Axtarış

The search found 105785 results in 0.053 seconds.

Search results

  1. Ərdoğandan G-20-də sərt çıxış: Qərb 3 meymunu oynayır!

    G-20 zirvəsində təşkil etdiyi mətbuat konfransında açıqlama verənTürkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, " Qərbli ölkələr Misirdəki edamlar qarşısında üç meymunu oynayır. Mursinin şəhid olması bütün yönləriylə araşdırılmalıdır" deyib.
     
    Tibb Hüquq ekspertizası olmadan Mursinin nəşinin dəfn edildiyini deyən Ərdoğan. “Misirdəki edam cəzalarına səs çıxarılmır. Mövzu Türkiyə olunca, çevrilişçilər üçün edamın müzakirə edilməsini qəbul etməyənlər, təəssüf ki, Misirdəki edam cəzalarına səslərini çıxarmır" deyə bildirib:
     

    Muxalifet3 - 29-06-2019

  2. Türkiyəni təhdid etmişdilər: Ərdoğan G-20-də cavab verdi

    Çevrilişçi general Xəlifə Hafterə bağlı Liviya Milli Ordusunun sözçüsü Əhməd Mismari Türkiyəyə aid gəmilərin düşmən hədəfi olaraq müəyyən olunduğunu açıqlamışdı.
     

    Muxalifet3 - 29-06-2019

  3. Ərdoğan-Tramp görüşündən sonra Türkiyədən 'S-400' açıqlaması

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trampın görüşü ilə bağlı Türkiyə Prezidentliyindən açıqlama verilib. Açıqlamada, "Görüşdə ikili əlaqələr və Suriyadakı son gəlişmələr başda olmaqla, regional məsələlər müzakirə olunmuşdur" deyilib.
     
    Açıqlamada, “Hörmətli prezidentimiz ölkəmizin milli təhlükəsizliyinin gərəklərini yerinə yetirmə xüsusundakı qətiyyətini vurğulamışdır, strateji müttəfiqliyimizə zərər verə biləcək səylərlə əlaqədar narahatlıqlarını paylaşmışlar.

    Muxalifet3 - 29-06-2019

  4. ​Sabiq prezident vəfat etdi - FOTO

    Türkiyənin futbol cameəsinə ağır itki üz verib.
    Muxalifet.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının sabiq idarəçilərindən və “Dənizlispor” klubun prezidenti Əli İpək vəfat edib.
    64 yaşlı funksioner xəstəlik səbəbindən dünyasını dəyişib.
    Qeyd edək ki, Əli İpək 1990-1992 və 2005-2010-cu illərdə “Dənizlispor”un prezidenti kimi çalışıb. 1997-2004-cü illərdə Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvü olub.

    Muxalifet - 29-06-2019

  5. Ərdoğandan G-20-də “S-400 və sanksiya” mesajı

    G-20 toplantısından sonar təşkil etdiyi mətbuat konfransında açıqlama verən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Trampla görüşdə müzakirə olunan S-400 və ABŞ-ın Türkiyəyə bundan ötrü tətbiq edə biləcəyi sanksiya məsələsinə də toxunub.Prezident Ərdoğan S-400 və ABŞ-ın tətbiq etmək istədiyi sanksiya məsələsinə aydınlıq gətirərək "S-400-lər təhvil verilmə prosesindədir. Belə bir müqaviləni inkar etməyimiz Türkiyə kimi bir dövlətə yaraşmaz. Bu iş bitdi" deyib .Ərdoğan sanksiya məsələsi ilə bağlı əlaqədar "Hörmətli Tramp bu gün bu mövzuya açıqlıq gətirdi.

    Muxalifet3 - 29-06-2019

  6. Azərbaycanda sərxoş yeznə 4 yaşlı baldızına təcavüz etdi - "Gəlib soka araq qatdı..."

    Sumqayıt Apellyasiya Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Dəyanət Comərdovun apellyasiya şikayətinə baxılıb.
    Hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, D.Comərdovun apellyasiya şikayəti təmin ediləyib. İttiham aktına əsasən, D.Comərdov ötən il iyunun 30-da gecə saatlarında Sumqayıt şəhərində kirayə yaşadığı mənzildə baldızı, 4 yaşlı Ceyran Məmmədovaya (ad soyad şərti) qarşı seksual xarakterli hərəkətlər edib.

