Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
Masallı sakini tut ağacının üzərində 60-a yaxın gül növü yetişdirib - VİDEO
Masallı sakini tut ağacının üzərində 60-a yaxın gül növü yetişdirib. Muxalifet.az xəbər verir ki, bu gözəlliyi yaradan Masallı rayonunun Xanalyon kənd sakini Əkrəm Cabbarovdur. O, həvəskar bağbandır. Deyir ki, tut ağacı üzərində gül yetişdirmək ideyası onda bir neçə il əvvəl yaranıb və bu fikiri reallaşdırmaq qərarına gəlib. Bunun üçün calaq üsulunu seçib. Diametri 50 santimetr, hündürlüyü 14 metrə yaxın olan ağacın səkkiz metrlik gövdə hissəsində 60-a yaxın gül yetişdirib. Bağban bildirir ki, tut ağacında gül yetişdirmək heç də asan olmayıb. Ağaca üç il müddətində daim qulluq edib.
Muxalifet3 - 24-06-2019
İmamoğlunun qələbəsinə ABŞ-dan reaksiya
Türkiyədəki ABŞ səfirliyi Əkrəm İmamoğlunun qələbəsi ilə bağlı açıqlama yayıb. Muxalifet.az xəbər verir ki, açıqlamada deyilir: "Demokratiyanın təsirli örnəyini ortaya qoyan İstanbul sakinləri ötən gün səs vermək üçün seçki məntəqələrinə getdilər. Avropanın ən böyük şəhəri olan İstanbulu idarə edəcək Əkrəm İmamoğluna ən xoş arzularımızı çatdırırıq". Qeyd edək ki, ötən gün keçirilən İstanbul bələdiyyə başqanı seçkilərində CHP-nin namizədi Ə.İmamoğlu AKP-nin namizədi B.Yıldırıma qalib gəlib.
Muxalifet3 - 24-06-2019
Türkiyə tankları Suriya sərhədinə göndərildi
Türkiyənin hərbi birlikləri Suriya sərhədinə göndərilib. Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Məlumatda hərbi birliklərlə yanaşı, zirehli avtomobil, tanklar və silah-sursatın Hataya göndərildiyi bildirilib. Qeyd edilir ki, sərhəddə xidmət göstərən hərbçilərə dəstək məqsədi ilə proses baş tutub.
Muxalifet3 - 24-06-2019
İŞİD əmri Türkiyədə yaxalandı
Türkiyənin Kayseri şəhərində İŞİD-in Mosul üzrə əmri saxlanılıb. Muxalifet.az xəbər verir ki, Kayseri Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin apardığı əməliyyat nəticəsində 2012-2016-cı illərdə İŞİD-in Mosuldan məsul olan M.S.E adlı şəxs ələ keçirilib. Hadisə ilə bağlı istintaq davam edir.
Muxalifet3 - 24-06-2019
Nüfuzlu rus saytı Azərbaycan xalqından üzr istədi
Cari ilin 23 iyun tarixində “Lenta.ru” saytında dərc olunmuş Azərbaycan haqqında məqalə silinib.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyindən məlumat verilib.
Səfirlik Konstantin Dvoretskinin «Они заводят любовников втайне от мужа и хвастаются подругам» başlıqlı məqaləsi ilə bağlı bildirir ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.Muxalifet3 - 24-06-2019
Azərbaycan Rusiyanın Avropa Şurasına qayıtmasına səs verəcək?
Bu gün Strasburqda AŞPA-nın yay sessiyası açılıb. Sessiyanın əsas mövzularından biri Rusiyanın bu təşkilata qayıtmasıdır.
Ukrayna nümayəndə heyəti üzvlərinin verdiyi məlumata görə, bir sıra ölkələr Rusiyanın qayıtmasını dəstəkləməyə hazırdır, bəziləri isə yox. Ukrayna nümayəndə heyətinin üzvü Leonod Yemetsin dediyinə görə, Assambleyanın reqlament komitəsinin iclasında Rusiyanın “lehinə” Fransa, Almaniya, İtaliya, İslandiya, San-Marino, Türkiyə, Niderland, İsveçrə, Norveç, Monako çıxış edir.
Muxalifet4 - 25-06-2019
"Milli birliyimizi yarada bilmədiyimiz üçün məsuliyyət daşıyırıq" - İNQUŞETİYA PREZİDENTİNDƏN PUTİNƏ MÜRACİƏT
İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov istefa verəcəyini bəyan edib.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Y.Yevkurov bununla bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəyini deyib:
“Mən seçimimi eləmişəm. Bir inquş, vətənpərvər, döyüşlərdə olmuş və vətəninə sədaqət andı içmiş zabit kimi qərar verdim ki, Rusiya prezidenti Vladimir Putinə istefamla bağlı müraciət edim”.
