Axtarış

The search found 105785 results in 0.034 seconds.

Search results

  1. Sabirabadda dəhşətli qəza: üç ölü var

    Sabirabad şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
    Muxalifet.az-ın məlumatına görə, hadisə saat 18:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 43-cü km-də olub.
    “90-NN-718” dövlət qeydiyyat nişanlı BMV markalı minik maşını idarəetməni itirərək dirəyə dəyib, daha sonra yol kənarındakı hasara çırpılıb.
    Qəza zamanı 3 nəfər dünyasını dəyişib. Fakt araşdırılır.
     

    Muxalifet3 - 13-07-2019

  2. Fransada etirazçılar yenə ayağa qalxdı: Parisə doğru...

    Fransanın paytaxtı Parisdə "Sarı jiletlilər"in növbəti aksiyası başlayıb.
    Muxalifet.az xəbər verir ki, etirazçılar Stalinqrad müharibəsi meydanında toplaşıblar, daha sonra Parisin mərkəzinə doğru yürüşə başlayıblar.
    Aksiyaçılar 14 iyul - Fransa Milli bayramında Parisdə genişmiqyaslı etiraz aksiyası keçiriləcəklərini deyiblər.
     

    Muxalifet3 - 13-07-2019

  3. ​ABŞ-la münasibətlər korlansa, F-35 bir işə yaramayacaq - Kaşin

    Vaşinqtonla münasibətlər pozularsa, F-35-lər heç bir işə yaramayacaq.
    Muxalifet.az xəbərt verir ki, bunu “Kommersant” qəzetinə açıqlamasında rusiyalı ekspert Vasili Kaşin deyib.
    “ABŞ-la müttəfiq olmursansa, F-35-lər alınmamalıdır. Çünki Vaşinqtonla münasibətlər pozulan kimi təyyarə əlinizdə bir parça oduna dönəcək və heç bir işə yaramayacaq", - Kaşin qeyd edib.
     

    Muxalifet3 - 13-07-2019

  4. S-400-lə bağlı bunu söyləyənlər cahildir - Baxçalı

    S-400-ün sarayın müdafiəsində istifadə ediləcəyini söyləyənlər cahildir.
    Muxalifet.az xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı deyib. O, S-400-ün Türkiyəyə gətirilməsindən yalnız ölkəsini sevməyən şəxslərin narahat olduğunu söyləyib:

    Muxalifet3 - 13-07-2019

  5. Bu nazirliyə yeni səlahiyyətlər verildi - Dəyişiklik

    Vergilər Nazirliyinə sığortaedənlərin işsizlikdən sığortası üzrə bəzi səlahiyyətlər verilib.
    Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı bəzi qanunvericilik aktlarına dəyişiklik edib.
    “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın indiyədək olan variantına əsasən, sığortaedənlər işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyata alınmağa borcludurlar.

    Muxalifet3 - 13-07-2019

  6. Gürcüstan üçün böyük itki: Rusların 80 faizi...

    Tiflisdə Rusiya əleyhinə kütləvi aksiyaların təşkili və Rusiya dövlətinin başçısının ünvanına səslənən təhqiramiz ifadələr Rusiya-Gürcüstan münasibətlərini daha da gərginləşdirib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamentinin sədr müavini Tamuna Kaikatsişvili söyləyib.

    Muxalifet3 - 13-07-2019

  7. Putinin partiyasının reytinqi tarixi minimuma endi

    Vahid Rusiya Partiyasının reytinqi cari ildə ikinci dəfə tarixi minimuma enib.
    Muxalifet.az xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Belə ki, hakim partiyanın reytinqi 32,2% təşkil edib. Bu göstərici indiyə qədər partiyanın qeydə alınan ən aşağı reytinqi olub.
    Qeyd edək ki, bundan öncə yanvar ayında partiyanın dəstəkçilərinin sayı 32,7% olub.
    Rusiya Prezidenti Vladimir Putinin reytinqi 2018-ci ildə təqaüd yaşını artırdığını bəyan etdikdən sonra azalmağa başlayıb.
     

    Muxalifet3 - 13-07-2019

  8. Britaniya Fars körfəzində hərbi mövcudluğunu artırır

    London və Tehran arasında münasibətlərin gərginləşməsi fonunda Britaniya öz ticarət gəmilərini Fars körfəzində qorumaq üçün buradakı mövcudluğunu gücləndirmək niyyətindədir. Muxalifet.az xəbər verir ki, bu məlumatı “Doyçe Velle” yayıb. Məlumata görə, Britaniya vaxtından əvvəl bölgəyə “Duncan” gəmisini “Montrose” hərbi gəmisini əvəz etmək üçün göndərəcək. London həmçinin öz ticarət gəmiləri üçün xəbərdarlıq səviyyəsini maksimal həddə çatdırıb.

