Axtarış
The search found 105785 results in 0.027 seconds.
Search results
"İranla bizim aramızda birbaşa müharibə olacaq, bu qaçılmazdır..." - İSRAİL NAZİRİ
İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi dünən bəyan edib ki, İsrail yaxın iki il ərzində İranla ehtimal olunan hərbi qarşıdurmaya hazırlaşır.
Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, İsrailin təhlükəsizlik kabinetinin üzvü olan Xaneqbi deyib: “İranla hərbi qarşıdurmanın olması ehtimalı müharibənin olmaması ehtimalından daha yüksəkdir”.
Muxalifet4 - 14-07-2019
ŞOK AÇIQLAMA: S-400-ün istehsalçısı Azərbaycan türküdür - RAFİQ ƏLİYEVİN ASPİRANTI OLUB
Türkiyə mediasında, sosial şəbəkələrdə Rusiya istehsalı olan S-400 zenit-raket kompleksinin alınmasına həsr olunmuş çoxlu sayda yazılar dərc olunur.
Muxalifet.az azpolitika.info-ya istinadən xəbər verir ki, belə yazılardan birində S-400-ün istehsalçısının Azərbaycan türkü olduğu bildirilib.
Muxalifet4 - 14-07-2019
ATV prezidentinin hesabından pul oğurlanıb - AMERİKADA XƏRCLƏNİB...
“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) rəhbəri Azər Xəlilovun bank kartındakı pullar müəmmalı şəkildə oğurlanıb. Söhbət 14 min dollar vəsaitin onun xəbəri olmadan Amerikada xərclənməsindən gedir.
Bu barədə Bizimyol.info-ya məlumatlı mənbədən xəbər daxil olub. Bilirilir ki, A.Xəlilovun Beynəlxalq Bankda kart hesabı olub və hesaba təxminən 15 min dollar pul yatırıb. Bu vəsaitdən hesab açılmasına faiz çıxılıb, bir də Londona təyyarə bileti alınıb.
Muxalifet4 - 14-07-2019
Yazıçıdan Trampla bağlı sərt açıqlama – “O, romanlarımdan daha qorxuncdur”
“Trampın prezidentliyi romanlarımdan daha qorxuncdur”.
Bunu elmi-fantastik əsərlərin müəllifi, amerikalı yazıçı Stepen Kinq deyib.
“NowThisNews” sosial paylaşım saytında yayımlanan videoda ona ünvanlanan sualı cavablandıran yazıçı qeyd edib ki, 1979-cu ildə çap edilən “Çağırış” (The Dead Zone) adlı romanında Donald Trampın iqtidara yüksəlişini proqnozlaşdırıb. Bildirib ki, romanda olduğu kimi Amerika cəmiyyətinin xəyal gücünü ələ keçirən bir siyasətçinin varlığından həmin dövrdə əmin olub.
Muxalifet4 - 14-07-2019
Hökumət qazla bağlı qərar verdi: rüsum ləğv edildi
Təmizliyi 99 %-dən az olmayan propan istisna ilə, Azərbaycana gətirilən propana tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib. Belə ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edib. Beləliklə, emalın spesifik prosesləri və proseslərdə kimyəvi çevrilmələr, o cümlədən digər məqsədlər üçün təmizliyi 90 %-dən çox, lakin 99 %-dən az olan propan 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Muxalifet4 - 14-07-2019
Almaniyada Qarabağ mitinqi keçiriləcək
Avropada yaşayan bir qrup soydaşımızın təşkilatçılığı ilə birləşmiş Millətlər Təşkilatının Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında yerli hakimiyyət orqanları ilə razılaşadırılmış etiraz aksiyasının, Qarabağ mitinqinin keçirilməsi nəzərdə tutulur.
Muxalifet.az xəbər verir ki, bu barədə musavat.com-a Avropada yaşayan ağdamlıların təşkilat komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, aksiya Ağdamın işğalının növbəti ildönümü ilə bağlı iyulun 20-də, yerli vaxtla saat 13.00 -dan 15.00-dək keçiriləcək.
