Axtarış
The search found 105785 results in 0.084 seconds.
Search results
Bakıda tələbə qızın dəhşətli ölümü ilə bağlı YENİ XƏBƏR - FOTO
Bakıda plastik əməliyyat zamanı gənc qızın ölümü ilə bağlı açılan cinayət işi əsasında məhkəmə tərəfindən məhkum edilən iş adamı Cəbrayıl Sultanov və cərrah Sənan Mehdiyev Ali Məhkəməyə müraciət edib.
Muxalifet.az News24.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci, yəni, səhlənkarlıq – ölümlə nəticələndikdə maddəsi ilə məhkum edilmiş şəxslər barələrindəki işin yenidən araşdırılmasını və onlara bəraət verilməsini xahiş edib. İş Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.Muxalifet - 24-06-2019
“Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı
“Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar. Bu haqda “Yeni Sabah”a məlumat verən iş adamlarından biri deyib ki, etiraza səbəb vergi ilə bağlıdır. O, qeyd edib ki, vergi orqanları bir neçə gündür mağazaları yoxlayır və bütün əmlakı qeydiyyata alırlar. Qeydiyyata aldıqlarına görə də indiki pulun yox, yeni gələcək malın vergisini istəyirlər: “Yəni əgər keçən ay 10 min manat malın vardısa 1 aydan sonra gəlib yoxlayırlar 11 min manat pul olacaqsa, o zaman min manatın vergisini verməlisən. Sahibkarlar da buna görə narazılıq edir.
Muxalifet - 24-06-2019
Sumqayıtda avtomobil dayanacaqında QORXUNC HADİSƏ: Piyadanın üstünə aşdı
Sumqayıtda ağır yol qəzası baş verib.
Hadisə Sumqayıt Su Elektrik Stansiyasının yaxınlığında baş verib.
Şəhər sakini Abdulov Müşfiq Eynulla oğlu idarə etdiyi 90 BJ 541 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib.
Hadisə nəticəsində avtomobil yolun kənarındakı dayanacaqda dayanan piyada, 1989-cu il təvəllüdlü Əliyev Elnur Elman oğlunun üzərinə aşıb. Avtomobilin altında qalan E.Əliyev hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb. /Trend
Muxalifet - 24-06-2019
Dünya mediası İmamoğlunun əzici qələbəsini müzakirə edir - “ƏRDOĞANIN SİYASİ KARYERASI BOYU ƏN AĞIR MƏĞLUBİYYƏTİDİR...”
İstanbul seçki komissiyası bu şəhərdə dünən keçirilən təkrar bələdiyyə başqanı seçkilərinin rəsmi olmayan yekun nəticələrini açıqlayıb. Bu nəticələrə əsasən 9 milyona yaxın seçicinin səs verdiyi seçkilərdə CHP-İYİ partiya ittifaqının namizədi Əkrəm İmamoğlu 4 milyon 742 minə yaxın səs alıb. Onun əsas rəqibi Binəli Yıldırımdan 806 min 415 səs çox topladığı açıqlanıb. 178 minə yaxın səs etibarsız hesab edilib. Əkrəm İmamoğlunun təkrar seçkilərdə AKP-MHP ittifaqının namizədini bu cür əzici üstünlüklə məğlub etməsi beynəlxalq mediada geniş rezonans yaradıb.
Muxalifet - 24-06-2019
S-400-lər Türkiyə üçün seçim deyil, suverenlik problemidir
Türkiyənin Vəkillər Birliyinin rəhbəri Mətin Feyzioğlunun moderatorluğu ilə reallaşdırılan "Xüsusi Gündəm" canlı veriliş proqramında, Maltəpə Universitetinin müəllim professor Həsən Ünal, Üfüq Universitetinin müəllimi professor Sencer İmer, təqaüdçü general Nejat Eslen və təqaüdçü admiral Əli Dəniz Kutluk "S-400 havadan müdafiə sistemləri" və "Şərqi Aralıq dənizindəki təbii qaynaqların çıxarılması"nın da aralarında olduğu, Türkiyənin gündəmində olan mövzuları müzakirə edib.
Muxalifet3 - 24-06-2019
Ali Seçki Komissiyası SON NƏTİCƏNİ açıqladı
Türkiyə Ali Seçki Komissiyası 23 iyunda İstanbulda keçirilən bələdiyyə seçkilərinin rəsmi olmayan nəticələrini açıqlayıb.
Publika.az xəbər verir ki, CHP namizədi Əkrəm İmamoğlu 4 milyon 741 min 868, AKP namizədi Binəli Yıldırım isə 3 milyon 935 min 453 səs toplayıb.
