Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Bakının Baş Planı nə zaman hazır olacaq?
Bakı şəhərinin Baş planının hazırlanması prosesinin əlaqələndirilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən formalaşdırılmış qurumlarası İşçi qrupun ilk iclası keçirilib.
Bu barədə Komitədən məlumat verilib.Muxalifet3 - 28-06-2019
Putin və Tramp Türkiyəni müzakirə etdi
G20 sammitində görüşən Vladimir Putin və Donald Tramp İdlibdəki vəziyyəti, Türkiyənin buradakı rolunu müzakirə etdilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Suriya və İdlibdəki vəziyyətlə bağlı müzakirə aparıldı. Bu çərçivədə Türkiyə barədə də danışdılar. Çin barədə də həmçinin...”, - deyə Peskov bildirib.
Muxalifet3 - 28-06-2019
“Nar”-ın 4G şəbəkəsi artıq Ağdam, Füzuli və Goranboyda!
Daha geniş əhali kütləsini yüksəkkeyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”, mobil baza stansiyalarının sayını artırmağa davam edir. Belə ki, mobil operator ilk yarımildə ölkə ərazisində 50-dən çox 3G və 380-dən çox yeni 4G mobil baza stansiyasını istifadəyə verib. Bununla da, “Nar” 3G şəbəkəsi ölkə əhalisinin 97.6%-ni, 4G şəbəkəsi isə əhalinin 70%-ni əhatə edir. Qeyd edək ki, mobil operator Ağdam, Füzuli, Goranboy və Samux rayonlarında ilk dördüncü nəsil LTE texnologiyasına əsaslanan baza stansiyalarını quraşdırıb.
Muxalifet4 - 28-06-2019
Oğuzda şok olay: Canavarlar insanlara HÜCUM ETDİ - YENİLƏNDİ
Oğuz rayonunda canavarın xəsarət yetirdiyi şəxslərin adları məlum olub.
Onların hamısı rayonun Xaçmaz kəndinin sakinləridir.
Bunlar 15 yaşlı Namiq Bəkirov, 15 yaşlı Tural Məmmədnəbili, 57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovadır.
Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 15 yaşlı Namiq Bəkirova başın, üst dodağın, boyunun və başın arxa səthinin canavar dişləməsi diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.Muxalifet3 - 28-06-2019
SON DƏQİQƏ: "Bordo Bereli"lər Suriya sərhədinə YERİDİLDİ
Türkiyə xüsusi təyinatlıları və hərbi texnikaları Suriya sərhədinə yeridilib.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, hərbi karvan Suriya sərhədindəki Hatay vilayətinin Reyhanlı və Kırıkhanlı rayonlarına yerləşdirilib.
Qeyd edək ki, dünən Suriya silahlı qüvvələri İdlibdə Türkiyənin müşahidə məntəqəsini vurmuşdu.
Muxalifet3 - 28-06-2019
ABŞ prezidentin oğluna sanksiya tətbiq etdi
ABŞ Maliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun oğluna qarşı sanksiya tətbiq edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.
Sanksiyanın məzmunu ilə bağlı ətraflı məlumat verilməyib.
Muxalifet3 - 28-06-2019
"İlham Əliyev gedib birbaşa Putinə deməlidir ki, ..." - Rəşid Mahmudov
Muxaliet.az Reaksiya Tv-nin Rəşid Mahmudovla apardığı müsahibəni oxucularına təqdim edir.
Muxalifet3 - 28-06-2019
Ağstafada ağır qəza: ölənlər və yaralananlar var
Ağstafa rayonunda ağır yolqəzası baş verib.
Muxalifet.az-ın məlumatına görə, hadisə rayonun Stansiya Poylu ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2 nəfərin öldüyü, daha 2 nəfərin isə yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 28-06-2019
Mariya Stadnik qızıl medal qazandı
Azərbaycan qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub.
Muxalifet.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə Ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Qarşılaşmadan qələbə ilə ayrılan (7:1) Azərbaycan təmsilçisi qızıl medala sahib olub.
Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib.Muxalifet3 - 28-06-2019
Tiflis geri addım atdı: Rusiya ilə əlaqələri...
Rusiya ilə müsbət əlaqələri davam etdirməyi arzulayırıq.
Muxalifet.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.
O bildirib ki, iki ölkə arasındakı əlaqələrlə bağlı Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə müzakirə aparıb:
“Biz mövcud vəziyyəti müzakirə etdik. Qeyd edildi ki, bizim kimi Rusiya da ticari-iqtisadi, nəqliyyat və müəyyən humanitar sahələrdə əldə edilmiş müsbəti inkişafı qorumağa səy göstərir”, - deyə Abaşidze jurnalistlərə açıqlamasında bildirib.Muxalifet3 - 28-06-2019
Bu ölkələrin nazirləri Azərbaycana gəlir
İyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında Səudiyyə Ərəbistanın Mədəniyyət naziri Şahzadə Bader Bin Abdullah, Bosniya və Herseqovinanın Xarici İşlər naziri Draqan Covic, Kamboca Respublikasının Mədəniyyət və İncəsənət naziri Sackona Foeunq, Özbəkistanın Mədəniyyət naziri Bəxtiyar Sayfullayev, Fil Dişi Sahili Respublikasının Mədəniyyət naziri Kouakou Mauris Bandaman, Tatarıstan Mədəniyyət naziri İradə Eyyubova, İraq Respublikasının Mədəniyyət naziri Əbdüləmir Madhi, Bolqarıstan Mədəniyyət naziri Boil Banov, Pakistan İslam Respublikasin
Muxalifet3 - 28-06-2019
Subsidiyalarla bağlı yenilik - Nazirlik açıqladı
2020-ci il yanvarın 1-dən subsidiyalar fermerlərə vahid mexanizm vasitəsilə çatdırılacaq. Prezident İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməyən fermerlərə subsidiya verilməyəcəkMuxalifet3 - 28-06-2019
Nağdalyan: Elvin heç bir cinayət törətməyib
Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.
