Axtarış
The search found 105785 results in 0.047 seconds.
Search results
Zelenski nazirə əsəbiləşdi: Niyə belə açıqlama verdin?
Xarici işlər naziri Pavel Klimkin ukraynalı dənizçilərin sərbəst buraxılması ilə bağlı Rusiyanın göndərdiyi diplomatik notaya verdiyi açıqlamanı mənimlə müzakirə etməyib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Beynəlxalq sahədə atdığımız addımları internetdən öyrənirəm. Nə üçün mənimlə müzakirə aparmadan Ukrayna adına belə açıqlama verdiyini anlamıram. Bu, dövlət başçısının vəzifəsidir. Ölkənin xarici siyasətinə və vətəndaşlarının təhlükəsizliyinə görə mən məsuliyyət daşıyıram”, - Zelenski bildirib.Muxalifet3 - 28-06-2019
Ərdoğan-Tramp görüşü başladı: Masada kritik mövzular var
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trampın G-20 Liderlər Zirvəsi çərçivəsində görüşü başlayıb.
Görüşdən əvvəl açıqlama verən Ərdoğan, "Müdafiə sənayesinə yönəlik atacağımız addımlar var. Əməkdaşlığımızın eyni şəkildə davam edəcəyinə inancım tamdır" deyib.
TRAMP: TÜRKİYƏNİN “PATRİOT” ALMASINA OBAMA İCAZƏ VERMƏDİ
Muxalifet3 - 29-06-2019
Trampdan S-400 açıqlaması
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trampın G-20 Liderlər Zirvəsi çərçivəsində görüşü başlayıb. Görüşdən əvvəl Tramp S-400 mövzusunda açıqlama verib.
"TÜRKİYƏYƏ ƏDALƏTLİ DAVRANILMADI"
Muxalifet3 - 29-06-2019
Trampa qarşı ŞOK İTTİHAM: Ağ irqin üstünlüyü...
ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden dövlət başçısı seçilməsi halında, irqçilik və Amerikada bərabərsizliyin digər təzahürləri ilə mübarizə aparacağına söz verib.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Bayden bu haqda Çikaqoda çıxışında bildirib.Muxalifet - 29-06-2019
Moskvadan Paşinyana həbs hədəsi gəldi: “Rusiya bunu unutmayacaq!..”
İrəvan Moskva ilə yanaşı, Tiflisə də “əlcək” tulladı - Cavaxetiya “kartı” yenidən ortaya atıldı; Gürcüstanın mərkəzi hakimiyyəti iki işğalçının təhdidləri ilə üz-üzə...
Azərbaycanın da yerləşdiyi region və onun ətrafında maraqlı və yetərincə həssas proseslər gedir. Bu proseslərin episentri indilikdə Gürcüstandır. Orada hakimiyyətə qarşı etirazlar hələ ki öz məntiqi sonluğuna çatmayıb. Ancaq bir şey aydındır ki, məlum hadisələrdən sonra Gürcüstan-Rusiya münasibətləri daha da pisləşib.
Muxalifet - 29-06-2019
S-400 böhranı ABŞ-a necə təsir edər?
Türkiyə ilə ABŞ arasındakı S-400 gərginliyini Anadolu Agentliyinə analiz edən Kılınc Buğra Kanat "Türkiyənin zərər çəkməsinə çalışarkən, ABŞ-ın da heç hesab etmədiyi itkilərinin olduğunu görəcəyik" deyə bildirib:
Muxalifet3 - 29-06-2019
25 İLLİK “ZEYNALOV ERASI” SONA ÇATIR! – Dövlət Yol Polisində ciddi dəyişikliklər olacaq!
Azərbaycanın ən korrupsiyalaşmış dövlət qurumlarının siyahısında illərdir ön sıralarda duran Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ), nəhayət, ciddi dəyişikliklər gözlənilir.
Muxalifet - 29-06-2019
Eldar Əzizov böyük təmirə başlayır
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün açıq tender elan edib.