Hesabata görə, seçkilərdə 10 milyon 570 min 354 seçicinin 8 milyon 925 min 63-ü səsvermə hüququndan istifadə edib. Səslərin 178 nin 599-u isə hesablanmayıb.Muxalifet - 24-06-2019
Silah-sursat anbarında partlayış oldu - Şəhər əhalisi təxliyə edildi
Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah-sursat anbarında partlayış baş verib.
Muxalifet.az xarici mətbuata istinadən bildirir ki, iyunun 24-də səhər saatlarında meydana gələn hadisə ilə əlaqədar şəhər əhalisi təxliyə edilib.
Hərbi hissə yaşayış binalarına yaxın ərazidə yerləşir. Hərbi hissədən yayılan partlayış səsləri sakinlər arasında vahimə yaradıb.Muxalifet - 24-06-2019
Bakıda toydan sonra BƏYLƏ GƏLİN EVİ ARASINDA DAVA - Qadınlar ayırmağa çalışdı - VİDEO
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən restoranlardan birində baş tutan toydan sonra bəylə gəlin evi arasında dava düşüb.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, zalda başlayan mübahisə restoranın həyətində kütləvi davaya çevrilib.
Həmin şəxslərin içkili olduğu güman edilir.
Bu da toydan sonra dava:
Muxalifet - 24-06-2019
Artur Rasizadə son nazir təyinatlarından DANIŞDI: Mədət Quliyev və Ramil Usubov...
"Cənab Prezidentin son təyinatlarını çox yüksək qiymətləndirirəm. Çünki təyin olunan şəxslər həmişə işlərinin öhdəsindən layiqincə gəlməyi bacarıblar".
Muxalifet.az-ın məlumatına görə, bunu modern.az saytına açıqlamasında eks-Baş nazir Artur Rasizadə Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamlar və nazir təyinatları ilə bağlı danışarkən deyib.
Keçmiş Baş nazirin sözlərinə görə, nazir postlarına təyin olunan şəxslər öz sahələri üzrə çox peşəkardırlar:Muxalifet - 24-06-2019
HDP BAYRAM EDİR! - Həmsədr Temelli: “İstanbulda seçkilərin nəticəsini biz müəyyənləşdirdik” - VİDEO
Türkiyədə PKK tərəfdarlığı ilə tanınan HDP partiyasının həmsədri Sezai Temelli, İstanbulun bələdiyyə başçısı seçilən CHP namizədi Əkrəm İmamoğlunu təbrik edərək deyib: “Bu seçkilərdə iştirak eləmiş 16 milyon istanbulluya təşəkkür edirəm. HDP seçicisinə, kürd xalqına bir daha təşəkkür edirəm”. Temelli dünənki çıxışında deyib: “İstanbulda seçkilərin nəticəsini müəyyənləşdirən HDP-nin yanaşması oldu”.
Muxalifet - 24-06-2019
Kaş Tiflisi Türkiyənin əlindən almazdıq - Jirinovskidən ŞOK AÇIQLAMA
Vətəndaşlığını dəyişmək istəyən bütün Gürcüstan vətəndaşlarına Rusiya pasportları vermək lazımdır. Bunu “İReactor” portalına açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. “Niyə biz Gürcüstana pul xərcləməliyik? Kim özünü Rusiyaya münasibətdə belə aparır? Bəli, bu fəaliyyətin drijorları xaricdə ola bilər, amma hücumları Gürcüstanın sıravi vətəndaşları həyata keçirir. Moskva və Tiflis münasibətlərində problemlər I Pavelin səhvlərinin nəticəsidir.
Muxalifet - 24-06-2019
İşığa qoyulan limit bu yay artırıla bilər
İki ay öncə dövlət başçısının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırıldı. Əhalinin qış aylarında təbii qaza tələbatının yüksək olması və bu səbəbdən illik limitin keçilməsi ilə bağlı kommunal xərclərinin artmasını nəzərə alan hökumət bu addımı atdı.
Muxalifet - 24-06-2019
Qazaxıstanda hərbi anbarda dəhşətli partlayış
Qazaxıstanda orduya aid bir anbarda ard arda partlayış meydana gəlib və partlayışdan sonra yanğın baş verib.
Partlayışlar Qazaxıstanın Türkistan bölgəsində olan Arys şəhərində orduya aid bir anbarda meydana gəlib. Ard arda partlayış səslərini eşidən bölgə sakinlərinin xəbərindən sonra bölgəyə çox sayda xilasetmə və təcili yardım qrupu sövq edilib. Partlayışların baş vermə səbəbi hələlik müəyyən olunmayıb. Partlayışdan sonra sonar baş verən yanğına xilasetmə qruplarının müdaxiləsi davam edir.
