Axtarış
The search found 105785 results in 0.086 seconds.
Search results
İlham Əliyev onlara general RÜTBƏSİ VERDİ - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Fuad Nadir oğlu Məmmədova
general-mayor Zahid İbrahim oğlu Hüseynova
“general-mayor” hərbi rütbəsi
polkovnik Qədir Əşrəf oğlu Nəsibova
Muxalifet - 24-06-2019
Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi - VİDEO
Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Space TV-də yayımlanan "Olar-olmaz" verlişində məlumat verilib. Araz adlı rəsm müəllimi 3 uşağına alimenti ödəmədiyi üçün dərs dediyi məktəbdən şagirdlərin gözü qarşısından polis bölməsinə aparılıb. Daha sonra məhkəmə qarşısına çıxarılan müəllimə 10 sutka həbs cəzası verilib.Muxalifet - 24-06-2019
ABŞ-dan Əkrəm İmamoğlu açıqlaması
ABŞ-ın Türkiyədəki səfirliyi "Avropanın ən böyük şəhərini idarə edəcək olan Əkrəm İmamoğluna ən yaxşı diləklərimizi ərz edirik edirik" deyə təbrik mesajı göndərib.
Səfiriyin Twitter hesabından edilən açıqlamada, İstanbulluların "seçkidə kütləvi iştirak etməklə demokratiya nümunəsi" göstərdiyi ifadə edilib və İmamoğluna təbrik mesajı verilib.Muxalifet3 - 24-06-2019
Prezident hərbçilərlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
sərəncam imzalayıb.Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
“Azərbaycan Bayrağı” ordeni ilə
Muxalifet - 24-06-2019
“Mübarizə hələ bitməyib” – Gürcüstanın birləşmiş müxalifəti
Gürcüstanın müxalif “Güc birlikdədir” birliyi hakim Gürcü Arzusu Partiyasının 2020-ci ildə parlament seçkilərinin proporsional qaydada keçirilməsi barədə qərarına münasibət bildirib.“Report”un yerli bürosu xəbər verir ki, təşkilatda təmsil olunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze Gürcüstanda müvəqqəti qələbənin əldə olunduğunu bildirib.
Muxalifet - 24-06-2019
Rövnəq Abdullayev Ukrayna Milli Şurasının üzvü oldu - Zelenskidən SƏRƏNCAM
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasının üzvü seçilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.
Şuraya Ukrayna Prezidentinin özü rəhbərlik edəcək. “Xalqın xidmətçisi” partiyasından deputatlığa namizəd, beynəlxalq “Template Monster” IT şirkətinin həmtəsisçisi David Araxamiya Şuranın katibi təyin edilib.
Muxalifet - 24-06-2019
Tiflis nümayişinin nəticəsi: 10 polis işdən çıxarıldı
Tiflisdə iyunun 20-21-də keçirilən etiraz aksiyaları ilə bağlı aparılan araşdırmaların nəticəsində 10 polis əməkdaşı işdən çıxarılıb. Onlardan ikisi cinayət məsuliyyətinə cəlb olunub. Muxalifet.az xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, həmin günlər dinc xarakterli aksiyalarda sonradan zorakılığa yol verilib və polis qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə etməyə məcbur olub.
Muxalifet3 - 24-06-2019
Putin Gürcüstana uçuşları ləğv etdi: İstiqamət Azərbaycana...
Gürcüstana aviareyslər müvəqqəti qadağan olunduğu üçün "Ural hava yolları" şirkəti iyulun 8-dən sonrakı tarixlərə Gürcüstan şəhərlərinə aviabilet alan sərnişinlərə əvvəlcədən planlaşdırılmış tətillərini ləğv etməmək üçün Azərbaycan da daxil olmaqla müxtəlif istiqamətlərə uçuşlar təklif edir. Muxalifet.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Gürcüstana sərnişin təyyarələrinin uçuşunun qadağan edilməsi barədə qərar imzalayıb.
