Axtarış

The search found 105785 results in 0.023 seconds.

Search results

  1. Seçkidə səs verən Sezen Aksudan maraqlı hərəkət - FOTO

    Bu gün Türkiyənin ən böyük şəhəri olan İstanbulda təkrar bələdiyyə seçkiləri keçirilir.

    Publika.az xəbər verir ki, səsvermədə tanınmış şəxslər də iştirak edir. Belə ki, İstanbulun Beykoz adlanan ərazisində Türkiyənin məşhur bəstəkar-müğənnisi Sezen Aksu səs verib. O, bülleteni seçki qutusuna atandan sonra müxbirlərin fotoqrafa poz verməsi xahişini yerə salıb. "Bu işləri buraxmışam", deyən Sezen Aksu müxbirlərlə zarafatlaşaraq məntəqəni tərk edib.

    Qeyd edək ki, Sezen Aksu Türkiyənin əsas müxalifət partiyası olan CHP-nin tərəfdarlarındandır.

    Muxalifet4 - 23-06-2019

  2. Bakının mərkəzində avtomobil yandı - FOTO

    Bu gün Bakı şəhər Yasamal rayonu ərazisində, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində - üzü şəhər istiqamətində "KİA" markalı minik avtomobili yanıb.

    Hadisə yerinə yanğınsöndürmə briqadası gəlib və maşının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səbəbindəndə yolda nisbətən sıxlıq yaranıb.

    Muxalifet4 - 23-06-2019

  3. BMT Baş katibinin müavini “ASAN xidmət”də olub - FOTO

    Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin iyunun 24-dən 26-dək Azərbaycanda təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdədir. Qonaq iyunun 23-də “ASAN xidmət” mərkəzi ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib.

    Muxalifet4 - 23-06-2019

  4. “ƏVƏZSİZ, MÖHTƏŞƏM BİR XANIM İDİ…” – Novella Cəfəroğlu Elçibəyin xanımı haqda

    Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, ölkəmizin ən təcrübəli hüquq müdafiəçisi Novella Cəfəroğlu eks-prezident Əbülfəz Elçibəyin ailəsi, bügünlərdə vəfat edən xanımı Həlimə Əliyeva ilə bağlı xatirələrini “AzPolitika.info”-ya danışıb.

    Elçibəy ailəsinin yaxın dostu olmuş Novella xanımla müsahibəni təqdim edirik:

    Muxalifet4 - 23-06-2019

  5. Bu gün Tiflisdə etiraz aksiyası davam etdiriləcək - TƏLƏBLƏR YERİNƏ YETİRİLMƏSƏ...

    Tbilisidə etirazçıların tələblərinin yerinə yetirilməsi üçün hökumətə verilən vaxt başa çatıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, tələblərin heç biri yerinə yetirilmədiyindən saat 19:00-da parlamentin binası qarşısında yenidən etiraz aksiyası keçiriləcək. Aksiyanın tələbləri daxili işlər naziri Giorgi Qaxarianın istefası, iyunun 20-də Tbilisidə keçirilən kütləvi aksiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılması və proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsindən ibarətdir.

    Muxalifet4 - 23-06-2019

  6. İmamoğlu da səsini verdi - VİDEO

    CHP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu həyat yoldaşı Dilək İmamoğlu ilə birlikdə səs verib.

    “Haberler”in məlumatına görə, Bəylikdüzündə Haldur Taner adına məktəbdə 1382 nömrəli sandıqda səs verən İmamoğlunun səsvermədən sonrakı açıqlaması:

    “Xalqımız bu gün ən doğru qərarını verəcək. Şəhərimizə və ölkəmizə xeyirli olsun. Günün sonunda hər şey çox gözəl olacaq. Hamı haqqını halal etsin, ancaq bundan sonra eyni xətaları təkrarlamayaq. Çox gözəl nəticə gözləyirəm”./qafqazinfo

    Muxalifet4 - 23-06-2019

  7. Prezident tıxacda qaldı, səsverməyə gözlənilən vaxtda çatmadı... - VİDEO, FOTO

    Prezident Rəcəb Tayyib Ərdoğan da səsvermə hüququndan istifadə edib.

