Axtarış
The search found 105785 results in 0.026 seconds.
Search results
Zaqatalaya qar yağdı
Zaqatalanın yüksək dağlıq ərazilərinə qar yağıb.
Muxalifet.az xəbər verir ki, apa-nın məlumatına görə, son üç gündür ki, respublikanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Bölgəyə fasilələrlə qısamüddətli yağış yağır, havanın temperaturu əvvəlki günlərlə müqayisədə +20 ℃ qədər aşağı düşüb. İyunun 30-dan iyulun 1-nə keçən gecə Zaqatalada havanın hərarəti +13 ℃ qədər aşağı düşüb.Muxalifet3 - 1-07-2019
Həyətində çətənə əkən Gəncə sakini saxlanıldı - FOTO
Gəncə sakinindən 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən şəhər sakini, 39 yaşlı Nəsimi Hüseynovun yaşadığı evin həyətinə baxış zamanı kultivasiya yolu ilə dibçəklərdə becərilmiş, ümumi çəkisi 6 kiloqram 674 qram olan 27 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Muxalifet3 - 1-07-2019
Rusiyadan ABŞ-a təklif: Yaroşenkonu burax, əvəzində...
Rusiya əlaqlərin inkişafı üçün irəliləyiş etməyə hazırdır, hər şey ABŞ-dan asılıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Ryabkov Putinlə Trampın G20 zirvəsi çərçivəsində keçirilən görüşünün gələcəyə nikbin baxmaq üçün əsas yaratdığını deyib.
Ryabkov amerikalı həmkarlarına çağırışında ABŞ-da məhkumluq həyatı yaşayan Yaroşenkonun azad edilməsini, qarşılığında Rusiyada məhkum olan amerikalıların sərbəst buraxılmasını təklif edib.Muxalifet3 - 1-07-2019
BMT: vaksinlər hər il milyonlarla həyatı xilas etsə də...
BMT-nin mənzil-qərargahında keçirilən yüksəksəviyyəli görüşdə immunlaşdırılmadan imtina ilə bağlı problemlər müzakirə edilib.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, görüş iştirakçıları ABŞ, Ukrayna, Braziliyada, həmçinin bu ilin əvvəlindən xəstəliyin 500 nəfərin həyatına son qoyduğu Filippində qızılcanın baş qaldırmasını xüsusi xatırladıblar. BMT-də vurğulayıblar ki, vaksinlər oxşar faciələrin qarşısını almağa imkan verir.Muxalifet3 - 1-07-2019
Miçel Azərbaycan millisində oynayacaq? - İspan mediası
"Qarabağ"ın ispaniyalı futbolçusu Miçel Madera millimizdə çıxış edə bilər.
Muxalifet.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "La Nueva Espana" nəşri məlumat yayıb.Muxalifet3 - 1-07-2019
ABŞ bunu gözləmirdi: Türkiyə Rusiyadan qırıcı da ala bilər
Vaşinqton Türkiyəyə F-35 qırıcıları yerləşdirməkdən imtina edərsə, rəsmi Ankara Rusiya istehsalı olan qırıcıları əldə etmək imkanlarını dəyərləndirəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Həmçinin bildirilib ki, Türkiyə Rusiya ilə birgə yeni nəsil raket istehsalında da maraqlıdır.
Muxalifet3 - 1-07-2019
Trampdan ilginc ifadə: “Ora terrorçuların Harvardıdır”
ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı Amerikan əsgərlərini çəkmək istədiyini, ancaq güclü bir kəşfiyyat şəbəkəsi buraxmadan bu ölkədən çəkilməsinin nəticələrinin pis olacağını düşündüyünü ifadə edib.
