Axtarış
The search found 105785 results in 0.048 seconds.
Search results
ABŞ və YPG-dən ortaq əməliyyat: Çox sayda ölü var
ABŞ liderliyindəki koalisiya gücləri və SDG adını istifadə edən terror təşkilatı YPG/PKK Suriyanın Deyrizor rayonunda 13 mülki insanın ölümünə səbəb olub.
Deyrizordakı yerli qaynaqlardan alınan məlumata görə, ABŞ liderliyindəki koalisiya gücləri və SDG adını istifadə edən terrorçu YPG/PKK-lı müttəfiqləri gecə saatlarında bir İŞİD terrorçusunu tutmaq üçün havadan desant endirmə əməliyyatı təşkil edib.Muxalifet3 - 16-07-2019
Almaniyadan ən çox Türkiyə silah alır
Almaniya 2019-cu ilin I rübündə Türkiyəyə 184 milyon avro dəyərində silah ixrac edib.
“İnterfaks” xəbər verir ki, bu, Ankaranı alman silahının əsas alıcısına çevirib.
Türkiyə Almaniyadan silah idxal edən ölkələr arasında, ötən il olduğu kimi, böyük fərqlə birinci yeri tutur.
Almaniya Türkiyəyə, o cümlədən, altı ədəd 214 tipli sualtı qayığın tikintisi üçün materiallar tədarük edib.Muxalifet - 16-07-2019
“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - Ermənistan parlamentinin spikeri Vaşinqtonda yalvardı
ABŞ İrana qarşı tətbiq edilən sanksiyalara görə Ermənistana təzyiq göstərməməlidir.
Virtualaz.org xəbər verir ki, belə bəyanatla Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Vaşinqtonda, Atlantk Şurasında çıxış edib.
“Biz istəmirik ki, ABŞ İrana qarşı tətbiq edilmiş sanksiyalara görə Ermənistana təzyiq göstərsin. Ermənistan bunun altından qalxa bilməz”,-o bildirib.
Muxalifet - 16-07-2019
Rusiyadakı "sxodka" niyə azərbaycanlının kafesində keçirilib? - Sahib Mehdiyev və "Ded Xasan"ın nəvəsi azadlıqda - TƏFƏRRÜAT
Moskva vilayətinin Lyubertsı şəhərində yerləşən “Dyuşes” kafesində baş verən “sxodka” barədə bəzi təfərrüatlar məlum olub. Moskvadakı mənbəmizin məlumatına görə, Lyubertsı nəinki Moskva vilayətinin, bütün Rusiyanın ən kriminal şəhərlərindəndi:
"Bir vaxtlar Lyubertsı mafiyası bütün Moskvanı qorxu içində saxlayıb. Düzdür, indi vəhşi 90-cı illər olmasa da, amma Lyubertsı kriminal ünsürlər üçün hələ də rahat şəhərlərdən biridir.Muxalifet - 16-07-2019
Müdafiə naziri gözlənilmədən istefa verdi
Almaniyanın Müdafiə naziri Ursula Von der Leyen istefa verib.
Leyen açıqlamasında Aİ-dəki səsvermənin nəticəsindən asılı olmayaraq, sərbəst şəkildə postunu tərk edəcəyini bildirib.
“Sabah Avropa Parlamentinin etibarını qazanmaq istəyirəm. Bütün enerjimi Avropaya xidmətə sərf etmək üçün Müdafiə Nazirliyindən gedirəm. Federal ordu ilə keçirdiyim illər üçün dərin minnət duyuram”, - nazir açıqlamasında qeyd edib.Muxalifet - 16-07-2019
Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər
Gürcüstanın paytaxtı Tbilisidə Rusiya vətəndaşları aksiya keçiriblər.
“Report” xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısında baş tutan aksiyada ölkədə yaşayan və səfərdə olan 10-a yaxın rusiyalı iştirak edib.
Aksiya “Mən Qavrilov deyiləm! Rusiyalılar vahid Gürcüstan naminə!” şüarı altında keçirilib.
