Axtarış

The search found 105779 results in 0.05 seconds.

Search results

  1. ​“Sədərək Yusif” indi də Kür çayını hasarlayır - FOTOLAR

    Mingəçevir şəhər İcra Hakimiyyətinin həm əvvəlki,həm də indiki başçısı Kür çayının avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku” reqatası keçirlən hissəsini “Sədərk Yusif”in “DEKA” şirkətinə satıb.
    Muxalifet.az xəbər verir ki, bu haqda “Yeni Sabah”a məlumat verən şəhər sakinləri bildirib ki, məsələ ilə bağlı 117 nəfər Mingəçevir sakini tərəfindən Kür çayının gəzinti zolağında, o cümlədən suyun içərisində tikilmiş qanunsuz qazanc obyektləri ilə bağlı ölkə prezidentinə müraciət ediblər.

    Muxalifet - 29-07-2019

  2. ​Mərhum azərbaycanlı nazirin nəvəsinin yeni görüntüləri yayıldı - FOTOLAR

    Mərhum nazir Natiq Əliyevin nəvəsi Aliyə Əliyevanın yeni fotoları yayılıb. BiG.AZ xəbər verir ki, Aliyə Əliyeva Rusiyada keçirilən mahnı müsabiqəsinin qalibi olub. O hazırkı fəlaiyyətində də yeni mahnılar ifa edir. Aliyə Əliyeva həmçinin aktiv sosial şəbəkə istifadəçilərindəndir. Qeyd edək ki, Aliyə N.Əliyevin oğlu Fərhad Əliyevin ilk nikahından olan qızıdır. F.Əliyev hazırda Safurə Əliyeva ilə ailəlidir. Cütlüyün 3 övladı var.

    Muxalifet - 29-07-2019

  3. “Gürcülər və azərbaycanlılar arasında qardaşlıq çox dəyərlidir” - Spiker

    “Kvemo Kartlidə, Marneulidə yerli icma ilə görüşdüm, çay içərək ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən məsələləri müzakirə etdik”.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze özünün “Facebook” səhifəsində yazıb.

    O bildirib ki, gürcü və azərbaycanlılar arasında qardaşlıq və münasibətlər çox dəyərlidir:

    Muxalifet - 29-07-2019

  4. ​Arvadı ilə yatan kəndlisini tutdu, öldürmədi, amma... - Masallıda ŞOK OLAY

    Masallı rayonunda 1990-cı il təvəllüdlü Fariz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Publika.az xəbər verir ki, Fariz Əsgərov yaşadığı Masallı rayonu, Təzə Alvadı kəndində həmkəndlisi Davud Rzayevə ağır xəsarət yetirib. Onların arasında mübahisə namus üstündə baş verib.

    Arvadı ilə intim əlaqədə oldu

    Muxalifet - 29-07-2019

  5. Şəmkirdə QƏZA: Xəsarət alanlar var

    Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə Bakı-Qazax avtomobil yolunun  rayon ərazisindən keçən hissəsində  qeydə alınıb. Yol qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. 
    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 29-07-2019

  6. Ağstafada bədbəxt hadisə - 12 yaşlı qızı maşın vurdu

    Ağstafa rayonunda VAZ markalı avtomobil tərəfindən vurulan piyadanın şəxsiyyəti məlum olub.
    Xəsarət alan piyada Ağstafa rayon sakini, 2007-ci il təvəllüdlü Rzayeva Xədicə Asəf qızıdır.
    Həkimlər onun vəziyyətini kafi kimi qiymətləndirirlər.
    Faktla bağlı araşdırma aparılır./report

    Muxalifet - 29-07-2019

  7. Bakıda keçirilən MMA yarışında kütləvi dava düşdü - VİDEO

    Bakıda keçirilən “Ultimax Fight Nigt” adlı qaydasız döyüş müsabiqəsində kütləvi dava düşüb. 
    BAKU.WS xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan döyüşlərdən birində rəqiblərin gərgin mübarizəsi davaya çevrilib. 
    Rinqə daxil olan kənar şəxslər bir-birinə hücum edib. Tərəfləri sakitləşdirmək mümkün olmayıb. 
    Kütləvi davanın görüntülərini təqdim edirik: 
     

    Muxalifet - 29-07-2019

  8. Nazir müavini niyə işdən çıxarılıb? - Səbəbi məlum oldu...

    Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev vəzifəsindən azad edilməsi onun yaşı ilə bağlıdır. 
    Bu barədə Qaynarinfo-ya məlumatlı mənbələrdən xəbər daxil olub. 
    Belə ki, T.Rəfiyevin hazırda 77 yaşı var. O, 1942-ci il təvəllüdlüdür və 2006-cı ildən - adıçəkilən nazirlik yaradılandan bu vəzifədə işləyirdi. 

    Muxalifet - 29-07-2019

  9. Rusiya döyüş təyyarələrinə görə HƏRƏKƏTƏ KEÇDİ

    Rusiya SU-57 beşinci nəsil döyüş təyyarələrinin kütləvi istehsalına başlayıb.
    Muxalifet.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sənaye və ticarət naziri Denis Manturov danışıb.
    Nazir bildirib ki, Müdaifə Nazirliyi ilə 70-dən çox təyyarənin təminatını almaq üçün müqavilə imzalanıb.
    İlk prototip uçuşunu 2010-cu ildə edən SU-57 döyüş təyyarəsi ABŞ-ın F-35 döyüş təyyarəsinin ən böyük rəqibi kimi tanınır.

    Muxalifet - 29-07-2019

  10. Təmas xəttində işğalçıların başı gülləyə niyə tuş gəlir?! - “SƏBƏB ODUR Kİ, HƏR İKİ TƏRƏF MÖVQELƏRİNİ MÖHKƏMLƏNDİRİR...”

    Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyu son günlər gərginliyin müəyyən qədər artmasının səbəbi hər iki tərəfin fəal mühəndis işləri həyata keçirməsidir.

    Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan jurnalistlərə deyib. “Son günlər gərginlik nəzərə çarpacaq dərəcədə artıb. Təəsüf ki, biz tərəfdən ölən və yaralanan var. Deyə bilərəm ki, rəqibə bərabər cavab verilib”,-Balayan bildirib.

    Muxalifet - 29-07-2019

  11. Şellak vurulmuş qidalar, rənglənən somon - Yemədən öncə bir daha düşünün!

    Milyonlarla insanın hər gün sevə-sevə yediyi qidalar haqqında bilmədikləri çox şey var. Muxalifet.az xarici mediaya istinadən bildirir ki, bu məlumatları öyrəndikdən sonra qidalara baxış bucağınız tamamilə dəyişəcək. Somon balığı: Somon balığı dedikcə ilk öncə gözümüzün önünə çəhrayıtəhər balıq gəlir. Lakin süni şəkildə yetişdirilən bu balıqların ətləri ağ olur. Onların ətlərinin rəngini dəyişdirmək üçün onlara "karotenoid" adlı maddə yedizdirilir. Dənizdə təbii halda yetişmiş balıqlar isə çoxlu sayda krevet yediyi üçün o rəndə olur.

    Muxalifet - 29-07-2019

  12. Məşhur aktyor 6 dostu ilə köməkləşərək, bir nəfəri döyüb

    Türkiyənin məşhur aktyoru İbrahim Çelikkol polis tərəfindən saxlanılıb.  

    Aktyor istirahət üçün getdiyi Muğlada gecə klubunda dava salıb. 

    Belə ki, səs-küs salan İbrahim və 6 dostuna xəbərdarlıq edən Bahadır Kılınç adlı şəxs onların hücumuna məruz qalıb.

    Almacıq sümüyü qırılan Bahadır xəstəxanaya çatdırılarkən, aktyor və dostları polis tərəfindən saxlanılıb. 

    Onlar ifadəsi alınandan sonra  səhər saatlarında sərbəst buraxılıb. /Musavat

    Muxalifet - 29-07-2019

  13. Qurban bayramında heyvan kəsimi üçün ayrılan yerlərin siyahısı açıqlanıb- SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısını açıqlayıb.
    AQTA-dan Musavat.com verilən məlumata görə, Qurban bayramı günlərində ölkə üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.
    Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.

    Muxalifet - 29-07-2019

  14. "Ağdam bandası"nın başçısına HÖKM OXUNDU

    Qətldə təqsirləndirilən Murad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
    Bakupost.az-ın məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən M.Məmmədovun 14 il müddətinə azadlıqdan məhrum edilib
    Qeyd edək ki, M.Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adamödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə də ittiham olunur.

    Muxalifet - 29-07-2019

  15. “Bunu ən ağır yuxuda belə görmək mümkün deyil” – Milli Məclis Aparatının rəhbəri

    “Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi Konstitusiya və nizamnamə ilə nəzərdə tutulan bir haldır. Milli Məclis yaranandan, yəni 1995-ci ildən sonra demək olar ki, hər il yay aylarında növbədənkənar sessiya keçirilir”.

    “Report” xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

    Muxalifet - 29-07-2019

  16. 11 min nəfərə ŞAD XƏBƏR - Prezident 7,8 milyon manat ayırdı

    Prezident ilham Əliyev Salyan rayonunun Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Muxalifet - 29-07-2019

  17. Yol polisi saxladığı üçün üstünə benzin tökdü, sonra özünü bıçaqladı - Şəkidə insident

    Şəkidə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sürücü özünü yandırmaq istəyib. Bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, hadisə iyul ayının 10-da baş verib.

    Muxalifet - 29-07-2019

  18. Yol polisi saxladığı üçün üstünə benzin tökdü, sonra özünü bıçaqladı - Şəkidə insident

    Türkiyənin yaxın mənzilli (15-20 km) “Hisar-A” zenit-raket sisteminin 2021-ci, orta mənzilli (25-30 km) “Hisar-O” sisteminin 2022-ci ildə Türkiyənin silah cəbbəxanasına daxil ediləcəyi gözlənilir. Uzaq mənzilli (120-130 km) “Hisar-U” raket sistemi 2022-ci ildə hazırlanacaq, 2025-ci ildə isə artıq istehsal ediləcək.

    Müdafiə sahəsində Türkiyənin xaricdən asılılığı getdikcə azalır. Türkiyə artıq bu sahədə özü-özünü 70 faiz təmin eləməkdədir.

    Muxalifet - 29-07-2019

  19. Azərbaycanda DƏHŞƏTLİ OLAY: gecə saat 2-də 3 nəfəri qana boyadılar

    İyulun 27-də saat 02 radələrində Mingəçevir şəhərində “083” adlı çay evində şəhər sakinləri Kənan Quliyev və Razi Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Elmir Hüseynov, Vüqar İbrahimov və Soltan Səlimova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.2.1-ci (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

    Muxalifet - 29-07-2019

  20. Bu məhsul gömrük rüsumundan azad edildi - Nazirlər Kabinetindən QƏRAR

    Azərbaycana gətirilən polistirol sopolimeri idxal gömrük rüsumundan azad edilib.
    Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
    Qərara əsasən, polistirolun sopolimerinin A-B-A blok-sopolimeri idxal gömrük rüsumundan azad edilib.

    Muxalifet - 29-07-2019

Pages