Axtarış

The search found 105783 results in 0.029 seconds.

Search results

  1. Mətbuat Şurası KİV nümayəndələrinə müraciət etdi

    Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin əməkdaşlarına müraciət edib.

    Muxalifet.az xəbər verir ki, müraciətdə deyilir:

    Muxalifet4 - 30-07-2019

  2. Həbsxanada kəsilən başlarla futbol oynadılar – VİDEO

    Braziliyanın cəzaçəkmə müəssisəsində 57 nəfərin ölümünə səbəb olan qanlı olaylarla bağlı qandonduran video-görüntülər ortaya çıxıb.

    Teleqraf.com xəbər verir ki, Braziliyanın Altamira şəhərindəki həbsxanada iki rəqib qrup arasında baş verən savaşda bəzi məhkumların başının kəsildiyi ortaya çıxıb.

    Başı kəsilən məhkumların sayının 16 olduğu bildirilir.

    “Daily Mail” qəzetinin internet səhifəsində yayımlanan videoda üsyanın baş verdiyi həbsxanada 5-6 məhkumun kəsilən başlarla futbol oynadığı görünür.

     

    Muxalifet4 - 30-07-2019

  3. Koçaryan Ermənistan üçün dəhşətli SSENARİNİ AÇIQLADI: Qarabağ...

    “Ermənistan üçün xarici siyasətdə dəhliz fövqəladə halda daraldı”.
    Bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Ermənistanın səsi” qəzetinə müsahibəsində bildirib.
    Onun sözlərinə görə, bir gecə içində siyasi oriyentasiyasını dəyişən hakimiyyət üçün vəziyyət ağırlaşır: “Səmimiyyəti təqlid edirlər ki, bu da həmişə alınmır. Burada siyasi riyakarlıq ortaya çıxır, nəticədə tərəfdalarla münasibətlər pozulur”.
    Koçaryan hesab edir ki, Ermənistan üçün geosiyasi vəziyyət çətinləşib.

    Muxalifet - 30-07-2019

  4. “Mənə qarşı heç bir cinayət işi qaldırılmayıb” - POROŞENKO

    Ukraynanın eks-prezidenti Petro Poroşenko bəyan edib ki, ona qarşı heç bir cinayət işi qaldırılmayıb.

    Teleqraf.com xəbər verir ki, eks-prezident bu gün “Ukrayna həqiqətləri” qəzetində yayımlanan müsahibəsində deyib:

    “Mən qeyd edirəm ki, Petro Poroşenkoya qarşı heç bir cinayət işinin açılmayıb. Petro Poroşenkonun guya qanunu pozduğuna dair bir fakt da yoxdur”.

    Muxalifet4 - 30-07-2019

  5. Hacı Mazanla bağlı YENİ XƏBƏR

    Hacı Mazan (Ramazan Əliyev) xəstəxanadan evə buraxılıb.
    Bu barədə Lent.az -a onun həkimi Cəfər Nəsirli məlumat verib. O bildirib ki, Ramazan Əliyev 1 həftədən çoxdur evindədir:
    “Onun müalicəsi bitib. Vəziyyəti isə yaxşıdır”.

    Muxalifet - 30-07-2019

  6. Meyvə-tərəvəzi bahalaşdıran kimlərdir? - ARAŞDIRMA

    Yayın bitməsinə vur-tut cəmi 1 aydan bir qədər çox zaman qalıb. Ancaq bu yay sadə istehlakçının dilindən düşməyən bir neçə kəlmə hər birimizə çox yaxşı tanışdır. “Bazarda tərəvəzin, meyvənin qiyməti od tutub yanır, baxa-baxa qalırıq. Deyəsən, nə mürəbbə bişirə, nə də turşu tuta biləcəyik. Heç özümüz bolluca yeyə bilmədik, qışa necə tədarük edək?!”

