Axtarış

The search found 105783 results in 0.113 seconds.

Search results

  1. Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşır

    Azərbaycanın maşın bazarında uzun müddət durğunluqdan sonra müəyyən aktivlik müşahidə olunur.
    Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.
    Expert bildirib ki, adətən maşın bazarında yay aylarında alıcılıq qabiliyyəti artır. Hazırda insanlar əsasən mühərrik həcmi kiçik olan avtomobillərə üstünlük verirlər:

    Muxalifet - 31-07-2019

  2. Keçmiş icra başçısına daha bir zərbə

    Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Əvəz İsmayılov vəzifəsindən azad edilib. 
    Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Xətai rayon İcra başçısı vəzifəsini əvəz edən, (rəsmi müavin) Rafiq Quluyev əmr imzalayıb. Ə.İsmayılovun yerinə isə, qurumun baş mühəndisi Babayev Sahib  Xudaverdi oğlu müvəqqəti olaraq təyin olunub.
    Xəbəri Xətai rayon İcra Hakimiyyətindən  təsdiqləyiblər.
    Qeyd edək, Ə.İsmayılov Xətai rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun xalası oğludur.

    Muxalifet - 31-07-2019

  3. Qardaşı arvadını yataq otağında başqa kişi ilə tutudu... - Salyanda BİABIRÇI OLAY

    Salyan rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev və onun qardaşı, 1984-cü il təvəllüdlü Zaur Quliyevin kasasiya şikayətinə baxılıb.
    Muxalifet.az Teleqraf.com-a istiandən xəbər verir ki, Zaur Quliyev 4 oktyabr 2016-cı il tarixdə, gecə saat 1-də Salyan şəhərindəki evinin birinci mərtəbəsində ailəsi ilə yaşayan qardaşı arvadı Gülşən Feyziyevanın yataq otağında kənar şəxslə intim əlaqədə olmasından şübhələnib.
    Həmin vaxt qadının əri Məmmədağa Quliyev Bakı şəhərinə gedibmiş.

    Muxalifet - 31-07-2019

  4. Yaponiyalı nazir rohinca müsəlmanlarına yardım vəd etdi

    Yaponiyanın Xarici İşlər naziri Taro Kono Mynamadan olan qaçqın rohinca müsəlmanların yaşadığı düşərgədə şəraitin yaxşılaşdırılması üçün Banqladeşə yardım təklif edib.
    T.Kono Banqladeşin Xarici İşlər naziri Abulkal Abdul Momenlə paytaxt Dəkkədə görüşüb.
    Yapon nazir qaçqınların tezliklə vətənlərinə dönmələri üçün hər iki tərəfin sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. Nazirlər Myanmanı bu prosesin başlaması üçün konkret addımlar atmağa çağırmaq barədə razılığa gəliblər.

    Muxalifet - 31-07-2019

  5. “Rabitəbank” Beynəlxalq Bankın yolunu gedir? – “Öz adamlarına” 11 milyon manatdan çox kredit verib

    Azərbaycan banklarının maliyyə-kredit siyasətinin “özəllikləri” bəzən bütün hədləri, əndazələri aşır. Yüksək kredit faizləri bir tərəfə, onların kimlərə verilməsi məsələsi belə çox vaxt nə qanunlara, nə də məntiqə uyğun olur. Belə ki, kreditlər çox zaman banka yaxın şəxslərin adlarına rəsmiləşdirilərək, tamamilə başqa adamların istifadəsinə verilir ki, bu da böyük risklərə yol açır. Bir çox banklar məhz belə “kreditlər” sayəsində böyük problemlər yaşayıb, hətta müflisləşmə həddinə çatıb. Təkcə Beynəılxalq Bank işini xatırlamaq kifayətdir.

    Muxalifet - 31-07-2019

  6. Kəmaləddin Heydərovun dənizə çıxışı olan villası - FOTO

    Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərovun Xəzər rayonunu Şüvəlan qəsəbəsində yerləşən villası üzə çıxıb. 
    Unikal.org-a daxil olan görüntülərdə, Kəmaləddin Heydərova məxsus, qiyməti milyon dollarla dəyərləndirilən villa Şüvəlan qəsəbəsində Mayak deyilən ərazidə yerləşir. 
    Ərazinin bir hissəsi dəniz sahəsinə düşür. Nazir mütəmadi olaraq dincəlmək üçün, sözügedən ərazidə saxladığı yaxta ilə dəniz səyahətinə çıxır.

