Axtarış

The search found 105785 results in 0.1 seconds.

Search results

  1. ​Kikabidze də elan etdi: Müxalifətin tərəfindəyəm

    Gürcüstanın hazırkı hökuməti Rusiya ilə oyuna başladığı üçün əhalinin ona qarşı nümayiş etdirdiyi reaksiyaya tam layiqdir.
    Muxalifet.az xəbər verir ki, bunu Gürcüstanın məşhur aktyoru Vaxtanq Kikabidze deyib. O, tarixdə hələ indiyə qədər Rusiya deputatının spikerin yerində oturdulması faktının olmadığını, buna görə də müxalifəti və etirazçıları dəstəklədiyini bildirib:
    “Bizdə baş verənləri analiz etmək çətindir. Hakimiyyət layiq olduğunu əldə etdi. Mən müxalifətin tərəfindəyəm.

    Muxalifet3 - 26-06-2019

  2. ​Rusiya 99 faiz hazırdır: S-400-lər Türkiyəyə göndərilir

    S-400 havadan müdafiə sistemlərinin ilk hissəsini göndərməyə 99 faiz hazırıq.
    “Sputnik Türkiyə”nin məlumatına görə, bu açıqlamanı Rusiyanın “Rosoboroneksport” şirkətinin rəhbəri Aleksandr Mixiyev deyib.
    Müqavilə şərtlərini yerinə yetirməyə hazırıq. İlk hissələrin göndərilməsinə 99 faiz hazırıq. Hazırda yerinə yetirməli olduğumuz prosedurların son mərhələsindəyik. İşin logistik hissəsi ilə məşğuluq”, - deyə şirkət rəhbəri bildirib.
    A.Mixiyev əlavə edib ki, ilk göndəriş plana uyğun olaraq iyul ayında baş tutacaq.
     

    Muxalifet3 - 26-06-2019

  3. Lavrovdan xəbərdarlıq: Bu, fəlakətlə nəticələnər

    Rəsmi Moskva Tehran və Vaşinqtonu aradakı gərginliyi dialoq yolu ilə həll etməyə çağırır.
    TASS-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
    “Biz amerikalı və iranlı həmkarlarımızı inandırmağa çalışacağıq ki, bu təhlükəli cizgidən uzaq dursunlar və ziddiyyəti sivil dialoq yolu ilə həll etsinlər. Əlbəttə, bu, ultimatum siyasətini, sanksiya və şantajı dayandırmağı tələb edir”, - deyə XİN rəhbəri bildirib.
    Nazir onu da vurğulayıb ki, İran ətrafında mümkün hərbi ssenari fəlakət və beynəlxalq böhranla nəticələnər.

    Muxalifet3 - 26-06-2019

  4. Trampın kürəkənindən “Əsrin Müqaviləsi” açıqlaması

    ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşner İsraildə sentyabr ayında keçirilməsi gözlənilən növbədənkənar seçkilərin ləğv edildiyi təqdirdə "Əsrin Müqaviləsi" planının payızdan əvvəl açıqlana biləcəyini ifadə edib.
     
    Kuşner "Biz gəlişmələr olduqca bir qrup halında bunu qiymətləndirərək prezidentə təkliflər təqdim edirik. Bu mövzuda nə edəcəyi isə onun qərarıdır. Onlar (İsrail) bir tənzimləmə etsə, biz də ortaya çıxan gəlişmələr işığında tənzimləmələr edəcəyik" deyib.

    Muxalifet3 - 27-06-2019

  5. Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi: 2 ölü, 22 yaralı - FOTO/VİDEO (YENİLƏNDİ)

    Sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində xəsarət alanların sayı artıb.
    Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir, hadisə zamanı 22 nəfər xəsarət alıb.
    Qəza enişi zamanı 2 pilot həlak olub.

    ***
    08:00

    Muxalifet - 27-06-2019

  6. Gəncədə 70 yaşlı qadın intihar edib

    Gəncə şəhərində intihar hadisəsi baş verib.

    "Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1949-cu il təvəllüdlü Cəmilə Rəhimova yaşadığı evdə özünü asıb.

    Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

    Faktı bağlı araşdırma aparılır.

