Axtarış
The search found 105785 results in 0.045 seconds.
Search results
Türkiyə siyasətinin yeni parlayan ulduzu - Əkrəm İmamoğlu kimdir?
İstanbulun yeni meri bir çox parametrlərinə görə hazırkı dövlət başçısı Ərdoğanla oxşardır Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 iyunda keçirilən seçkilərdə İstanbulun meri seçilmiş Əkrəm İmamoğlunu ikinci dəfə təbrik edib. 23 iyunda seçkilər başa çatdıqdan bir neçə saat sonra ilkin nəticələrə əsasən CHP namizədini qələbə münasibətilə təbrik edən Türkiyə prezidenti ötən gün partiyasının qrup toplantısında çıxış edərkən “CHP namizədi Əkrəm İmamoğlunu bir daha təbrik edirəm” deyib. Ərdoğan söyləyib ki, İstanbul əhalisinin qərarının başımız üzərində yeri var.
Muxalifet - 26-06-2019
Nazirlikdən təmas xəttindəki vəziyyətlə bağlı AÇIQLAMA
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.
Bu barədə Muxaifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.Muxalifet - 26-06-2019
Fuad Abbasov Bakıda MİLLİ QƏHRƏMAN kimi qarşılandı - VİDEO
Jurnalist Fuad Abbasov nəhayət, hava limanından çıxıb. Tərəfdarları və qohumları onu milli qəhrəman kimi qarşılayıblar. Azərbaycan bayraqları və təzərrühatlarla qarşılanan jurnalist qısa açıqlamalarla çıxış edib. Aeroportun girişində media nümayəndələrinə açıqlama verən F.Abbasov onu dəstəkləyən hər kəsə təşəkkür etdi. Jurnalist azadlığa çıxmasının onun üçün gözlənilməz olduğunu dedi: "40 gün qapalı vəziyyətdə qaldım. Dünən axşam soruşdurma oldu. Bu sabah gözlənilmədən xəbər çıxdı ki, azadlığa çıxıram”.
Muxalifet - 26-06-2019
Azərbaycanlı müğənnidən BİABIRÇI HƏRƏKƏT: Ərəblər üçün çimərlikdə göbək rəqsi oynadı - Video
Açıq -saçıq geyimləri ilə yadda qalan müğənni Nüşabə Musayevanın ərəb turistləri üçün rəqs edərkən görüntüsü yayılıb.
Video İnstaqram səhifələrinin birində paylaşılıb. Görüntüdə istirahət mərkəzlərinin birində ifaçının çimərlik geyimində rəqs etməsi yer alıb.
Maraqlısı isə müğənninin bu ehtiraslı rəqsinə qoşulan ərəb turistləri olub. Onlar Musayeva ilə birlikdə rəqs edərək, onu dövrəyə alıblar.
Videoçarx izləyicilər tərəfindən sərt şəkildə tənqid edilib. Müğənninin ünvanına çoxlu sayda təhqiredici mesajlar yazılıb.Muxalifet - 26-06-2019
"Paşinyan məsuliyyəti boynundan atıb, hər şeyi Azərbaycan tərəfinin üstünə yıxmaq istəyir" - Səməd Seyidov
Azərbaycan Ordusu Ali Baş Komandanın istənilən əmrini dərhal yerinə yetirməyə hazırdır.
Muxalifet.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan tərəfindən hərb variantına əl atılacağı təqdirdə, bunun beynəlxalq güclər tərəfindən necə qarşılanacağı məsələsinə münasibət bildirərkən deyib.Muxalifet - 26-06-2019
Saakaşvilinin seçkilərdə iştirak icazəsi ləğv edildi
Kiyev məhkəməsi Odessa vilayətinin sabiq Qubernatoru Mixeil Saakaşvilinin “Yeni Qüvvələr Hərəkatı” partiyasına Ukrayna Mərkəzi Seçki komissiyasının verdiyi Rada seçkilərində iştirak icazəsini ləğv edib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, Ukrayna Baş prokurorunun müavini Larsa Sagan bu barədə özünün “Twitter” hesabında məlumat verib. Bildirib ki, 6-cı Kiyev Apellyasiya Məhkəməsi Ukrayna Mərkəzi Seçki Komissiyasından partiyanın və namizədlərin qeydiyyatı ilə bağlı sənədlərin yenidən yoxlanmasını istəyib.
