Axtarış
The search found 105785 results in 0.031 seconds.
Search results
Tamar Çuqoşvili Gürcüstan parlamentinin müvəqqəti spikeri oldu
Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili müvəqqəti olaraq spiker səlahiyyətlərini yerinə yetirəcək.
“Report” xəbər verir ki, spiker İrakli Kobaxidze istefası ilə bağlı parlamentə müraciət edəcək.
Prosedur qaydalara əsasən, əgər parlamentin sədri vəzifəsini vaxtından əvvəl tərk edirsə, bu zaman yeni sədr 14 gün ərzində seçilir.
Yayılan məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyası spiker postuna parlament çoxluğunun sədri Arçil Talakvadzenin namizədliyini irəli sürəcək.
Muxalifet4 - 21-06-2019
Zelenski Ukraynanı Afrika ölkələrinə bənzətdi
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə ümumi daxili məhsulun (ÜDM) səviyyəsini rüsvayçılıq adlandırıb. Lenta.ru xəbər verir ki, dövlət başçısı Ukraynanı bu baxımdan Mali, Anqola kimi ölkələrlə eyni tutub: “Bildiyiniz kimi, indi ölkə ÜDM-i Mali, Salvador, Anqola kimi “qabaqcıl” ölkələrdəki kimidir. Necə deyərlər, “no comments” (şərhə ehtiyac yoxdur – red.)”. V.Zelenski bildirib ki, Ukraynada rifah halının yüksəldilməsi üçün Avropaya inteqrasiyanı davam etdirmək lazımdır.
Muxalifet4 - 21-06-2019
Zakir Qaralov onu hərbi general təyin etdi - ƏMR
Lənkərana yeni hərbi prokuror təyin edilib.
Muxalifet - 21-06-2019
Baş nazir xalqın içində yoqa ilə məşğul oldu - Sübh saatlarında...
Hindistanın baş naziri Narendra Modi 40 min insanla birlikdə yoqa edib.
Bu barədə “Press Trust of India” informasiya yayıb.
Xəbərə görə, 5-ci Beynəlxalq Yoqa Günü münasibətilə Carkənd əyalətinə gedən Modi sübh saatlarında yoqasevərlərlə bir araya gəlib. Baş nazir bildirib ki, şəhərlərdən kəndlərə qədər hər kəs yoqa ilə məşğul olmağa cəhd göstərməlidir.
Qeyd edək ki, Beynəlxalq Yoqa Gününün qeyd olunması Narendra Modinin adı ilə bağlıdır. O, 2015-ci ildə BMT-yə verdiyi müraciətdə 21 iyunun yoqa günü kimi qeyd olunmasını tələb etmişdi./PublikaMuxalifet - 21-06-2019
DİQQƏT: Bu yolda hər zaman təhlükə var - VİDEO
Quba-Xınalıq yolunda hər zaman sürüşmə təhlükəsi var.
Mütəxəssislər, əsasən, turizm şirkətləri tərəfindən iri avtomobillər, xüsusən avtobuslarla Xınalıq istiqamətinə turların təşkil edilməsini düzgün hesab etmirlər. Çünki bu növ nəqliyyat vasitələrinin sürüşmə prosesinin daim aktiv olduğu ərazidə hərəkəti faciə ilə nəticələnə bilər.Muxalifet - 21-06-2019
Fabrikdə DƏHŞƏTLİ PARTLAYIŞ: 30 ölü
İndoneziyada fəaliyyət göstərən alışqan fabrikində yanğın hadisəsi qeydə alınıb.
Şimali Sumatra əyalətində yerləşən fabrik əvvəlcə güclü partlayış baş verib, daha sonra yanğın başlayıb.
Nəticədə 30 işçi həlak olub. Ölənlərdən 3-ü azyaşlıdır./PublikaMuxalifet - 21-06-2019
Gəncədə yaşayış binasında YANĞIN: 7 nəfər...
Gəncədə yaşayış binası yanıb.
Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 250 kv.m sahədə yanıb.
Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 21-06-2019
Gürcüstanda siyasi gərginlik dərinləşir: Gözü çıxmış gürcü, etimaddan düşən “Gürcü Arzusu”... - FOTOLAR
“Gürcüstan vətəndaşlarının qüruru tapdanıb, demokratik azadlıqları məhdudlaşdırılıb. Ölkəni Rusiyanın tapdağına çevirən şəxslər cəzalandırılmayana qədər dinc aksiyalar davam edəcək. Saat 19-da parlament binası önündəki aksiya bərpa olunacaq”.
Bu sözləri yerli mediaya müsahibəsində Gürcüstan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze deyib. Onun sözlərinə görə, askiya heç bir partiyaya aid deyil, baş verənlər “Gürcü Arzusu” Partiyasının yarıtmaz siyasətinə vətəndaş etirazlarıdır.
Muxalifet - 21-06-2019
Ermənistan "İsgəndər" raketlərini nümayiş etdirdi
Ermənistan balansında olan "İsgəndər" raketlərini jurnalistlərə göstərib.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, hərbi hissələrdən birinin ərazisində yerləşən raketlərin texniki komponentləri barədə məlumat verilib.Muxalifet - 21-06-2019
Meyxanaçı Samirə efirə dekoltəli geyimdə gəldi - Foto
Meyxanaçı-müğənni Samirə Yusifqızı "5/5"ə geyindiyi paltarı ilə diqqət mərkəzinə düşüb.
Nəvə sahibi olan Samirə canlı efirə dekolteli geyimdə çıxıb. Müğənninin geyiminin qarın nahiyəsindən açıq olması isə Samirənin artıq çəkisini daha qabarıq şəkildə kameraya əks etdirib.
