Axtarış

The search found 105785 results in 0.028 seconds.

Search results

  1. Kafedə QANLI DAVA: Azərbaycanlı rusiyalı çempionu öldürdü

    Rusiyanın Samara vilayəti üzrə cüdo çempionu Yevgeni Kuşnerin qətlində şübhəli bilinən azərbaycanlı həbs edilib.
    Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Tolyatti şəhərində ələ keçib.
    Hadisə iyunun 25-də Tolyattidəki “Levşa” kafesində baş verib. Kafedə borc üstündə baş verən dava-dalaş zamanı Kuşnerə kəsici alətlə bir neçə zərbə vurulub.
    Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.

    Muxalifet - 27-06-2019

  2. ​Qırğızıstanın keçmiş prezidentinin toxunulmazlığı ləğv edildi

    Qırğızıstan parlamenti eks-prezident Almazbek Atambayevin toxunulmazlığını ləğv edib.
    Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə qədər parlamentin bugünkü iclasında qəbul edilib. Atambayevin statusunun ləğvinə parlamentin 110 deputatından 103-ü səs verib.

    Muxalifet - 27-06-2019

  3. Bütün çiməriklər pulsuzdur! - İCRA HAKİMİYYƏTİNDƏN RƏSMİ BƏYANAT

    İyunun 15-dən etibarən çimərlik mövsümü açıq elan edilib.
    Muxalifet.az xəbər verir ki, havaların isti keçməsi ilə əlaqədar olaraq, yerli vətəndaşlarla yanaşı, turistlərin də dənizə axını müşahidə olunur.
    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və xidmət departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırıb ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Lakin müşahidələr onu deməyə əsas verir ki, hələ də bu tələblərə riayət etməyənlər var. Bəs vətəndaş çimərliyə buraxılmadıqda, qapıda ondan pul istənildikdə nə etməlidir?

    Muxalifet - 27-06-2019

  4. Gələn ay hərbi xidmətə gedənlərin DİQQƏTİNƏ

    Azərbaycan Respublikasında 2019-cu ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar təyin olunduqları xidmət yerləri barədə iyunun 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən SMS vasitəsilə məlumatlandırılıb.

    Muxalifet - 27-06-2019

  5. Tunis prezidenti öldü

    Tunis Prezidenti Əl-Bəci Qaid əs-Sebsi dünyasını dəyişib.
    Bu gün 92 yaşlı prezident helikopterlə hərbi hospitala çatdırılmışdı. Dövlət başçısının nəyə görə xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilməyib.
    Qeyd edək ki, Əl-Bəci Qaid əs-Sebsi 2014-cü ildən ölkəyə rəhbərlik edirdi.

    Muxalifet - 27-06-2019

  6. Bakıda kişi qadını güllələdi

    İyunun 26-da Bakının Nizami rayonunda güllələnmə hadisəsi baş verib.
    Bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən məlumat veriblər.

    Muxalifet - 27-06-2019

  7. NATO-dan S-400 açıqlaması

    NATO-nun baş katibi Jens Stoltenberg Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampın G-20 çərçivəsində bir araya gələcəyini xatırladaraq "Ümid edirəm, bu görüşmədə hamımız üçün çətin bir mövzu olan S-400 tədarükü haqqında bir irəliləmə təmin edilə bilər" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 27-06-2019

  8. Piyadanı vurub qaçan sürücü tutuldu

    İyunun 25-də saat 1 radələrində Nərimanov rayonunun S.Vurğun küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini H.Hüseynzadə vurulub.
    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının törədərək hadisə yerindən yayınan “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini O.Əsgərov saxlanılıb. 

    Muxalifet - 27-06-2019

  9. İrandan Trampa çox sərt xəbərdarlıq! Müharibə başlayarsa…

    İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Vaşinqton rəhbərliyinin İrana qarşı müharibə başlatdığı təqdirdə müharibəni bitirən tərəf ola bilməyəcəkləri və müharibənin qısa sürməyəcəyi xəbərdarlığını edib.
     
    Zərif Twitter hesabından paylaşdığı mesajında, ABŞ prezidenti Donald Trampın İran mövzusundakı yanılmalarının sülhü təhlükəyə atdığını ifadə edib.

    Muxalifet3 - 27-06-2019

  10. İnternetdə tanış olduğu oğlanı stola bağlayıb elə şeylər etdi ki... - BAKIDA FİLM KİMİ OLAY

    İnternetdə tanış olduğu oğlana qarşı quldurluqda və hədə-qorxu ilə tələbetmədə təqsirləndirilən Maya Qasımova və onun tanışları Orxan Hüseynov, İsrafil Kərimov, Elçin Osmanov və Seyidsara Heydərovanın məhkəməsi başa çatıb.
    Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Hökmə görə, M. Qasımova 10 il 6 ay, O. Hüseynov, İ. Kərimov, E. Osmanov 11 il, S. Heydərova isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 

    Muxalifet - 27-06-2019

  11. Ödənişsiz çimərlikdə pul tələb olunan vətəndaş nə etməlidir?

    İyunun 15-dən etibarən çimərlik mövsümü açıq elan edilib.

    “Report” xəbər verir ki, havaların isti keçməsi ilə əlaqədar, yerli vətəndaşlarla yanaşı, turistlərin də dənizə axını müşahidə olunur.

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və xidmət departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırıb ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Lakin müşahidələr onu deməyə əsas verir ki, hələ də bu tələblərə riayət etməyənlər var. Bəs vətəndaş çimərliyə buraxılmadıqda, qapıda ondan pul istənildikdə nə etməlidir?

