Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. G-20 Liderlər Zirvəsinin Yekun Bəyannaməsi yayımlandı

    Yaponiyanın rəhbərliyində Osakada reallaşdırılan G-20 Liderlər Zirvəsi başa çatıb. İki gün davam edən zirvədən sonra bütün G-20 üzvləri tərəfindən imzalanan 43 maddəlik bir Yekun Bəyannaməsi qəbul edilib.
     
    Bəyannamədə, qlobal "iqtisadi böyümənin" zəiflədiyi xəbərdarlığı edilərkən,  ticari və geosiyasi gərginliklərin artmasıyla risklərin aşağı yönlü olduğu vurğulanıb.
    Elektron ticarət, ağıllı zəka və obyektlərin internetinin ortaya çıxardığı fövqəladə çətinliklərə qarşı daha çox çalışılmağa ehtiyac olduğu ifadə edilib.

    Muxalifet3 - 29-06-2019

  2. G-20 zirvəsindən sonra Putindən kritik “Türkiyə” açıqlaması

    Rusiya lideri Vladimir Putin Yaponiyanın Osaka şəhərində təşkil edilən G-20 Liderlər Zirvəsinin başa çatmasından sonra mətbuat konfransı təşkil edib.
     
    Yığıncaqda, Suriyada Türkiyə ilə edilən əməkdaşlıqla bağlı bir suala Rusiya lideri belə cavab verib: ''Türklərlə hər gün ünsiyyət quracaq şəkildə işləyirik, bu baxımdan onlarla Amerikalılarla olduğundan daha sıx ünsiyyət içərisindəyik. Suriyada olan bütün hadisələri bilirik və bunların mənşəyini birlikdə tapmağa çalışırıq'.'

    Muxalifet3 - 29-06-2019

  3. ​Putin Ər-Riyada nə vaxt gedir? - Tarixi açıqladı

    Rusiya Prezidenti Vladimir Putin cari ilin payızında Ər-Riyada səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla görüşü zamanı Putinin özü deyib.
    O, ikitərəfli münasibətlərdə yaranan problemləri sakit şəraitdə müzakirədən məmnun olduğunu bildirib.
    Putin G20-yə sədrliyin Səudiyyə Ərəbistanına keçməsinin bir sıra mühüm məsələlərin həllinə yardım edəcəyinə ümid etdiyini deyib.
     

    Muxalifet3 - 29-06-2019

  4. ​Səddamın kimyəvi hücumuna dözdük, BMT isə... - Zərif

    İran xalqı ABŞ-ın tətbiq etdiyi sərt sanksiyalara müqavimət göstərəcək.
    Muxalifet.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter səhifəsində bildirib.
    “1980-cı illərdə İraqın lideri Səddam Hüseynin İran şəhərinə kimyəvi silahla hücum etməsinə dözən xalqımız Birləşmiş Ştatların sanksiyaları qarşısında da duruş gətirəcək. Biz o vaxt həmin sınaqdan çıxdıq və indi də bunu edəcəyik”, - Zərif qeyd edib.

    Muxalifet3 - 29-06-2019

  5. Dünya iqtisadiyyatına əsas təhdid ABŞ və Çindir - BVF

    Dünyanın ümumdaxili məhsulunun artımı üçün başlıca təhdid ABŞ və Çin arasında ticarət problemləri və rüsum məsələləridir.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard deyib.
    “Qlobal iqtisadiyyat düz yolda deyil. İnvestisiyalar zəifləyib, ticarət azalıb, ixracat və idxalat artım templəri böyük maliyyə böhranından sonra ən aşağı səviyyədədir. Bununla belə BVF gələcəkdə artımın güclənməsini gözləyir. Proqnozlaşdırılan risklər isə yüksək olaraq qalır”, - deyə o bildirib.
     

    Muxalifet3 - 29-06-2019

  6. "Dövlət bizik, bizə kimsə bata bilməz" - Deputatın adamları sakinlərin evlərini UÇURDUB - VİDEO

    Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yaşayan sakinlərin evləri uçurdulub. Sakinlər bildirir ki, söküntünü aparan şirkət Deputat Əsabil Qasımova məxsusdur.