Muxalifet - 29-06-2019
Xərçəngin fikir vermədiyimiz əlamətləri hansılardır?
Kaliforniya Universitetinin onkoloji mərkəzinin xərçəng genetikası üzrə mütəxəssisi Bet Karlan bildirir ki, xərçəng xəstəliklərinin ilk əlamətlərini seçmək mümkündür.
Bu barədə “iz.ru” saytı məlumat verir.
Mütəxəssis qadın yumurtalıqlarının xərçəngi nümunəsi üzərində bu xəstəliyin ilk əlamətlərini sadalayıb.
Onun sözlərinə əsasən, ilk əlamətlər qəbizlik, köp, normal miqdarda qida qəbuluna baxmayaraq, həddindən artıq yemək hissinin və bel ağrılarının yaranmağıdır.Muxalifet - 29-06-2019
Ərdoğan-Tramp görüşü başa çatdı – İlk açıqlama
Türkiyənin prezidenti Ərdoğanın G-20 Liderlər Zirvəsi çərçivəsində ABŞ prezidenti Tramp ilə görüşü başa çatıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ əlaqələrinə yönəlik, "Strateji müttəfiqliyimiz təbii ki, bir çox sahədə həmrəyliyimizi sanki təşviq edir. Bundan sonrakı prosesdə də bu həmrəyliyimizin eyni şəkildə davam edəcəyinə olan inancım tamdır" deyib.Muxalifet3 - 29-06-2019
Rusiya səfirliyinin nümayəndəsi Azərbaycan XİN-ə çağırıldı - səbəb
Paşinyan hakimiyyəti ilə Qarabağ klanı arasında gərginlik fonunda rus diplomatın anlaşılmaz mövqeyi Bakının etirazına səbəb oldu; ekspertlər deyirlər ki...
Ermənistan hakimiyyəti ilə Qarabağ klanı arasındakı gərginlik davam edir. Bəzi müşahidəçilər hesab edir ki, Paşinyan hökuməti diqqəti daxildəki narazılıqlardan yayındırmaq üçün növbəti ssenarini qurub. Son məlumata görə, Ermənistanın bölgə administrasiyalarındakı mümkün ştat ixtisarı ucbatından əməkdaşlar arasında narazılıq artıb.
Muxalifet - 29-06-2019
Ərdoğan Putinlə görüşdü – İlk açıqlamalar
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın dövlət başçısı Vladimir Putinin Yaponiyadakı G-20 Liderlər Zirvəsi çərçivəsində bir araya gəlib. İki lider görüşdən əvvəl jurnalistlərin suallarını cavablayıb.
Ərdoğan ilə Putinin Yaponiyada etdiyi görüş gündəmində ikili əlaqələr, Suriya və enerji mövzuları yer alıb.
GÖRÜŞDƏN ƏVVƏL İLK MESAJLAR: S-400-də AXSAMA YOXDUR
Muxalifet3 - 29-06-2019
Dünyada ilk hərbi internet yaradılacaq
Almaniya və Niderland Müdafiə nazirləri dünyada ilk hərbi internetin yaradılmasına dair anlaşma imzalayıb.
“Qafqazinfo” “ZDNet”ə istinadən xəbər verir ki, layihə “Tactical Edge Networking” (TEN) adlanacaq. TEN-in ştab-mənzili Almaniyanın Koblens şəhərində, dizayn mərkəzi isə Niderlandın Amersfort şəhərində yerləşəcək.
İlkin mərhələdə TEN vasitəsilə alman ordusunun yerüstü əməliyyatları ilə Niderland Müdafiə Nazirliyinin “FOXTROT” proqramı arasında bağlantı yaradılacaq.
TEN-in yaradılması hər iki ölkəyə bir neçə milyon avroya başa gələcək.Muxalifet - 29-06-2019
Dünyanın ən bahalı saatlarının SİYAHISI
İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlının 1 milyon dollardan artıq dəyəri olan saatı oğurlanıb və indi saat mövzusu gündəmin ən çox müzakirə olunan məsələsidir.