Muxalifet3 - 24-06-2019
DÜNYA ŞOKDA: Rusiyanın tamamilə görünməz və dağıdıcı SİLAHI HAZIRDIR
Rusiyanın yeni istehsal etdiyi "Sosna" zenit raket sisteminin istifadə edilməsi barədə qərar verilib. Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya müdafiə səneysi şirkəti "Rostek" tərəfindən məlumat verilib. Bildirilir ki, zenit raket sisteminin sınağı bu ilin mayında uğurla sınaqdan keçirilib. Sistemlərin orduya təhvil verilməsi 2022-ci ilə planlaşdırılıb. "Sosna" barədə danışan şirkətin rəsmisi Valeri Makeyev raketin tamamilə görünməz və böyük dağıdıcı qüvvəyə malik olduğunu bəyan edib. Raket bütün müharibə şəraitində hava hücumlarına qarşı müdafiəni təmin edir.
Muxalifet3 - 24-06-2019
AŞPA-da təxribat: Munyama erməniləri belə susdurdu
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər Komitəsinin iclası zamanı erməni deputatların təxribatının qarşısı alınıb. Muxalifet.az xəbəb verir ki, Ermənistandan olan deputat Naira Zohrabyan qurumun yay sessiyası çərçivəsində Azərbaycan tərəfini səhv rəqəmlər təqdim etməkdə günahlandırmağa səy göstərib. Ancaq toplantının sədri ermənistanlı deputatı qəzəblənməməyə, təmkinini qorumağa çağırıb. O həmçinin N.Zohrabyanı sual-cavab formatına riaət etməyə dəvət edib.
Muxalifet3 - 24-06-2019
Alaverdyana heç bir şans tanımayan Hüseynov danışdı
İlk görüşüm erməni əsilli İsrail boksçusu ilə oldu. Bir az çətin görüş keçdi. Çünki o, mənim çəki dərəcəmdə ən güclülərdən biridir. Bir az gərgin keçsə də, şükür Allaha, 3:0 hesabı ilə qalib gəldim. Muxalifet.az xəbər verir ki, oxu.az-ın Minskə ezam olunmuş əməkdaşına, bu sözləri boksçumuz Rüfət Hüseynov (-49 kq) deyib. O, dünən II Avropa Oyunlarında İsraili təmsil edən erməni David Alaverdyanı məğlub edərək 1/4 finala adlayıb. İdmançımız qələbəsini atasına həsr etdiyini bildirib: “Bundan sonrakı qələbələrimi şəxsi məşqçim olan atama həsr edirəm.
Muxalifet3 - 24-06-2019
SON DƏQİQƏ: Şirməmməd Hüseynov vəfat etdi
Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov vəfat edib. Muxalifet.az xəbər verir ki, bu barədə report məlumat yayıb.
Muxalifet3 - 24-06-2019
Almaniyadan İstanbuldakı seçkilərə - Münasibət
İstanbuldakı bələdiyyə seçkilərinin nəticələrini məmnuniyyətlə qarşılayırıq. Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert çıxış edib. Zaybert nəticələrin şübhəli olmadığını, seçkinin sakit bir məcrada keçdiyini və seçici aktivliyinin yüksək olduğunu söyləyib. O, nəticənin Türkiyə üçün yaxşıya doğru bir işarət olduğunu vurğulayıb. Qeyd edək ki, bu gün İstanbul bələdiyyə seçkilərində CHP-nin namizədi Ə.İmamoğlu AKP-nin namizədi B.Yıldırıma qalib gəlib.
Muxalifet3 - 24-06-2019
Trampdan şok qərar: Xamenei hədəfdə...