    Muxalifet - 27-06-2019

  7. Madurodan yeni çevriliş açıqlaması: "Çevrilişdə İsrail də iştirak edib"

    Venesuelanın dövlət başçısı Nikolas Maduro ölkəsində önlənən son çevriliş cəhdinin arxasındakı qrupun tutulduğunu söyləyib.
     
    Nicolas Maduro paytaxt KaraKasdakı dövlət başçısı sarayı Mirafloresdə təşkil edilən bir tədbirdə etdiyi çıxışında, 23 - 24 iyun üçün planlanan və təhlükəsizlik qurumlarının əngəllədiyi çevriliş cəhdinə münasibət bildirib.

    Muxalifet3 - 27-06-2019

  8. 22 yaşlı azərbaycanlı məmur balasının 2.5 milyonluq saatı OĞURLANDI - FOTO

    İspaniyanın məşhur İbiza kurortunda Azərbaycan vətəndaşının 1 milyon funt sterlinqliq dəyərində saatı oğurlanıb.
    Hadisə haqqında ingilis mətbuatı məlumat yayıb. Xəbərə görə, İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qalıb. Məlumatda bildirilir ki, adadakı sahillərdən birində yaxın dostu ilə gəzintiyə çıxmış həmin gəncin qarşısını kəsən quldur onu döyərək, qolundakı təxminən 2.5 milyon manatlıq olan “Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb. Azərbaycanlı hadisə ilə bağlı polisə müraciət edib.

    Muxalifet - 27-06-2019

  9. NATO Rusiyaya qarşı hazırlaşır

    NATO-nun baş katibi Jens Stoltenberg Rusiyanın Orta Mənzilli Nüvə Qüvvələri (INF) Müqaviləsinin öhdəliklərini 2 avqusta qədər yerinə yetirmədiyi təqdirdə, ittifaqın tədbir görəcəyini bəyan edib.
     
    NATO Müdafiə Nazirləri Yığıncağının ilk gün keçirilən iclaslarından sonra mətbuat konfransı təşkil edən Stoltenberg, Rusiyanın INF Müqaviləsini pozmasının ciddi bir təhlükəsizlik təhdidi olduğunu ifadə edib.

    Muxalifet3 - 27-06-2019

  10. Bakıda DƏHŞƏT: Qardaş gecə klubunda işləyən bacısını öldürdü

    Bakıda qətl hadisəsi olub.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, Xaqani bağı ərazisində qeydə alınıb.
    Pərvanə adlı 21 yaşlı qız (soyadı dəqiqləşdirilir -red) qardaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və cərrahi əməliyyat edilib. Lakin həkimlərin səyinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirmədən ölüb. 
    Məlumata görə, gənc qız Səbail rayonundakı gecə klublarının birində xidmətçi işləyirmiş.

    Muxalifet - 27-06-2019

  11. Saakaşvili Gürcüstana nə vaxt qayıda bilər?

    Mixeil Saakaşvili yaxın gələcəkdə Gürcüstana qayıda bilər.
    Bunu “Exo Moskva”ya müsahibəsində M.Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs deyib.
    Onun sözlərinə görə, xalq kifayət qədər güc toplayanda və ərinin təhlükəsizliyinə zəmanət veriləndə M.Saakaşvili Gürcüstana qayıdacaq:
    “Hazırda o, Ukraynadadır və çox vacib siyasi proseslərlə məşğuldur. Bildiyiniz kimi, Saakaşvili Ukraynada parlament seçkilərində iştirak etmək istəyir”.

    Muxalifet - 27-06-2019

  12. “Türkiyə S-400-ləri aldığı təqdirdə…” – Pentaqondan növbəti xəbərdarlıq

    Türkiyə Rusiyadan S-400 komplekslərini aldığı təqdirdə ABŞ-ın F-35 qırıcı təyyarələrinə sahib ola bilməyəcək.

    Trend-in məlumatına görə, Pentaqonun nümayəndəsi Conatan Hoffman bildirib ki, bu sözləri ABŞ müdafiə naziri vəzifəsini icra edən Mark Esper Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşdə deyib.