    Muxalifet - 31-07-2019

  7. Azərbaycanın kino xadimlərinə fəxri adlar verilib - SİYAHI

    Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam.

    AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Xalq artisti”

    Əliyev Vidadi Hüseyn oğlu

    Həsənov Vidadi İsmail oğlu

    Quliyeva Xalidə Camal qızı

    “Əməkdar incəsənət xadimi”

    Azay Adil Çərkəz oğlu

    “Əməkdar artist”

    Əlilicanzadə Qorxmaz Məmməd oğlu

    Namazov Zilli Yunus oğlu

    Muxalifet - 31-07-2019

  8. İran rəsmi şəkildə açıqladı: neft qayığı saxlanıldı və 6 nəfər...

    İran qüvvələri Bəsrə körfəzi yaxınlığında 40 min litr qaçaq neft daşıyan qayığı saxlayıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, qayıqdakı 6 nəfər həbs edilib.
    Xuzistan əyaləti sərhəd komandiri Lütf Əli Pəkbəz dövlət televiziyasına verdiyi açıqlamada ölkənin cənub-qərbindəki Ərvənd çayından Bəsrə körfəzinə keçməyə çalışan qayığı saxladıqlarını təsdiq edib.
    Qeyd edək ki, İranda ən çox yanacaq sahəsində qaçaqmalçılıq geniş yayılıb. Qaçaqçılar xüsusilə dövlətin buraxdığı yanacaq məhsullarını xarici ölkələrə çıxarır.

    Muxalifet - 31-07-2019

  9. Azərbaycanda 17 yaşlı məktəbli qızın FACİƏVİ SONU - 1 gün sonra nişanı olacaqdı…

    Zaqatalada 17 yaşlı qız intihar edib.
    Muxalifet.az primetime.az-a istinadən xəbər verir ki, hadisə dünən rayonun Əliabad qəsəbəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb.
    Qeyd edək ki, 17 yaşlı qızın nişanı olacaqdı, lakin bir gün öncə intihar edib. Bu, G.İsmayılovanın intihar etməsinin səbəbi kimi qeyd edilir.

    Muxalifet - 31-07-2019

  10. Rusiyada YANĞIN - 5 azərbaycanlı ÖLDÜ

    Bu gün Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda yerləşən istixanada yanğın baş verib.

    Azərbaycanlı iş adamı Əlibəy Nağıyevə məxsus istixanada baş vermiş yanğın nəticəsində 4 Azərbaycan vətəndaşı və əslən Azərbaycandan olan 1 nəfər Rusiya vətəndaşı ölüb.

    Tərəvəz məhsullarının yetişdirildiyi istixanadakı yanğının qısaqapanma nəticəsində baş verdiyi bildirilir. 

    Hadisə gecə saatlarında baş verdiyi üçün ölənlər yatılı vəziyyətdə olublar.

    Ekspertiza nəticəsində iki nəfərin meyiti tanınıb. /Unikal

    Muxalifet - 31-07-2019

  11. ​Arvadının başını kəsən şəxsin məhkəməsi təxirə salındı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
    Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Ənvər Quluyev məhkəməyə gəlməyib. 
    Məhkəmə onun barəsində məcburi gətirmə qərarı çıxarılıb. 
    Proses avqustun 29-dək təxirə salınıb. 