    Muxalifet - 27-06-2019

  12. Oğluna 50 min aliment istəyirdi, amma...

    Türkiyəli futbolçu Caner Erkinlə eks-arvadı Asena Atalayın arasındakı məhkəmə nəticələnib.
    Muxalifet.az xəbər verir ki, şikayətçi tərəf Atalay 50 min lirə ( təxminən,14,7 min manat) aliment tələbi ilə məhkəməyə müraciət etmişdi.
    Üç ildir davam edən prosesin sonunda hakim Caner Erkinin oğlu Çinara aylıq 3 min lirə (təxminən, 886 manat) aliment ödəməsinə qərar verib.
    Qeyd edək ki, cütlük qalmaqallı şəkildə boşanmışdı. Caner hazırda aktrisa Şükran Ovalı ilə evlidir.

    Muxalifet - 27-06-2019

  13. ​Bakıda 9 yaşlı İnci Əhmədova itkin düşdü

    Bakıda 9 yaşlı qız itkin düşüb.
    Yaxınlarının verdiyi məlumata görə, günorta saatlarında Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 124 ünvanında yaşayan İnci Bəhmən qızı Əhmədova yaşadığı evin həyətindən yoxa çıxıb.
    Ailəsi hadisə bağlı Yasamal Rayon Polis Şöbəsinin 29-cu polis bölməsinə müraciət edib.
    Azyaşlını görənlərdən 055 859 12 82 nömrəli telefonla əlaqə saxlamaları xahiş edilir. (Report)

    Muxalifet - 27-06-2019

  14. Laklı dırnaqla dəstəmaz almaq - İlahiyyatçının biri “HƏ”, o biri “YOX” deyir

    Dəstəmaz İslam şəriətində ən mühüm əməllərdən biri hesab olunur. Dəstəmazdan qabaq fikir vermək lazımdır ki, yuyulan və məsh çəkilən bədən üzvlərinin üzərində onların su ilə islanmasına mane olan vasitə olmasın.
    Şəriətdə bucür qeyd olunsa da ,ancaq ona düzgün şəkildə əməl etməyənlər də var. Dəstəmazı batil edən bir çox məqamlar  özünü göstərir. Onlardan biri də dırnaqda lak olan halda dəstəmaz alınıb namaz qılınmasıdır. 
    Dırnaqda lak varsa, dəstəmaz almaq olarmı? Bununla qılınan namaz düzgün hesab edilirmi?

    Muxalifet - 27-06-2019

  15. FİLM 2: Azərbaycanlı jurnalistin Ermənistana səfəri - Aktual reportaj

    İkinci hissə

    Muxalifet - 27-06-2019

  16. Güləşçimiz Avropa Oyunlarının finalında iştirak edə bilməyəcək

    Sərbəst güləş yığmamızın üzvü Nurməhəmməd Hacıyev (-97 kq) II Avropa Oyunlarında finala çıxmayacaq. Muxalifet.az xəbər verir ki, dünən keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq Avropa Oyunlarının finalına vəsiqə qazanmış dağıstanlı legionerimiz yarımfinalda dizindən zədə alıb. Onun aldığı zədə bu gün özünü daha şiddətli büruzə verib. Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev bu gün Abdulrəşid Sadullayevlə (Rusiya) final qarşılaşmasına çıxmayacaq. Qeyd edək ki, bu Azərbaycanın beşinci gümüş medalıdır. Azərbaycan bir qızıl, beş gümüş və doqquz bürünc medalla 17-ci pilləyə qalxıb.

    Muxalifet3 - 27-06-2019

  17. Zelenskidən Putinə GÖZLƏNİLMƏZ MÜRACİƏT

    Ukrayna prezidenti Vladimir Zelenski həbsdə olan yerli hərbçilərin azad olunması üçün rusiyalı həmkarı Vladimir Putinə müraciət edib.
    Bu barədə Ria novosti agentliyi məlumat yayıb. Qeyd edək ki, noyabrın 25-də rusiyalı hərbçilər Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəminin ölkə sərhədlərini pozduğunu irəli sürərək, heyət üzvlərini girov götürüb.
    Girov götürülən hərbçilər Rusiya məhkəməsinin qərarı ilə həbs edilib.
     

    Muxalifet3 - 27-06-2019

  18. Vilayət Eyvazova general-polkovnik rütbəsi verildi - Sərəncam

    Prezident İlham Əliyev V.S.Eyvazova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
    Sərəncamda deyilir:
    "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
    Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilsin".

    Muxalifet3 - 27-06-2019

  19. SENSASİYA: Ermənilər kütləvi şəkildə İslamı QƏBUL EDİR

    Rusiyanın cənubu, xüsusilə Stavropol diyarında Ermənistan vətəndaşları müsəlman kimi qeydiyyatdan keçir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb.
    Nəşrin məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti bu məsələ ilə aktiv şəkildə məşğul olur. Amma buna qarşı hansı tədbirləri görəcəyi məlum deyil.
     

    Muxalifet3 - 27-06-2019

  20. ​NATO Ərdoğan-Tramp görüşünə ümid edir: S-400 məsələsi...

    Ümid edirik ki, bu görüşdə hamımız üçün qəliz məsələ olan S-400-lə bağlı irəliləyiş əldə olunar.
    Muxalifet.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq G20 sammiti çərçivəsində baş tutacaq Ərdoğan-Tramp görüşü ilə bağlı açıqlamasında deyib.
    O, bu görüşü məmnuniyyətlə qarşıladığını bildirib.
     

    Muxalifet3 - 27-06-2019

Pages