Muxalifet4 - 14-07-2019
Sosial mediada məşhurlaşan azərbycanlı aktyor model qızla evləndi - FOTOLAR
Sosial mediada məşhurlaşan azərbaycanlı aktyor Əlixan Rəcəbovun toyu baş tutub.
Axşam.az-ın məlumatına görə, o, İlona adlı modellə ailə qurub.
Aktyorun toyunun sadə olması diqqət çəkib.
Sənətçinin şad günündə onu yaxın dostları və tanışları yalnız buraxmayıb.
Qeyd edək ki, cütlük uzun müddətdir ki, sevgili idilər.
Muxalifet4 - 14-07-2019
Dubay şeyxinin cangüdəni ilə qaçan arvadı haqda YENİ İDDİALAR - İngilis mediası bu faktları da üzə çıxardı... / VİDEO
Dubay şeyxi Maktumun həyat yoldaşı şahzadə Haya 2 uşağı ilə birlikdə Londona qaçandan sonra onun yasaq eşq yaşadığı üzə çıxmışdı.
Xəbər verdiyimiz kimi, şahzadənin sevgilisinin kimliyi bir neçə həftədir sirr olaraq qalsa da, artıq dəqiqləşib. İngiltərə mediası Hayanın yasaq eşq yaşadığı şəxsin Şeyxin cangüdəni olan ingilis əsgər Russel Flouvers olduğunu yazıb.
5 il boyunca Şeyx ailəsinin yaxın mühafizəsini həyata keçirən ingilis Russel mediaya bu mövzu ilə bağlı hər hansı açıqlama verməkdən imtina edib: "Deyəcək heç bir sözüm yoxdur. Məni rahat buraxın".
Muxalifet4 - 14-07-2019
İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürdü - YENİLƏNİB
Şəkidə baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi nəzarətindədir.
Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunur.
Muxalifet4 - 14-07-2019
Azərbaycan ordusunun bir kəndi 7 saniyəyə məhv edən silahı - ÇİN NƏŞRİ HEYRƏTƏ GƏLİB...
Rusiyanın ən dəhşətli silahı - TOS-1A “Solntsepyok” ağır odsaçan sistemidir. Virtualaz.org xəbər verir ki, belə qənaətə Çinin “Sina” nəşri gəlib (tərcümə - inosmi.ru).
Nəşr bildirir ki, hazırda başqa heç bir ölkənin bu silaha qarşı qoymağa vasitəsi yoxdur. Rusiyanın ağır odsaçan sistemi bir kəndi cəmi 7 saniyəyə məhv etmək imkanındadır.
Muxalifet4 - 14-07-2019
Aeroport yolunda ağır qəza baş verdi - TIXAC YARANDI / FOTO
Heydər Əliyev prospekti - Hava limanı yolunda tıxac yaranıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, tıxaca yolda baş verən nəqliyyat hadisəsi səbəb olub.
Muxalifet4 - 14-07-2019
Şəkidə yaralananlardan 5-i Suriya, 2-si Rusiya vətəndaşıdır - TAM SİYAHI
Şəki Xan sarayının həyətindəki ağacın budağının aşması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 2-si Rusiya, 5-i isə Suriya vətəndaşıdır.
Hadisə zamanı xəsarət alan şəxslər siyahısını təqdim edirik:
Soltanova Sevinc (1940, Rusiya)
Soltanova Laçın (2004, Rusiya)
Sara Hasan (1998, Suriya)
Farik al Hasan (1952, Suriya)
Mariya al Hasan (2003, Suriya)
Samira al Hasan (1965, Suriya)
Galia al Hasan (1988, Suriya)Muxalifet4 - 14-07-2019
Prezident qırmızı şortikdə Qara dənizdə - FOTO
Ukrayna Prezidenti Vladimir Zelenski Odessaya səfəri zamanı Qara dənizdə çimməsi ilə diqqətləri üzərinə çəkib. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb. Zelenski Qara dəniz sahilində qırmızı rəngli çimərlik geyimində görüntülənib. Onunla birlikdə administrasiyasının üzvləri də Qara dənizdə çimib. Zelenskinin çimərlik geyimindəki görüntüləri sosial şəbəkələrdə geniş müzakirə edilib .
