Axtarış

The search found 105785 results in 0.027 seconds.

Search results

  1. ABŞ dövlət katibindən “Türkiyə” açıqlaması

    ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo Türkiyənin S-400 alışı ilə bağlı etdiyi açıqlamada, Türkiyəyə sanksiya tətbiq olunması lazım olduğunu söyləyib. “Euronews”-un “Vaşinqton Post”-a istinadən verdiyi xəbərdə, ABŞ Xarici İşlər naziri Mayk Pompeonun verdiyi bəyənatda, "Qanunlar sanksiya tətbiqi tələb edir və əminəm ki, bu qanunlara uyğun davranacağıq. Prezident Tramp da bu qanunlara uyğun davranacaq" dediyi ifadə edilib.

    Muxalifet3 - 15-07-2019

  2. Polis “sxodka”nı dağıtdı, “Ded Xasan”ın nəvəsi tutuldu - VİDEO

    Rusiyanın cinayət dünyasının keçmiş lideri “Ded Xasan” ləqəbli Aslan Usoyanın nəvəsi Moskvada güc strukturlarının əməkdaşları tərəfindən tutulub.
    Ura.news xəbər verir ki, Moskva vilayəti polisi kriminal yığıncağı dağıdaraq İrakli Usoyanı saxlayıb.

    İyulun 13-də “Düşes” restoranında keçirilmiş yığıncağa 32 nəfər toplaşıb.

    Muxalifet - 15-07-2019

  3. Amerika xüsusi təyinatlıları Rusiya ilə gizli müharibəyə hazırlaşır - BUDAPEŞT YAXINLIĞINDA MƏŞQLƏR...

    Amerika ordusunun komandosları Rusiya ilə yeni gizli müharibəyə hazırlaşır.

    Virtualaz.org “The New York Times” qəzetinə istinadən xəbər verir ki, məqsəd tanınma nişanı daşımayan Rusiya qüvvələrinin Şərqi Avropa ölkələrinə qarşı mümkün hərbi müdaxiləsinin qarşısının alınmasında yerli qüvvələrə dəstək verməkdir.

    Bu təlimlər prezident Donald Trampın Yaponiyada G-20 sammiti zamanı Rusiya prezidenti Vladimir Putinlə Kremlin Azərbaycan seçkilərinə müdaxiləsi barədə zarafatlaşması ərəfəsində Macarıstanda keçirilib.

    Muxalifet - 15-07-2019

  4. ​ŞOK: Azərbaycanlı məşhurun oğlu dənizdə İTKİN DÜŞDÜ - Axtarışlar davam edir

    Müsavatçı xanımın oğlu itkin düşüb.
    “Qafqazinfo”nun verdiyi xəbərə görə, partiya üzvü Laləzar Məmmədlinin oğlu İlham dünən Bakıda dostları ilə dənizə gedib. 
    Dənizdə çimərkən həmin gənc dostu ilə çıxılmaz vəziyyətə düşüb. Dost çətinliklə də olsa dənizdən çıxa bilib və hazırda xəstəxanadadır. Təxminən 30 yaşlarında olan İlhamdan isə hələ də xəbər yoxdur. 
    Hazırda onun axtarışları davam etdirilir.
    İlham Məmmədli evlidir, 2 uşağı var.

    Muxalifet - 15-07-2019

  5. DİN əhaliyə müraciət etdi - Bunu etməsəniz, 30 manat cərimələncəksiniz

    Azərbaycan Respublikası vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiqi haqqında Əsasnaməyə əsasən həyata keçirilir.
    Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.

    Muxalifet - 15-07-2019

  6. HƏR GÜN 1 MİLYARDLIQ NEFTİN DAŞINDIĞI KÖRFƏZ – İran Hörmüz boğazını bağlayarsa, nə baş verər?

    Son dövrlər Qərblə İran arasındakı gərginlik özünün tarixi maksimumuna çatıb. Belə görünür ki, hər iki tərəf bir-birini müharibəyə itələyir. Böyük Britaniya hökumətinin, Fars körfəzində tankerlərə hücumda İslam İnqilabı Keşikçiləri Korpusunu ittiham etməsi isə, vəziyyəti daha da kəskinləşdirib. Ötən ay Oman körfəzindən keçən Norveç və Yaponiya tankerləri də hücuma məruz qalmışdı. Bundan sonra İran həmin rayon yaxınlığından keçən Amerikanın pilotsuz uçuş aparatını vurdu. ABŞ bəyan edir ki, baş verən hadisələrdə İranın əli var.