İştirakçılar Rusiyanın Gürcüstana qarşı siyasətinə etiraz ediblər. Onlar əllərində "Putindən yoruldun? Gürcüstanda dincəl!" və Rusiyanın Gürcüstana qarşı işğalçılıq siyasətini tənqid edən şüarlar tutublar.
Muxalifet - 16-07-2019
Bakının mərkəzində piyadanı vurub qaçan maşının sürücüsü tutuldu
Bakıda maşınla piyadanı vurub qaçan sürücü tutulub.
Muxalifet.az xəbər verir ki, Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən iyulun 11-də Bakı şəhər sakini A.Nəcəfovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü - Neftçala rayon sakini Ə.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 16-07-2019
Тернистый путь евроинтеграции Азербайджана
Эмиль Гулиев
B конце 1990-ых и начале 2000-ых годов в Азербайджане в риторике политиков, общественных деятелей, гражданских активистов одним из популярных словосочетаний была евроинтеграция.
Muxalifet4 - 16-07-2019
Türkiyədən yeni həmlə: Aralıq dənizinə daha bir gəmi gedir
Enerji və Təbii Qaynaqlar Nazirliyi Türkiyənin Şərqi Aralıq dənizindəki axtarış qazma fəaliyyətlərinə eyni əzm və dayanıqlılıqla davam etdiyini açıqlayıb. Nazirlik MTA Oruc Rəis Seysmik Araşdırma Gəmisinin də Mərmərədəki işlərindən sonra dərhal Aralıq dənizindəki seysmik araşdırmalarını aparmaq üçün bölgəyə göndəriləcəyini bildirib.
Müxalifət.azMuxalifet3 - 16-07-2019
Tramp ifşa oldu! Qalmaqal ‘Əl Qaidə' və ‘insanlar' yazısı
ABŞ Konqresinin 4 qadın üzvünə qarşı yazdığı irqçi ifadələrlə gündəmə gələn ABŞ prezidenti Donald Trampın 'Əl Qaidə' və 'People' (insanlar) sözlərinin İngiliscə yazılışlarını doğru yaza bilmədiyi ortaya çıxıb. “Vaşinqton Post” qəzetinin fotoqrafı Jabin Botsford tərəfindən paylaşılan fotoşəkillərdə Trampın keçən bazar ertəsi günü etdiyi çıxışında aldığı qeydlərdə Əl Qaidənin İngiliscə yazılışı 'Al Qaeda' yerinə 'Alcaida' yazdığı görülüb. Tramp bundan başqa, qadın Konqres üzvlərinə ithafən qeyd etdiyi "Some people" (Bəzi insanlar) qeydində də 'people' yerinə 'peopel' yazıb.
Muxalifet3 - 16-07-2019
İran Britaniyaya MEYDAN OXUDU: Bu şeytanlıqları...
“İran İngiltərənin dəniz quldurluğunu cavabsız qoymayacaq”.
Bunu İranın dini lideri Ayətullah Əli Xamenei deyib.
Suriyaya neft daşıyan İran tankerinin İngiltərənin vassalı Cəbəllütariq tərəfindən girov götürülməsindən danışan Xamenei bildirib ki, ortada cinayət faktı var: “İngiltərə dəniz quldurluğu edir və gəmimizi oğurlayır. Əvvəlcə cinayət işləyirlər, sonra buna qanuni don geyindirməyə çalışırlar. İran və bu rejimə inanan ünsürlər bu şeytanlıqları cavabsız qoymayacaq. Yeri və zamanı gələndə uyğun cavab veriləcək”./publikaMuxalifet - 16-07-2019
“Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ
“Bu gün əsgərin silahını əlindən alan, sabah silahla üstümüzə gələcək” “Sərhəddə hər iki tərəfdən zastava olur və dövlət sərhədləri ikiqat mühafizə olunur. Maraqlıdır, bizim sərhədçilərin üzərinə hücuma gələnədək təxribatçıları gürcü sərhədçiləri niyə dayandırmayıb, onlara mane olmayıb?! Onlar bu hadisəyə görə birbaşa məsuliyyət daşıyırlar”. Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bu barədə politoloq Nəzakət Məmmədova deyib. “Elə təxribatın daha da böyüməsinin qarşısını almaq üçün silaha əl atmaq lazım idi..” N.