Muxalifet - 26-06-2019
ŞOK: Müğənni Röya sevgilisini BIÇAQLADI - VİDEO
"Əməkdar artist Röya Ayxan sevdiyi şəxsə çoxsaylı bıçaq zərbəsi endirib, müğənni axtarışdadır..."
Publika.az xəbər verir ki, bu sözlər ulduzun bu gün restoranların birində baş tutacaq konsertinin anonsunda deyilir.
Əməkdar artist Röya Ayxan konsertinin reklamı üçün olduqca cəlbedici videoçarxa imza atıb. Hər zaman fərqli, kreativ və keyfiyyətli işləri ilə seçilən müğənni “Kimin belə sevgilisi var?” adlı konsert anonsu ilə də fərqlənməyi bacarıb.
Bu kadrlar müğənninin pərəstişkarlarını təşvişə salsa da, məlum olub ki, sadəcə konsert reklamıdır.Muxalifet - 26-06-2019
Sabiq nazirin səhhəti PİSLƏŞDİ - Xəstəxanaya yerləşdirildi
Ötən gün keçmiş vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.
Muxalifet.az Baku.ws-ə istindən xəbər verir ki, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib.
Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.Muxalifet - 26-06-2019
Binali Yıldırım yeni vəzifəsini AÇIQLADI
Binəli Yıldırımın İstanbul bələdiyyə sədri seçkilərində məğlub olmasından sonra siyasətdə qalıb, hökümətdə təmsil olunub-olunmamağı hər kəsin marağına səbəb olub.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş bələdiyyə sədri “Hökumətdə təmsil olunacaqsızmı” sualına "Bundan sonra fəaliyyətinə millət vəkili kimi davam edəcəyəm" deyə cavab verib və sözlərinə belə davam edib:
“Sadə millət vəkiliyəm. Əsl işimə - deputatlığa qayıtdım. Başqa heç bir planım yoxdur”.Muxalifet - 26-06-2019
Bakıda tanınmış jurnalistin avtomobilinin şüşələri sındırıldı - FOTO
Jurnalist İlham Məmmədzadəyə məxsus 99 CM 808 nömrə nişanlı "Mersedes" markalı avtomobilin şüşələri gecə saatlarında sındırılıb.
Muxalifet.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Sumaqayıt şəhəri, 36-cı məhəllə, bina 5/11-də baş verib.
İ.Məmmədzadə artıq polisə məlumat verildiyini qeyd edib. İ.Məmmədzadə bildirib ki, polislər hələ gəlməyib, maşından oğurluq edilib-edilməməsi polislər gələndən sonra məlum olacaq.Muxalifet - 26-06-2019
Rusiyada ermənini güllələdilər
Rusiyanın Novosibirsk şəhərində 42 yaşlı erməni Andranik Muradyan güllələnib.
RBK-nın xəbərinə görə, qətl hadisəsi iyunun 25-də, axşam saatlarında Qoqol küçəsində törədilib.
Məlumata əsasən, A.Muradyana küçədən keçən avtomobildən atəş açılıb. Belə ki, naməlum şəxs avtomobili səkidə saxlayaraq ermənini yaralayıb və hadisə yerindən qaçıb. A.Muradyan baş və sinə nahiyələrindən çoxsaylı güllə yarası alıb.
İstintaqın məlumatına əsasən, A.Muradyana tapançadan azı 5 dəfə atəş açılıb. O, tibb məntəqəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 26-06-2019
“Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir
Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına hər zaman xüsusi diqqət ayıran “Nar”-ın dəstəyi ilə keçirilən “Təlim Məktəbi” layihəsinin ikinci mərhələsi başa çatıb. Belə ki, 15 nəfərlik qrup intensiv aşpazlıq təlimini başa vuraraq, bu peşənin incəliklərinə yiyələniblər. “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırılan layihə çərçivəsində artıq son təlim mərhələsinə də start verilib. Öncədən aparılan sorğu əsasında iştirakçıların marağına uyğun olaraq seçilən motorçu peşə təlimi öz işinə başlayıb.
Muxalifet4 - 26-06-2019
“Tam məhv edəcəyik...Daha heç bir Kerri, Obama olmayacaq!” - TRAMP İRANA QARŞI SMARTFONU İŞƏ SALDI
ABŞ prezidenti Donald Tramp “hansısa Amerika hədəfinə” hücum edərsə İranı “tam məhv etməklə” hədələyib.
Virtualaz.org xəbər verir ki, Tramp bu hədəsini özünün Twitter bloqunda yerləşdirib.
