Axtarış
The search found 105785 results in 0.031 seconds.
Search results
Azərbaycanlı zəvvarları daşıyan avtobus yandı
Azərbaycan zəvvarlarını daşıyan avtobus Ərdəbil əyalətində yanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün yerli vaxtla saat 17:00 radələrində Ərdəbil əyalətinin Sərçəm magistral yolunda 12-ci tuneldə baş verib.
Azərbaycandan İranın Məşhəd və Qum şəhərlərinə zəvvar aparan avtobusda yanğının başverməsi səbəbi açıqlanmayıb. Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Məcid Məhəmməd Qəribani bildirib ki, yanğın zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.
Muxalifet4 - 30-06-2019
Putinin 2 milyard dollarlıq layihəsi... - VATİKANA ALTERNATİV, YOXSA...
Rus Pravoslav (ortodoks) kilsəsi Moskvada Vatikan kimi bir dini mərkəz yaratmaq fikrindədir. Bunun üçün 2 milyard dollar vəsaitin ayrılacağı gözlənilir.
Bu barədə Rusiyanın “The Moscow Times” qəzeti xəbər yayıb.
Xatırladaq ki, Vatikan İtaliyanın paytaxtı Romanın qərb hissəsində yerləşir. Həm ərazisi, həm də əhalisinin sayına görə dünya dövlətlərinin ən kiçiyidir. Eyni zamanda müstəqil və suveren ölkədir. Vatikan 44 hektar əraziyə və mindən çox əhaliyə sahibdir.
Muxalifet4 - 30-06-2019
Prezidentin özü ilə ağ fincan gəzdirməsinin sirri - MARAQLI FAKT ÜZƏ ÇIXDI/FOTO
Rusiya prezidenti Vladimir Putin zəhərlənməkdən qorxur. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, prezident bu qorxusu səbəbilə şəxsi fincanını özü ilə hər yerə aparır. Bu barədə Avrasiya və Qafqaz üzrə analitik Aleks Koçarov tvitterində yazıb. Analitik bildirib ki, Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitində hər kəs təşkilatçılar tərəfindən qoyulan fincanlardan istifadə edib. Putin isə hər yerdə öz fincanında su içib. Bu detal təkcə Koçarovun diqqətini çəkməyib. Sosial mediada da bir çox insan bu haqda fikirlərini paylaşıb.
Muxalifet4 - 30-06-2019
TİFLİSDƏ ETİRAZ AKSİYASI BAŞA ÇATDI - Tələblər dəyişməz qalıb / YENİLƏNİB
Tbilisidə parlament binası qarşısında keçirilən aksiya başa çatıb.
"Report" xəbər verir ki, təşkilatçılar aksiyanın iyunun 30-da saat 19:00-da bərpa olunacağını elan ediblər.
Sayca 11-ci olacaq aksiyanın daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbi dəyişməz qalacaq.
***
Xəbər verdiyimiz kimi, iyunun 29-da Tbilisidə müxalifət “Azadlıq yürüşü” keçirib.
Muxalifet4 - 30-06-2019
Ulduz futbolçu penaltini qaçırdı, Peru yarımfinala adladı - VİDEO
“Copa America”da ¼ finalın daha bir oyunu keçirilib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, yarımfinala vəsiqə uğrunda Uruqvay və Peru milliləri üz-üzə gəlib.
Oyunun əsas vaxtı qolsuz başa çatdığından, qalib penaltilər seriyasında müəyyənləşib.
Burada daha dəqiq olan perulular rəqibinə 5:4 hesabıyla qalib gələrək yarımfinala adlayıb.
Muxalifet4 - 30-06-2019
Şeyxin arvadı 39 milyon dollarla ölkədən qaçdı - ALMANİYA ONUN GERİ QAYTARILMASI TƏLƏBİNİ RƏDD ETDİ
Dubay şeyxi Məhəmməd bin Rəşid Əl-Maktum xanımı Haya bint əl-Hüseyn Almaniyaya qaçıb.
Muxalifet.az xəbər verir ki, şeyxin arvadı 31 milyon funt sterlinq (39 milyon dollar) götürərək ölkədən qaçıb. Almaniyadan sığınacaq istəyən və boşanmaq üçün ərizə yazan Haya 11 yaşlı qızını və 7 yaşlı oğlunu da özü ilə aparıb. Hayanın ötən ilin fevralından üzə çıxmadığı deyilir.
Muxalifet4 - 30-06-2019
BMT binası atəşə tutulub... - HUSİLƏR YƏMƏN ORDUSUNU İTTİHAM EDİR
"Ənsar Allah" hərəkatından olan Yəmən üsyançıları (husilər) ölkə ordusunu Hodeyda limanında yerləşən BMT binasının atəşə tutulmasına görə ittiham edib.
Bu barədə "əl-Masira" telekanalı xəbər verib.