    Muxalifet - 15-07-2019

  7. Vəkil olmaq istəyənlərin DİQQƏTİNƏ!

    Sentyabr ayında Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün bir neçə dəfə test imtahanları keçirləcək.
    Qurumdan Bakupost-a verilən məlumata görə, kollegiya üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsində iştirak üçün sənəd qəbulu davam edir. 
    İmtahanda iştirak üçün 300-dən çox namizədin sənədinin qəbul olunduğunu və yerlərin məhdud olması ilə əlaqədar hər imtahanda 250 namizədin iştirak edəcəyini nəzərə alaraq, sentyabr ayında ardıcıl imtahanların keçirilməsi nəzərdə tutulub.

    Muxalifet - 15-07-2019

  8. Ağır qəzaya düşən azərbaycanlı biznesmendən XƏBƏR VAR

    İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti normallaşıb.
    Bunu Modern.az-a açıqlamasında onun müalicə həkimi, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli bildirib.
    C.Nəsirli qeyd edib ki, əməliyyatdan sonra səhhəti normallaşıb, vəziyyəti stabildir, yaxın bir-iki günə evə buraxılacaq.

    Muxalifet - 15-07-2019

  9. Gürcüstan Ermənistanı yenidən blokadaya ala bilər - YEREVANDA HƏYƏCAN TƏBİLİ ÇALIRLAR

    Gürcüstan hökuməti Rusiyadan Ermənistana öz ərazisindən keçməklə buğda ixracına yenidən qadağa tətbiq etmək istəyir.

    Virtualaz.org bildirir ki, bu barədə erməni qəzeti "Jamanak" yazıb.

    Məlumata görə, bu qadağa artıq oktyabrın 1-dən tətbiq oluna bilər.

    "Əgər bu baş verərsə, onda bu, un bazarının mərkəzləşməsinə, çörək və çörək məhsullarının qiymətinin artmasına səbəb ola bilər. Donuz və quşçuluq üçün taxılın çox hissəsi də Rusiyadan idxal olunur ", - deyə nəşr qeyd edib.

    Muxalifet - 15-07-2019

  10. Dünyada ard-arda dəhşətli zəlzələlər baş verir - Azərbaycanı təhlükə gözləyirmi?

    Son bir həftədə bir neçə ölkədə güclü zəlzələlər baş verib. Məsələn, Yaponiyada 6.8 bal, İndoneziyada 7.3 bal, Amerika Birləşmiş Ştatlarında isə 7.1 bal gücündə zəlzələ olub. Bu ABŞ-da son 20 ilin ən böyük zəlzələsi idi. Zəlzələ dalğası Azərbaycana yaxın olan ölkələrdən də yan keçməyib. Bu yaxınlarda İranda baş verən zəlzələnin 5.7 bal gücündə olduğu açıqlanıb. Bəs dünyada müşahidə olunan seysmik aktivliyin növbəti qurbanlarından biri Azərbaycan ola bilərmi?

    Muxalifet - 15-07-2019

  11. "Bakı Metropoliteni" qatarda siqaret çəkən şəxslə bağlı araşdırmalara başladı

    "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti vaqonda siqaret çəkən şəxslə bağlı araşdırmalara başlayıb. Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda qurumda bununla bağlı ciddi araşdırmalar aparılır: "Qanunvericiliyə görə, metro ərazisində siqaret çəkmək qadağandır və buna görə cərimə də müəyyənləşib. Sadəcə hələ ki hadisənin nə vaxt və hansı qatarda baş verməsi məlum deyil. Buna görə, həmin şəxsin kimliyi metrostansiyalar və qatarlardakı kameralar vasitəsilə araşdırılır.

    Muxalifet - 15-07-2019

  12. “Pəncə” əməliyyatı ilə Kandil bitəcək” – Ərdoğan açıqladı

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan qəzet və televiziya kanallarının yayım rəhbərləri, bəzi yazar və alimlərlə bir araya gəlib.
     
    Görüşdə, Ərdoğan Şimali İraqda PKK terroruna qarşı keçirilən “Pəncə” Hərəkatına da münasibət bildirib:
    "Pəncə və Pəncə-2 Hərəkatları bu anda müvəffəqiyyətlə davam edir. Bu Prosesin sonunda artıq Kandil deyə bir təhdid qaynağı qalmayacağına da inanıram. Kandilə alternativ Sincarı inşa etməyə çalışdılar. Ora da təmizləndi. Beləcə, Fəratın şərqində yaratmağa çalışdıqları terror koridorunun ucunu da bağlamış olacağıq".

    Muxalifet3 - 15-07-2019

  13. Qubada kütləvi zəhərlənmə - Səbəbi dəqiq bilinmir

    Qubada kütləvi zəhərlənmə qeydə alınıb.
    Səhiyyə Nazirliyindən verilən məlumata görə, beş nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
    Onların qidadan zəhərləndiyi bildirilir:
    “Xəstələrin mədələri yuyulub, tibbi yardım göstərilərək, xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri stabildir. Nümunələr Respublika Gigiyena və  Epidemioloji Mərkəzinə göndərilib. Cavab gələndən sonra səbəblər bilinəcək”.

