Axtarış
The search found 105785 results in 0.097 seconds.
Search results
Qondarma Dağlıq Qarabağda hərbi xunta rejiminin ÇÖKÜŞÜ
1991-ci ildən Azərbaycan Respublikasının ərazisində qondarma “Dağlıq Qarabağ rejimi” adlı etnik separatçı siyasət yürüdən hərbi xuntanın son həftə ərzində iflasa uğraması prosesinə başlanılıb. Bölgədəki prosesləri müşahidə edən analitiklərin fikrincə 2018-ci ilin aprel ayında Ermənistanda 1998-2018-ci illərdə hakimiyyətdə olmuş hərbi xuntanın çöküşündən sonra, Robert Köçəryan və Serj Sərkisyanın tərəfdarlarının tamamilə iflasa uğramasının ardında indi də bu proses Dağlıq Qarabağda davam etməsi gözlənilən bir sıra nəticələrə gətirib çıxarmaqdadır.
Muxalifet4 - 22-06-2019
İran şirkəti Qarabağda Şuşa məscidini bərpa edir - FOTO
İran şirkəti Şuşada yerləşən Yuxarı Gövhar Ağa məscidini bərpa edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, intensiv davam edən işlərin ilin sonuna qədər bitəcəyi gözlənilir. Ermənistan tərəfinin razılığı ilə layihəni İran memarlıq şirkəti "PartSaman Jahan" və iranlı mütəxəssislər yerinə yetirirlər. Yuxarı Gövhar Ağa şəhərinin mərkəzi meydanında yerləşən və Şuşada tikilmiş ən qədim məsciddir. Xatırladaq 1883-1885-ci illərdə tikilmiş məscidin memarı Kərbalayi Səfixan Qarabağidir.
Muxalifet4 - 22-06-2019
“Yaralı terrorçunu boğaraq öldürüb” – ABŞ-lı hərbi həkimdən etiraf
İraqda yaralı bir İŞİD terrorçusunu öldürməklə ittiham olunan Xüsusi Əməliyyatlar komandirinin ABŞ-da baxılan məhkəmə iddiasında şahid olaraq ifadə verən Corey Scott terrorçunu onun boğaraq öldürdüyünü etiraf edib.
Muxalifet3 - 22-06-2019
Bakı metrosunda sərnişinlərin həyatına biganəlik...
“Uzun müddətdir ki, metro parklarının yenilənməsi ilə bağlı hər hansı bir informasiya yoxdur”
Bakı metrosunda problemlər səngimir. Redaksiyamıza şikayət edən sərnişinlər bildirirlər ki, qatarlarda tez-tez müxtəlif problemlərlə üzləşirlər. Xüsusilə də qatarların qapının bağlanmaması problemi həll olunmamış qalır.
Muxalifet4 - 22-06-2019
Putin Gürcüstanı “boğmağa” başladı - "Mən rusları tanıyıram, Azərbaycan üzərindən gələcəklər..."
Xəbər verildiyi kimi, ötən gün Rusiya prezidenti Vladimir Putin Gürcüstanda baş verən son hadisələri Təhlükəsizlik Şurasının iclasında müzkirə edib. Müzakirələrin ardınca Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarının iyulun 8-dən etibarən dayandırılması haqda sərəncam verib. Bu qərar “Rusiyanın milli təhlükəsizliyinin təmin edilməsi, Rusiya vətəndaşlarının cinayətkar və digər qanunsuz hərəkətlərdən qorunması zərurəti” ilə əsaslandırılır.