    Muxalifet3 - 13-07-2019

  9. Rusiyanın "Spektr"ı raketi ilə kosmosa göndərildi

    İyulun 13-də Bakı vaxtı ilə saat 16:30-da Qazaxıstandakı Baykonur kosmodromundan Rusiyanın “Spektr-RQ” kosmik aparatı “Proton-M” raketi ilə kosmosa göndərilib. Muxalifet.az xəbər verir ki, kosmik rəsədxananın buraxılışı iyunun 21-nə nəzərdə tutulmuşdu, lakin son anda bu proses təxirə salınıb və aparatın startı iyulun 13-nə keçirilib. “Roskomos”un baş direktorunun müavini Mixail Xaylov bildirib ki, bunun səbəbi birdəfəlik kimyəvi elektrik mənbəyində yaranan problem olub. “Spektr-RQ” kosmik aparatı Lanqranj L2 rayonunda müşahidələr aparacaq.

    Muxalifet3 - 13-07-2019

  10. Bu şayiələri yayan satqınlar... - Maduro

    Venesuelanın iqtisadiyyat və maliyyə üzrə vitse-prezidenti Tarek əl-Aysaminin Hizbullahla heç bir əlaqəsi yoxdur.
    Muxalifet.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
    “Onu Hizbullahla əlaqələndirmək istəyirlər. Mən Tareki yaxşı tanıyıram. O, heç vaxt Hizbullahdan kiminləsə əlaqə qurmayıb. Bu şayiələri ABŞ Dövlət Departamenti və Amerika imperiyasının xidmətində dayanan satqınlar yayırlar”, - deyə o bildirib.

    Muxalifet3 - 13-07-2019

  11. «Он бежал за поездом, увозившим маму, и кричал: Я стану великим художником, как ты и мечтала!»

    Сегодня творческая интеллегенция Азербайджана и Франции отмечает 93-летие со дня рождения величайшего азербайджанского живописца, Народного художника, лауреата Ордена Шохрет, обладателя серебряной медали им. Грекова — Видади Нариманбекова.

    Видади Нариманбеков родился 13 июля 1926 года во Франции и соединил в себе две великие культуры и две страны — Азербайджан и Францию.

    Muxalifet4 - 13-07-2019

  12. ABŞ və İngiltərə kəşfiyyatından ŞOK - Putinin yaxın çevrəsi...

    ABŞ və İngiltərənin kəşfiyyat orqanları Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə bağlı saxta məlumatlar sızdırmağı planlaşdırır.

    Bu barədə “Sputnik” məlumat yayıb. Agentlik diplomatik mənbəyə istinad etdiyi xəbərdə saxta məlumat ssenarisinin əsas məqsədinin Rusiyaya sanksiya tətbiq edilməsi üçün əsaslar formalaşdırmaq olduğunu bildirib.

    Muxalifet4 - 13-07-2019

  13. Zelenski daha bir məmuru işdən qovdu: Məni axmaq hesab edirsən?

    Ukrayna Prezidenti Vladimir Zelenski daha bir məmuru işdən qovub.

    “RİA Novosti” xəbər verir ki, V.Zelenski Ukrayna Dövlət Maliyyə Xidmətlərinin (DMX) rəis əvəzi Aleksandr Vlasova istefa ərizəsi yazmağı tapşırıb.

    Odessa limanında keçirilən bir toplantıda prezident A.Vlasovdan bir neçə gömrük məmurunu işdən qovması tələbinin yerinə yetirilib-yetirilmədiyini soruşub. Onun sözlərinə görə, DMX rəis əvəzi sözügedən məmurları işdən qovacağına söz verib və bu barədə “Facebook”da yazıb.

    Muxalifet4 - 13-07-2019

  14. Daxili işlər naziri istefa verəcək? - TİFLİSDƏ AKSİYA BU GÜN DƏ DAVAM ETDİRİLİR

    Gürcüstanın paytaxtı Tiflisdə ölkə parlamentinin binası qarşısında etiraz aksiyası bu gün də davam etdirilir.

    Muxalifet.az xəbər verir ki, aksiyaçılar Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını tələb edirlər.

    Aksiyaçılar Qaxariya istefa verənə qədər aksiyanı davam etdirəcəklərini bəyan ediblər.

    Muxalifet4 - 13-07-2019

  15. "Facebook"a fantastik məbləğdə cərimə - ŞƏXSİ MƏLUMATLARI ÖTÜRÜRMÜŞ...

    ABŞ Federal Ticarət Komissiyası “Facebook”u 5 milyard dollar məbləğində cərimələyib.

    Buna səbəb sosial şəbəkə nəhənginin 87 milyon seçicinin şəxsi məluatlarını şirkətlərə ötürməsidir.

    Hökmün yerinə yetirilməsi üçün ABŞ-ın Ədliyyə Nazirliyinin icazəsi gözlənilir. Kəsilən cəzaya görə, “Facebook”dan hər hansı bir açıqlama verilməyib.

