Axtarış

The search found 105785 results in 0.042 seconds.

Search results

  1. Günəş tutulması hadisəsi başladı

    Bu gün Günəş tutulması (tam tutulma) hadisəsi başlayıb.
    AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından  verilən məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:55-dən iyulun 3-ü saat 01:50-dək davam edəcək.
    Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq.
    Növbəti belə təbiət hadisəsi cari il dekabrın 26-na təsadüf edəcək.
    Qeyd edək ki, bu ilin ilk Günəş tutulması yanvarın 6-da qeydə alınıb.
     

    Muxalifet3 - 2-07-2019

  2. ​Rus senator gürcüləri qorxutdu: Ağır nəticələri olacaq!

    Gürcü hakimiyyəti Tiflisdə antirusiya çıxışlarına görə Rusiyadan üzr istəməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı senator Vladimir Cabarov deyib.
    “Düşünürəm ki, ilk addım Gürcüstan prezidentinin Rusiyadan üzr istəməsi olmalıdır. Gürcüstan mübahisə edir, Rusiya isə susdurur. Bəs sonra?” - deyə Cabarov bildirib.
    Senator əlavə edib ki, gürcü hakimiyyəti prosesi nəzarətə götürməsə, Ukraynada baş verənlərin eynisi Gürcüstanda yaşanacaq:
    “Bunun nəticələri gürcü xalqı üçün ağır olacaq. Gürcü xalqına bunu arzu etmirəm”.
     

    Muxalifet3 - 2-07-2019

  3. ​Rusiyada dəhşətli faciə: Putin təcili Kremlə qayıtdı

    Şimal dənizində elmi-araşdırma aparan sualtı qayıqda 14 nəfərin ölümü ilə nəticələnən yanğın səbəbindən Rusiya Prezidenti Vladimir Putin Tverə səfərini təxirə salaraq, təcili Kremlə qayıdıb.
    Kremldə Müdafiə naziri Sergey Şoyqu ilə görüşən Putin ondan hadisə ilə bağlı hesabat verməsini istəyib.
    “Yanğında ölənlər arasında 7 nəfər 1-ci dərəcəli kapitan və 2 Rusiya Qəhrəmanı var. Heyət üzvləri həddən artıq peşəkarlardan ibarət idi. Sizdən xahiş edirəm, Şimal dənizinə gedin və baş vermiş hadisə ilə bağlı hesabat verin”, - Putin Kremldə bildirib.
     

    Muxalifet3 - 2-07-2019

  4. 10 ildə 22 ölkəyə vizasız getmək hüququ qazanmışıq

    10 il ərzində Azərbaycan vətəndaşları daha 22 ölkəyə vizasız getmək hüququ qazanıb.
    Trend-in məlumatına görə, bu barədə “Henley & Partners” şirkətinin yeni Pasportlar indeksində deyilir.
    Azərbaycan həmin reytinqdə 78-ci yerdə qərarlaşıb ki, ölkə vətəndaşları 66 ölkəyə vizasız səfər edə bilər. 2009-cu ildə bu rəqəm 44 ölkə idi.

    Muxalifet3 - 2-07-2019

  5. Ötən ay dünya tarixinin ən isti iyun ayı oldu

    Ötən ay dünyada ən isti iyun ayı kimi tarixə düşüb. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı İqlim Dəyişikliklərinə Nəzarət üzrə Kopernikus Mərkəzi yayıb.

    Muxalifet3 - 2-07-2019

  6. ​Donald Tramp öldü? - İlginc açıqlamalar

    Hazırda sosial şəbəkələrdə ABŞ Prezidenti Donald Trampın infarktdan ölməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Muxalifet.az xəbər verir ki, ABŞ vitse-prezidenti Mayk Pensin Ağ Evə təcili qayıdışı dünya ictimaiyyətində ciddi şübhələr doğurub. Lakin az sonra Pensin mətbuat katibi Alisa Farah Pensin Ağ Evə gəlişinin təcili olmadığını açıqlayıb. Digər tərəfdən adı açıqlanmayan Ağ Ev nümayəndəsi Trampın səhhəti ilə bağlı hər hansı olayın baş vermədiyini mediaya bəyan edib.

    Muxalifet3 - 2-07-2019

  7. Avropa Birliyi yeni liderini seçdi!

    Avropa Birliyinin liderləri AB Komissiya sədrliyinə Almaniyanın Müdafiə naziri Ursula von deyer Leyenin təyin edilməsi mövzusunda uzlaşıb.
     
