Axtarış

The search found 105779 results in 0.024 seconds.

Search results

  1. Hamilə qadınların yayda rastlaşdığı problem - NƏ ETMƏLİ?

    Yay ayları hamilə qadınlar üçün ikiqat çətin keçir. Bir sıra xəstəliklər özünü göstərməyə başlayır.
    Publika.az xəbər verir ki, buna səbəb hormonların dəyişməsi,qidalanma dəyişikliyi və stressdir.
    Hamilə qadınların yay aylarında ən çox əziyyət çəkdiyi ishal problemi geniş yayılıb. Bunun əsas səbəbləri hamiləliklə əlaqəsi olmayan virus, bakteriya, mədə qripi (soyuqdəyməsi), bağırsaq parazitləri, zəhərlənmə, bəzi dərmanlar ola bilər.

    Muxalifet - 21-07-2019

  2. MASAZIRDA FİLM KİMİ OLAY: Qara 'BMW' 5 maşını vurdu, sürücünü vəhşicəsinə döydü - VİDEO

    Bu gün Bakı-Sumqayıt yolunun Masazır dairəsində film kimi cinayət hadisəsi baş verib.
    Muxalifet.az avtosfer.az-a istinadən bildirir ki, hadisə zamanı 1 nəfər ciddi xəsarət alıb, 5-dən çox avtomobil zərər çəkib. 

    Muxalifet - 21-07-2019

  3. Ermənilərin məşhur "Yerevan" mahnı-himni "Arşın mal alan"ın plagiatı çıxdı - VİDEO

    Məlum olduğu kimi ermənilər tarix boyu nəinki torpaqlarımıza göz dikib, işğal edib, həm də mədəni irsimizi, mədəniyyətimizi, musiqimizi oğurlamağa, öz adına çıxarmağa çalışıb və bəzən də nail olub. Araşdıranda məlum olur ki, ən məşhur erməni bəstəkarların əsərləri, mahnıları məhz Azərbaycan bəstəkarları əsərlərinin, melodiyasının, xalq və eləcə də aşıq musiqisinin plagiatıdır.

    Muxalifet - 21-07-2019

  4. Putin Əsədə təbrik məktubu göndərdi

    Rusiya Prezidenti Vladimir Putin ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 75 illiyi münasibətilə Suriya Prezidenti Bəşər Əsədə təbrik məktubu göndərib.
    Bu barədə RİA Novosti xəbər yayıb.
    Putin Rusiya tərəfinin bundan sonra da Suriyanın suverenliyin qorunması, təhlükəsizliyinin təmin olunması və ölkənin bərpasında bu ölkə ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.
    “Birgə səylərlə Suriyadakı terror qüvvələrinə qəti məğlubiyyət yaşadacağıq”, - deyə Putin bildirib.

    Muxalifet - 21-07-2019

  5. Ekstrasensdən QORXUNC XƏBƏRDARLIQ: Bu ölkələr DARMADAĞIN olacaq

    Hindistanlı ekstasens dağıdıcı yeraltı təkanların olacağını, bir sıra ölkələrin darmadağın olacağını bildirib.
    Hindistanın Babu Kalayil adlı tanınmış cadugəri yenə öz proqnozları ilə gümdədədir. O, qorxunc hadisənin olacağından xəbər verib.
    Hindli cadugər Hind Okeanında baş verəcək güclü zəlzələ haqda hər kəsi məlumatlandırıb. Zəlzələnin nəhəng sunami yaradacağını iddia edən şəxs Çin, Hindistan, Yaponiya, Nepal, Pakistan, İndoneziya, Əfqanıstan da daxil olmaqla 11 ölkədə dəhşətli dağıntılar gözlənildiyini bildirib.

    Muxalifet - 21-07-2019

  6. Azərbaycanda yarım milyonluq yanğın - İcra başçısından açıqlama

    Bərdə Rayon İcra Hakimiyyətin başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Vahid Qarayev yanğın baş verən ərazidə olub. Muxalifet.az Modern.az-a istinadən xəbər verir ki, V.Qarayevlə yanaşı, rayon hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların rəhbərləri gecə saatlarında yanğının baş verdiyi Üzeyir Hacıbəyov küçəsindəki “Köhnə bazar” adlanan ərazidə olublar. İcra başçısının müavini hazırda faktla bağlı araşdırma aparıldığını deyib: "İlk növbədə yanğının başvermə səbəbləri məlum olacaq və yekun rəy veriləcək”.