    Muxalifet - 29-06-2019

  7. “Azərenerji”dən Mingəçevir SES-də baş verən tüstülənmə ilə bağlı - AÇIQLAMA

    "Bu gün "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) transformatorunda nasazlıq yaranıb və dərhal aradan qaldırılıb”. 
    Muxalifet.az xəbər verir ki, bunu "Report”a "Azərenerji” ASC-nin media mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.
    T.Abdullayevin sözlərinə görə, respublikanın elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb.

    Muxalifet - 29-06-2019

  8. Səfir Azər Xudiyevlə bağlı daha bir qalmaqal – Ukrayna KİV-də sensasion yazı

    Ukrayna vətəndaşı Olqa Yeryomenko Azərbaycanın Ukraynadakı Səfiri Azər Xudiyevin əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

    Missiya.Az xəbər verir ki, Ukraynanın vesti-ua.net saytının yaydığı məlumata görə, iş adamı səfirin onun biznesini ələ keçermək istədiyini iddia edir. Bu haqda iş adamının vəkili Sergey Gerasimçuk bəyanat verib. O, qeyd edib ki, Ukrayna vətəndaşı dəfələrlə səfirliyin ərazisinə dəvət edilib və ona könüllü olaraq öz mülküyyətindən imtina etməyi təklif ediblər.

    Muxalifet - 29-06-2019

  9. Məhkəmə Saakaşvilinin partiyasının Rada seçkilərində iştirakına icazə verib

    Ukrayna Ali Məhkəməsi Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin partiyasının Ukrayna Radasına seçkilərdə iştirakına icazə verib.

    APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə M. Saakaşvili özünün “Facebook” səhifəsində qeyd edib.

    "Biz məhkəmədə qalib gəldik və seçkilərdə iştirak edəcəyik",-deyə M.Saakaşvili bildirib.

    Muxalifet - 29-06-2019

  10. Trampdan maraqlı “F-35 və S-400” açıqlaması

    ABŞ prezidenti Donald Tramp G-20 zirvəsindən sonar mətbuat konfransı keçirib. Açıqlamasında Tramp S-4—və Türkiyəyə satılacaq F-35 təyyarələri məsələsinə də toxunub:
     
    "Müdafiə olunmaları üçün S-400-lərə ehtiyacları vardı. Sonra Rusiyaya getdilər və S-400 aldılar. Çünki məndən əvvəlki sələfim olan rəhbərlik “Patriot” satın almalarına icazə vermədi, özü də müttəfiqimiz olmasına və böyük ordusu olmasına baxmayaraq. Türkiyənin əsgərləri son dərəcə güclüdür və İdlibdə birlikdə işləyirik.

    Muxalifet3 - 29-06-2019

  11. TÜRZALƏ BAŞNI AÇIB AĞLADI: "Məni təhqir etdilər..." - VİDEO

    "Elə hiss edirəm ki, uzun illər keçib. Amma oktyabrda bu verilişdən getdim. Mənim yaşadıqlarımı heç kim başa düşməz. Bizim özümüzə qalsaydı, heç vaxt bacarmazdıq. Evimə sahib olmaq üçün 20 il lazım idi mənə. Verilişdə göz yaşı tökəndə, gələcəyim üçün çalışırdım. Yaxşı ki, heç kimə cavab vermədim".
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən verilişində deyib. Aktrisa proqrama çıxıb evinin ipoteka krediti üçün pul yığmasını təhqir edənlərdən danışıb:

    Muxalifet - 29-06-2019

  12. Bakıda ŞOK OLAY: gəlinlə baldız arasında dava, xəsarət alanlar var

    Bakıda ailədaxili mübahisə davaya çevrilib.
    Muxalifet.az-ın Trend-əs istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

    Muxalifet - 29-06-2019

  13. ​Məşhur futbolçu saxlanıldı

    Qətərin “Əl-Qarafa” klubunun yarımmüdafiəçisi Uesli Sneyder Niderlandda saxlanılıb. “Lenta.ru” xəbər verir ki, futbolçu Utrext şəhərində vətəndaşa məxsus maşını zədələdiyinə görə saxlanılıb. U.Sneyder avtomobilin sahibinə təzminat verməyi təklif etdikdən sonra məsələ yoluna qoyulub. Futbolçu və onun nümayəndəsi hadisəni şərh etməkdən imtina ediblər. Qeyd edək ki, U.Sneyder 2018-ci ildən Qətər klubunda çıxış edir. Yarımmüdafiəçi Niderland yığmasının tərkibində 2010-cu ildə dünya ikincisi, 2014-cü ildə isə dünya üçüncüsü olub.