    Muxalifet3 - 29-06-2019

  7. Girov qaytarıldı: Minsk Qrupundan açıqlama

    ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) birgə bəyanat yayıblar.
    Muxalifet.az xəbər verir ki, bəyanatda qeyd olunub ki, vasitəçilər iyunun 27-28-də Vyanada ATƏT-in baş katibi Tomas Qremingerə və qurumun fəaliyyətdəki sədri Miroslav Layçaka regiona son səfərləri və bu yaxınlarda Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin Moskvada və Vaşinqtonda keçirilən məsləhətləşmələri barədə məlumat veriblər.

    Muxalifet3 - 29-06-2019

  8. ​5 manatlıq əskinasın üzərindəki yazının mənası...

    Azərbaycanın pul vahidi olan 5 manatlıq əskinasın üzərində heroqlif və qəribə hərflərə heç fikir vermisinizmi? Bu yazıların nə məna daşıdığını bilirsinizmi?
    Hazırda dövriyyədə olan 5 manatlıq əskinaslar 2005 və 2009-cu illərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılıb. Bu əskinaslar yazı və ədəbiyyat mövzusuna həsr olunub.

    Muxalifet3 - 29-06-2019

  9. Putin Merkeli çətin vəziyyətdən xilas etdi - VİDEO

    G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşən Almaniya kansleri Angela Merkel bu dəfə oturacağı yeri qarışdırması ilə gündəmə gəlib.
    Muxalifet.az xəbər verir ki, liderlər görüşdükdən sonra Merkel istiqaməti səhv salıb, Putin isə ona oturacağı yeri göstərib. Lakin Merkel Putinin arxasınca getməyə çalışıb. Çaşqınlıqdan saatına baxan Merkel Putinin 3 xəbərdarlığından sonra yerinə əyləşib.
    Qeyd edək ki, bundan əvvəl Merkel rəsmi görüşlər zamanı əsməcə tutması ilə diqqəti cəlb edib. Onun səhhətinin o qədər də qaydasında olmadığı güman edilir.
     

    Muxalifet3 - 29-06-2019

  10. ​ÜTT-də reformlar qaçılmazdır - Yaponiya

    Ümumdünya Ticarət Təşkilatında reformlar qaçılmazdır.
    Muxalifet.az xəbər verir ki, bunu G20 sammitindən sonra təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı Yaponiya Baş naziri Şinzo Abe deyib.
    “ÜTT-də reformlar qaçılmazdır. Reallıq ondan ibarətdir ki, ÜTT heç də hər zaman qloballaşma, rəqəmsallaşma kimi müasir çağırışlara reaksiya verə bilmir. Süni intellekt timsalında dördüncü sənaye inqilabı sürətli templərlə irəlləyir. Məlumatların idarəetməsi üçün yeni qaydalar mütləqdir”, - deyə o bildirib.
     

    Muxalifet3 - 29-06-2019

  11. ​Antalyaya uçan təyyarə təcili eniş etdi

    Rusiyanın Sankt-Peterburq şəhərindən Antalyaya doğru yola düşən sərnişin təyyarəsi Moskvaya təcili eniş edib.
    Muxalifet.az xəbər verir ki, təyyarənin Vnukovo hava limanına təcili enməsinə səbəb sərnişinlərdən birinin səhhətinin qəfildən pisləşməsi olub.
    Təyyarədə həkim olmadığından pilotlar Moksvaya təcili eniş etmək məcburiyyətində qalıb.
     

    Muxalifet3 - 29-06-2019

  12. ​Gürcüstanda aksiya davam edir: Azadlığa doğru...

    Bu gün Gürcüstanın paytaxtı Tiflisdə növbəti aksiya keçirilib.
    Muzxalifet.az xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb. Məlumata görə, yürüş keçirən etirazçıların aksiyanın 10-cu günündə də tələbi Daxili İşlər naziri Georgi Qaxariyanın istefası olub.
    Yürüşün Birinci Respublika meydanından Azadlıq meydanına qədər davam edəcəyi bildirilib.

     

    Muxalifet3 - 29-06-2019

  13. Trampdan Çinə böyük jest: İcazə verildi...

    ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Szinpinlə görüşdən sonra ABŞ şirkətlərinə "Huavey"lə ticarət əlaqələrinə icazə verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Biznes İnsaydr" yayıb. Məlumata görə, görüşdən sonra keçirilən mətbuat konfransında Tramp çətin olmasına baxmayaraq, ölkəsinin şirkətlərinə əməkdaşlıq üçün icazə verdiyini açıqlayıb. O, sanksiyalar səbəbindən yalnız bəzi şirkətlərin "Huavey"lə ticari münasibətlər quracağını bildirib.