    Muxalifet - 21-07-2019

  7. Rusiyalı qapıçı gülməli vəziyyətə düşdü - VİDEO

    İsveçrənin “Sion” klubunun rusiyalı qapıçısı Anton Mitryuşkin “Bazel”ə qarşı oyunda gülməli vəziyyətə düşüb.
    Hesab 2:1 “Bazel”in xeyrinə olarkən “Sion”un müdafiəçisi Yan Bamert qapıçıya ötürmə verib, A.Mitryuşkinə isə topu ayağının altından buraxıb və nəticədə qol qeydə alınıb. “Twitter” istifadəçiləri bunu “dəhşətli qol” adlandırıblar.
    Oyun “Bazel”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
    Qeyd edək ki, 23 yaşlı A.Mitryuşkin 2016-cı ilin fevralında Moskva “Spartak”ından “Sion”a keçib.
     

    Muxalifet - 21-07-2019

  8. DƏHŞƏTLİ GÖRÜNTÜ: Pələng filin qulağından yapışdı, parçalamaq... - VİDEO

    Sosial şəbəkələrdə pələnglə filin ölüm-dirim savaşının videosu yayılıb. Pələng filin xortumundan və qulağından yapışaraq onu parçalamağa cəhd edib. Sonda hansının qalib gəldiyini bilmək üçün videonu izləyin./Oxu24
     

    Muxalifet - 21-07-2019

  9. KİV: Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib

    ürkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib.

    “Report” "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə politoloq və "Qovorit Moskva" radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər verib.

    O, bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.

    Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb.

    Muxalifet - 21-07-2019

  10. Əli BABACANIN PLANLARI BƏLLİ OLDU: Gül kənardan dəstək verəcək

    Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından ayrıldıqdan sonra yeni partiya qurmaq istəyən Əli Babacanın planları bəlli olub. Axar.az xəbər verir ki, Babacan ilk növbədə qarşıdakı günlərdə bəzi televiziya və sosial şəbəkələr vasitəsilə yeni bir partiya hərəkatının başladıldığını elan edəcək. Məlumata görə, hazırda yeni partiyanın adı və loqosunun seçilməsi istiqamətində işlər davam etdirilir və ən gec yeni ilə qədər hazırlıqların tamamlanması gözlənilir. Həmçinin partiyanın proqramı və nizamnaməsinin hazırlanması prosesinin də yekun mərhələdə olduğu qeyd edilib.

    Muxalifet - 21-07-2019

  11. "Qızların ərimə yazdıqlarını paylaşsam, ŞOK olarsınız" – Ərini gizlətdiyinə görə tənqid olunan Afət

    Bir neçə gün əvvəl ərə getməsi ilə bağlı məlumat yayan müğənni Afət Fərmanqızı tənqid olunub.
    İnstaqram hesabından əri ilə şəklini paylaşan ifaçıya onun üzünü göstərmədiyi üçün irad bildiriblər.
    Belə ki, izləyicilərindən biri onu müğənni Şəbnəm Tovuzlu kimi ərini hamıdan gizlətdiyinə görə tənqid edib. Həmin izləyici “Eyni Şəbnəm Tovuzlu kimi edirsiniz. Qorxmayın, onu kimsə sizdən almaz”, deyə şərhdə bildirib.

    Muxalifet - 21-07-2019

  12. Ölüm xəbəri yayılan Berdiməhəmmədov elə bir şey etdi ki...

    Bu gün kütləvi informasiya vasitələrində ölüm xəbəri yayılan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Səhiyyə və tibb səneyesi işçiləri günü münasibəti ilə ölkənin tibb işçilərini təbrik edib.
    O, öz təbrik məktubunda ölkə səhiyyəsində qazanılan uğurları qeyd edib.
    Bildirib ki, hazırda ölkə üzrə səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi üzrə işlər uğurla həyata keçirilir.

    Muxalifet - 21-07-2019

  13. Gürcüstan-Azərbaycan sərhədində ukraynalı qadın saxlanıldı - FOTO

    Uşaq alverində şübhəli bilinən Ukrayna vətəndaşı Yuliya Suslyak, hansını ki, Tbilisi şəhər məhkəməsi 19 iyulda azadlığa buraxmışdı, Azərbaycanda saxlanılıb.