    Muxalifet - 30-07-2019

  7. SON DƏQİQƏ: İsrail İranın hərbi bazasını BOMBALADI

    İsrail İraqın paytaxtı Bağdadın şimal-şərqindəki “Əşrəf” hərbi düşərgəsində İranın raket qurğularının yerləşdiyi deponu bombardman edib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Şərkül Övsət” qəzeti informasiya yayıb. Xəbərdə bildirilib ki, düşərgə İsrail sərhədindən 80 km məsafədə yerləşir. Hərbi bazada İranın iki rəsmi nümayəndəsi də olub. İranın “Fars” rəsmi xəbər agentliyi Haşdi-Şabi qaynaqlarına istinadən verdiyi xəbərdə bazaya hücumla bağlı məlumatı təkzib edib.

    Muxalifet - 30-07-2019

  8. 600 erməni Ağdamda Pənahəli xanın qalasında bayram etdi - BİZ BAKIDA...

    Ermənilər “Ermənistan” adlanan Qərbi Azərbaycanda olduğu kimi, Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında da özlərinin milli, dini bayramı olan “Vardavar”ı qeyd ediblər.

    Muxalifet - 30-07-2019

  9. Gəncəyə gedən avtobus QƏZAYA DÜŞDÜ: 2 nəfər öldü - FOTOLAR

    Dünən Rostov yolunda Azərbaycan vətəndaşlarının iştirakı ilə qəza baş verib.
    “Qafqazinfo” xəbər veriri ki, Moskvadan Gəncəyə gələn “20 EB 289” dövlət qeydiyyat nişanlı mikroavtobus yük maşını ilə toqquşub.
    Nəticədə biri sürücü olmaqla, 2 nəfər ölüb, 6 nəfər yaralı var.

    Muxalifet - 30-07-2019

  10. Bələdiyyə işçisindən qadına qarşı ƏXLAQSIZLIQ - VİDEO

    Türkiyədə bələdiyyəyə iş üçün müraciət edən qadın Abdulah D. tərəfindən sözlə təcavüz və təhdidə məruz qaldığını iddia edib. 

    Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş görüşməsi üçün Abdullah D.-nin otelinə 14 yaşlı qızı ilə gedən qadın G.K. təhqir olunub. 

    Muxalifet - 30-07-2019

  11. YAP-çı deputatın başı dərddə - “1001 Gecə”si bağlanır?

    Son vaxtlar yazıçı, millət vəkili, Yeni Azərbaycan Partiyasının Xətai Rayon təşkilatının sədri Hüseynbala Mirələməov adının əvvəlində qeyd etdiyimiz sosial statuslarla deyil, daha çox kriminal mövzularla bağlı gündəmə gəlir. 
    Muxalifet.az xəbər verir ki, deputatın həm öz biznesi, həm də oğlu ilə bağlı məhkəmə prosesi gündəmdən düşmür.

    Muxalifet - 30-07-2019

  12. ​Bakıda varlı qadın villasına apardığı fəhlə ilə... - "Hamama yaxınlaşdı və..." - VİDEO

    Bir müddət öncə sosial şəbəkələrdə varlı qadının yaşadıqlarıyla bağlı paylaşılan video böyük marağa səbəb olub. Muxalifet.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, sözügedən video bir milyondan artıq insan tərəfindən baxılıb. Milyonçu qadınla fəhlə arasında baş verənlərin təfərrüatı barədə videodan izləyin.

    Muxalifet - 30-07-2019

  13. Yevlaxda arvadını öldürən 30 yaşlı şəxslə bağlı YENİ XƏBƏR

    Yevlax rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Saday Sadıqovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
    İş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
    Qeyd edək ki, hadisə ötən il dekabrın 14-də Yevlax rayonunun Meyvəçilik kəndində baş verib.

    Muxalifet - 30-07-2019

  14. Hərbi xidmətə yararsız əsgər ordu generalı, ali baş komandan oldu – Andropovun sərt üzü və kadr siyasəti

    İstənilən siyasi lider üçün düşündüyü islahatları, nəzərdə tutduğu dövlət proqramlarını və digər planlarını həyata keçirməyə, təbii ki, 15 ay yetərli bir müddət deyil. Amma bu müddətin azlığına baxmayaraq, Yuri Andropov SSRİ-nin birinci şəxsi olaraq siyasi fəaliyyətində bir çox hadisələrlə yadda qalıb. Əslində Andropovun hakimiyyətə gəlməsi gözlənilməz və müəmmalı bir hadisədir. Birincisi, ona görə ki, SSRİ-nin mövcud qanunlarına görə ailə üzvlərindən birinin məhkumluğu olduğu halda şəxs dövlət orqanlarında işləyə bilməzdi.