Muxalifet4 - 22-06-2019
Son dəqiqə... ABŞ-da təyyarə düşdü: 9 ölü
ABŞ-ın Havay əyalətində Oahu Adasında meydana gələn təyyarə qəzasında 9 adamın həyatını itirdiyi bildirilib. Məlumata görə, “Beechcraft King Air” model iki pərvanəli təyyarənin Şimal Sahili bölgəsindəki “Dillingham” aerodromunun yaxınlığında düşüb, qəzada təyyarədə olan 9 adam həyatını itirib. Qəzadan sonra aerodromun yanındakı quru yolu bağlanılıb. Müxalifət.az
Muxalifet3 - 22-06-2019
Fransa yığmasının azərbaycanlı boksçusu: "Vətənim üçün döyüşməkdən fəxr duyaram"
“Yarışda ilk döyüşüm olduğu üçün çətin alındı. Hər kəs məndən nəticə gözlədiyinə görə bir qədər həyəcan var idi”.
Bunu Fransa yığmasının heyətində II Avropa Oyunlarında iştirak edən Azərbaycan əsilli boksçu Murad Əliyev deyib.
Muxalifet4 - 22-06-2019
Bakıda hədə-qorxu ilə 13 min manat istədi, polis saxladı
İyunun 20-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini A.Qasımov 2018-ci il oktaybr ayının 15-də hədə-qorxu yolu ilə ondan 13.000 manat pul tələb edildiyini bildirib.
Muxalifet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini P.Kərimli A.Qasımovdan 1400 manat pul alarkən cinayət başında yaxalanıb.
Muxalifet4 - 22-06-2019
24 yaşlı qız özünü binadan atdı - DAŞKƏSƏNDƏ
Daşkəsəndə 24 yaşlı qız intihara cəhd edib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, rayonun Nizami küçəsində rayon sakini, 24 yaşlı Cəfərova Leyla yaşadığı binanın 3 mərtəbəsindən özünü atıb. Xəstəxanaya yerləşdirilən gənc qızın vəziyyətinin ağır olduğu bildirilir.
Onun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 22-06-2019
“İki minarəli məsciddən başqa bütün binalar darmadağın edilib” - Alman jurnalistin Ağdam təəssüratları
“Der Freitag.de” saytının müxbiri Nik Afanasjev: "İki minarəli məsciddən başqa bütün binalar darmadağın edilib”
Almaniyanin “Der Freitag.de” saytının müxbiri Nik Afanasjevin Dağlıq Qarabağdan hazırladığı yazıda diqqətçəkən məqamlar çoxdur. Onları bir-bir diqqətinizə çatdıracam.
Muxalifet4 - 22-06-2019
"Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq" - Komitə sədri
“Prezident İlham Əliyevin ilin əvvəlindən başlayaraq, sosial islahatlarla bağlı verdiyi fərman və sərəncamlar əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Vətəndaşların minimum əməkhaqqı 250 manata, minimum əmək pensiyası 200 manata çatdırılır, müəllimlərin və digər sahələrdə çalışanların əmək haqqı həmiyyətli dərəcədə artırılır. Bu xüsusda sizi əmin edirəm ki, səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq”.
Muxalifet4 - 22-06-2019
Gürcüstanda olan rusiyalı turistlərin sayı açıqlandı
Rusiya Turizm Agentliyi hazırda Gürcüstanda olan rusiyalıların sayını açıqlayıb.
Agentliyin məlumatına görə, hazırda Gürcüstanda putyovka ilə istirahət edən 1500 rusiyalı turist var. Müstəqil şəkildə Gürcüstana gedən rusiyalı turistlərin sayı isə məlum deyil. Turistlərin iyulun 8-dək geri qayıtması planlı şəkildə təşkil olunacaq.
Muxalifet4 - 22-06-2019
“Facebook”un kriptovalyutası sosial media nəhənginə nələr vəd edir? - TƏHLİL
Bu həftənin əvvəlində sosial media nəhəngi “Facebook” şirkəti aylardır söhbəti gedən “Libra” adlı şəxsi kriptovalyutasının təqdimatını həyata keçirdi. Yeni kriptovalyutanın əsasını 18 iyunda testinə start verilən “Libra” qapalı blokçeyni təşkil edir. Açıq blokçeyn olan “Bitcoin” və “Ethereum”dan fərqli olaraq, burada qovşaqları işə salmaq icazəsi yalnız “Libra Association” adlı konsorsiumun 27 üzvünə, o cümlədən “Visa”, “Mastercard”, “Uber”, “Vodafon”a məxsusdur.