Muxalifet4 - 14-07-2019
Ulduz furbolçu imicini dəyişdi - FOTOLAR
PSJ-nin futbolçusu Neymar imicini dəyişib.
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, 27 yaşlı hücumçu saçlarını sarı rəngə boyadıb. O, yeni imici ilə Braziliyada Red Bull Neymar Jr's Five yarışında iştirak edib.
Braziliyalı oyunçunun sabah Parisə gedəcəyi, bazar ertəsi isə PSJ-nin məşqlərinə qatılacağı bildirilib.
Qeyd edək ki, Fransa klubunun məşqlərə vaxtına qayıtmayan Neymarı cərimələyəcəyi gözlənilir.
Muxalifet4 - 14-07-2019
ŞOK: Tanınmış teleaparıcı yol qəzasında öldü - FOTO
Böyük Britaniyanın tanınmış aparıcısı, eləcə də Yutub və İnstaqram ulduzu Emili Hartric qəza nəticəsində dünyasını dəyişib.
“The Sun” xəbər verir ki, hadisə aparıcının evinin bir kilometrliyində, Cənubi Londonda baş verib. Elektrosamokatda hərəkət edən 35 yaşlı qadın, yük maşınına çırpılaraq, həyatını itirib.
Məlumat üçün bildirək ki, Emili sağlamlıq və həyat tərzi haqda verdiyi məsləhətlər sayəsində 340 mindən çox izləyici toplamışdı. Mənbənin məlumatına görə, o, Hyu Cekman, Amanda Seyfrid və Eddi Redmeyn kimi məşhurların şəxsi məşqçisi idi.(Qafqazinfo)
Muxalifet - 14-07-2019
SUMQAYITDAN SURİYA CƏHƏNNƏMİNƏ UZANAN YOL... - “Cəbhət ən-Nüsra” və “Cundu Şam” yaraqlıları Bakıda məhkəmə önündə
Yaxın Şərqdə münaqişlər başlayandan bəri Azərbaycanın müxtəlif bölgələrindən cihad adı altında Suriayaya gedərək qanunsuz silahlı qruplaşmalara qoşulanlar, döyüşənlər, döyüş meydanlarında ölənlər, yaralananlar, peşman olub geri qayıdanlar, bir sözlə cənnəti qazanacağını düşünüb əsl сəhənnəmlə üzləşənlər olub.
Muxalifet - 14-07-2019
Yaralılar helikopterlə KTM-ə göndərildi - Şəkidəki faciə ilə bağlı son durum
Şəkidə baş verən hadisə nəticəsində xəsarət alanların son durumuna qaydınlıq gəlib.
Səhiyyə Nazirliyindən Mualifet.az-a verilən məlumata görə, İlkin Məmmədov(ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Həsən (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı), helikopterlə KTM-ə (Kliniki Tibbi Mərkəzə) göndəriliblər.Muxalifet - 14-07-2019
Azərbaycanda toyda QANLI DAVA: Bir nəfər bıçaqlandı
Mingəçevirdə toyda düşən kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə “Sevgi” şadlıq sarayında keçirilən toy mərasimində baş verib.
Mübahisə bir qrup arasında kütləvi dava ilə nəticələnib və 1991-ci il təvəllüdlü Məmmədov Röyal Məcnun oğlu kürək nahiyəsindən bıçaqlanıb.
Daha bir neçə nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 14-07-2019
SON DƏQİQƏ: Azərbaycanlı aktrisa vəfat etdi - FOTO
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı həmin teatrın aktrisası Telli Hüseynova verib. O, 62 yaşında dünyasını dəyişib. Qeyd edək ki, 1957-ci ildə Bakıda anadan olan Hidayətova Elmira Xalıq qızı "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun" və s. tamaşalarda iştirak etmişdi.
Muxalifet - 14-07-2019
Şəki Xan sarayı bağlandı - VİDEO
İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin hadisə yerindən REAL-a verdiyi müsahibəsində bildirdi ki, baş vermiş hadisə ilə əlaqədar Şəki Xan Sarayı bir neçə günlük bağlı qalacaq.
Muxalifet4 - 14-07-2019