Muxalifet - 16-07-2019
Xocahəsəndə AĞIR QƏZA: Minik avtomobili yük maşını ilə toqquşdu
Bir qədər əvvəl Xocahəsən qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, adıçəkilən qəsəbədən üzü şəhər istqamətində hərəkətdə olan minik avtomobili yük maşını ilə toqquşub. Toqquşmanın gücündən hər iki avtomobil yol kənarına aşıb. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıblar.
Qeyd edək ki, qəza səbəbindən Xocahəsən yolunda tıxac da yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.
Qəzanın səbəbləri araşdırılır.
Muxalifet - 16-07-2019
“Sədərək”in sahibi cərimələndi - Xəzərin sahilini hasarladığına görə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məşhur iş adamı, "Sədərək" Ticrarət Mərkəzinin sahibi Yusif Qədimbəylini Xəzər dənizinin sahilboyu zolağının altında olan torpaq sahələrini qanunsuz hasarladığına görə cərimələyib. Muxalifet.az xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsini pozmaqda təqsirli bilinib.
Muxalifet - 16-07-2019
“HAKİMİYYƏT CİDDİ DƏYİŞİKLİKLƏRDƏN ÇƏKİNİR…” – “KİVDF ləğv olunmalıdır”
“AzPolitika.info” Turan İnformasiya Agentliyinin direktoru, siyasi təhlilçi Mehman Əliyevlə müsahibəni təqdim edir:
Muxalifet - 16-07-2019
Dünyaca məşhur şəxs bu AZƏRBAYCANLILARI AXTARIR - FOTO
Dünya şöhrətli fotoqraf, savaşları obyektivindən susduran Reza Deqatinin vətəndə növbəti sərgisinin açılışı oldu. “Odun ruhu” adlanan sərgidə şöhrətli fotoqrafın yalnız Azərbaycanda çəkdiyi 60 foto nümayış olundu.
Publika.az xəbər verir ki, dünyanın ən məşhur fotojurnalistlərindən olan həmvətənimiz Reza Deqati Qarabağ müharibəsi dövründə çəkdiyi fotoşəkillərin birindəki qəhrəmanların axtarışındadır. Odur ki, oxucularımızdan bu elanı mümkün qədər yaymağı rica edirik.Muxalifet - 16-07-2019
Gürcüstan baş nazirindən "Keşikçidağ" AÇIQLAMASI
“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumət iclasından öncə keçirdiyi brifinqdə bildirib.Muxalifet - 16-07-2019
Tramp xain elan etdi
ABŞ prezidenti Donald Tramp Facebook-un İdarə heyətinin üzvü Peter Thiel 'en iddialarından sonra Google-u araşdıracaqlarının siqnalını verib.
Texnologiya sərmayəçisi və Facebook-un idarə heyətinin üzvü Peter Thiel ABŞ-lı səlahiyyətlilərinə Çinin Google üzərindəki təsirini araşdırma çağırışı etməsindən sonra ABŞ prezidenti Donald Tramp rəhbərliyinin mövzu ilə "maraqlanacağını" açıqlayıb.Muxalifet3 - 16-07-2019
Pomidorun qiyməti ucuzlaşır? - AÇIQLAMA
Yaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir.
Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Son bir həftə ərzində pomidorun qiymətinin bahalaşdığını deyən ekspert bunun əsas səbəbini hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun gec yetişməsi ilə izah edib.Muxalifet - 16-07-2019
Mikroavtobus qəzaya uğradı: 13 nəfər ÖLDÜ
İranın mərkəzində yol-nəqliyyat qəzası nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər həlak olub.
Muxalifet.az İran mətbuatına istinadən xəbər verir ki, hadisə İsfahan vilayətində Honsar şəhərinin yaxınlığında baş verib.
Şəhər valisi Mənsur Kamal bildirib ki, qəzaya səbəb mikroavtobusun əyləc sisteminin tutmaması olub.
Nəticədə maşın yoldan çıxıb. Yaralıları xəstəxanaya yerləşdirmək üçün hadisə yerinə helikopterlər göndərilib.
Muxalifet - 16-07-2019