Bildirilir ki, ordu Hodeyda şəhərinin cənubunda ər-Rabsa rayonunda yerləşən BMT binasını minaatan mərmiləri ilə atəşə tutub.
Qeyd edilir ki, həmin mərmilərdən üçü şəhərin şərqində yerləşən 90 küçəsinin yaxınlığına düşüb.(Trend)
Muxalifet4 - 30-06-2019
DƏHŞƏT: Ağstafada 15 yaşlı oğlanı ildırım vurub öldürdü
Ağstafada 15 yaşlı oğlanı ildırım vurub.
"Report"un məlumatına görə, Tovuz rayonu, Aşağı Quşçu kənd sakini, 15 yaşlı Roman Elman oğlu Süleymanovu Ağstafa rayonunda ildırım vuraraq öldürüb.
İlkin məlumata görə, hadisə rayon ərazisində yerləşən fermaların birində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 30-06-2019
Toy gecəsi ilə bağlı ilk dəfə oxuyacağınız AĞLASIĞMAZ MƏQAMLAR: demə, qızlar... - FOTO
Qədim Rusiyada hündür və nə qədər qəribə olsa da, kök qızlar ən heyrətamiz gəlinlər sayılırdı. Ona görə də, arıq qızlar nişanlılarını aldatmaq üçün üst-üstə köynək və ətək geyinirdilər. Bu arada adaxlı oğlanın çəki və boyu o qədər də önəmli deyildi. Əsas olan onun ailəsinin zəngin olub-olmaması idi. Publika.az qədim Rusiyada evlilik məsələsinin geniş ictimaiyyətə məlum olmayan absurd tərəflərini oxuculara çatdırır: Gəlini adətən oğlanın atası seçirdi, o, ilk olaraq namizəd olan qızın atası ilə danışır, yalnız bundan sonra elçilər qız evinə gedirdi.
Muxalifet4 - 30-06-2019
İş adamının gəlininə 5 kiloqram qızıl, 500 min pul verdilər - FOTOLAR
Türkiyənin Diyarbakır və Şanlıurfa şəhərlərinin zəngin ailələrinin toyu səs-küy yaradıb.
Türkiyə KİV-ləri xəbər verir ki, şanlıurfalı Mehmet Emin Bucakın qızı Zəhra diyarbakırlı iş adamı Hacı Tekin Çiçəyin oğluna ərə gedib. Oteldə baş tutan toya təxminən 2 min nəfər qatılıb. Mərasim zamanı gəlinə 5 kiloqram qızıl, 500 min lirə pul hədiyyə olunub.
Qızıllar gəlinə ağırlıq etdiyindən və qolunda yer qalmadığından çantaya qoyulub. Toy daha sonra davam edib./qafqazinfo
Muxalifet4 - 30-06-2019
Putin təcili Osakanı tərk etdi - FÖVQƏLADƏ VƏZİYYƏT...
Prezident Vladimir Putin təcili olaraq daşqınla bağlı fövqəladə vəziyyət elan edilən İrkutsk vilayətinə gedib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Putin G20 zirvəsinin keçirildiyi Osaka şəhərindən gecə yarısı ayrılıb və İrkutska gələrək müşavirə keçirib. Müşavirədə Rusiya Fövqəladə Hallar naziri Yevgeni Ziniçev, İrkutskun qubernatoru Sergey Levçenko, baş nazirin müavini Anton Siluanov və digər rəsmi şəxslər iştirak edib.
Muxalifet4 - 30-06-2019
İmamoğlu İstanbulda köçürülmə işinə başladı - "Ola bilər, bəzilərinin işinə yaramasın"
İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu ilk layihəsini reallaşdırmağa başlayıb.
“Haberler” xəbər verir ki, İmamoğlu Harem və Esenlər avtovağzallarının şəhər kənarına köçürülməsinə qərar verib. Onların yerində isə yüksək texologiyalar mərkəzi qurulacaq. “Bu ərazini ağla və elmə peşkeş edirəm” deyən İmamoğlu İstanbul insanının xəzinə olduğunu deyib:
Muxalifet4 - 30-06-2019
Tanınmış idmançı Bakıda qəza törətdi - HADİSƏ ZAMANI ÖZÜ DƏ AĞIR YARALANIB
Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzası törədib. Muxalifet.az report-a istinadən xəbər verir ki, idmançı “Koroğlu” metrostansiyasının yaxınlığında özünün “Niva” avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşub. F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat edilib.
Muxalifet4 - 30-06-2019
SON DƏQİQƏ: Tanınmış Meyxanaçı qəzaya uğradı - VİDEO
Tanınmış meyxana ustası Mehman Əhmədli avtomobil qəzasına düşüb.
Muxalifet.az BAKU.WS-a istinadən xəbər verir ki, hadisa Rusiaynın Sankt-Peterburq şəhərində baş verib.
