Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. “Azərsilah” ASC ləğv edilir

    Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 56) ləğv edilsin.

    Muxalifet - 20-06-2019

  2. Prezident Ramil Usubova YENİ VƏZİFƏ VERDİ

    Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb. Muxalifet.az-ın məlumatına görə, sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.

    Muxalifet - 20-06-2019

  3. Yadplanetli axtarışında: tədqiqatın nəticələri açıqlandı

    Kosmosda canlıların axtarışına yönəlmiş “Breakthrough Listen” layihəsinin alimləri ilk üç il ərzində aparılan müşahidələrin nəticələrini açıqlayıb. Bu barədə “Hi-News” informasiya texnologiyaları portalı məlumat verir. 100 milyon dollarlıq büdcəsi olan layihəni 2015-ci ildə investor Yuri Milner və mərhum nəzəriyyəçi-fizik Stiven Hokinq işə salıb. Layihədə bizə ən yaxın bir milyona yaxın ulduzun, həmçinin, Süd Yolu yaxınlığında yerləşən 100 qonşu qalaktikanın “skan” edilməsi nəzərdə tutulur.

    Muxalifet - 20-06-2019

  4. BMT-nin hesabatında Camal Kaşıkçı cinayəti ilə bağlı MÜHÜM DETALLAR - “Qurbanlıq heyvan gəldimi?”

    Birləşmiş Millətlər Təşkilatının Kaşıkçı cinayəti ilə bağlı hazırladığı hesabatda cinayətin mühüm detallarından bəhs edilib. Hesabatda edam qrupunun Türkiyəyə necə gəlməsi barəsində məlumat verilir, Kaşıkçı ilə qatil qrupu arasında əlbəyaxa döyüşün olduğunu bildirilir.

    Muxalifet - 20-06-2019

  5. Azərbaycan yeni Daxili İşlər naziri Vilayət Eyvazov kimdir? - DOSYE

    Bu gün president İlham Əliyevin sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov Azərbaycanın Daxili İşlər naziri təyin edildi. Bakupost.az-ın məlumatına görə, Eyvazov Vilayət Süleyman oğlu 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. V.Eyvazov 1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir.

    Muxalifet - 20-06-2019

  6. DÇ-2022 müəmması – FİFA Qətəri kiminlə əvəz edəcək?

    Qətərdə keçirilməsi planlaşdırılan futbol üzrə DÇ-2022-nin ev sahibi dəyişə bilər.
    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb dünya çempionatına ev sahibliyi edəcək ölkənin seçimi zamanı korrupsiya qalmaqalının yaranması olub. FİFA-nın mundialın ev sahibliyini Qətərdən alacağı və dünya çempionatını başqa ölkədə keçirəcəyi iddia olunur.

    Muxalifet - 20-06-2019

  7. ​Nazirlər Kabinetinin iclası: 3 milyon vətəndaş...

    İyunun 20-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
    Muxalifet.az xəbər verir ki, iclası açan Baş Nazir Novruz Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və davamlı islahatlardan danışıb. Azərbaycanda reallaşdırılan yeni iqtisadi islahatlar nəticəsində ölkəmizin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artdığını bildirən Novruz Məmmədov deyib: “

    Muxalifet3 - 20-06-2019

  8. ​Müəllim işləmək istəyənlərin nəzərinə!

    İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir.
    Nazirlikdən verilən məlumata görə, iyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. 

    Muxalifet3 - 20-06-2019

  9. ​Qarabağ haqqında film bu ölkələrdə göstəriləcək

    Qarabağ həqiqətləri ilə bağlı çəkilən "Son nəfəsədək" filmi İsveç və Yunanıstanda nümayiş olunacaq.
    Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
    “Film 23 iyun 2019-cu il tarixində İsveçin Höteborq şəhərində soydaşlarımız tərəfindən nümayiş olunacaq. Filmin əsas təşkilatçısı Höteborqda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İdman Dərnəyidir. Filmin nümayişinə İsveç Azərbaycan Evi dəstək verəcək.
    Film iyunun 25-də Yunanıstanda “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən də nümayiş olunacaq.

    Muxalifet3 - 20-06-2019

  10. ​Olimpiya oyunları zamanı uçan taksilərdən istifadə olunacaq

    Fransanın Paris şəhərində 2024-cü ildə keçirilməsi planlaşdırılan Olimpiya oyunları zamanı uçan taksilərdən istifadə olunacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Elizabet Born məlumat verib.
    Onun sözlərinə görə, uçan taksilərdən yarışlar zamanı istifadə onların ətraf mühitə zərərsiz və ictimai nəqliyyat növünə uyğun gəlib-gəlmədiyini sınamaq üçün bir imkan olacaq.

    Muxalifet3 - 20-06-2019

  11. Tiflisdə etirazlar: Hökumətə bir saat vaxt verildi

    Gürcüstanda parlamentin qarşısında rusiyalı deputatlara qarşı keçirilən aksiyaya qoşulanların sayı artır.
    Muxalifet.az xəbər verir ki, mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.
    Aksiyada iştirak edən ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin istefasını tələb edirlər.
    Həmçinin daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin də istefası tələb olunur.

