Axtarış
The search found 105785 results in 0.075 seconds.
Search results
Türkiyə Suriya sərhədinə əlavə ordu qüvvələri göndərdi
Türkiyə Silahlı Qüvvələri Suriya sərhədindəki hərbi birləşmələrə əlavə qüvvə göndərib. Bu barədə “Hüriyyət” yazıb. Müxtəlif zirehli maşınlarla Hataya göndərilən çox sayda komandos Qırıqxan ilçəsində yeni açılan “Zeytun budağı” sərhəd qapısına doğru irəliləyib.
Muxalifet4 - 30-06-2019
İsrail polisi fələstinli nazirin evinə basqın etdi
İsrail polisi səhər saatlarında Fələstinin Qüds İşləri naziri Fadi əl-Hədminin evinə basqın edib.
Bu barədə Fələstinin rəsmi xəbər agentliyi informasiya yayıb.
Basqın nəticəsində əl-Hədmi saxlanılıb, evdə axtarış aparılıb və mobil telefonlar götürülüb./axar
Muxalifet4 - 30-06-2019
Azərbaycanlılar Gürcüstanda dəhşətli qəzaya düşdü - 3 NƏFƏR ÖLÜB, 2 YARALI VAR
Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.
Nsa.ge xəbər verir ki, hadisə bu gün səhər saatlarında Gürcüstanın Kaxeti bölgəsində baş verib.
Sürücününün idarə etdyi “Mercedes” markalı minik avtomobili qəzaya düşüb.
Qəza zamanı sürücü daxil olmaqla, 3 Azərbaycan vətəndaşı hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.
Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Azərbaycana göndərilməsi istiqamətində iş aparılır.
Muxalifet4 - 30-06-2019
Erməni idmançını məğlub edən çempionumuzun atası danışdı: “...canını yaxşı qutardı” - FOTOLAR
Belarusiyanın paytaxtı Minsk şəhərində keçirilən II Avropa Oyunlarının cüdo yarışmasında həmyerlimiz Hidayət Heydərov adını qaliblər sırasına yazdırıb.
Azərbaycan təmsilçisi 73 kiloqram çəkidə II Avropa Oyunlarının üçüncüsü olub. Keçirdiyi 6 qarşılaşmanın 5-də qalib gəlib.
Muxalifet4 - 30-06-2019
Prezidentin mətbuat katibi jurnalistlərin davasında xəsarət aldı
ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İnin Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada görüşü zamanı arzuedilməz olay yaşanıb.
APA-nın məlumatına görə, bu barədə CNN telekanalının jurnalisti Cim Akosta "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
D.Tramp və K.Ç.İnin görüşünü işıqlandırmaq üçün daha yaxşı mövqedə dayanmaq istəyən amerikalı və Şimali koreyalı jurnalistlər arasında dava-dalaş olub. Ağ Evin mətbuat katibi Stefani Qrişam bu dava-dalaş zamanı yüngül xəsarət alıb.
Muxalifet4 - 30-06-2019
SİYASİ QALMAQAL: Mixail Saakaşvili və Oleq Lyaşko canlı yayımda dalaşdılar
Ukrayna telekanallarından birində keçirilən tok-şouda Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ilə Ali Radanın deputatı, Radikal partiyanın lideri Oleq Lyaşko arasında qalmaqallı debat baş verib.
Ukrayna mediası xəbər verir ki, hər şey deputatın xəstə uşaqları olan ailələrə yardım göstərilməsi və digər sosial problemlər haqqında danışmasından sonra başalyıb.
Muxalifet4 - 30-06-2019
Tramp ilk dəfə Şimali Koreyada - "Böyük şərəfdir"
ABŞ Prezidenti Donald Tramp Koreya yarımadasında hərbsizləşdirilmiş zonaya gedib.
“CNN" xəbər verir ki, o burada Şimali Koreya lideri Kim Çen Inla görüşüb.
İki ölkə lideri hərbsizləşdirilmiş zonada bir-biri ilə əl sıxıb.
“Böyük şərəfdir”, - ilk dəfə KXDR ərazisinə ayaq basan Tramp deyib.
Görüş zamanı D. Tramp, jurnalistlərin suallarına cavab olaraq, Şimali Koreya liderini ABŞ-a dəvət etməyə hazır olduğunu da bildirib.
Xatırladaq ki, hər iki ölkə rəhbərinin bundan əvvəlki görüşü Xanoyda keçirilən fevral sammitində olmuşdu.
Muxalifet4 - 30-06-2019
Uşaq pulu bərpa olunur... - Təkliflər hökumətə göndərildi
Ötən bazar günü İTV-nin yayımladığı “Diqqət Mərkəzi-Yekun” Tolk-Şousunda çıxış edən iqtisadçı alim Vüqar Bayramov bildirib ki, uşaq pulunun bərpası ilə bağlı təklifləri hökumətə təqdim edib.
Muxalifet4 - 30-06-2019
Füzulidə sakinlər baş həkimin evinə hücum etdi
Füzuli rayonunda baş həkimin evinə hücum ediblər.
Hadisə üç gün əvvəl rayonun Böyük Bəhmənli kəndində baş verib.
Bir qrup kənd sakini rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürovun yaşadığı mənzilə hücum edib.
Muxalifet4 - 30-06-2019
“Qocalar evi”ndə yaşayan cütlüyün 48 illik sevgisi: Mənsiz bir gün də qala bilməz - VİDEO
Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür. 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ölkəmizdə 2003-cü ildən bəri Sevgililər günü kimi qeyd olunur.