    Türkiyə KİV-ləri xəbər verir ki, prezident İstanbul bələdiyyə sədri seçkilərində səsini Üsküdarda verib. Ərdoğan səsvermədən sonra ilk açıqlamasında bunları deyib:

    “Bu gün İstanbulumuzda bu seçkini reallaşdırırıq. Təmənnam odur ki, İstanbulun gələcəyinə dinamizm və Ankara-İstanbul bütövləşməsi ilə bir dönəmin gətirilməsi faydalı olacaq. Bu baxımdan seçicilər İstanbulla bağlı ən doğru qərarı verəcək. Hamımıza xeyirli olsun”.

    Muxalifet4 - 23-06-2019

  8. Vətənə xəyanətdə ittiham olunan daha bir zabit bəraət aldı - İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLDÜYÜ İDDİA OLUNURDU... / FOTOLAR

    Casus kimi tutularaq istintaq altında müəmmalı şəkildə ölən Azərbaycan ordusunun zabitlərindən biri, peşəkar tankçı, leytenant Elçin Mirzəliyev prokurorluq tərəfindən günahsız olduğu bildirilib. Bu haqda öldürülən hərbçinin həyat yoldaşı Günay Mirzəliyeva açıqlamasında bildirib. Onun sözlərinə görə, Elçin Mirzəyev 2016-cı ildə aprel döyüşləri zamanı yaralanıb. “Onu hərbi hospitala aparmaq istəsələr də, getməyib və döyüşü davam etdirib. Ondan sonra onun fədəkarlığı və vətənpərvərliyini yüksək qiymətləndirən rəhbərlik Elçini Bakıya kursa göndərir və rütbəsini artırırlar.

    Muxalifet4 - 23-06-2019

  9. “Tramp mənə təcavüz etdi” - 75 yaşlı jurnalist

    ABŞ prezidenti Donald Trampı seksual təcavüzdə ittiham edənlərin sırasına biri də əlavə olunub.

    Virtualaz.org xəbər verir ki, “Elle” jurnalında köşə yazarı olan 75 yaşlı Ceyn Karrol (E.Jean Carrol) Donald Trampın  1995, yaxud 1996-cı ildə ona Manhettendə təcavüz ediyini bildirir. Karrolun iddiasına görə bu əhvalat mağazada baş verib.

    Muxalifet4 - 23-06-2019

  10. Azərbaycanlı idmançıdan MÖHTƏŞƏM QƏLƏBƏ - Rüstəm Orucov erməniyə qalib gəldi

    Azərbaycan cüdoçusu Rüstəm Orucov ikinci Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb.

    Muxalifet.az azərtac-a istinadən bildirir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda Ermənistan idmançısı Ferdinand Karapetyanı mübarizədən kənarlaşdırıb.

    Muxalifet4 - 23-06-2019

  11. Gülnarə Kərimova Özbəkistana 1.2 milyard qaytardı

    Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın aktivlərindən 1.2 milyard dollar dövlətə qaytarılıb.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kərimovanın qızı İnstaqram hesabında yazıb.

    İnstaqram hesabında həmçinin Kərimovanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladığı da qeyd edilib.

    Qeyd edək ki, Gülnarə Kərimova hazırda həbsdədir.

    Muxalifet4 - 23-06-2019

  12. 23 yaşında ölən oğlanın orqanları xəstələrə köçürüləcək – VƏSİYYƏT EDİB

    Türkiyədə 23 yaşında vəfat edən gəncin orqanları ehtiyacı olan xəstələrə köçürüləcək.

    Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, Bursanın Yenişehir qəsəbəsində baş ağrıları diaqnozu ilə xəstəxanaya yerləşdirilən Ahmet Çavdarın beyninə qan sızdığı üzçə çıxıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Gənc oğlan xəstəxanada olarkən valideynlərinə ölərsə, orqanlrının bağışlanmasını vəsiyyət edib.

    Muxalifet4 - 23-06-2019

  13. İstanbul seçkilərində möhür qalmaqalı - YSK iclasa hazırlaşır

    İstanbul bələdiyyə seçkilərinin səsverməsi zamanı möhür qalmaqalı yaşanıb.

    “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, zərflərin üzərindəki möhürün millət vəkili seçkilərində istifadə edilən möhür olması CHP-li Mahmut Tanalın diqqətindən yayınmayıb. Sosial şəbəkədə zərflərin fotosu paylaşıldıqdan sonra CHP İstanbul Hüquq Komissiyası məsələ ilə bağlı Ali Seçki Komissiyasına (YSK) müraciət edib. YSK üzərində millət vəkili seçkilərində istifadə edilən möhürlü zərflərdəki səslərin də nəzərə alınacağını bildirib.