    Muxalifet3 - 29-06-2019

  14. ​ABŞ-ın bu hava limanında bütün uçuşlar dayandırıldı

    ABŞ Nyuark Liberti hava limanında uçuşlar dayandırılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" yayıb. Məlumata görə, hava limanından təyyarələrin uçuşuna və aeroporta daxil olmasına qadağa qoyulub.
    Nyuark Liberti rəsmilərinin uçuşların dayandırılma səbəbi barədə hələlik heç bir açıqlama yaymadığı bildirilib.
    Qeyd edək ki, bu həftə Hindistandan Nyuark hava limanına doğru uçuş həyata keçirən təyyarələrdən biri bomba həyəcanı səbəbindən İngiltərədə endirilmişdi.
     

    Muxalifet3 - 29-06-2019

  15. ​Tramp Koreyaya gedir: Çenlə görüşəcəkmi?

    İyunun 30-da ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada Mun Çje İnlə birlikdə mətbuat konfransı keçirəcək. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. Məlumata görə, Tramp daha sonra Şimali Koreya ilə Cənubi Koreya arasındakı təhlükəsizlik zonasına 15 dəqiqəlik səfər edəcək. Ağ Ev Trampın Şimali Koreya lideri Kim Çenlə görüşünün hələlik planlaşdırılmadığını açıqlayıb. Qeyd edək ki, Tramp Tvitter səhifəsində Kim Çenlə görüşmək istədiyini bildirmişdi.

    Muxalifet3 - 29-06-2019

  16. Fuad Poladovun oğlunun toyu oldu - Foto

    Mərhum Xalq artisti Fuad Poladovun oğlu Ağarəhim Poladovun toyu olub.
    Oxu.az xəbər verir ki, bir müddət əvvəl Məryəm adlı xanımla nikah bağlayan Ağarəhimin toyu şəhərin tanınmış restoranlarından birində baş tutub.
     

    Muxalifet3 - 29-06-2019

  17. İran erməni oyunlarında iştirak edəcək: 245 müraciət...

    İranın Azərbaycanla münasibətləri korlamamaq üçün Qarabağda keçiriləcək panerməni oyunlarına qatılmayacağı ilə bağlı yayılan məlumatlar doğru deyil.
    Muxalifet.az xəbər verir ki, bu barədə Məlumatların yoxlanılması mərkəzi özünün Feysbuk səhifəsində yazıb.

    Muxalifet3 - 29-06-2019

  18. ​Baş məşqçi bu qələbədən danışdı: İki ermənini...

    Sevindirici haldır ki, bütün altı çəkidə medal qazanmaq şansı əldə etdik və bunlardan beşində idmançılarımız kürsüyə çıxdı. Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib. Onun sözlərinə görə, komandamızın qazandığı iki qızıl, bir gümüş və iki bürünc medalı uğurlu nəticə hesab etmək olar: "II Avropa Oyunlarında bütün çəki dərəcələrində təmsil olunurduq. Beşində medal qazandıq.

    Muxalifet3 - 29-06-2019

  19. “Əclafın ölümü” - İntiqam Əliyevin yeni romanı çapdan çıxdı

    Hüquq müdafiəçisi, keçmiş "vicdan məhbusu" İntiqam Əliyevin "Əclafın ölümü" adlı yeni romanı işıq üzü görüb.
     
    Bu bədii əsər avtoritar idarəçilik şəraitində cəmiyyətdə baş verən deqradasiya, ikiləşmə prosesləri barədədir.
     

    Muxalifet4 - 30-06-2019

  20. Ölkə ərazisində hava kəskin dəyişib, GÜCLÜ KÜLƏK VAR

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişməsi barədə məlumat yayıb.

    Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 29-u axşam saat 17.00-21.00 radələrində Ağstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tər-Tər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə, Mingəçevirdə yağış qeydə alınıb, şimşək çaxıb.

    Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında 17-23 m/s qərb küləyi əsib, bəzi yerlərdə arabir 28-32 m/s-dək güclənib.

    Muxalifet4 - 30-06-2019

Pages