Qeyd edək ki, Samirənin iki - bir qız, bir oğlan övladı var. Sənətçinin bir qız nəvəsi var./milli.azMuxalifet - 21-06-2019
RAMİL USUBOV DİN-in ŞƏXSİ HƏYƏTİNƏ MÜRACİƏT ETDİ – Mətn
Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi məni xüsusilə sevindirdi”
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov DİN-in şəxsi heyətinə müraciət edib. Müraciətdə deyilir:
Muxalifet - 21-06-2019
Bağdadda məsciddə partlayış - ÖLƏNLƏR VAR
İraqın paytaxtı Bağdad şəhərində məsciddə törədilən bomba partlayışı nəticəsində azı 10 nəfər ölüb, 30-dan çox yaralı var.
Rusiya KİV-ləri xəbər verir ki, paytaxtın şərqindəki Bələdiyət bölgəsində meydana gələn partlayış polis nümayəndələrinin sözlərinə görə, terrorçu-kamikadze tərəfindən törədilib.
Yaralıların bir çoxunun vəziyyəti ağır olduğu üçün qurban sayının arta biləcəyi də qeyd olunur.
Muxalifet - 21-06-2019
SON DƏQİQƏ: İrana hücum əmrini verdim, bu gecədən... - Trampdan SENSASİON SÖZLƏR
ABŞ prezidenti Donald Tramp “Nyu York Tayms”da yer alan İrana ilk hücumun əmri verdiyi, lakin 10 dəqiqə sonra bunun qarşısını aldığı xəbərini təsdiqləyib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, prezident tvitterdən verdiyi açıqlamada rəsmi Tehrana tətbiq olunacaq yeni sanksiyaların bu gecədən etibarən qüvvəyə minəcəyini deyib. “Bazar ertəsi beynəlxalq hava məkanında bir dron vurdular. Biz dünən gücə 3 ayrı istiqamətdən hücum keçməyə hazır ikən mən neçə insanın öləcəyini soruşdum. Bir generaldan 150 cavabını aldım. Hücuma 10 dəqiqə qalmış qərardan imtina etdim.
Muxalifet - 21-06-2019
Trampdan dünyanı sarsıdan açıqlama: Hücumu 10 dəqiqə əvvəl dayandırdım
ABŞ prezidenti Donald Tramp İrana hücumla bağlı dünyanı sarsıdan açıqlama verib. Donald Tramp İrana qarşı hava hücumuna razılıq verdiyi, amma sonra qəflətən imtina etdiyinə dair xəbərlərə aydınlıq gətirib.
Muxalifet3 - 21-06-2019
İngilisə qoşulub qaçan nişanlı qızın FOTOSU YAYILDI - Bütün gizlinləri açdı
Xəbər verdiyimiz kimi Azərbaycanda 22 yaşlı nişanlı qız 23 yaşlı ingilisə qoşulub qaçıb.
Arzu Skwierezi Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə video görüntü göndərib.Muxalifet - 21-06-2019
Ərdoğanın müavini ABŞ-a qarşı sərt danışdı
Türkiyə prezidentinin müavini Fuad Oktay S-400 müdafiə sistemləri ilə bağlı açıqlama verərək "Türkiyə S-400-ləri almışdır. Alacaq demirik. Türkiyə bir çadır, qəbilə dövləti deyil. Başqaları kimi, 100-200 illik dövlət də deyil. Verdiyi sözün, etdiyi razılaşmaların, atdığı imzanın ağırlığı vardır. Onu vermərik, bunu vermərik. Verməzsəniz, verməyin. Heç kim Türkiyəni təhdid edə bilməz" deyib. Müxalifət.az
Muxalifet3 - 21-06-2019
İraqda Cümə namazında “intihar” hücumu! Çox sayda ölü və yaralı var
İraqın paytaxtı Bağdadda Cümə namazı əsnasında bir məscidə qarşı təşkil edilən bombalı hücumda 10 adam ölüb, 30 adam yaralanıb.
Yerli mediada yer alan xəbərlərə görə, Bağdadın şərqindəki Belediyat bölgəsində olan Şiələrə aid əl-Muntazar Məscidinə girən bir intiharçı terrorçu üzərindəki bombanı partladıb. Hücumda ilk xəbərlərə görə, 10 adamın öldüyü, 30 adamın yaralandığı ifadə edilib.
Qeyd edək ki, əvvəlki dövrlərə görə nisbi bir sabitliyin müşahidə edildiyi Bağdadda, bir müddətdir ibadət yerlərini hədəf alan bu cür hücumlar yaşanmırdı.Muxalifet3 - 21-06-2019
Məktəb direktorlarının maaşları artacaq
“Gözlənilir ki, Azərbaycanda minimum əmək haqlarının artımı məktəb rəhbərlərinin də maaşlarına təsir edəcək”.
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.
Onun sözlərinə görə, vahid tarif cədvəli ilə müəyyənləşmiş sxemdə dəyişiklik ediləcək.Muxalifet - 21-06-2019
Həbsxanada məhbus ÖLDÜ
Bakıda cəzaçəkmə müəssisəsində məhbus ölüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nərimanov rayonunda yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 46 yaşlı Səfərəliyev Rafiq Kamran oğlu orada vəfat edib.
Onun ölümünün səbəbləri araşdırılır.Muxalifet - 21-06-2019
Rəşad və Rüfət yenidən məhkəməlik oldu - Həbs tələbi
“Space” televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında yenidən məhkəməyə müraciət edilib.
Oxu.Az xəbər verir ki, xüsusi ittihamçı Rahim Sadıqlı Yasamal Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb və apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinə müraciət edən R.Sadıqlı hər iki müğənninin həbs edilməsini istəyir.
Şikayət hakim Mirzəli Abbasovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası iyunun 25-nə təyin edilib.Muxalifet - 21-06-2019