    Muxalifet - 31-07-2019

  12. Azərbaycan Texniki Universitetinə rektor təyin edilib

    Prezident İlham Əliyev Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
    "Report" xəbər verir ki, sərəncamla Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

    Muxalifet - 31-07-2019

  13. Paytaxtın bu prospektində nəqliyyatın hərəkətində sıxlıq var

    Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
    Bakı Nəqliyyat Agentliyindən Muxalifet.az-a bildirilib ki, bir qədər əvvəl Ziya Bünyadov prospekti, (Qara Qarayev prospekti istiqamətində) Bakı Olimpiya Stadionunun yanında yol-nəqliyyat hadisəsi baş verib.
    Hazırda hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

    Muxalifet - 31-07-2019

  14. Türkiyə ətrafında böyük geosiyasi oyun: Liviyadan Kiprə qədər eyni ssenarinin gizlinləri

    Yaxın Şərqdə gərginliyin geniş miqyas alması bir neçə səbəblə izah edilir. Onların bütövlükdə regionu çox mürəkkəb, xaotik bir situasiyaya ata biləcəyi barədə proqnozlar səsləndirilir. Maraqlıdır ki, burada Türkiyəyə bir neçə istiqamətdən edilən təzyiqlərin arxasında eyni dairələr dayanır. Liviya, Aralıq dənizi, Kipr, Suriya, İraq həmin bucaq altında bir-birindən ayrı problemlər kimi görünmür. Onların hamısında Türkiyə üçün təhdid elementləri mövcuddur.

    Muxalifet - 1-08-2019

  15. Şəbnəmi BİABIR etdilər: Ağ şalvarın altında alt geyimi - Video

    Müğənni Şəbnəm Tovuzlunun məclislərin birində çəkilən videosu tənqid olunub.
    Muxalifet.az Metbuat.az-a istinadla xəbər verir ki, məclislərin birində çıxış edən müğənninin ağ şalvarlı görüntüsü izləyicilər tərəfindən tənqid edilib. Görüntüdə də göründüyü kimi, müğənninin ağ rəngli libasının alltından alt geyimi görünür.
    Video "İnstaqram” səhifələrinin birində paylaşılıb.
    İzləyicilər ifaçıya sərt şəkildə fikirlərin bildirib:
    "Ag şalvarın altından pantalon geyinib?”, "Həci öldürəcək səni”, "Bu qız heç geyimini bilmir də”- kimi şərhlər yazılıb.

    Muxalifet - 1-08-2019

  16. Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - Tanınmış sənətçi vəfat etdi - FOTO

    Azərbaycan teatrşünaslığına ağır itki üz verib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, tanınmış teatrşünas, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Kəmalə Cəfərzadə 31 iyul 2019-cu il tarixində uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
    Qeyd edək ki, K.Cəfərzadə 5 avqust 1950-ci ildə Əli-Bayramlıda anadan olmuşdu. O, 2014-cü ildən Azərbaycan Dövlət Tərcümə Mərkəzində şöbə müdiri vəzifəsində çalışırdı.
    Allah rəhmət eləsin.

    Muxalifet - 1-08-2019

  17. Türkiyənin yeni Naxçıvan planı - Ermənistan təlaşda

    Ankara muxtar bölgənin müdafiəsini gücləndirir; Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək; bu yolla “kiçik torpağ”a hərbi yüklər də daşına bilər - həm də Bakıdan, BTQ vasitəsilə; işğalçı Ermənistan isə blokadadan və taxıl böhranından çıxış yolu axtarır...

    Muxalifet - 1-08-2019

  18. ​Özünü asan 17 yaşlı qızın ürək dağlayan SON GÖRÜNTÜLƏRİ: “Əlvida..” – VİDEO

    Zaqatalada nişanından bir gün əvvəl özünü asan 17 yaşlı Gülər İsmayılovanın son paylaşımı ortaya çıxıb.
    Muxalifet.az Primetime.az-a istinadən xəbər verir ki, gənc qızın sosial şəbəkədə paylaşdığı videoda onun həzin musiqiyə qulaq asaraq ağladığı görünür.

    Muxalifet - 1-08-2019

  19. Nazirlikdən açıqlama: Ermənistan ordusu Qazax və Gədəbəy istiqamətlərində...

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub.

    Muxalifet - 1-08-2019

  20. Gənc musiqiçi Xəzərdə BOĞULDU - FOTO

    Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndi ərazisində bir nəfər dənizdə çimərkən boğulub. Muxalifet.az AzərTac-a istinadən xəbər verir ki, dənizdə boğulan gənc Xaçmaz şəhər sakini, 1992-ci il təvəllüdlü Pənah Bəhramoğludur. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunsa da, hələlik gəncin cəsədi tapılmayıb.

    Muxalifet - 1-08-2019

Pages