Baku TV-nin əməkdaşları bu günlə əlaqədar uzun illərdir bir-birinin yanında olan, illərə rəğmən hələ də bir-birini sevən, hörmət edən Talıbov cütlüyündən süjet hazırlayıb.
Muxalifet4 - 30-06-2019
Bomba yüklü təyyarə quş sürüsünə çırpıldı və sonra… - VİDEO
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “SUPECET Jaguar” tipli döyüş təyyarəsi havaya qalxdıqdan bir neçəyə saniyə sonra quş sürüsünə çırpılıb.
Muxalifet4 - 30-06-2019
Güclü külək Bərdədə fəsadlara səbəb olub - FOTO
Bərdə rayonunda külək bir sıra fəsadlar və dağıntılar törədib. "Report"un məlumatIna görə, rayonun Ərəb-2 kəndində güclü külək fərdi yaşayış evinin üstünə aşıb. İrigövdəli ağac evin dam örtüyünü dağıdıb, evin hasarlarında çatlar əmələ gəlib. Hadisə zamanı ağac elektrik xəttini qıraraq heyvanın üzərinə salıb. Nəticədə iribuynuzlu heyvan ölüb, bununla da təsərrüfat sahibinə 1000 manatdan çox ziyan dəyib. Eyni zamanda Bakı küçəsində də irigövdəli ağac qırılaraq avtomobil yoluna düşüb. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib.
Muxalifet4 - 30-06-2019
Rusiya Azərbaycana Su-34 və Su-35 qırıcıları təklif edir - VİDEO
Rusiya Azərbaycana istənilən növ döyüş təyyarələrinin satışına hazırdır.
Muxalifet.az “azeridefence.com” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyada təşkil edilmiş “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasından məlumat verilib.
Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib:
Muxalifet4 - 30-06-2019
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin yolu bağlanıb, sakinlər aksiya keçiriblər
Gürcüstanın Kaspi rayonunun azərbaycanlıların yaşayan Çanqilari (Qarabağlılar) kənd sakinləri magistral yol yaxınlığında etiraz aksiyası keçiriblər.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, yerli sakinlər magistral yoldan kəndə gedən yolun bağlanmasına etiraz ediblər.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Kənd sakini Cəfər Rafiqoğlu “Report”a bildirib ki, bu yaxınlarda magistral yolun kənarına dəmir konstruksiyalardan hasarlanma quraşdırılıb:
Muxalifet4 - 30-06-2019
Məni Putin dəvət etdi, mütləq gedəcəm - Makron
Fransa Prezidenti Emmanuel Makron 2020-ci ildə Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəyini açıqlayıb. Muxalifet.az xəbər verir ki, bu barədə TASS yazıb. Makronun sözlərinə görə, onu Moskvaya şəxsən Vladimir Putin dəvət edib. “Bəli, mən orada olacağam. Cənab Putin məni dəvət etdi və mən gedəcəm”, - Makron bildirib.
Muxalifet3 - 30-06-2019
Trampdan ilk dəfə bunu eşitdik - Peskov
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ liderlərinin görüşü barədə daha əvvəl məlum olmayan bir sıra nüanslara aydınlıq gətirib.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA yazıb.
Peskovun sözlərinə görə, Rusiya tərəfi ilk dəfə Osakada G20 çərçivəsində keçirilən görüşdə Trampdan iki ölkə arasında münasibətlərin normallaşdırılması sahəsində qarşılıq eşidib.
“ABŞ Prezidenti kifayət qədər qətiyyətli şəkildə dialoqu fəallaşdırmaq niyyətini ifadə etdi”, - Peskov bildirib.
Muxalifet3 - 30-06-2019
Rafael Ağayev məğlub oldu: daha iki medal... - YENİLƏNİB
Rafael Ağayev finalda Stanislav Horunaya 0:4 uduzaraq, "Minsk 2019" II Avropa Oyunlarını gümüş medalla başa vurub.
Firdovsi Fərzəliyev isə finalda Latviya təmsilçisi Kalvis Kalninsə məğlub olub və gümüş medalla kifayətlənib.
Muxalifet3 - 30-06-2019
Türkiyə İraq rəsmisini XİN-ə çağırdı – Səbəb
İraqın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
“Müvəqqəti işlər vəkilinə deyildi ki, Türkiyənin PKK-ya qarşı əməliyyatlarında mülki əhalinin ölməsi haqda yaydıqları açıqlama qəbuledilməzdir”, - məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, türk ordusu terrorçulara qarşı əməliyyatları davam etdirəcək.
Muxalifet3 - 30-06-2019
Qəndahara 4 maşınla hücum: ölən və yaralanalar var
Taliban Əfqanıstanın Qəndahar vilayətinə bomba quraşdırılmış 4 maşınla hücum edib.
Muxalifet.az xəbər verir ki, hökumət maşınların partladılması nəticəsində 11 nəfərin həlak olduğunu, 27 təhlükəsizlik əməkdaşının yaralandığını bildirib.
Həmçinin hücumdan sonra yaşanan silahlı qarşıdurmada 21 Taliban üzvünün öldürüldüyü açıqlanıb.
Taliban isə hücum nəticəsində 57 hərbçinin həlak olduğunu iddia edib.
Muxalifet3 - 30-06-2019
Türkiyədə zəlzələ oldu: əhali təşvişdə
Türkiyənin Van vilayətinin Qevaş mahalında 3,7 bal gücündə zəlzələ olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanasından informasiya yayılıb.
Qısa müddət davam edən təkanların əhali arasında təşvişə səbəb olduğu bildirilib. Zəlzələ nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.
Muxalifet3 - 30-06-2019