    Muxalifet - 27-06-2019

  13. Türkiyənin həmləsindən sonra ABŞ hərəkətə keçdi: Qalmaqal qərar...

    ABŞ Senatı Şərqi Aralıq dənizi Təhlükəsizlik və Enerji Ortaqlığı qanununu təsdiq edib. Qanuna görə, ABŞ İsrail, Yunanıstan və Kipr arasında enerji əməkdaşlığını koordinasiya edəcək bir mərkəz qurulacaq.
     
    ABŞ Senatının Xarici İşlər Komitəsinin qəbul etdiyi qanun Türkiyənin Şərqi Aralıq dənizinə ikinci bir qazma gəmisi göndərməsindən sonar qəbul olundu.
     
    ENERJİ MƏRKƏZİ
     

    Muxalifet3 - 27-06-2019

  14. Nazirlik: Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlikdır

    Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.

    Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

    Muxalifet - 27-06-2019

  15. Tramp-Ərdoğan görüşünün tarixi bəlli oldu

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 Liderlər Zirvəsinə qatılmaq üçün xüsusi təyyarə ilə 06.15-də Yaponiyanın Osaka şəhərinə gəlib. Prezident Ərdoğan 29 iyunda 04.30-da öncə Rusiya lideri Putinlə görüşəcək, ardınca eyni gün 07.00-də də ABŞ prezidenti Tramp ilə bir araya gələcək.
    Müxalifət.az

    Muxalifet3 - 27-06-2019

  16. Nahidə Orucova çimərlik geyimində - FOTO

    Tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova sosial şəbəkədə istirahət fotosunu paylaşıb.
    Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, aktrisanın çimərlik geyimində paylaşdığı foto böyük marağa səbəb olub.Bəzi izləyicilər isə 57 yaşlı aktrisanı bu fotoya görə tənqid ediblər.

    Nahidə Orucova çimərlik geyimində - FOTO

    Muxalifet - 27-06-2019

  17. ŞOK: 4 ölkə Türkiyəyə qarşı BİRLƏŞDİ - Gələn il...

    ABŞ Senatında Şərqi Aralıq Dənizində Təhlükəsizlik və Enerji Əməkdaşlığı haqqındaqanun layihəsi təsdiq olunub.
    Layihəyə əsasən, ABŞ, İsrail, Yunanıstan və Cənubi Kipr arasında enerji əməkdaşlığını koordinasiya edəcək mərkəz qurulacaq.
    ABŞ Senatının Xarici İşlər Komitəsi tərəfindən qəbul edilən layihənin Türkiyənin Şərqi Aralıq dənizinə ikinci qazma gəmisi göndərməsindən sonra təsdiq edilməsi diqqət çəkir.

    Muxalifet - 27-06-2019

  18. "Minimum əmək haqqı artdıqca sosial ödənişlər də artacaq" - Ekspert rəyi

    Minimum əmək haqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədə uyğundur. 
    Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. O, bildirib ki, sosial paketinin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqqları ilə minimum əmək haqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var. 

    Muxalifet - 27-06-2019

  19. Sahil Babayev magistrlara iş təklif edib

    Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “Hüquqşünaslıq” ixtisasının “Kommersiya hüququ” ixtisaslaşması üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayevin sədrliyi ilə magistr dissertasiyalarının müdafiəsi keçirilib.
    BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, dissertasiya işləri “Mülki proses və kommersiya hüququ” kafedrasında Azərbaycan dilində geniş həcmdə referat təqdim etməklə ingilis dilində yerinə yetirilib. 

    Muxalifet - 27-06-2019

  20. Dünya TƏŞVİŞ İÇİNDƏ: Uçuşlar dayandırıldı, yollar bağlandı, minlərlə insan...

    Papua-Yeni Qvineyanın (PYQ) Qərbi Yeni Britaniya ştatında yerləşən Ulavun vulkanı hərəkətə keçib.
    Bismark arxipelaqında yerləşən vulkan səbəbilə bölgədə yaşayan 5 min insan təcili təhlükəsiz yerlərə təxliyə edilib.
    “Radio Yeni Zelandiya”nın xəbərinə görə, lava axınına görə bəzi avtomobil yolları bağlanıb. Tələfatla bağlı hələ ki, məlumat verilməyib.
    Vulkandan çıxan qara duman səmada kilometrlərlə sahəyə yayılıb. Qalın kül yağışı yağır.

    Muxalifet - 27-06-2019

Pages