    Muxalifet4 - 23-06-2019

  14. "Hər şey gözəl olacaq" - ABDULLA GÜL İMAMOĞLUNUN SEÇKİ ŞÜARINI SƏSLƏNDİRDİ

    Türkiyənin 11-ci prezidenti Abdullah Gül də İstanbul bələdiyyə sədri seçkilərində səs verib.

    Türkiyə KİV-ləri xəbər verir ki, xanımı Hayrünnisa Güllə Çibikluda 1145 nömrəli sandıqda səs verən Gülün ilk açıqlaması belə olub:

    “Vətəndaşlıq vəzifəmizi yerinə yetirib səsimizi verdik. İnşallah, Türkiyə üçün xeyirlisi olar. Qarşımızda 4 il yarım qədər uzun bir yol var. İnşallah, hər şey gözəl olacaq, yaxşı olacaq”.

    Muxalifet4 - 23-06-2019

  15. “Megafun”da partlayış belə baş verib - VİDEO

    Xətai rayonunda yerləşən “Megafun” əyləncə mərkəzində dünən baş vermiş partlayışın görüntüsü yayılıb.

    Muxalifet4 - 23-06-2019

  16. “The New York Times”ın xəbəri İranda qorxu yaradıb - “Müharibə çıxış yolu deyil”

    ABŞ prezidenti Donald Tramp yaşanan gərginlikdən sonra İrana hücum əmri verib, lakin bir müddət sonra əmri ləğv edib.

    “The New York Times” nəşrinin bu xəbəri İranda qorxu və məyusluq yaradıb. 

    “AFP”-ın (Agence France-Presse) Tehrandan yaydığı xəbərdə belə deyilir. Paytaxtın Kərim Xan küçəsində insanlarla söhbət edən agentliyin əməkdaşı yazır ki, Mehrad Farzaneqan deyir ki, nə baş verdiyini biz heç cür anlaya bilmirik. Sanksiyalar getdikcə sərtləşir, vəziyyətimiz də buna müvafiq olaraq ağırlaşır. 

    Muxalifet4 - 23-06-2019

  17. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərdə səsvermə başa çatıb -YENİLƏNİB

    İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərdə səsvermə başa çatıb.

    APA-nın xəbərinə görə, İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə əsas namizədlər Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımdır.

    Səsvermə yerli vaxtla saat 08.00-17.00 (Bakı vaxtı ilə 09.00-18.00) arasında olub.

    Muxalifet4 - 23-06-2019

  18. "Belə hekayələr uyduranlara yazıqlar olsun" - Tramp təcavüz ittihamlarını rədd etdi

    Amerika prezidenti Donald Tramp ona qarşı yönəldilən yeni təcavüz iddiasını rədd edib. Ceyn Karrol adlı bir qadın cümə günü “New York” jurnalına yazdığı məqalədə ABŞ prezidenti Donald Trampın 1990-cı ilin ortasında ona təcavüz etdiyini bildirmişdi. 

    Karrol o dönəmdə dostlarının “məhkəməni uda bilməzsən” xəbərdarlığına görə, Tramp haqqında şikayətçi olmadığını dedi. Bu günə qədər 10-dan artıq qadın D.Tramp tərəfindən cinsi istismara uğradığını açıqlayıb. Tramp isə bu ittihamları rədd etdi. 

    Muxalifet4 - 23-06-2019

  19. Şıxov çimərliyində 17 və 18 yaşlı iki gənc boğulub - YENİLƏNİB

    Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

    Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxslərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    ***

    Bu gün Bakıda Şıx çimərliyində 17 və 18 yaşlı iki gənc boğulub.

    Muxalifet4 - 23-06-2019

  20. Azərbaycanlı model Əkrəm İmamoğluna səs verdiyini belə göstərdi – FOTOLAR

    Türkiyə vətəndaşı olan azərbaycanlı model Günay Musayeva da İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsi üçün təkrar keçirilən seçkilərdə səs verib. Musavat.com xəbər verir ki, o səsvermə zamanı çəkilən fotosunu sosial şəbəkədə paylaşıb. Günay fotonun üzərinə Əkrəm İmamoğluna dəstək olanların şüarı olan “Hər şey gözəl olacaq” sözlərini yazıb. Qeyd edək ki, Günay may ayında baş tutan modelyer Yıldırım Mayrukun dəfiləsində digər modellərlə birlikdə podiumda üzərində “Hər şey gğzəl olacaq” yazılan pankart daşımışdı.

    Muxalifet4 - 23-06-2019

Pages