Müxalifət.azMuxalifet3 - 24-06-2019
"Övlad sahibi olmaq üçün ailə olmasa da olar" - Xəyalə Manaflı - VİDEO
ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı ifaçı Xəyalə Manaflı olub. Müğənni ağır depressiya yaşadığı zamanlardan danışıb: “Həmin dönəmdə üst-üstə gələn çox şeylər oldu. Çəkim 42 kiloqrama qədər düşmüşdü. Bütün günü evdə, yeyib-içmirdim, həyata marağım itdi. Hər kəsdən uzaqlaşdım. Burada həm şəxsi, həm sənət məsələsi var idi. Dostlardan riyakarlıq gördüm, tanıdığım və tanıdığımı zənn etdiyim insanlardan zərbələr aldım. Bütün bunlar 1 ilin içərisində baş verdi. Bu hal 2 il davam etdi. Ailəm də mənimlə bərabər dərin depressiyada idi. Toyum olacaqdı, bütün Azərbaycanın gözü bizdə idi.
Muxalifet - 24-06-2019
Avtomobillərin icbari sığortası ilə bağlı ödənişin maksimal həddi artırıla bilər
Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı zərərçəkmişlərə ödənilən sığorta pulunun maksimal həddi artırıla bilər. Bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə İSB-nin və Maliyyə Bazarlarına Nəzarət Palatasının informasiya sistemində olan məlumatlar cəmləşdirilir və aktuari heyəti tərəfindən qiymətləndirmələr aparılır. “Bu qiymətləndirmələr əsasında hesabat hazırlanaraq Palataya təqdim olunacaq. Ödənişin maksumal həddi aktualdır. Çünki, son dəyişiklikdən 8 il keçib.
Muxalifet - 24-06-2019
Arvadını it zəncirinə bağladı, 20 günlük körpəsi ilə döyə-döyə öldürdü – Təfərrüat
Daşkəsən rayonunda arvadını və 20 günlük körpəsinin xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1979-ci il təvəllüdlü 39 yaşlı Raqif Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Raqif Ələkbərov 20 iyun 2017-ci il tarixdə, axşam saatlarında yaşadığı Daşkəsən rayonunun Şahvələdli kəndindəki evində spirtli içki qəbul edib.Muxalifet - 24-06-2019
Göyçaylı sahibkardan prezidentə MÜRACİƏT – “Hakimi İbrahim Fəttahov məhkəməyə təqdim etdiyim subutları və faktları araşdırmadan, iddiamı təmin etmədi”
Göyçay rayon Bığır kənd sakini Mayılov Çingiz Sabir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır: “Cənab Prezident! Mətbuat vasitəsi ilə sizə müraciət edərək bildirirəm ki, Göyçay şəhər sakini Beydullayeva Sona Vahid qızı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı ərizəsində mənim haqqımda böhtan və yalan məlumatlar yaymışdır.
Muxalifet4 - 24-06-2019
120 kiloqramlıq azərbaycanlının davada ölməsinə görə millətlərarası münaqişə? - MƏSƏLƏYƏ BAŞ KONSUL VƏ DİASPOR LİDERİ DƏ MÜDAXİLƏ EDİB...
Rusiyanın Sverdlovsk vilayətinin Nijnıy Serqı şəhərində, gecə klublarından birinin qarşısında iyunun 22-də baş vermiş davada ölən azərbaycanlıya görə millətlərarası münaqişə riski yaranıb.
Virtualaz.org xəbər verir ki, bu münaqişədən kriminal aləmin region üzrə “smotryaşisi” Vaqif Güləhməd oğlu Sultanovun (“Vaqif Kamışlovski”) yerini tutmaq cəhdləri üçün istifadə oluna bilər.
Muxalifet - 24-06-2019
“Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib” - Gürcüstanın baş naziri
"Gürcüstanın hakim partiyasının sədri Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib”. Muxalifet.az xəbər verir ki, bunu ölkənin baş naziri Mamuka Baxtadze bildirib. Onun sözlərinə görə, 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi barədə qərar ətraflı müzakirə olunub və komanda bu qərarı yekdilliklə dəstəkləyib. Baş nazir bildirib ki, hakim partiyanın təşəbbüsü ilə proporsional seçki sisteminə 2024-cü ildən etibarən keçmək nəzərdə tutulurdu: “Bu məsələ ilə bağlı qərara dəyişiklik edildi.
Muxalifet4 - 24-06-2019
Zabit Səmədov prezidentlə döyüşdü - VİDEO
Azərbaycanlı K-1 ustası Zabit Səmədov “İnstagram” hesabında Çeçenistan prezidenti Ramzan Kadırovla maraqlı görüntülərini paylaşıb. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, videoda hazırda 2-ci Avropa oyunlarında fəxri qonaq olan Səmədovun Kadırovla məşq xarakterli döyüş keçirdiyi görünür. İdmançımız görüş haqqında fikirlərini bölüşüb: “Səninlə hər görüşdən sonra enerji yığıram. Tezliklə “Axmat” klubunun bayrağı altında döyüş hazırlıqlarına başlayacam”.
Muxalifet4 - 24-06-2019