    Muxalifet3 - 20-06-2019

  12. ​İrandan şok: Ölkəyə girənlərin pasportuna möhür vurulmayacaq

    İran ABŞ sanksiyalarına cavab olaraq turist axınını stimullaşdırmaq üçün turistlərin ölkəyə giriş və çıxışı zamanı onların pasportlarına heç bir möhür vurmayacaq.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabiyi deyib. O, Prezident Həsən Ruhaninin bu təşəbbüsü dəstəklədiyini bildirib.
    Onun sözlərinə görə, bunun sayəsində İrana gəliş faktı turistlərin gələcək həyatlarına heç cür təsir göstərməyəcək.
     

    Muxalifet3 - 20-06-2019

  13. Bakıda qəza: böyük tıxac yarandı - Foto

    Hazırda Bakının Heydər Əliyev prospektində sıxlıq müşahidə edilir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
    Onun sözlərinə görə, sıxlığa səbəb qəzadır: “Belə ki, bir qədər əvvəl Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də hazırda yolda sıxlıq müşahidə edilir”
     

    Muxalifet3 - 20-06-2019

  14. Gürcülər rus deputatlara su qabı atdılar - Foto

    Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tiflisdə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyəti Gürcüstanı tərk edib.
    Muxalifet.az xəbər verir ki, PPA-nın prezidenti, rusiyalı deputat Sergey Qavrilov və Rusiya Dumasının digər üzvləri Tiflis hava limanından təyyarə ilə yola salınıblar.
    Rusiyalı deputatlar qaldıqları hoteldən çıxarkən vətəndaşların etirazları ilə qarşılaşıblar. Onlar rusiyalı deputatlar istiqamətinə su qabları atıblar.

    Muxalifet3 - 20-06-2019

  15. ​Gürcüstan parlamentinin sədrinin istefası tələb olundu

    Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisidə baş verən hadisələrlə əlaqədar Azərbaycana səfərini yarımçıq qoyaraq, Gürcüstana qayıdıb.
    "Georgia Online" xəbər verir ki, spikerTbilisiyə qayıdan kimi istefa haqda bəyanat verəcək. İstefa ilə bağlı qərarın artıq qəbul edildiyi bildirilir.

    Muxalifet3 - 20-06-2019

  16. ABŞ açıqladı: Türkiyəyə sanksiya tətbiq etmək...

    S-400-lərlə bağlı Türkiyəyə sanksiya tətbiq edilməsi mümkün variantlar sırasındadır.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilib.
    “ABŞ və digər NATO müttəfiqləri Türkiyəyə S-400-dən başqa seçimlərinin olduğunu söyləyir”, - deyə bildirilib.
     

    Muxalifet3 - 20-06-2019

  17. "Neftçi" Rusiya klubuna qalib gəldi

    Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama görüşünə çıxıb.
    Muxalifet.az xəbər verir ki, Roberto Bordinin komandası Rusiyanın birinci divizionunda çıxış edən "SKA-Xabarovsk" klubu üz-üzə gəlib. Görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
    Qeyd edək ki, "Neftçi" qonşu ölkədə daha iki yoxlama oyunu keçirəcək. "Ağ-qaralar" iyunun 25-dəki ikinci rəqibi hələ ki, məlum deyil. Paytaxt klubu iyunun 30-da Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.
     

    Muxalifet3 - 20-06-2019

  18. Məşhur musiqiçi pəncərədən yıxılaraq öldü

    Məşhur “Cassius” duetinin üzvü, fransiz musiqiçisi, DJ Filipp Zdar pəncərədən yıxılaraq ölüb.
    Muxalifet.az rus mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı musiqiçi Parisdə qədim binalardan birinin yuxarı mərtəbəsindən yerə düşüb. Zdarın dostu Sebastyen Farran mediaya açıqlamasında söyləyib ki, o pəncərədən təsadüfən yıxılıb. 
    Fransız polisi baş verən hadisənin təfərrüatlarını araşdırmağa başlayıb. 

    Muxalifet3 - 20-06-2019

  19. ​Kobaxidzenin Azərbaycana səfəri davam edir - Açıqlama

    Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri davam edir.
    Muxalifet.az xəbər verir ki, bu barədə spikerin kabinetindən “İnterpresnyus” agentliyinə bildirilib.
    Məlumata əsasən, spikerin rəhbərlik etdiyi nümayəndə heyətinin səfər proqramına heç bir dəyişiklik edilməyib.
    Sabah İ.Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olacaq. Spikerin başçılıq etdyi nümayəndə heyəti planlaşdırıldığı kimi iyunun 22-də Bakıdan Tiflisə qayıdacaq.

    Muxalifet3 - 20-06-2019

  20. ​Hulusi Akar NATO rəhbəri ilə razılığa gəldi: 26 iyunda...

    Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və NATO Baş katibi Yens Stoltenberq arasında telefon söhbəti olub.
    Muxalifet.az xəbər verir ki, tərəflər Əfqanıstandakı vəziyyət və digər regional müdafiə-təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıb.
    Sözügedən mövzuların 26 iyunda Brüsseldə ikitərəfli görüş zamanı daha əhatəli müzakirə edilməsi barədə razılığa gəlindi.
     

    Muxalifet3 - 20-06-2019

Pages