    Muxalifet - 15-07-2019

  14. Ermənilər “Köçəri”ni oxudu, qarşıdurma yarandı - Video

    İyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən Beynəlxalq xalq rəqsləri və mahnıları festivalında azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib. Bu barədə “Qafqazinfo”ya Bakı Dövlət Universitetinin erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib.

    Muxalifet - 15-07-2019

  15. S-400-ə bir də bu prizmadan baxın - TƏHLİL

    Türkiyə və S-400 müzakirələrinə bir də bu prizmadan baxmaq lazımdır. Böyük bir orduya sahib Türkiyə var. lakin 15 iyul çevriliş cəhdini xatırladığımız bu günlərdə daha da yaxşı anladığımız kimi, ordunun bir qisimi iradəsini ölkə xaricindəki güclərə təslim etmişdi. Məsələn, Suriyada PKK-nın və ya İŞİD-ın əl qol açıb, gücləndiyi və işğallar həyata keçirdiyi günlərdə bütün siyasi iradəyə baxmayaraq Türkiyənin əməliyyat təşkil edilə bilməməsi tam olaraq bu iradə təslimiyəti ilə əlaqəli idi.

    Muxalifet3 - 15-07-2019

  16. Xərçəng və QİÇS-in müalicəsini tapan həkim müəmmalı şəkildə öldürüldü – DÜNYA ŞOKDA

    Araşdırmaçı həkim Bradstreetin klinikasına basqın edilib. 
    Onun araşdırmaları götürüldükdən sonra bir çayda ölü tapılıb.
    Xərçəng, AİDS, Autizm kimi xəstəliklərin dəqiq çarəsini tapmağa yaxınlaşan Dr. Bradstreet sinəsindən vurularaq öldürülüb. Bildirilir ki, həkimin araşdırması yaxşı gedirmiş və uğurlu nəticələrin əldə edilməsi yaxın imiş. 24 həftəlik bir müalicə müddətində 20 min dollara yaxın maliyyə xərclənib, 85 % uğurlu nəticə verən tətqiqatın daha çox uğurlu ola biləcəyi təsdiqlənmişdi.

    Muxalifet - 15-07-2019

  17. Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan...

    Mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktar və müridləri haqqında hazırlanan istintaq dosyesi ilə bağlı detallar açıqlanıb.
    Sorğu nəticəsində Adnan Oktarın yaş fərqi qoymadan bütün qadınlarla cinsi əlaqəyə girdiyi və yanına göndərilən qızları alt paltarsız istədiyi ortaya çıxıb.

    Muxalifet - 15-07-2019

  18. Məsud Özildən xeyirxah addım

    İngiltərənin “Arsenal” komandasının forması geyən Türk əslli futbolçu Məsud Özil üzv olduğu vəqf vasitəsilə Tanzaniyadakı uşaqların tibbi əməliyyat xərclərini ödəyib.
     
    Aminə Gülşə ilə 7 iyunda keçirilən toyunda toy hədiyyəsi olaraq yaxınlarından üzvü olduğu “Big Shoe” Vəqfinə böyük məbləğdə ianə verən Məsud Özil, könülləri fəth edib. Məşhur cütlüyün adına vəqfə verilən bu ianələrlə Tanzaniyadakı uşaqların tibbi əməliyyat xərcləri ödənəcək.
     
    16 MİN ADAMA YEMƏK VERMİŞDİ
     

    Muxalifet3 - 15-07-2019

  19. Almaxanım imicini tamamilə dəyişdi - YENİ FOTO

    Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. Almaxanım sosial şəbəkədə yeni fotosunu paylaşıb. O görüşündə səyişiklik edib. Qara saçlarını sarıya boyayan Almaxanımın yeni görünüşü izləyicilər tərəfindən bəyənilib. Qeyd edək ki, Almaxanım şair Vüqar Əhmədin qızıdır./big.az

    Muxalifet - 15-07-2019

  20. NATO Baş katibi: Rusiya Berlini vuracaq raket hazırlayıb

    NATO Baş katibi: Rusiya Berlini vuracaq raket hazırlayıb
    Rusiya Almaniyanın paytaxtına çata biləcək yeni orta mənzilli raket hazırlayıb.
    Bu məlumat NATO Baş katibi Yens Stoltenberqin “Franfurter Algemeine Zaytunq” qəzetində dərc olunan köşəsində yer alıb.
    O, yeni raketin təkcə Berlin yox, Frankfurt və Münhen kimi şəhərləri də vura biləcəyini qeyd edib: “Bu, səyyar raket sistemidir və onu rahatlıqla izləmə sistemlərindən gizlətmək olacaq”.
    Stoltenberq Rusiyanın yeni raketini Avropa sərhədləri yaxınlığında yerləşdirdiyini də qeyd edib.

    Muxalifet - 15-07-2019

Pages