Axtarış
The search found 105783 results in 0.038 seconds.
Search results
Ögey oğlunu anasının gözü önündə döyərək əzab verdi – Azərbaycanda
Kürdəmirdə ögey oğluna əzab vermə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Muxalifet - 19-07-2019
Bakıda "Prado" qırmızıdan keçdi, bu da sonu - ANBAAN VİDEO
Svetoforun qırmızı işıqğına keçməyin nə dərəcədə təhlükəli bir xəta olduğunu çoxları başa düşür. Amma buna məsuliyyətsiz yanaşanlar da var. Təəssüf ki, bəzi sürücülər son anda da olsa qırmızıdan keçmə istəyində olurlar. Bununla da ağır qəzalar baş verir. Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtda baş vermiş daha bir qəzanın səbəbi də bu qəbildəndir. "Toyota Prado” markalı avtomobil işıqforun qırmızı işığında yolayrıcını keçməyə çalışır. Bu zaman sağ tərəfdən öz yolu ilə gələn digər nəqliyyat vasitəsinə çırpılır.
Muxalifet - 19-07-2019
İraqda türk diplomatı öldürənin kimliyi bilindi
İraqın Ərbil şəhərində türkiyəli diplomat Osman Kösenin ölümü ilə nəticələnən hücumda iştirak edənlərdən biri Türkiyənin müxalif Xalqların Demokratik Partiyasının (HDP) deputatı Dersim Dağın böyük qardaşı imiş.
İHA xəbər verir ki, iyulun 17-də baş vermiş hadisədən sonra Ərbil Polis İdarəsi hücum edənlərdən birinin Türkiyənin Diyarbəkir şəhər sakini Mazlum Dağ olduğuna dair məlumat yaymışdı.
1992-ci il təvvəllüdlü M.Dağın Diyarbəkirdən Türkiyə parlamentinə millət vəkili seçilmiş D.Dağın qardaşı olduğu məlum olub.Muxalifet - 19-07-2019
“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!
İsti yay günlərini paytaxtdan kənarda keçirmək istəyənlər “Nar Wi-Fi” ilə yüksəksürətli internetə çıxış əldə edə bilər. İstirahət üçün bağa, başqa mənzilə və ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlərin “Nar Wi-Fi” internet paylayıcısını özləri ilə götürmələri yetərlidir. Qısa müddətdə “Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir.
Muxalifet4 - 19-07-2019
Ədliyyə polkovniki Azərbaycandan necə qaçıb? - Açıqlama
Məhkəmə qarşısına çıxarılan ədliyyə polkovnik-leytenantı, keçmiş vəkil Vüqar Poladovun gizli əməlləri üzə çıxıb. Muxalifet.az xəbər verir ki, Criminal.az saytının yazdığına görə, Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham olunan V. Poladov Ədliyyə Nazirliyinin İcra Baş baş məsləhətçisi olub. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahının dağıdılmasına rəhbərliyi şəxsən özü edib. Bundan başqa Gürcütsana gedərək mühacir kimi qaçqın kampında qalıb.
Muxalifet - 19-07-2019
İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Muxalifet - 19-07-2019
Ermənilərin “Gülüstan” qalasını “mənimsəmək” cəhdinə imkan verilmədi
Xəbər verdiyimiz kimi, bu gün “Vikipediya”da ermənilər Azərbaycanın Goranboy rayonunda yerləşən Gülüstan qalasını mənimsəməyə cəhd edib.
Oxu.Az xəbər verir ki, artıq bu cəhdin qarşısı alınıb.
Məsələ ilə bağlı saytımıza Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru müavini Elnur Eltürk açıqlama verib.
O bildirib ki, xaricidilli “Vikipediya”da ölkəmizlə bağlı bu kimi saxtakarlıqlar qeydə alınır:Muxalifet - 19-07-2019
SON DƏQİQƏ: güclü zəlzələ baş verdi
Çinin Tibet muxtar vilayətində güclü zəlzələ baş verib.
Yerin 10 kilometr dərinliyində qeydə alınan zəlzələ 5,6 bal gücündə olub.
Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur./publikaMuxalifet - 19-07-2019
Günay Babayeva ərini xilas etmək üçün ondan polisə şikayət etdi
Saray qəsəbə sakini, 41 yaşlı Rəfael Babayev dəmir barmaqlıqlar arxasındadır. O, həyat yoldaşının şikayəti əsasında həbs olunub. Maraqlısı budur ki, qadın ərindən polisə şikayət etməklə onun həyatını qurtaracağını zənn edib. Mənzilə baxış keçirən əməliyyatçılar nə az - nə çox, 7 kiloqram tiryək aşkarlaylıblar. Mənzil sahibi isə narkotik vasitə istifadəçisi olduğunu boynuna alsa da, evindən tapılan tiryəkin ona məxsus olmadığını deyir.