Meyxanaçının olduğu "BMW X-6" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı baryerə çırpılıb. Hadisə zamanı meyxanaçı başından xısarət alıb.
Buna baxmayaraq Mehman Əhmədli Sankt-Peterburqda sabaha planlaşdırılan proqramını təxirə salmayıb.
BAKU.WS ekskülziv olaraq əldə etdiyi video və fotonu təqdim edir:Muxalifet - 30-06-2019
Qadın əsgər Şimali Koreya ilə bağlı DƏHŞƏTLİ FAKTLARI AÇDI: Ordudakı qızları... - FOTO
Uzun illərdir təkpartiyalı hakimiyyət idarəçiliyi ilə qapalı qalan Şimali Koreya hələ də, sirli ölkələrdən biridir. Bu ölkə haqqında hər bir məlumatın oxucular tərəfindən maraqla qarşılanmasını nəzərə alaraq Publika.az Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin dəhşətə gətirəcək etiraflarını və bu ölkədən gizli şəkilləri təqdim edir: Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin sözlərinə görə, dünyanın ən böyük dördüncü ordusunda stress və qida çatışmazlığı səbəbindən qadınlar menustrasiya olmur, orduda təcavüz halları isə qadın əsgərlər üçün adi haldır.
Muxalifet - 30-06-2019
Azərbaycanda icra başçısına AĞIR İTKİ – Atası vəfat etdi
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova ağır itki üz verib.
İcra başçısının atası Azay Qaraşov Kürdəmir rayonunda vəfat edib.
Qeyd edək ki, T.Qaraşov daha əvvəl Kürdəmir, Cəlilabad, Neftçala və Astara rayonlarının da icra başçısı vəzifəsini tutub./publika
Muxalifet - 30-06-2019
Fahişə kraliçanın sarayda dəhşətli İNTİM OYUNLARI: başlarına oyun açılan kişilər...- FOTO
Orta Əsrlərin qəddar idarəçiliyi, çirkli əməlləri tarixdə bir çox qaranlıq məqamların qalması ilə nəticələnib. Amma istənilən halda tarixçilər, bəzən zaman özü bu qaranlığa işıq tutmağı bacarıb. Odur ki, bir zamanlar müəmmalı qalmış, açılmamış hadisələr sonralar bütün incəliklərinə qədər əlçatan olub. Publika.az 1343-1382-ci illərdə Neapolun hökmdarı olmuş neopolitanlı Covannanın sarayında baş verənləri diqqətinizə çatdırır: Qadın hakimiyyəti Neapol İtaliyanın cənubunda yerləşən, tərkibinə Kalabriya, Apuliya, Abrutsi, Bazilikat və digər iri şəhərləri birləşdirmiş bir dövlət idi.
Muxalifet - 30-06-2019
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir - YAĞIŞ, GÜCLÜ KÜLƏK...
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, 30 iyun saat 01:00-a olan məlumatına görə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Düşən yağışın miqdarı Daşkəsəndə 16 mm, Şəmkirdə 10 mm, Gədəbəydə 6 mm, Tovuzda 5 mm, Quba, Zaqatala, Göygöldə 4 mm, Gəncədə, Şəkidə 3 mm, Kişçayda, Balakəndə 2 mm, Naxçıvan, Şahbuz, Naftalan, Ağdam, Ağstafa, Bərdə, Xınalıq və Şahdağda 0,4-1mm təşkil edir.
Muxalifet4 - 30-06-2019
"Seçkilərdən öncə bu baş tutsaydı, ləzzətli olardı" - İMAMOĞLU YILDIRIMDAN ÇAY DƏVƏTİ GÖZLƏYİR
İstanbul Böyükşəhər Bələdiyyə seçkilərindən sonra istefa verən işçilər geri çağrılıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu deyib. O bildirib ki, istefa verən işçiləri bazar ertəsi ofisində qəbul edəcək:
Muxalifet4 - 30-06-2019
"2015-ci ildə imzalanan müqaviləni yerinə yetirmək lazımdır" - MAKRONDAN İRANA MESAJ
Prioritet məsələmiz İranla ABŞ arasındakı gərginliyin azalmasıdır.
Bunu Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla görüşü barədə danışarkən deyib.
Makron Trampla qlobal iqlim məsələsi və İranı müzakirə etdiklərini söyləyib: "Avropa ölkələri İranın nüvə silahına sahib olmasını istəmir. İran müqaviləni tərk etməməlidir. Görəcəyimiz iş sanksiya tətbiq etmək deyil, 2015-ci ildə imzalanan müqaviləni yerinə gətirməkdir. Buna paralel olaraq yeni müqavilə imzalamaq üçün yeni dialoq qurmaq lazımdır".
Muxalifet4 - 30-06-2019