    Virtualaz.org bildirir ki, bunu Gürcüstanın "Rustavi 2” televiziyasına müsahibəsində Suslyakın vəkili Zurab Todua bu gün səhər deyib.

    Muxalifet - 21-07-2019

  14. Yevlaxda ailə quran gənc oğlan həbsxanalıq oldu - ŞOK SƏBƏB

    Yevlax rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən Simran Talışlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
    Muxalifet.az teleqraf.com-a istinadən bildirir ki, Yevlax rayon Məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
    İttihama görə, Simran Talışlı yetkinlik yaşına çatmayan Samirə Vəliyeva ilə ailə qurub.

    Muxalifet - 21-07-2019

  15. Oğluna “sən arxada niyə gizlənirsən?” deyən ata danışdı - VİDEO

    Qəhrəman zabitimiz Mirdamət Bağıyevin Aprel döyüşlərinin qızğın getdiyi saatlarda atası ilə bu dialoqu son günlərin ən maraqlı mövzusuna çevrilib.
    “Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə 2016-cı ilin Aprel döyüşlərində atası ilə dialoqu ilə məşhurlaşan mayor Mirdamət Bağıyev və atası Sərisstan Bağıyev hadisənin təfərrüatını danışıblar.
    Mirdamət Bağıyev bildirir ki, atasının cavabından sonra danışmağa heç bir söz tapa bilməyib.

    Muxalifet - 21-07-2019

  16. Dünya bu uşaqdan danışır: 13 yaşında... - FOTO/VİDEO

    Çində 13 yaşındakı bir oğlan anbardan təyyarə oğurlayaraq qaçırmağa çalışıb.
    Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Zhejiang bölgəsində Huzhou şəhərində baş verib.
    Oğlan ilk cəhdində təyyarəni anbarın kənarındakı dəmir maneələrə çırpıb. O, ikinci təyyarə ilə etdiyi cəhdində də uğuruzluqla üzləşib.
    Hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
    Yerli media polisin uşağı saxladığını açıqlayıb. Məlumata görə, oğlan gündüz təyyarələri gündüz təmir edilərkən izləyib.
     

    Muxalifet - 21-07-2019

  17. Ağ Kitabda türklərlə bağlı ŞOK SÖZLƏR: Onların könüllü seçimi...

    İslam uyğurların (Uyğurlar əsasən Çində yaşayan türkdilli xalqdır, dilləri Altay dilləri ailəsinin türk dili qrupuna aiddir, islam dininə sitayiş edirlər –red.) könüllü seçim deyildi, bu, dini müharibələrin nəticəsi oldu.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözlər Çin Xalq Respublikasının Dövlət Şurasının press-dəftərxanası tərəfindən dərc edilmiş Ağ Kitabda deyilir.

    Muxalifet - 22-07-2019

  18. Soğanın qiymətini kimlər qaldırır? - VİDEO

    Paytaxt bazarlarında soğanın bir kiloqramının qiyməti 60 qəpik 2 manat arasında dəyişir. Amma buna baxmayaraq, rayonlarda çıxan payızlıq soğan fermerlərin əlində qalıb.
    Muxalifet.az Xezerxeber.az-a istinadən bildirir ki, Ağdamdan olan fermer Saday Quliyevin sözlərinə görə, əkib-becərdikləri soğan sahələrdə alıcıların yolunu gözləyir.
    Bölgələrdə məhsul həm bol, həm də ucuzdur. Amma Bakıda tam əksinə, soğanın qiyməti bahadır. bazarda soğanın qiymət növünə və yetişdiyi bölgəyə görə 60 qəpiklə 2 manat arası dəyişir.

    Muxalifet - 22-07-2019

  19. Bu gün Milli Mətbuat Günüdür

    Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
    APA-nın məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

    Muxalifet - 22-07-2019

  20. Bakı-Şamaxı yolunda dəhşətli hadisə - ÖLƏN VƏ YARALANANLAR VAR

    Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb: "Onlardan biri təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır. Daha bir nəfər isə yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib".

    Muxalifet - 22-07-2019

Pages