    Muxalifet - 29-06-2019

  14. “Özünü sadə göstərir, əslində 200 milyard dollarlıq sərvəti var...” - ABŞ-DA YAŞAYAN MÜXALİF JURNALIST

    Xəbər verildiyi kimi bu günlərdə ABŞ İrana qarşı növbəti sanksiyalar paketini qəbul edib və bu sanksiyalar ilk dəfə Ali dini lider ayətullah Xameneyini də əhatə edəcək. Belə görünür ki, Ali dini liderin hədəfə alınması Tehranda daha çox narahatlıq doğurub. Çünki Xameneyi yüz milyardlarla dollarlıq aktivlərə nəzarət edir və sanksiyalar onun xaricdəki aktivlərini, bank hesablarını iflic edə bilər.

    Muxalifet - 29-06-2019

  15. "Minsk-2019": iki güləşçimiz növbəti mərhələdə

    Azərbaycanın üç yunan-Roma güləşçisi "Minsk-2019" II Avropa Oyunlarında 1/8 final görüşünü keçirib.
    87 kq çəki dərəcəsində İslam Abbasov serbiyalı Nikolay Dobrevlə qarşılaşıb. 8:0 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi 1/4 finala yüksəlib. Növbəti mərhələdə onun rəqibi macarıstanlı Viktor Lurinczlə olacaq.
    Orxan Nuriyev (97 kq) isə Avstriya təmsilçisi Daniel Qastla uduzub - 2:7.
    Sabah Şəriəti (130 kq) xorvatiyalı Ante Milkoviçi 3:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda Gürcüstan təmsilçisi Yakob Kacaya ilə qarşılaşacaq.

    Muxalifet - 29-06-2019

  16. ​Azərbaycanlı sevgilisinə 55 bıçaq zərbəsi vuran şəxsə ömürlük həbs

    Bu il yanvarın 2-də Türkiyənin Burdur bölgəsinin Karamanlı rayonunda taksidə 24 yaşlı azərbaycanlı sevgilisi Qənirə Cabbarovaya 55 bıçaq zərbəsi vuraraq, öldürən Halil Acara hökm oxunub. 
    “Sabah” qəzeti xəbər verir ki, Burdur Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda H.Acar son sözünü deyib. 
    O, əməlindən peşman olduğunu bildirib. 
    Hakimlər H.Acarı qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilərək, ömürlük azadlıqdan məhrum edib. 

    Muxalifet - 29-06-2019

  17. Sürücülərə VACİB XƏBƏRDARLIQ

    Cərəyan itkisi ilə əlaqədar olaraq bəzi yol kəsişmələrində işıqforlar işləmir. Muxalifet.az-a bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Sürücülərdən işıqforlarların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur. Hazırda işıqforlarla əlaqəsi olmayan kəsişmələr aşağıdakılardır: M.Hüseyn küç. - Ş.Şamil küç., Ş.İ.Xətai pros. - Əhmədbəy Ağa oğlu küç., Ş.İ.Xətai pros.- Ə.Dəmirçizadə küç., M.Hadi küç.- Sarayevo küç.(Makdonaldsın yanı), Q.Qarayev pros.

    Muxalifet - 29-06-2019

  18. Polis Akademiyasında məzun günü keçirilib

    İyunun 29-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

    Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak ediblər.

    Muxalifet - 29-06-2019

  19. “TRAMI RUSLAR HAKİMİYYƏTƏ GƏTİRİB” – Eks-pezident Cimmi Karter

    «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ağ Evin eks-başçısı Cimmi Karter bəyan edib ki, 2016-ı il pezident seçkilərində Rusiya Donald Trampın prezident seçilməsinə kömək edib.

    Oxşar bəyanatları təkrar edən Karter bildirib ki, əslində Tramp seçkiləri uduzub, amma onun nəticələrini «rusiyalı hakerlər» dəyişdiriblər.

    Eks-prezident təəssüf hissilə ifadə edib ki, hələ də bu məsələ üzrə «tammənalı araşdırma» aparılmayıb.

    Muxalifet - 29-06-2019

  20. ​Prezident ona general RÜTBƏSİ VERDİ

    Prezident İlham Əliyev İlqar Seyidova polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
    Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsinin rəisi İlqar Fəxrəddin oğlu Seyidova polis general-mayoru ali xüsusi rütbəsi verilsin.

    Muxalifet - 29-06-2019

Pages