Axtarış
The search found 105785 results in 0.031 seconds.
Search results
Novruz Məmmədov ona YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər Kabineti Aparatının İşlər müdiri vəzifəsinə yeni təyinat olub.
Baş Nazir Novruz Məmmədovun sərəncamı ilə bu vəzifəyə Adil Əhmədov təyin edilib.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Süleyman Şəfiyev tuturdu. (Report)
Muxalifet - 3-07-2019
Hacı Mazanın son durumu ilə bağlı AÇIQLAMA
Xəbər verdiyimiz, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Biləsuvarda qəzaya düşüb. Ramazan Hüseyn oğlu Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib və əməliyyat olunub.
ATU-nun Tədris Cərrahiyyə Klinikasından Unikal.org-a verilən məlumata görə, hazırda R.Zeynalov reanimasiya şöbəsindədir:
Muxalifet - 3-07-2019
Nyu Yorkda yaşayan azərbaycanlı yazıçı
Əsl adı Əvəz olsa da, onu uşaq yaşlarından Azik deyə çağırıblar. Amerikaya gələndən sonra isə ABŞ vətəndaşlığını qəbul edəndə pasportuna adını Ayzek (Izek) yazdırıb. Və nəşr olunan bütün kitabları da Ayzek Əliyev imzası ilə işıq üzü görüb...
Muxalifet - 3-07-2019
Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilir
Henley & Partners şirkəti ənənəvi “Pasport indeksi”ni dərc edib. İndeks bu il dünya ölkələrində vizasız rejimin vəziyyətini göstərir. İndeksdə birinci sırada Yaponiya və Sinqapur dayanır. Bu ölkələrin pasportları dünyanın 189 ölkəsinə vizasız səfər etməyə imkan verir.
Üç ay öncə birinci sırada olan Cənubi Koreya iki mövqe geriləyib və indi Almaniya və Finlandiya ilə birlikdə ikinci yeri tutur.
Liderlər üçlüyünü Danimarka, İtaliya və Lüksemburq qapayır.
ABŞ və Böyük Britaniya 6-cı yerdədir, 2010-cu ildən bu yana tutduqları ən aşağı mövqedir.
Muxalifet - 3-07-2019
Övladlığa götürülən uşaqlar üzərində NƏZARƏT - YENİ SİSTEM
“Övladlığa götürülən uşaqlar üzərində nəzarət həyata keçiriləcək”.
Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib.Muxalifet - 3-07-2019
"Lotu Quli"nin adamını öldürənin işi - MƏHKƏMƏDƏ
Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur İsmayılovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərlib. Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd edək ki, hadisə ötən ilin dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində baş verib. Paytaxt sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə "Hyundai" markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirərək hadisə yerini tərk edib.
Muxalifet - 3-07-2019
General paytaxtda QƏTLİAM TÖRƏTDİ: onlarla ölü və yaralı var
Liviyada general Xəlifə Haftarın əmrində olan qüvvələr paytaxt Tripolinin şərqində yerləşən qaçqın düşərgəsinə hücum edib.
Publika.az xəbər verir ki, nəticədə 30-dan çox insan ölüb.
Milli Razılaşma Hökumətinə bağlı Səhiyyə Nazirliyinin mətbuat katibi Fevzi Unneyis Anadolu Agentliyinə açıqlamasında bildirib ki, Haftar qüvvələrinə aid təyyarələr bölgəni bombardman edib.
Qeyd edək ki, qaçqın düşərgəsində Afrika, Misir və Cənubi Asiyadan miqrantlar yerləşdirilib. Düşərgədə 120-ə yaxın insan olub.Muxalifet - 3-07-2019
Kriminal avtoritetin qətlində adı keçən dünya çempionunun vəkili danışdı - ŞOK FAKTLAR
Vəkil Ərşad Sərdarov: “O da kiminsə anasını ağlar qoyub; kimlər günahkardırsa, cəzalarına çatacaqlar”
Bu il mayın 10-da faciəvi şəkildə öldürülən “Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətli hadisənin üstündən iki ay keçməsinə baxmayaraq, gündəmdən düşmür. Dəhşətli hadisədə adı həm sifarişçi, həm də iştirakçı kimi keçən və bu səbəbdən həbs edilən kikboksinq üzrə dünya çempionu Zaur Yusifovun vəkili Ərşad Sərdarov açıqlama yayıb.
Muxalifet - 3-07-2019
Həkimlər Hacı Mazan barədə qərar verdi - İŞ ADAMI BARƏDƏ YENİ XƏBƏR
Dünən Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti ilə bağlı yeni xəbər var. Hacı Mazanın hazırda reanimasiyada müalicə altında olduğu Tibb Universitetinin Tədris-Cərrahiyə Korpusundan Bakupost.az-a daxil olan məlumata görə, iş adamın səhhəti hazırda stabildir və heç bir həyati təhlükəsi yoxdur. Lakin onun bədənindəki ağır sınıqları bərpa etmək üçün hökmən əməliyyata ehtiyacı var. Əldə etdiyimiz məlumata görə, hazırda həkimlər Hacı Mazanı əməliyyata hazırlayırlar və o, gün ərzində əməliyyat masasına yatırılacaq.
Muxalifet - 3-07-2019
Müdafiə naziri Şoyquya başsağlığı verdi
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir: “Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.
Muxalifet - 3-07-2019
İqtisad Universitetindən yanğınla bağlı AÇIQLAMA
Bu gün səhər saatlarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında yanğın olub.
Bununla bağlı Muxalifet.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib.
Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.Muxalifet - 3-07-2019
Rusiyanın sualtı qayıqlarında baş verən qəzalar - Keyfiyyətsiz donanma, həlak olan yüzlərlə dənizçi
Rusiya dəniz dövləti olmadığı üçün hərbi-dəniz donanması da heç vaxt yüksək səviyyəsi ilə seçilməyib. Bu səbəbdən dünyanın ərazicə ən böyük dövlətində xüsusilə hərbi məqsədli sualtı aparatlarda qəzalar az qala adi hala çevrilib.
Ümumiyyətlə Sovet və Rusiya atom sualtı qayıqlarında əsas fəlakətlər XX əsrin 60-cı illərində baş verib.
Muxalifet.az musavat.com-a istinadla onlardan bəzilərini təqdim edir:
Muxalifet - 3-07-2019
Venesuelada nümayişlər başlayır
Venesuela tarixindəki ən əhəmiyyətli zəfərlərdən olan Carabobo Müharibəsinin 198-ci ildönümü münasibət ilə 5 iyulda hökumət hərbi parad, müxalifət isə etiraz nümayişi təşkil edəcək.
Aylardır böyük bir siyasi böhran yaşayan və çevriliş cəhdlərinə səhnə olan Venesuelada, dövlət başçısı Nicolas Maduro hökuməti böyük bir hərbi parad, özünü keçici dövlət başçısı elan edən Milli Məclis (AN) sədri Juan Guaido liderliyindəki müxalifət isə etiraz aksiyası ilə küçəyə çıxacaq.Muxalifet3 - 3-07-2019
Zorla xalası oğluna ərə verilən Aynurdan toy gecəsi dəhşətli addım - VİDEO
O, intim əlaqədən imtina edib
İstanbulun Arnavut bölgəsində gəlin toy gecəsi intihara cəhd edib.
O, özünü evin ikinci mərtəbəsindən atıb. Zorla xalası oğluna ərə verilən Aynur Y. toy gecəsi onunla intim əlaqədən imtina edib və buna görə də canına qəsd etmək istəyib. Lakin o, yerə düşdükdən sonra bəy Yakub Y. onu sürüyərək otağa aparıb və qanlar içində olmasına baxmayaraq təcavüz edib. Səhəri gün ana qızını həkimə apararkən yolda qışqıran qızın yardımına polislər gəlib. Aynur evə qayıtmaq istəmədiyini bildirərək onlardan yardım istəyib.Muxalifet - 3-07-2019
Şeyx Londonda qəfildən öldü - EVDƏ ORGİYA TƏŞKİL EDİBMİŞ...
Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyinin rəhbəri Sultan bin Muhammed əl-Qasıminin oğlu şeyx Xalid bin Sultan əl-Qasımi Londondakı evində ölü tapılıb.
Virtualaz.org xəbər verir ki, bu haqda “The Sun” qəzeti yazır. Bildirilir ki, Qasımi Londonun zənginlər məskəni olan Naytsbric rayonundakı evində ölüb. Evə daxil olan fövqəladə xidmət əməkdaşları çoxlu sayda narkotik maddə tapıblar.
Muxalifet - 3-07-2019
ABŞ Səfirliyindən vətəndaşlarımıza böyük hörmətsizlik: “Konsul hüquqlarımızı tapdalayır” - AKSİYA
ABŞ-ın Azərbaycandakı Səfirliyi vətəndaşlarımızı hörmətsizlik edir, viza üçün müraciət edən insanlarla təhqiramiz şəkildə davranır. Bu barədə Greencard Azərbaycan şirkəti iddia irəli sürüb. Şirkət sosial şəbəkədə bununla bağlı etiraz dalğası başladıb və #SusmaVizaAL haştaqı ilə ABŞ səfirliyini protest edir. Şirkət rəsmiləri bildirir ki, adətən insan hüquqlarından danışan ABŞ-ın Azərbaycandakı səfirliyi səfirlik binasında hər gün onlarla insanın haqqını pozur: "ABŞ səfirliyinin hazırkı konsulu hər gün onlarla azərbaycanlıya hörmətsizlik edir, hüquqlarını tapdalayır.
Muxalifet - 3-07-2019
Azərbaycan "Avroviziya"dan İMTİNA ETDİ
Azərbaycan bu il Uşaq “Avroviziya” müsabiqəsinə qatılmaqdan imtina edib.
Muxalifet.az xəbər verir ki, bu barədə qərarı İctimai Televiziya və Radio yayımları şirkəti verib. Səbəb kimi layihənin reytiqinin aşağı olması göstərib.
Qeyd edək ki, ötən il yarışmada Azərbaycanı Fidan Hüseynova təmsil etmişdi.Muxalifet - 3-07-2019
Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - ŞƏRTLƏR
Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İyulun 20-si saat 08:00-da Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri, Nobel prospekti, 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək.Muxalifet - 3-07-2019
Salonda işləyən arvadını öldürmək istəmişdi: "Özüm polisə getdim"
Keçmiş həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayan şəxsin məhkəməsi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrıiyi ilə məhkəmə prosesində sahə inspektoru Zaur Qasımov ifadə verib.
Polis əməkdaşı bildirib ki, hadisədən əvvəl də zərərçəkmiş Aynur Rzayeva keçmiş yoldaşı ilə aralarındakı problemə görə ona müraciət edib. Buna görə də protokol tərtib edilib, Zaur Rzayevə xəbərdarlıq edilib.
Muxalifet - 3-07-2019
Paşinyan əraziləri qaytarmaq istəyir, lakin... – Putinin adamı İrəvanın QORXUSUNU AÇDI
“Paşinyan Qarabağda sülh istəyir, lakin daxili siyasətdə vəziyyət ona bu istiqamətdə konkret addımlar atmağa imkan vermir”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla razılaşmağa qorxur.Muxalifet - 3-07-2019