Muxalifet - 19-07-2019
Bakıda DƏHŞƏT: Nişanlısından ayrılan gənc intihar etdi
Binəqədi rayonunda intihar hadisəsi olub. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyulun 18-də, gecə saat 01 radələrində qeydə alınıb. Belə ki, Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib. İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.
Muxalifet - 19-07-2019
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin edib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyulun 19-da ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə naziri Azərbaycan ilə ABŞ arasında əlaqələrin NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edərək hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.
Muxalifet - 19-07-2019
Boksçumuz xuliqanlıq maddəsi ilə İTTİHAM EDİLDİ
Boks üzrə milli komandamızın üzvü Məryəm Cəbrayılova barəsində cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozma) maddəsi ilə ittiham irəli sürülüb.
Belə ki, o, Günay Zeynalovaya qarşı xuliqanlıq edib.
M.Cəbrayılovanın cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ağamalı Qafarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.Muxalifet - 19-07-2019
Məşhur türk futbolçusunun 3 milyonluq lüks yaxtası - FOTOLAR
Futbolçu Arda Turanın ötən il aldığı yaxtaya nə qədər pul ödədiyi məlum olub.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Turan "Grey Stone” adlı yaxtaya 2 milyon 950 min lirə pul sayıb.
Yaxta Ardanın öz istəyinə uyğun dizayn edilib. 24 metr uzunluqdakı yaxtanın 3 kabini var.
Qeyd edək ki, Arda Turan Türkiyənin "Başakşehirspor” klubunda top qovur.Muxalifet - 19-07-2019
DƏHŞƏT: Vətəndaş dibçəyi polisin başına vurdu - VİDEO
Polislə mübahisə edən vətəndaş daş parçasını onun başına vuraraq ciddi xəsarət yetirib.
Çinin əyalətində baş verən hadisə anı kameralara qeydə alınıb. Polisin qanunsuz tikiliyə qarşı gördüyü tədbirlər zamanı ev sahibi onun başına vuraraq yerə yıxıb. Nəticədə polis əməkdaşı kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Hadisənin videosunu təqdim edirik:
Muxalifet - 19-07-2019
24 yaşlı gəncin həyatı sizin əlinizdədir – AİLƏSİ İMKANI OLANLARDAN DƏSTƏK İSTƏYİR
24 yaşlı gənc, ata-anasının yeganə övladı Hafiz İsmayıl Səyyat oğlu kəskin limfoblastik leykoz xəstəliyindən əziyyət çəkir.
Muxalifet4 - 19-07-2019
Rəsmi Tehran şərt qoydu: “Tramp ləğv etsin, sonra müqavilə imzalayaq”
İran MAQATE inspektorlarının ölkənin nüvə obyektlərinin yoxlanılmasına izn verilməsi ilə bağlı müqavilə imzalamağa hazırdır.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
Onun sözlərinə görə, bu müqavilə qarşılığında ABŞ İrana qarşı sanksiyalarından imtina etməlidir: “Əgər Tramp xidmət qarşılığında xidmət istəyirsə, biz əlavə protokol təsdiqləyə, o isə tətbiq etdiyi sanksiyaları ləğv edə bilər. Sanksiyaları ləğv edin və siz əlavə protokolu 2023-cü ildən əvvəl əldə edəcəksiniz”.Muxalifet - 19-07-2019
Azərbaycana təyyarə ilə qara kürü gətirərkən yaxalandı - RƏSMİ MƏLUMAT
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Publika.az komitəyə isitinadən xəbər verir ki, Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus baqaja rentgen aparatı vasitəsilə baxış keçirərkən, monitorda şübhəli predmetlərin təsvir görünüb.Muxalifet - 19-07-2019
Qəbul imtahanlarının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.
Mərkəzdən bildirilib ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.Muxalifet - 19-07-2019
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Muxalifet - 19-07-2019
Bakıda ŞOK HADİSƏ - Evdən yaşlı qadınla kişinin meyiti tapıldı
Bakıda mənzildən iki nəfərin meyiti tapılıb.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Belə ki, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Muxalifet - 19-07-2019