İranın Ali dini lideri Ayətullah Xameneiyə qarşı sanksiya tətbiq edilməsi barədə qərar vermişik. Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. Tramp sanksiyanın ABŞ-ın vurulan PUA-sı ilə bağlı olduğunu deyib. Bundan əlavə, Tramp daha öncə təkrar etdiyi kimi, İranla müharibə istəmədiklərini, əksinə anlaşmanı üstün tutduqlarını vurğulayıb.
Muxalifet3 - 24-06-2019
Aleksandr Səmədov Azərbaycanda oynayacaq?
"Krılya Sovetov"dan ayrılan Aleksandr Səmədov karyerasını ölkəmizdə davam etdirə bilər. Muxalifet.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "azerisport"a açıqlamasında Azərbaycandan təklif aldığını təsdiqləyib. Ancaq o, hələlik son qərarını vermədiyini söyləyib: "Klubun adını çəkməyəcəyəm. Çünki indiki mərhələdə bunu demək qeyri-etik olar. Amma mənim həqiqətən belə bir variantım var. Hazırda Azərbaycan klubundan aldığım təklifi düşünürəm. Açığı, hələlik hər hansı qərar qəbul etməmişəm.
Muxalifet3 - 24-06-2019
ABŞ-la İran arasındakı məsələnin yeganə yolu... - Lavrov
ABŞ-ın İranı təcrid etməyə yönəlmiş siyasəti dağıdıcıdır. Yeganə həll yolu dialoqdur. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib. "İran məsələsinin yalnız Suriyadakı vəziyyət baxımından deyil, bölgədəki vəziyyət baxımından və daha da əhəmiyyətlisi coğrafi miqyasda ABŞ və İsraili narahat etdiyi düşüncəsindəyik", - Lavrov söyləyib.
Muxalifet3 - 24-06-2019
Dərnəgül yolunda qəza: Böyük tıxac yarandı
Ziya Bünyadov prospektində metronun Koroğlu stansiyasına yaxın hissədə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qəza səbəbindən hazırda Böyük Şor qovşağından 20 Yanvar dairəsi istiqamətində tıxac yaranıb.
Muxalifet3 - 24-06-2019
Tiflisdə aksiya yenidən başladı: Tələb eynidir...
Gürcüstanın paytaxtı Tiflisdə müxalifətin kütləvi etiraz aksiyası iyunun 24-də yenidən başlayıb. Muxalifet.az xəbər verir ki, bu gün günorta saatlarında Birinci Respublika Meydanından başlayan yürüş-mitinq Daxili İşlər Nazirliyinin binası qarşısında başa çatıb. Müxalifət liderləri tələbləri tam yerinə yetirilənədək etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər. Aksiya parlamentin binası qarşısında saat 19:00-da yenidən başlayıb. Mitinqdə yüzlərlə insan iştirak edib.
Muxalifet3 - 24-06-2019
Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi - Xəsarət alan var
Bu gün günorta saatlarında Şəkinin Aydınbulaq kəndi ərazisində taxıl sahələrində güclü yanğın baş verib. Muxalifet.az xəbər verir ki, sahələrdə başlayan yanğın daha sonra yaxınlıqda olan 3 evə keçib. Yanğın zamanı 33 yaşlı kənd sakini Tural Nəmişov yanıq xəsarətləri alaraq, Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Şəki, Yevlax və Oğuz rayonlarından ümumilikdə 5 yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib. Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 24-06-2019
Şirməmməd Hüseynovla vida mərasimi keçiriləcək
Sabah, iyunun 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüsenovla vida mərasimi keçiriləcək. Muxalifet.az xəbər verir ki, bu barədə report -a Ş.Hüseynovun nəvəsi Toğrul Əliyev məlumat verib. Onun sözlərinə görə, mərasim sabah saat 11:00-da başlayacaq və iki saat davam edəcək. “Şirməmməd Hüseynovun dəfn olunacağı yer barədə hələlik məlumat yoxdur, bununla bağlı dəqiqləşdirilmə aparılır.
Muxalifet3 - 24-06-2019