    Bununla da “Facebook” 2012-ci ildə 22 milyon dollar məbləğində cərimələnən “Google”u geridə qoyaraq, ən böyük məbləğdə cərimələnən texnologiya şirkəti ünvanına sahib olub.

    Muxalifet4 - 13-07-2019

  16. Bakıda möhtəşəm toy - Zakir Həsənov qiymətli hədiyyə göndərdi

    Bu gün Aprel döyüşlərində şəhid olan Nurəddin Mirzəyevin qardaşı Nəcməddin Mirzəyevlə eyni döyüşdə şəhid olan Rəşid Baxşəliyevin bacısı Gülzar Baxşəliyevanın toyudur.

    "Qafqazinfo"nun məlumatına görə, Bakıda keçirilən toy mərasimində millət vəkilləri Adil Əliyev, Aydın Hüseynov, Beyləqan korpusunun komandir heyəti, qazilər iştirak edir.

    Bundan başqa Əməkdar artistlər Rafael İsgəndərovla, Coşqun Rəhimov da toy mərasimində iştirak edənlər arasındadır.

    Müdafiə naziri Zakir Həsənov bəylə gəlinə təbrik məktubu göndərməklə yanaşı, onlara qiymətli hədiyyə bağışlayıb.

    Muxalifet4 - 13-07-2019

  17. Bir salxım üzüm 1,2 milyona satıldı

    Yaponiyanın keçirilən hərracda “Ruby Roman” növündən olan bir salxım üzüm 1,2 milyon yenə (19 min manat) satılıb. Bunu alan şəxs Yaponiya mehmanxanalar şəbəkəsi meneceridir. O, “Ruby Roman” üzüm növünün bazara çıxarılmasının 12-ci ildönümü ilə əlaqədar 1,2 milyon yen təklif etdiklərini bildirib. Qeyd edək ki, “Ruby Roman” dünyada ən bahalı üzüm növü hesab edilir. Yapon seleksiyaçılar həmin üzüm növünü 1994-cü ildə əldə etsələr də, yalnız 2008-ci ildə satışa çıxarılıb./qafqazinfo

    Muxalifet4 - 13-07-2019

  18. Röyaya keçmiş qayınatası tərəfindən Nabranda hədiyyə edilən villa satılır – 500 min dollara / FOTOLAR

    Xaçmazın Nabran kəndində o villanı hər kəs “Röyanın villası” kimi tanıyır. Yan-yörədəki istirahət mərkəzində çalışanlardan tutmuş, qatıqsatanlara, təndirdə çörək yapan qadınlara qədər. Bu və ya digər məkanı təsvir etmək üçün də belə nişan verirlər: “Röyanın villasından sola dönürsən, üzü yuxarı....”

    1 HEKTARLIQ MEŞƏ SAHƏSİNİN İÇİNDƏ DƏBDƏBƏLİ VİLLA -  GƏZ, GƏZ, BİTMİR...

    Muxalifet4 - 13-07-2019

  19. ​Azyaşlıları fahişəliyə cəlb edən stilist “İntuş”dan xəbər var...

    Keçən il Nərimanov rayonunda həbs edilən məşhur stilist "İntuş" ləqəbli İntizam Yusifov Ali Məhkəməyə müraciət edib. Onun müraciəti ilə bağlı məhkəmə prosesi hakim Tahir Kazımovun sədrliyi ilə sentyabr ayının 25-də keçiriləcək. Cinayət Məcəlləsinin 171.1-ci (Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə) maddəsiylə təqsirləndirilən və Nərimanov rayon Məhkəməsi tərəfindən məhkum edilən "İntuş" ona bəraət verilməsini tələb edib. Qeyd edək ki, Yusifov İntizam İntiqam oğlu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

    Muxalifet4 - 13-07-2019

  20. Vərəm xəstəsindən pensiyaya çıxmaq üçün 1000 manat rüşvət istənilir - VİDEO

    “Mən Mehriban xanımdan xahiş edirəm ki, 1000 manat köməklik eləsin, Füzulidə İkram həkimə verim, pensiyamı düzəltsin. Çünki başqa çarəm qalmayıb. Özüm it damında yaşayıram, vərəm xəstəsiyəm, ayda 60 manat qaçqın kimi çörək pulu alıram, yoldaşım dəmir yığıb satır ki, evi dolandırsın. Bizdə 1000 manat haradan olsun ki, İkram həkimə verək, pensiya təyin eləsin?! Xahiş edirəm ki, ölkə rəhbərliyi səsimə səs versin”.

    Bu sözləri Sensasiya TV-yə video müraciətində Füzulidən köçkün olan Mirələm Dərgahov bildirib. 

    Muxalifet4 - 13-07-2019

Pages