Məlumatlara əsasən sahil kənarında dostu ilə gəzintiyə çıxan şəxsə yaxınlaşan oğru onu bir neçə dəfə itələdikdən sonra saatı ələ keçirərək hadisə yerini tərk edib.
Daily Mail nəşri yazır ki, oğurlanan Richard Mille 50-03 McLaren F1 saatının dünyada cəmi 75 ədədi mövcuddur.Muxalifet - 29-06-2019
"Minsk 2019": Karateçilər mübarizəyə qoşulur
Bu gün "Minsk 2019" II Avropa Oyunlarında IX günə start veriləcək.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, idmançılar 28 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan təmsilçiləri 4 idman növündə yarışacaqlar.
İlk olaraq karateçilər qüvvələrini sınayacaq. Roman Heydərov kata, İrina Zaretska və Asiman Qurbanlı kumite yarışlarında medal qazanmağa cəhd göstərəcəklər.Muxalifet - 29-06-2019
Hövsan çimərliyində OLAY: Gəmilərlə adamı...
Bakıda Hövsən çimərliyində bir nəfər dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Hövsan sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.Muxalifet - 29-06-2019
Maduronun oğuluna sanksiya tətbiq etdilər
ABŞ-ın Xəzinə Nazirliyi Venesuelanın dövlət başçısı Nicolas Maduronun oğlu Nicolas Maduro Guerranın sanksiya siyahısına salındığını bəyan edib.
Açıqlamada, sanksiya ilə bağlı bağlı detallar verilməyib.Muxalifet3 - 29-06-2019
Putin “ondan sonra prezident kim olcaq” sualına cavab verdi
Rusiyanın dövlət başçısı Vladimir Putin “Financial Times”-a verdiyi reportajda, xələfinin kim olacağı ilə bağlı bir suala, seçkini xalqın edəcəyi cavabını verib.
Putin "Heç şişirtmədən 2000-ci ildən bəri bunu düşündüyümü söyləyə bilərəm. Vəziyyət dəyişdikcə insanlara yönəlik tələblər də dəyişir. Bu yöndə qərarı Rusiya xalqı verməlidir. Son söz seçiciyə, Rusiya xalqına aiddir" deyib.
Müxalifət.azMuxalifet3 - 29-06-2019
"Qalatasaray" yeni transferlərini təqdim etdi
"Qalatasaray" daha iki futbolçu heyətinə cəlb edib. İstanbul təmsilçisi "Malatyaspor"la müqaviləsi başa çatan Adem Büyükü transfer edib. 31 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
"Qalatasaray" eyni zamanda Nigeriyanın “Enyimba” klubundan Valentin Ozornvafori alıb. 20 yaşlı müdafiəçi 4 illik müqaviləyə qol çəkib. "Cim-Bom" bu transfer üçün 300 min avro təzminat ödəyib.
Xatırladaqki, "Qalatasaray" bundan əvvəl Rayan Babeli transfer edib. /qol.azMuxalifet - 29-06-2019
“SOCAR Türkiye”-nin keçmiş rəhbəri Əkrəm İmamoğlunun müşaviri oldu
İstanbulun yeni seçilən bələdiyyə başqanı Əkrəm İmamoğlu ötən gün ilk təyinatlarını həyata keçirib.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İmamoğlu “SOCAR Türkiye” şirkətinin keçmiş icraçı direktoru Yavuz Erkutu özünə müşavir təyin edib. Yavuz Erkut 2005-2015-ci illərdə TÜPRAŞ şirkətinin (Türkiye Petrol Rafinerileri A.Ş.) icraçı direktoru olub. Daha sonra yaş həddi ilə bağlı pensiyaya çıxıb və “SOCAR Türkiye”-nin rəhbəri işləyib.Muxalifet - 29-06-2019