Muxalifet4 - 25-06-2019
Hulusi Akar bir-bir partiya liderlərinin görüşünə getdi - S-400 HAZIRLIĞI
Türkiyənin Müdafiə naziri Hulusi Akar S-400 zenit-raket kompleksinin təslimatı və F-35 qırıcıları ilə bağlı məsələləri müzakirə etmək üçün CHP lideri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Baxçalı və İYİ partiya lideri Maral Akşenerlə görüşüb.
“Anadolu” agentliyi xəbər verir ki, Akarı CHP-nin baş ofisində sədr müavini və partiyanın mətbuat katibi Faiq Öztrak qarşılayıb.
Nazir daha sonra Kılıçdaroğlu ilə mediaya qapalı 1 saat 10 dəqiqəlik görüş keçirib. Binadan ayrılan Akar jurnalistlərin görüşlə bağlı sualına belə cavab verib:
Muxalifet4 - 25-06-2019
“Real” və “Çelsi”nin əfsanələri oynadı, 9 qol vuruldu - VİDEO
İspaniyanın “Real” və İngiltərənin “Çelsi” klublarının keçmiş futbolçuları arasında yoldaşlıq oyunu keçirilib. “Qafqazinfo” xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma “Real”ın 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Muxalifet4 - 25-06-2019
Gürcü deputatlar Moskvaya getməkdən İMTİNA ETDİLƏR
Gürcüstan parlamentində təmsil olunan müxalif Vətənpərvərlər Alyansı Partiyasından olan deputatlar Moskvada iyulun 1-2-də keçiriləcək “Parlamentarizmin inkişafı” mövzusunda beynəlxalq forumda iştirak etməyəcək.
Bu barədə deputat Giorgi Lomaia məlumat verib.
Muxalifet4 - 25-06-2019
Gülnarə Kərimova bir vaxtlar əmr verdiyi Mirzioyevdən ƏFV DİLƏYİR
Özbəkistanın mərhum prezidentinin böyük qızı Gülnarə Karimova prezident Şavkat Mirzioyevə əfv müraciəti edib. Karimova korrupsiya ittihamları ilə həbsdədir.
Qızının iyunun 23-də Instagram-da yerləşdirdiyi bəyanatda Karimova “üzr” istəyir, “yaratmış olduğu hər hansı məyusluğa görə” peşmançılıq bildirir.
Karimova səhhətində yaranmış problemə görə əməliyyata ehtiyacı olduğunu yazır.
Onun iddiasına görə, ona məxsus 1,2 milyard dollarlıq aktiv Özbəkistana qaytarılıb və “indi respublika büdcəsinə fayda verməyə çalışır”.
Muxalifet4 - 25-06-2019
ABŞ mətbuatından Trampa şok: Təmizlənməz bir ləkə!
ABŞ-ın “Vaşinqton Post” qəzeti prezident Donald Trampın Səudiyyə jurnalisti Camal Qaşıqçının öldürülməsindən heç narahat olmadığını ifadə edərək "Əksinə, cənab Tramp Qaşıqçını öldürməsi üçün qrup göndərən kral sarayının imtina edilməz dəstəkçisi oldu" deyə yazıb.
Qəzet "Səudiyyə Ərəbistanı bir jurnalist öldürdü və Tramp buna əhəmiyyət vermir" başlıqlı məqaləsində, Qaşıqçı cinayətindən sonar tutduğu mövqeyinə görə Trampı tənqid edib.Muxalifet3 - 25-06-2019
Makrondan Trampa çağırış: Mövqeyini dəqiqləşdir!
Fransanın prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampa 'Avropaya qarşı mövqeyini dəqiqləşdirmə' çağırışı edib. Makron “New Yorker” jurnalına verdiyi müsahibədə, Avropa Parlamenti seçkilərindən ABŞ prezidenti Tramp ilə əlaqələrinə qədər bir çox mövzuda açıqlama verib. Tramp ilə Avropa Birliyi (AB) əlaqələrində qeyri müəyyənliyin olduğunu vurğulayan Makron, "Xüsusilə, Trampın “Brexit” prosesindəki mövqeyinə baxsanız, çətin olan bir “Brexit”i dəstəklədiyini görəcəksiniz. Məncə, Tramp Avropaya qarşı mövqeyini dəqiqləşdirməlidir" deyə bildrib.
