Axtarış
The search found 105779 results in 0.072 seconds.
Search results
Daha Həcc ziyarətinə gedə bilməyəcəksiniz!
Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvota dolub.
Muxalifet.az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Qeyd edilib ki, sənəd qəbulu başa çatıb.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.Muxalifet - 27-07-2019
Polisi və imamı öldürənlər edam olundu
Bəhreyndə terrorizmdə günahlandırılan 3 nəfər edam olunub.
APA -nın Bəhreyn xəbər agentliyinə istinadən verdiyi məlumata görə, edam olunan şəxslər terrorizm, polis məmuru və məscid imamının qətlində günahkar bilinib.Muxalifet - 27-07-2019
SON DƏQİQƏ: Dəhşətli təyyarə QƏZASI - Ölü və yaralılar var
Kanadada"Cessna 208" adlı hidrotəyyarə qəzaya uğrayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, nəticədə 4 nəfər ölüb, daha 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Qəzanın səbəbi ilə bağlı ilkin ehtimal kimi əlverişsiz hava şəraiti qeyd olunur.Muxalifet - 27-07-2019
Stalinin yasaqlanmış adını “dirildən” Brejnev – Suslov razı olub, Pelşe qarşı çıxıb...
Nikita Xruşov hakimiyyətdən devrildikdən sonra İosif Stalinin partiyanın rəsmi tədbirlərində adı ilk dəfə 1965-ci ildə, qələbənin 20 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda çəkilib. Leonid İliç Brejnev öz geniş məruzəsində yalnız bir cümlədə Stalinin adını qeyd edib: “Müharibə başlananda düşmənlə mütəşəkkil mübarizə aparmaq üçün İosif Stalinin rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsi yaradılmışdır...” Baş katibin bu cümləsi birmənalı qaşılanmayıb, istər ictimaiyyət arasında, istərsə də siyasi elitada böyük mübahisələrə səbəb olub.
Muxalifet - 27-07-2019
42 min azərbaycanlı Türkiyəyə köçüb – Rəsmi açıqlama
2018-ci ildə Türkiyəyə 577 min xarici vətəndaş bu ölkədə yaşamaq üçün köç edib.
Türkiyənin Beynəlxalq Miqrasiya Statistikasının yaydığı məlumata görə, keçən ili 2017-ci il ilə müqayisə etdikdə, immiqrantların sayının 23,8% artdığı qeydə alınıb.
Türkiyəyə gələn immiqrantların sayı 577 min 457 nəfər olub. Bunların 52,7%-i kişi, 47,3%-ü qadın olub. Miqrantların yaş qrupuna nəzər saldıqda 25-29 yaş arası insanların daha çox üstünlük təşkil etdiyi müşahidə edilib.Muxalifet - 27-07-2019
500 min azərbaycanlını QOVMAQLA HƏDƏLƏYƏN Okruaşvili 9 il müddətinə həbs oluna bilər
Gürcüstanın keçmiş müdafiə naziri, müxalif “Qalib Gürcüstan” siyasi hərəkatın lideri İrakli Okruaşviliyə qarşı rəsmi ittiham irəli sürülüb. Siyasətçi kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur. İ.Okruaşvili özünü günahkar hesab etmir. Sabiq nazirin günahı sübuta yetiriləcəyi təqdirdə onu dörd ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Qeyd edək ki, İ.Okruaşvili iyulun 23-də Tbilisi Şəhər Məhkəməsində istintaqa ifadə verib. Sabiq nazir iyulun 25-də Tbilisidə saxlanılıb.
Muxalifet - 27-07-2019
Türkiyə ilə viza rejiminin ləğvinin gətirəcəyi dividentlər - İranla bağlı da analoji addım atıla bilər
İran və bəzi digər ölkələrlə bağlı da eyni addım atıla bilər
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşlarının Azərbaycana gəlişi üçün viza rejimi ləğv ediləcək. Bundan əvvəl Azərbaycan vətəndaşları Türkiyəyə vizasız getsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.