    Avropa Birliyinə (AB) üzvü ölkələrin liderləri AB Komissiya sədrliyinə Almaniyanın Müdafiə naziri Ursula von deyer Leyen, AB Şurası rəhbərliyinə Charles Michel, AB Yüksək Təmsilciyinə Josep Borrell, Avropa Mərkəz Bankı (ECB) Başçılığına isə Christine Lagardenin təyin edilməsi mövzusunda razılaşıb.

    Muxalifet3 - 3-07-2019

  8. Yasamal qəbiristanlığında hadisə - Gənc oğlan xəsarət aldı

    Bakının Yasamal qəbiristanlığı ərazisində 26 yaşlı oğlan yıxılaraq xəsarət alıb.
    "Report" xəbər verir ki, 1993-cü il təvəllüdlü Paşayev Rəşad Sənan oğlu Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda xəsarət alıb.
    Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

    Muxalifet - 3-07-2019

  9. ÜDM-in 20-25 faizini mənimsəyən Cahangir Hacıyevi “süddən çıxmış ağ qaşıq” elan etmək cəhdi

    Sabiq bankirin təbliğinə hesablanmış məqalədə onun talan etdiyi 9 milyard dollar niyə unudulur?

    Bu günlərdə Contact.az internet resursunda Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin müdafiəsinə yönəlik bir təhlil yerləşdirilib. Azərbaycanda məhkəmə, istintaq prosesi, iqtisadi xarakterli cinayətlərin araşdırılması təcrübəsinə həsr olunmuş təhlil bir sıra məqamları ilə diqqəti cəlb edir.

    Muxalifet - 3-07-2019

  10. ERMƏNİSTAN ÜÇÜN ƏN PİS SSENARİ: Bakının işğalçıya “sürprizi”

    Böyük sərmayələrin yoxluğu, İrana və Rusiyaya açılan “xilas qapıları”nın da qapanma təhlükəsi düşmən ölkəni daha da çıxılmaza soxub; erməni şərqşünas-akademik: “Ən pis ssenariyə hazır olmalıyıq...” 

    Muxalifet - 3-07-2019

  11. “Qorxurlar ki, Rusiya istənilən an müdaxilə edə bilər...” - GÜRCÜSTANDAN QAYIDAN POLŞALI JURNALİST

    Gürcüstanda rusiyalı deputatın spikerin kreslosunda oturmasına görə başlayan etiraz dalğası hələ davam edir. Xəbər verildiyi kimi müxalifət artıq spikerin istefasına və parlamentə seçkilərin qarışıq sistemlə deyil, ancaq praporsional sistemlə keçirilməsi barədə düzəlişə nail olub. İndi isə onlar etirazçılara qarşı güc tətbiqinə görə daxili işlər nazirinin istefasını tələb edirlər. Gürcüstanda baş verənlər və antirusiya etirazları Rusiyanı özünə təhdid kimi görən Polşada da izlənilir.

    Muxalifet - 3-07-2019

  12. BMT-dən yeni “Camal Qaşıqçı” açıqlaması

    Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətini araşdıran BMT Xüsusi Məruzəçisi Agnes Callamard "BMT Qaşıqçı cinayəti ilə bağlı edilməsi lazım olanlar mövzusunda iflic olmuş vəziyyətdədir" deyib.
     
    Callamard cinayətin iddia edildiyi kimi, "fərdi və xüsusi" səbəblər deyil, əksinə Səudiyyə Ərəbistanı rəhbərliyinin şəxsən məlumatı və təlimatı istiqamətində işləndiyini, bu istiqamətdə bir çox dəlilin mövcud olduğunu söyləyib.

    Muxalifet3 - 3-07-2019

  13. ​Ramana körpüsündə QƏZA - Tıxac yarandı - FOTO

    Bir qədər əvvəl Ramana körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib. Bununla əlaqədar olaraq qəza yerinə yaxın yolda bir hərəkət zolağı baglanib.
    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sürət 20 km/saat endirilib.
    Qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub.
    Qısa vaxtda qəzanın nəticələri aradan qaldırılıb və normal hərəkət bərpa edilib.