Trampın sözlərinə görə, İranın Amerika hədəflərinə hücumu “nəhəng və əzici güclə” qarşılanacaq.
“Bəzi sahələrdə əzici güc tətbiqi tam məhv edilmə demək olacaq...Bir daha heç bir Con Kerri və Obama olmayacaq!”-ABŞ prezidenti bildirib.
Muxalifet - 26-06-2019
Fatih Terim bu futbolçulardan imtina etdi
Transfer çalışmalarını davam etdirən "Qalatasary" 3 əcnəbi futbolçusu ilə yollarını ayıra bilər.
Muxalifet.az türk mediasına istinadən xəbər verir ki, hazırda komandanın heyətində 12 legioner var. Bundan başqa Rayan Babellə də anlaşma əldə olunub. Bu səbəbdən klub bundan sonra heyətinə bir əcnəbi qata bilər.
Baş məşqçi Fatih Terim isə ən azı bir legioner qapıçı və bir hücumçunun alınmasını istəyir. Bu səbəbdən mütəxəssis Kostas Mitroğlu, Mbaye Diagne və Marianonun göndərilməsinə qərar verib.Muxalifet - 26-06-2019
Azərbaycanda nişan mərasimində adam döyüldü
Bakıda nişan mərasimində dava olub.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Belə ki, bəyin əmisi 1973-cü il təvəllüdlü Qalıyev Vüqar Paşa oğlu qonaqlar tərəfindən döyülüb. Qapalı kəllə-beyin travması alan yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.Muxalifet - 26-06-2019
Elmar Vəliyevin kobud idarəçiliyi özünün də sonunu gətirdi - GƏNCƏ HADİSƏLƏRİNİN YAXINLAŞAN BİR İLİ
1 həftə sonra Gəncə hadisələrinin 1 ili tamamlanacaq. Ötən müddət ərzində baş verən olaylara, həmin olaylardan sonra yaşananlara nəzər salanda hadisələrin mahiyyəti daha aydın görünür.
Nə baş vermişdi?
Muxalifet - 26-06-2019
“Rəhbərlik əməyimizi istismar edib, bizə düşəcək müavinətləri mənimsəyib” – GÖYÇAY SAKİNLƏRİNİN ETİRAZI
Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinin əməkdaşları tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllfiləri Meyvəçilik Mərkəzinin rəhbərliyindən şikayətçidir:
“Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi bizim əmək hüquqlarımızı pozub, əməyimizi istismar edib, bizə düşəcək müavinətləri mənimsəyib. İş stajlarımızı saxtalaşdırmaqla cinayət törətmişdir.Muxalifet4 - 26-06-2019
Müğənnidən QALMAQALLI SÖZLƏR: "Evli kişiylə görüşəndə sənin qədrini bilir" - FOTO
Son zamanlar iddialı açıqlamalar verən müğənni Leyla Nur bu dəfə həmkarları barədə tənqidi fikir səsləndirənlərə qarşı çıxıb.
"Ölkə.Az"ın məlumatına görə, sənətçi bildirib ki, bəzi peşə sahiblərinin beş sevgilisi olduğu halda, onlardan danışan yoxdur:
"Bütün sahələrdə əxlaqlı insanlar da var, əxlaqsızlar da. Sadəcə, biz göz önündə olduğumuz üçün daha çox tənqid olunuruq. Elə həkimlər, müəllimlər var ki, eyni vaxtda beş sevgilisi var. Amma bundan danışan yoxdur. Hamı güdür ki, hansı müğənni kimlə görüşür. Məgər müğənni insan deyil?"Muxalifet - 26-06-2019
Azərbaycanda dənizi işğal edən hansı məmurlardır?
Artıq Xəzər dənizi sahillərində dəniz mövsümü demək olar ki, başlayıb. Havanın isti olması minlərlə insanın yolunu dəniz kənarından salıb. Lakin onlar istirahət etməklə yanaşı xoşagəlməz anlarla da qarşılaşırlar.
Muxalifet - 26-06-2019
ÖGEY QIZ, GİZLİ ŞAHİD, “SİYASİ MÖVQE” İDDİASI: Zamirə Hacıyevanın məhkəməsi - FOTOLAR
Londonda “Westminister Magistrates” məhkəmənin qarşısındaki fotoqraflar ordusunu ötüb içəri keçirəm. Hamısı bugünkü 16 milyonluq “ov”unu gözləyir. Mühafizəni asanlıqla keçirəm.
Muxalifet - 26-06-2019