Muxalifet - 27-07-2019
«Украденные врата Рая»
Наряду с Тебризом, Ардебилом, Марагой, Нахчываном, Дербендом, Кабала, Шамахы и Баку, Гянджа является одним из древнейших городов Азербайджана. Она расположена в северо-восточной части Малого Кавказа. Гянджа играла большую роль в политической и культурной жизни Азербайджана.
Muxalifet4 - 27-07-2019
Qəzaya uğrayan qırıcımızla bağlı RƏSMİ AÇIQLAMA - FOTO
Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Muxalifet.az-a bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Hərbi təyyarə Xəzər dənizinə düşüb.Muxalifet - 27-07-2019
Düşmən sərhəddə növbəti dəfə təxribat törətdi - FOTO
Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düş-mən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib.
Dövlət Sərhəd Xidmətindən bildirilib ki, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “KamAZ” markalı hərbi yük maşını atəşə tutulmuş, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.Muxalifet - 27-07-2019
Azərbaycanlı gənc polisi aldada bilmədi - ÇANTASINDAN GÖRÜN NƏ ÇIXDI - VİDEO
İstanbulda “Qurd Qapanı 2019-11” reydində azərbaycanlı turistin üzərindən narkotik maddə aşkar edilib.
Muxalifet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Taksimdə yol patrul xidməti tərəfindən həyata keçirilən reyd zamanı hərəkətdə olan taksi avtomobili dayandırılıb. Taksi sürücüsü ilə bərabər, sərnişini də yoxlanılıb.Muxalifet - 27-07-2019
Sən demə, qarğıdalını səhv bişiririk - QAYDA/VİDEO
Bugünədək qarğıdalını yanlış bişirdiyinizi bilirdinizmi?
Bir neçə qızıl qaydaya əməl edərək qarğıdalını daha ləzzətli bişirin.
1. Qarğıdalıları bişirməzdən əvvəl 3-4 hissəyə bölün. Bu çox vacib şərtdir.
2. Hissələri bişirəcəyiniz qazana töküb, su ilə doldurun.
3. Su qaynayanda qazana 1 fincan süd və 1 x/q kərə yağı əlavə edin.
4. Qarğıdalını təxmini 10 dəqiqə də südlü, yağlı suda bişirib, ocaqdan götürün.
Bu qədər! Süd ətirli qarğıdalını ənənəvi qaydada duz səpərək yeyin. (publika)Muxalifet - 27-07-2019
Temperatur aşağı enir, leysan, dolu, külək gəlir - SABAHIN HAVASI
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Muxalifet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 29-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti təşkil edəcək.Muxalifet - 27-07-2019
Göyçayda evin həyətindən nəhəng ilan aşkarlandı - FOTO
Göyçay rayonunda nəhəng ilan evə hücum edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə iyulun 26-da saat 21:30 radələrində rayonun Birinci-Ərəbcəbirli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Cavid Həşimov həyətlərinə soxulan bir metrlik ilanı zərərsizləşdirmək üçün əvvəlcə avtomobili ilə onun üzərindən keçib. O, daha sonra çomaq vasitəsi ilə ilanı öldürüb.
C.Həşimovun sözlərinə görə, əvvəlcə zəhərli ilanı həyətlərində görüncə qorxuya düşüb, lakin özünü itirməyib və ilanı öldürüb.Muxalifet - 27-07-2019
Bakıda beşmərtəbəli binada yanğın
Bakıda beşmərtəbəli binada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, hadisə Səbail rayonu ərazisində beşmərtəbəli binalardan birində qeydə alınıb. Binanın beşinci mərtəbəsində təmir işləri aparılarkən 0.5 m² sahədə yanğın baş verib. Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Muxalifet - 27-07-2019
Məktəb direktoru ilə müəllimlər arasında QALMAQAL DAVAM EDİR - Attestat alan şagirdi müəllimlər tanımırlar
“Görüblər ki, işin üstü açılır, təzədən həmin juranalda şagirdin adını pozublar, ağardıcı ilə pozublar, başqa xəttlə yazmağa çalışıblar, o da mümkün olmayıb. Artıq təhsil naziri də həmin məsələni nəzarətə götürüb” Cəlilabad şəhər 1 nömrəli məktəbdə baş verən qanunsuzluqlarla bağlı açıqlama vermişdik. Sözügedən məktəbin müəllimləri Murad Hüseynov və İkram Məmmədov bizim məlumatımızı təsdiq edərək, 11-cı sinif şagirdi Siruz Əliyev adlı şagirdi tanımadıqlarını və ona qiymət yazmadıqlarını demişdilər.
