nı təsdiq edib.
Qaynarinfo xəbər verir ki, qaydalar "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” Prezidentin müfaviq Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Baş nazir həmçinin "İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarını ləğv edib.Muxalifet - 30-07-2019
Aeroport yolunda qız özünü maşından belə atdı – VİDEO
Bakıda qeyri-adi yol qəzası kameraya düşüb. Muxalifet.az “avtosfer.az”a istinadən xəbər verir ki, aeroport yolunda yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobilin ön oturacağında sərnişin xanım qapını açaraq özünü yola atıb. Sürücü isə avtomobili saxlayaraq rahat şəkildə maşından düşür və qızı qucağına alaraq avtomobilə qoyur, daha sonra yoluna davam edir. Hadisəyə səbəb avtomobildə mübahisənin olduğu ehtimal edilir. Görüntüləri təqdim edirik:
Muxalifet - 30-07-2019
İxtisas seçimi bu gün başa çatır
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün bu gün saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.Muxalifet - 30-07-2019
Eldar Əzizov hadisə yerində - Şikayətçilərlə görüşdü
Prezident İlham Əliyevin tapşırıqları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər davam etdirilir. Müvafiq Dövlət qurumlarının apardıqları araşdırmalara əsasən paytaxtın müxtəlif rayonlarında 17 ədəd belə bina müəyyənləşdirilmiş və bu binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsinə başlanıb.
Muxalifet - 30-07-2019
Rusiyadan İngiltərəyə həmlə! - HÖRMÜZ BOĞAZINDA...
İran ilə Rusiyanın Hörmüz boğazında ortaq hərbi təlim keçirməsi planlşdırılır. Rusiyaya səfər etmiş İran Dəniz Qüvvələri komandiri Hüseyn Hanzadi İrn ilə Rusiyanın Bəsra körfəzi və Hörmüz boğazında ortaq təlimlər keçirməsi məsələsində razılıq əldə elədiklərini bəyan edib. Hazırda Sankt-Peterburq şəhərində olan Hanzadi, təlimin bu ilin axırına qədər keçiriləcəyini bildirib.
Muxalifet4 - 30-07-2019
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır - SƏBƏB...
Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır. Muxalifet/az report-a istinadən xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq. Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər. Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.
Muxalifet4 - 30-07-2019
"Bu addım dostluq və qardaşlıq simvolu sayılır" - İRAN AZƏRBAYCANA TƏŞƏKKÜR ETDİ
İranın Azərbaycandakı səfirliyi İran dövləti adından Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış “Şəbahəng” adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə minnətdarlığını bildirib.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada vurğulanıb.Muxalifet4 - 30-07-2019
Bayram Nurlunun 15 yaşında olan VİDEOSU
Tanınmış ekstrasens Bayram Nurlunun 15 yaşında olan görüntləri sosial şəbəkələrdə yayılıb. Demokrat.az xəbər verir ki, görüntülərdə Bayram Nurlu 15 yaşında olan zaman ANS TV-nin aparıcısı Elgiz Əkbərə müsahibə verir. Sözügedən videonu təqdim edirik.
Muxalifet4 - 30-07-2019
MTN generalının məhkəməsinin vaxtı məlum oldu
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev barələrindəki məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
APA-nın xəbərinə görə, Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən proses avqustun 1-ə təyin edilib.
Muxalifet4 - 30-07-2019
Azərbaycanda biznesi olan türk iş adamı vəfat etdi
Azərbaycanda tikinti materiallarının və dəmir avadanlıqların istehsalı, eləcə də satışı ilə məşğul olan türk iş adamı Osman Gezeker dünyasını dəyişib.
“Report” xəbər verir ki, o, bu gün səhər saatlarında vəfat edib.
O.Gezeker uzun müddət “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”nin (TÜİB) rəhbərliyində təmsil olunub.
Muxalifet4 - 30-07-2019
Kamal Abdulla baş redaktoru və işdən çıxardığı müəllimləri məhkəməyə verdi
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla xural.com saytının rəhbəri Əvəz Zeynallını məhkəməyə verib.
Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, rektor baş redaktordan təkzib, üzr və pul tələb edir. İddia edir ki, Əvəz Zeynallı ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və s. məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurub.