    Muxalifet - 30-07-2019

  15. Kürdəmirdə fəhlə işlədiyi binadan yıxılaraq öldü

    Kürdəmir rayonunda fəhlə işlədiyi binadan yıxılaraq ölüb.
    "Report" xəbər verir ki, hadisə Kürdəmirdə məcburi köçkünlər üçün tikilən yaşayış massivində baş verib.
    Belə ki, Kürdəmir rayonunun Atakişilli kənd sakini, 24 yaşlı Həmidov Səməd Əhəd oğlu işlədiyi binada ehtiyatsızlıq edib və hündürlükdən yıxılıb.
    Ağır bədən xəsarətləri alan yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

    Muxalifet - 30-07-2019

  16. Azərbaycanda 17 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL

    Zaqatalada 17 yaşlı qız intihar edib.
    Muxalifet.az Apa-ya istinadən xəbər verir ki, bu gün rayonun Əliabad qəsəbəsində 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb. G. İsmayılovanın intihar etməsinin səbəbləri məlum deyil.
    Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

    Muxalifet - 30-07-2019

  17. ​Falkaodan "Qalatasaraya" qəribə tələb

    Türkiyə Liqasına iddialı bir heyətlə başlamaq istəyən “Qalatasaray” Falkao transferi üçün əlindən gələni edir.
    Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kolumbiyalı futbolçunun menecerindən də 2 önəmli tələb irəli sürüb.
    Belə ki, Radamel Falkaonun meneceri “Qalatasaray”la 3 illik müqavilə bağlamaq istədiklərini bildirib. Bundan əlavə  Kolumbiya klubu “Milliyonarios”dan təklif gələrsə müqaviləyə xitam veriləcək. 
    Bunun səbəbi Falkaonun futbolu öz ölkəsində sonlandırmaq istədiyidir. Lakin o ən azı 1 il daha Avropa klubunda oynamaq istəyir.

    Muxalifet - 30-07-2019

  18. Direktor olmaq istəyən müəllimlərin sayı AÇIQLANDI

    Avqustun 2-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.
    Təhsil Nazirliyindən Muxaifet.az-a bildirilib ki, imtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.
    İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq.

    Muxalifet - 30-07-2019

  19. İki gün əvvəl evlənmiş gənc üç dostu ilə birlikdə öldü - MÜDHİŞ FACİƏNİN TƏFƏRRÜATLARI

    ...Onlar eyni kənddə böyüyüblər, bir məktəbdə oxuyublar, uşaqlıq dostu, sinif yoldaşı olublar. Alın yazıları da oxşar imiş. Qismətlərinə bir yerdə, eyni məkanda ölmək yazılıbmış...

    Söhbət iki gündür hamını sarsıdan dörd dostun faciəli ölümündən gedir. Onlar iyulun 28-də Kürdəxanı çimərliyi ərazisində boğulublar.

    Haşiyə çıxaraq bildirək ki, çimərlik mövsümü başlayandan az qala hər gün iki-üç nəfərin dənizdə boğulması xəbəri gəlir. Rəsmi məlumatlara görə, dənizdə boğulmalar daha çox Kürdəxanı, Göradil, Şüvəlan ərazisində qeydə alınır.

    Muxalifet - 30-07-2019

  20. Metro istifadəçilərinə ŞAD XƏBƏR: Gələn ayın ortalarınadək...

    Bakıya gətirilən yeni qatarların hazırda depoda sazlama işləri aparılır. Gələn ayın ortalarınadək Bakı metrosunda ümumilikdə 10 vaqondan ibarət 2 yeni qatar xəttə buraxılacaq.

    Muxalifet - 30-07-2019

Pages