    Muxalifet - 3-07-2019

  14. Bakıda avtobusda ŞOK HADİSƏ: Sürücü onu söyən qadını döydü - VİDEO

    Bakıda avtobus sürücüsü ilə qadın sərnişin arasında dava düşüb. Hadisənin "Koroğlu" metrosunun yaxınlığında qeydə alındığı deyilir. Videodan da göründüyü kimi qadın sürücü ilə dava edir. Dava zamanı qadın çantası ilə sürücünü vurmaq istəyir. Əvəzində isə sürücü qadına sillə və yumruq vurur. Qadın da sürücünü təhqir edir./Baku.ws

    Muxalifet - 3-07-2019

  15. ​“Küçük İskender” dünyasını dəyişdi

    “Küçük İskender” adıyla tanınan məşhur türk şairi Derman İskender Över dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, ötən ildən xərçənglə mübarizə aparan Över 55 yaşında həyatını itirib. 
    O, müalicə aldığı Paşabahçe Dövtə Xəstəxanasında vəfat edib.
    Şairlə vida mərasimi bu gün baş tutacaq.

    Muxalifet - 3-07-2019

  16. İsraildə ortalıq qarışdı! 47 polis yaralandı

    İsraildə Efiopiya əslli bir gəncin polis gülləsiylə öldürülməsinə etiraz etmək üçün təşkil edilən nümayişlərdə 47 polis yaralanıb.
     
    Nümayişlərdə 60 nümayişçi də nəzarətə alınıb.
    İsrailin şimalındakı Kiryat Haim şəhərində bazar günü xidmətdə olmayan bir polisin açdığı atəş nəticəsində Efiopiya əslli 19 yaşındakı İsrail vətəndaşı Solomon Tekahın həyatını itirməsi ölkə daxilində etirazlara səbəb olub.
    Bir çox şəhərlərdə təşkil edilən nümayişlərdə etirazçılar ilə polis arasında zaman zaman toqquşma yaşanıb.

    Muxalifet3 - 3-07-2019

  17. ​SON DƏQİQƏ: Bakıda universitetdə YANĞIN

    Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, yanğın səhər saatlarında ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib.
    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
    Yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb. 
    Yanğın nəticəsində tədris mərkəzindəki bir neçə avadanlığa zərər dəyib.

    Muxalifet - 3-07-2019

  18. O sualtı gəmi Rusiyanın ən gizli silahı idi!

    Ağ Ev, Vaşinqton və Brüssel xəttində üst üstə edilən təcili yığıncaqların arxa planında nə olduğu danışılır. Rus qaynaqlar Rusiya prezidenti Vladimir Putinin donanmaya aid nüvə sualtı gəmisində baş verən yanğından sonra təcili yığıncaq reallaşdırdığını bəyan edib. Barents dənizində meydana gələn nüvə sualtı gəmisindəki yanğında ola biləcək bir sızıntıdan narahatlıq edilir. Vaşinqton isə hələ rəsmi açıqlama etməsə də, fövqəladə vəziyyətin Rusiyanın nüvə sualtı gəmisində baş verən yanğınla əlaqədar olduğu iddia edilir.

    Muxalifet3 - 3-07-2019

  19. Sərhəddə şok:Içərisində ekipaj üzvlərinin meyiti olan tank tapıldı - FOTO

    Rostov vilayətində Ukrayna ilə sərhəddə "Mius-Front" axtarış assosiasiyası tərəfindən Böyük Vətən Müharibəsində iştirak etmiş "KV-1" sovet tankı tapılıb. Muxalifet.az apa-a istinadla xəbər verir ki, ekipajın qalıqları da tankın içərisində tapılıb. "Mius-Front" rəhbəri Andrey Kudryakov bildirib ki, ehtimala görə, bu tank 1943-cü ilin yazında Alman Cəbhəsinin cənub cəbhəsini yararkən alman təyyarələri tərəfindən məhv edililıb. "KV-1"-in 62-ci ağır tank briqadasının tərkibinə daxil olduğu bildirilib. Arxiv sənədlərində göstərilib ki, sözügedən hücum 18 avqust 1943-cü ildə baş verib.

    Muxalifet - 3-07-2019

  20. İtkin şahzadənin harada olduğu ortaya çıxdı!

    Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) dövlət başçısının müavini, baş naziri və Dubayın əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktumun son arvadı şahzadə Hayanın ərini tərk etdiyi və saxlandığı İngiltərənin paytaxtı Londonda "qorxu içində yaşadığı" irəli sürülüb.
     

    Muxalifet3 - 3-07-2019

Pages