Muxalifet4 - 30-07-2019
Məşhur müğənninin deputat əri beynəlxalq axtarışa verildi
Moldovalı millət vəkili və biznesmen İlan Şor milli və beynəlxalq axtarışa verilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Muxalifet4 - 30-07-2019
İşsizlər yeni yaradılan mərkəzdə qeydiyyata alınacaqlar - YENİ QAYDA
Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması qaydası” nı təsdiq edib.
Muxalifet.az xəbər verir ki, qeydiyyata əsasən işaxtaran və işsiz şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər (rayon) məşğulluq orqanlarında və DOST mərkəzlərində qeydiyyata alınacaqlar.Muxalifet4 - 30-07-2019
PUTİNİN REYTİNQİ SÜRƏTLƏ DÜŞÜR – Rusların cəmi 43 faizi ona etibar edir...
“Levada Mərkəzi”nin apardığı sorğunun nəticələrinə əsasən, 38 faiz rusiyalı Vladimir Putinin 2024-cü ildə səlahiyyət müddəti bitdikdən sonra yenidən prezident seçilməsini istəmir.
Azvision.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Sorğu nəticəsində məlum olub ki, Putinin Rusiyanın problemlərini həll etmək qabiliyyətinə arxayın olanların sayı 2001-ci ildən bəri minimum səviyyəyə düşüb. Sosioloqların fikrincə, pensiya islahatlarından sonra prezident tənqidçilər üçün toxunulmazlığını itirib.Muxalifet4 - 30-07-2019
"İqtisadi islahat olacaq, amma nəzarət də olacaq" - LEYLA ƏLİYEVA
BBC-nin əməkdaşı Səadət Akifqızının qonağı olan Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva Azərbaycandakı ictimai-siyasi mənzərə, insan haqları və region ölkələrində gedən prosesləri şərh edib. "İqtisadi islahat olacaq, amma nəzarət də olacaq", deyə o, müsahibəsində bildirib. Muxalifet.az həmin video-müsahibəni oxucularına təqdim edir:
Muxalifet4 - 30-07-2019
"Ukraynanı tərk etsəydim, Putinə böyük hədiyyə vermiş olardım" - SABİQ PREZİDENT
"Gizlənməyəcəm və bu cür fəaliyyətlərlə Rusiya prezidenti Vladimir Putini sevindirməyəcəm".
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş krezidenti Poroşenko yerli mediaya müsahibəsində danışıb.
“Mən həqiqətən Ukraynanı tərk edib gizlənsəydim, Putinə böyük hədiyyə vermiş olardım. Bunu isə istəmirəm. Putin mənim əsas rəqibimdir. Heç kimdən gizlənmək fikrim yoxdur”, - Poroşenko bildirib.
Muxalifet4 - 30-07-2019
AZƏRBAYCAN QIRICISINI RUSİYA DÜŞÜRÜB? - Ekspertlərdən sensasion açıqlamalar
İlham İsmayıl: “REM vasitəsilə dünyanın təyyarə sistemləri sıradan çıxmır”
Azad İsazadə: “REM vasitəsilə təyyarəni sıradan çıxarmaq mümkündür”
Muxalifet4 - 30-07-2019
Xanım rektor 250 min manatlıq mebel alır – 1 milyonu belə xərclənəcək...
Azərbaycan Memarlıq və İnşaat Universiteti bu il uçun bir milyon manata yaxın pul xərcləyəcək.
Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, ali təhsil müəssisəsi xərclərlə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb və qalib şirkətlərlə müqavilə bağlayıb.
Muxalifet4 - 30-07-2019
Sabah dəhşətli isti olacaq - PROQNOZ
Azərbaycanda iyul ayının son gününə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava günəşli olacaq.
Cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.
Muxalifet4 - 30-07-2019
"Dəstəklədiyimiz dəyərlər görməməzliyə vurulur" - ƏHMƏD DAVUDOĞLU
Ədalət və İnkişaf Partiyasında bir narahatlıq var. AKP ədalət, düşüncə, ifadə azadlığı mövzusunda önə çıxırdı. Amma son 3 ildə gördüyüm odur ki, həyatımız boyu dəstəklədiyimiz dəyərlər görməməzliyə vurulur. Bu sözləri “Financial Times” qəzetinə müsahibəsində Türkiyənin sabiq xarici işlər və baş naziri Əhməd Davudoğlu deyib. Sabiq baş nazir Türkiyədəki təşkilatların zəiflədiyini bildirib, habelə prezidentlik sisteminin fundamental əsaslara zərər verdiyini dilə gətirib.
Muxalifet4 - 30-07-2019