Muxalifet4 - 27-07-2019
Rusiyanın ən gözəl qadını - FOTOLAR
“Maxim” kişi dərgisi Rusiyanın ən gözəl qadınını seçib.
ənənəvi olaraq hər il keçirilən gözəllik yarışmasına bu dəfə 100 gözəl qatılıb.
Yarışın qalibi isə Viktoriya Tsuranova olub. 26 yaşlı gözəl qüsursuz bədəni və üz cizgiləri ilə rəqiblərini geridə qoyub. İdmanı həyat fəlsəfəsi halına gətirən Viktoriya, eyni zamanda, tələbədir. Sosial mediada aktivdir və təkcə instaqram hesabında 112 min izləyicisi var.
Viktoriya Tsuranova dərginin sentyabr buraxılışının üz qabığında yer alacaq./PublikaMuxalifet - 27-07-2019
Bəşər Əsəddən Türkiyə və ABŞ-a "xəbərdarlıq"
Sərhədlərində artan terror təhlükəsinə qarşı lazım gəldiyində ABŞ-a belə etiraz edən Türkiyəyə Əsəd rejimindən xəbərdarlıq gəlib.
Muxalifet.az "Haber7"-ə istinadən xəbər verir ki, Əsəd rejimi Türkiyə ilə ABŞ arasında "təhlükəsiz zona" mövzusunda bütün müzakirələrə qapalı olduqlarını açıqlayıb.
Ölkəsində sırf müxalif yönümlü olduğu üçün insanların qətlinə fərman verən və ərazilərində terror təşkilatlarının baş alıb getdiyi Suriya hökuməti Türkiyə və ABŞ-ı ölkədə gərgin vəziyyəti uzatmaqda ittiham edib.
Muxalifet - 27-07-2019
Bu ölkədən qayıdan ABŞ diplomatları qəribə xəstəliyə tutuldular - “AKUSTİK HÜCUM”UN NƏTİCƏLƏRİ
ABŞ Dövlət Departamenti ölkənin Kubada yerləşən səfirliyinin əməkdaşlarının tutulduqları xəstəliyi “Havana sindromu” adlandırıb. Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, ilk dəfə bu sindrom 2016-cı ildə qeydə alınıb. ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsindən sonra yeni dövlət başçısı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş siyasətə yenidən baxacağını bildirmişdi. Xatırladaq ki, Barak Obama administrasiyası Kuba ilə əlaqələrin yaradılmasına nail ola bilmişdi.
Muxalifet - 27-07-2019
Xəyanət edən ərini aldadıb yatağına saldı, cinsiyyət orqanını kəsdi, sonra... - DƏHŞƏTLİ HADİSƏ
Tayvanın Hukou şəhərində dəhşətli cinayətin üstü açılıb.
Muxalifet.az xəbər verir ki, Li adlı qadın 58 yaşlı həyat yoldaşı Çenin cinsiyyət orqanını kəsib.
Cütlük 1 ay əvvəl boşanıb. Daha sonra qadın iki ildir işsiz olan həyat yoldaşının evli ikən ona xəyanət etdiyini öyrənib. Qisas hissi ilə boğulan Li həyat yoldaşına cinsi əlaqədə olmağı təklif edib və onu evə çağırıb. Beləliklə, həyat yoldaşının cinsi orqanını kəsməyə fürsət tapıb.
Polis Çenin kəsilmiş orqanını tualetdən tapıb.Muxalifet - 27-07-2019