Muxalifet.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib:
“Proses Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutdu. Azərbaycan tərəfinə verilən Elvin İbrahimov ciddi bir cinayət törətməyib, o, sadəcə olaraq bu ilin mart ayında yanlış olaraq Ermənistan tərəfinə keçib.Muxalifet3 - 28-06-2019
Karterdən şok açıqlama: Tramp seçkilərdə uduzmuşdu, lakin...
Amerika lideri Donald Tramp həqiqətdə 2016-cı ildə prezident seçkilərini uduzdu, amma ona Ağ Evi tutmağa ruslar kömək etdilər.
Muxalifet.az xəbər verir ki, bu haqda ABŞ-ın sabiq prezidenti Cimmi Karter bildirib.
“Hesab edirəm ki, dəyərli araşdırma Trampın həqiqətdə 2016-cı ildə seçkilərdə qalib gəlmədiyini göstərərdi. O, seçkiləri uduzdu və onu hakimiyyətə gətirib çıxardılar, çünki ruslar onun adından müdaxilə etdilər”, - 94 yaşlı keçmiş prezident deyib.Muxalifet3 - 28-06-2019
Tiflisdə leysan: etirazçılar aksiyanı davam etdirir – YENİLƏNDİ\ VİDEO
Gürcüstanın paytaxtı Tiflisdə, parlament binası qarşısında növbəti etiraz aksiyası başlayıb.
Muxalifet.az xəbər verir ki, etirazçıların tələbi dəyişməz olaraq qalır. Onlar Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını tələb edirlər.
Aksiyaya ölkənin müxtəlif bölgələrindən qatılanlar da var.
Tiflisdə güclü yağış başlamasına baxmayaraq aksiya davam edir.Muxalifet3 - 28-06-2019
Dənizdə boğulmalar niyə artır?
Dəniz mövsümü yeni açılsa da, müxtəlif vaxtlarda 10 nəfərə yaxın insanın boğulduğuna dair xəbərlər yayılıb. İnsanlar istirahət edərkən həyatlarını itirir. Boğulmalar xüsusən 13 yaşdan 35 yaşa qədər olan insanlar arasında müşahidə edilir.
Bəs buna səbəb nədir? Xəzər sahilində, Kür qırağında yaşayan insanların üzməyi bacarmaması? Çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə suya girmək?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev dənizdə boğulmaların sayının artmasını insanların məsuliyyətsizliyi ilə əlaqələndirir.Muxalifet3 - 28-06-2019
ATƏT-in fəaliyyətdə olan sədri girovların dəyişdirilməsini alqışlayıb
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçak Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin adından çıxış edən həmsədrləri İqor Popov (Rusiya), Endoyu Şofer (ABŞ) ilə görüşüb.
Muxalifet3 - 28-06-2019
AŞPA-nın İrəvana qarşı qətnamələri niyə icra edilmir?
Millət vəkili Qənirə Paşayeva AŞPA-da Azad Müzakirələr zamanı AŞPA-nın qəbul etdiyi 1416 saylı və Sərsəng su anbarı ilə bağlı qətnamədən danışıb.
Muxalifet.az xəbər verir ki, millət vəkili qəbul edilən qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməməsindən narazılıq edib və təşkilatı ikili standartlara son qoymağa çağırıb.Muxalifet3 - 28-06-2019
Əli Əhmədov maaşının yarısını bu fonda köçürdü
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyası üçün çağırış edib.
Muxalifet.az xəbər verir ki, Ə.Əhmədov sosial şəbəkə hesabından etdiyi çağırışda AXCP sədri Əli Kərimlinin “xeyriyyə marafonu” adı altında qanunazidd əməllərinə diqqət çəkib.Muxalifet3 - 28-06-2019
Məşhur körpü belə partladıldı - Video
İtaliyanın Genuya şəhərində qəzalı vəziyyətdə olan “Morandi” avtomobil körpüsü partladılaraq uçurulub.
Muxalifet.az xəbər verir ki, partlayışdan öncə ətrafda yaşayan mindən çox sakin evakuasiya edilib.
300 metr radiusda bütün yollar bağlanıb.
Körpünün tamamilə partladılıb uçurulması prosesi cəmi 8 saniyə çəkib.
Qeyd edək ki, sözügedən körpü 2018-ci ilin avqustunda qəzalı vəziyyətə düşmüşdü.
Muxalifet3 - 28-06-2019