ABŞ-ın “Fox News” kanalına müsahibə verən ABŞ prezidenti Tramp, Əfqanıstandakı Amerikan əsgərlərini çəkmə planı mövzusunda önlərində bir çox problemin olduğunu söyləyib.Muxalifet3 - 2-07-2019
Yəhudilərin 71 illik SİRRİ ÜZƏ ÇIXDI - Dünyanı silkələyəcək FAKTLAR/FOTO
Sahib olduğu nüvə silahları haqqında beynəlxalq ictimaiyyətə bilgi verməyən İsrailin 80-90 arasında nüvə başlığı var.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmaları Universiteti (SIPRI) bildirib.SIPRI-nin nüvə gücü bilgiləri ilə bağlı yayınmladığı hesabatda bildirilib ki, 2018-ci ilin əvvəlindən bəri dünya miqyasında nüvə silahlarının sayında azalma var. Lakin bu silahların modernizasiyası davam edir və nüvə müharibəsi riski artır.Muxalifet - 2-07-2019
İsmət Abbasov dövlətin 100 milyonlarını belə talayıb - korrupsiya sxemi
Sabiq nazirin büdcə vəsaitlərini mənimsəmə yolları haqda yeni bilgilər; onun “Aqrolizinq” vasitəsilə ələ keçirdiyi dövlət vəsaitlərinin bir qismi haqda məlumatlar yayılıb; Kənd Təsərrüfatı Nazirliyini elə dağıdıb ki...
Muxalifet - 2-07-2019
Necə olur ki, başqa icra başçıları bahalı maşınlar ala bilir?... - Açıqlama
“Şəhərdəki icra başçısına bahalı maşın olar, rayondakına yox, bu, yanlış bir yanaşmadır. İcra başçısı icra başçısıdır, fərqi yoxdur”. Muxalifet.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa Kəlbəcər icra başçısının qalmaqal yaradan bahalı maşın tenderi ilə bağlı danışarkən deyib. Deputat bildirib ki, ümumilikdə qiymət bu qədər yüksək olmamalıdır: “Bütün icra başçıları üçün bahalı maşın anlayışından imtina etmək lazımdır.
Muxalifet - 2-07-2019
Azərbaycanlı körpənin sinəsinə qayçı batdı - Ananın səhvi baha başa gəldi
Gürcüstanın Marneuli rayonunun Norqiuli kəndində ehtiyatsızlıqdan xəsarət alan azərbaycanlı körpənin vəziyyəti orta ağırdır.
Muxalifet.az "Report”a istinadla xəbər verir ki, bu barədə azyaşlının yerləşdirildiyi İaşvili klinikasının həkimi Tamar Beruaşvili jurnalistlərə bildirib.
Həkimin sözlərinə görə, azyaşlıya ilk tibbi yardım Marneulidə göstərilib: "Hazırda körpə klinikanın İntensiv Müalicə şöbəsində həkimlərin daimi nəzarəti altındadır. Onun vəziyyəti sabit ağır olaraq qalır. Körpənin evə buraxılacağı vaxt hələ məlum deyil”.Muxalifet - 2-07-2019
Türkiyə üçün yeni “Liviya” imtahanı: TÜRK QALXANI ENDİRİLƏCƏK
ABŞ dəstəklədiyi 'Ərəb Baharı' adı altında gələn etiraz dalğasında Liviyanın lideri Kaddafini devirən və o gündən bu yana iki yaxası bir araya gəlməyən Liviyada sular durulmur. Ölkədəki böhranın ən əhəmiyyətli aktyoru olan general Xəlifə Hafterin Türkiyəyə sanki 'müharibə elanı' mənasını verən açıqlamasından sonra təzyiq daha da yüksəlib. Təqaüddə olan admiral Cem Gurdənızə görə, Türkiyə Liviyada yalnız BMT ilə eyni qrupa dəstək verməkdən başqa da addımlar atmalıdır.
Muxalifet3 - 2-07-2019
Qanuni-oğruların gizli qalan VİDEOSU yayıldı - İfadə verirlər
Azərbaycanlı kriminal avtoritetlərin müxtəlif vaxtlarda həbs olunması zamanı verdikləri ifadələrin görüntüsü yayılıb.
Oxu24.com saytının əldə etdiyi görüntülərdə Qoca Yasamalskinin, Masallı Mamedin,Rövşən Lənkəranskinin,Nadikin,Rufo Gəncskinin və digərlərinin polisə verdiyi ifadələr əksini tapıb. Həmin videonu təqdim edirik:Muxalifet - 2-07-2019
SON DƏQİQƏ: SOCAR-ın gəmisində DƏHŞƏTLİ PARTLAYIŞ: ölü və yaralılar var - FOTO
Türkiyənin İzmir şəhərində gəmi yanıb. Petkim limanında SOCAR şirkətinə aid gəmidə partlayış olub. Ardınca isə yanğın çıxıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Partlayışın səbəbi hələ ki, məlum deyil. Bölgənin bələdiyyə sədri Ərhan Günay mediaya açıqlamasında bildirib ki, yaralılar italyalı, ölən şəxs isə rumıniyalıdır. Yanğın nəzarətə alınıb. Prokurorluq istintaq araşdırmalarına başlayıb./Publika
Muxalifet - 2-07-2019
Rusiyadan ABŞ-a çağırış: Dəyişdirək!
Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ-da 2011-ci ildən bəri məhbus olan Rus pilot Konstantin Yaroşenkonun Rusiyada məhbus olan ABŞ vətəndaşları ilə dəyişdirilməsi və müsadirə edilən diplomatik mülklərin qaytarılması çağırışı edib.
Ryabkov Rusiyanın dövlət başçısı Vladimir Putin və ABŞ prezidenti Donald Trampın G-20-də etdiyi görüşün əlaqələrin gələcəyinə optimist baxmaq üçün bir ümid yaratdığını ifadə edib.
"ABŞ-ın YENİ YANAŞMASINI MÜSBƏT QARŞILAYIRIQ"
Muxalifet3 - 2-07-2019
Dünya çempionu qəzaya düşdüyü an - ANBAAN VİDEO
Bakıdan hava limanı istiqamətinə gedən yolun 14-cü km-də qəzada ölən MMA üzrə Dünya və Avropa çempionu Fərhad Poladovun qəza anının görüntüsü ortaya çıxıb.
Sosial şəbəkələrdə yayılan videoda Fərhad Poladovun "Niva" markalı avtomobili ilə əks yola çıxaraq digər maşınla toqquşduğu əks olunub.
Qeyd edək ki, iyunun 29-da qaydasız MMA döyüşü üzrə Dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzasına uğrayıb.Muxalifet - 2-07-2019
Azərbaycanda FACİƏ: 7 yaşlı uşağın başına daş dəydi və...
Hacıqabulda 7 yaşlı qız uşağı başına daş dəyməsi nəticəsində ölüb.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul şəhər sakini, 2012-ci il təvəllüdlü Rəhimova Şəhanə Həsən qızı ötən gün həyətdə həmyaşıdları ilə oynayarkən ona atılan daşlardan biri uşağın başına dəyib. Nəticədə 7 yaşlı qız başından ağır travma alıb. Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən uşağın həyatını xilas etmək mümkün olmayıb. O alıdığı xəsarətlərdən bu gün 08:30 radələrində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 2-07-2019
ABŞ-a hücum edəcəklər - Tramp qorxusunu dilə gətirdi
“Əfqanıstandakı əsgərlərimizi geri çəkmək istəyirəm, amma çəkilmədən əvvəl orada güclü kəşfiyyat şəbəkəsi qoyacağam”.
Bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Fox News” kanalına açıqlama verən Tramp düşünür ki, Əfqanıstanda kəşfiyyat şəbəkəsi qoymasa, oradan çəkilməyin mənfi nəticələri ola bilər: “Orada gizlənəcək çox yer var. Terrorçular üçün sanki, labaratoriyadır. Mən ora terrorçuların Harvardı deyirəm. Hazırlıq görmədən oradan çıxsaq, terrorçular güc toplayıb ABŞ-a hücum edə bilər”.Muxalifet - 2-07-2019
Azərbaycan Polisinin yaranmasından 101 il ötür
Bu gün Azərbaycan Polisinin yaranmasından 101 il ötür.
Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Muxalifet - 2-07-2019
ABŞ-dan İrana sərt təpki: Limiti aşdınız!
ABŞ rəhbərliyi zənginləşdirilmiş uran limitini nüvə razılaşmasında ifadə edilən 300 kiloqram saxlama limitini aşdığı üçün İrana sərt təpki veriv.
Ağ Ev ilə ABŞ Xarici İşlər Nazirliyi İranı nüvə razılaşmasındakı limiti aşdığı üçün qınayıb.
Ağ Evin Mətbuat Ofisindən edilən açıqlamada, İranın hər hansı bir səviyyədə uran zənginləşdirməsinə icazə verilməsinin böyük bir səhv olduğu qeyd edilərək Tehranın razılaşmadan əvvəl də razılaşma şərtlərini pozduğu bildirilib.
"İRANIN NÜVƏ SİLAHI ƏLDƏ ETMƏSİNƏ İCAZƏ VERMƏYƏCƏYİK"Muxalifet3 - 2-07-2019