Muxalifet4 - 22-06-2019
Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır - GENERAL
Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır.
Muxalifet.az-ın məlumatına görə, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində çıxış edərkən deyib.
Muxalifet4 - 22-06-2019
“Qaşıqçı” cinayətinin əsas ismi aradan çıxarılıb
BMT-nin jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı hazırladığı hesabat cinayət planının ən əhəmiyyətli şəxsi vəliəhd şahzadə bin Salmanın keçmiş məsləhətçisi Suud əl-Kahtani ilə edam qrupundakı çox sayda adamın mühakimə olunmadığını ortaya çıxarıb.
Səudiyyə Ərəbistanında mühakimə olunan 11 adam arasında “Qaşıqçı” cinayətində başlıca şübhəli olaraq adı çəkilən vəliəhd şahzadəsi bin Salmanın keçmiş məsləhətçisi Suud el-Kahtaninin olmaması diqqəti çəkir.Muxalifet3 - 22-06-2019
Alman qadın PKK-ya qoşuldu, şimali İraqda öldürüldü
Şimali İraqda təşkil edilən hava hərəkatında öldürülən 7 PKK-lı terrorçudan birinin Almaniyadan təşkilata qoşulan Sarah Handelman olduğu müəyyən olunub.
Almaniyadan şimali İraqa gedərək PKK-ya qoşulan Sarah Handelmanın cəsədinin necə olacağı hələlik qeyri müəyyəndir. Təşkilat daxilində “Sara Dorşin” kod adını alan Alman qadın 34 yaşında idi.Muxalifet3 - 22-06-2019
Bazar günü hava necə olacaq? - PROQNOZ
Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Muxalifet4 - 22-06-2019
Qobustanda iki oğlan göldə batdı
Qobustan rayonunda iki yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Qobustan rayonu Acıdərə adlanan ərazidə məskunlaşan və ailəsi ilə birgə heyvandarlıqla məşğul olan Füzuli rayonundan olan məcburi köçkün, 2001-ci il təvəllüdlü İbadov Mənsim Mövsüm oğlu və Şamaxı rayonu Təklə kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev Fərid Elsevər oğlu göldə çimərkən boğulublar.
Muxalifet4 - 22-06-2019
Terrorçubaşı Öcalanın qardaşından “Əkrəm İmamoğlu” açıqlaması
Terrorçubaşı Abdullah Öcalanın qardaşı Osman Öcalan İstanbul seçkiləri ilə bağlı etdiyi açıqlamada, "Əkrəm İmamoğlu ciddi bir mesaj vermədi kürdlər üçün. Kürdlər üçün CHP-nin heç bir proyekti yoxdur" deyib. CHP-nin İstanbul namizədi Əkrəm İmamoğlunu tənqid edən Öcalan, "Kürdlər üçün CHP-nin heç bir proyekti yoxdur" deyə söyləyib. Qeyd edək ki, terror təşkilatı PKK-nın sözdə lideri Abdullah Öcalan 23 iyun İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkilərində HDP-yə “bitərəf qalma” çağırışı edib. HDP də mövzuyla bağlı etdiyi açıqlamada, 23 iyunda Əkrəm İmamoğlunu dəstəkləyəcəyini açıqladı.
Muxalifet3 - 22-06-2019
III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlandı
2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.
Hurriyyet.org report-a istinadən xəbər verir ki, yarışa Polşanın Krakov şəhəri ev sahibliyi edəcək. Bununla bağlı qərar Belarusun paytaxtı Minskdə 50 Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirak etdiyi EOC-un Baş Assambleyasında açıq səsvermə yolu ilə qəbul olunub.
Muxalifet4 - 22-06-2019