Muxalifet3 - 25-06-2019
Rusiya Dağ Qoşunları Qarabağda... - Müharibə HƏR AN BAŞLAYA BİLƏR
Rusiya mediası iddia edir ki, Dağlıq Qarabağda müharibəyə hazırlıq gedir. Jurnalist Valeri Axrimoviçin müəllifi olduğu məqalədə bildirilir ki, Qarabağ cəbhəsində vəziyyət kəskinləşir. Azərbaycan tərəfi ermənilərin qumbaraatanlarla təxribat törətdiyini deyir, Ermənistan isə bunu təkzib edir. Ermənistan tərəfi iddia edir ki, Azərbaycan vəziyyətdən istifadə edərək, müharibəyə başlamaq istəyir. Müəllif hesab edir ki, Qarabağda müharibə başlayarsa, Rusiyanın seçim problemi yaranacaq. Çünki Azərbaycan və Ermənistanın Rusiyadakı diasporu eyni səviyyədə güclüdür.
Muxalifet - 25-06-2019
Keçmiş nazirin Londona sığınan oğlu radikal dini təriqət üzvü olub - təhlükə
Əvəz Zeynallı: “Azərbaycan hakimiyyəti bu adamların əllərindəki pullardan, dini baxışlarından ciddi narahat olmalıdır” Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. Bu günlərdə isə onun dini baxışları ilə bağlı xəbərlər yayılıb. “Yeni Müsavat”a etibarlı mənbənin verdiyi məlumata görə, Y.Abbasov Londonda radikal dini təriqət üzvü olub. Onun sələfi olduğu haqda məlumatlar dolaşır. Yunis Abbasov uzun illərdir ki, Londonda yaşayır. Özünün açıqlamalarına görə, orada özünə biznes qurub.
Muxalifet - 25-06-2019
'İsrail ilə İranı Suriyada döyüşdürmə səyləri...' – Lavrovdan açıqlama
Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Suriya torpaqlarını İsrail ilə İran arasındakı qarşıdurma sahəsinə çevirmə istiqamətindəki cəhdlər böhranı dərinləşdirir" deyib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoygu, Misir Xarici İşlər naziri Samih Şükrü və Misir Müdafiə naziri Məhəmməd Zeki Başkent Moskvada 2+2 formatında görüşüb.
Görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında, Lavrov Suriya və Bəsrə Körfəzindəki vəziyyətlə əlaqədar açıqlama verib.Muxalifet3 - 25-06-2019
Bakının ildırımsürətli savaş planı: Ermənistanın Gürcüstan yolu təlaşı
Tiflisdəki olaylar səbəbindən işğalçı ölkəni Rusiyaya bağlayan sonuncu əlaqə də kəsilir; Ermənistanın sabiq baş naziri: “Azərbaycan kəşfiyyatı xeyli fəallaşıb, Bakı bizi müharibəyə vadar edəcək!..”
Muxalifet - 25-06-2019
Şirməmməd Hüseynovun dəfn olunacağı yer müəyyənləşdi
Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin (BDU) Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovun dəfn olunacağı yer müəyyənləşib.
“Report”un məlumatına görə, Ş.Hüseynov İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, saat 11:00-dan 13:00-dək Ş.Hüseynovla BDU-da vida mərasimi keçiriləcək.
Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.Muxalifet - 25-06-2019
ABŞ-ın sanksiya həmləsindən sonra İrandan tarixi açıqlama
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Musəvi ABŞ-ın İranın dini lideri Xamneyi və İranın Xarici İşlər naziri Cavad Zərifə yönəlik sanksiyalarının diplomatiya kanalının sonsuza qədər bağlanması mənasını verdiyini söyləyib.
Müxalifət.azMuxalifet3 - 25-06-2019
DAMLANI ƏLƏ SALDILAR: “Bu boyda bədən olar?” – FOTO
Müğənni Damla sosial şəbəkədə idman zalından olan fotolarını paylaşıb.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, lakin onun şəkilləri tənqidlərə məruz qalıb.
Belə ki, istifadəçilər "Bu boyda bədən olar?", "Sən çətin arıqlayarsan", "Makiyajsız heç gözəl deyil", "Omba əməliyyatı olduğunu niyə gizlədirsən?" kimi rəylər yazıb.
Damla yazılan rəylərə əhəmiyyət verməyib. Onun paylaşımına 900-dən çox fikir bildirilib.Muxalifet - 25-06-2019