Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
Çevrilişə cəhd edən generalların cəzası ağırlaşdırıldı - FOTO/VİDEO
Türkiyə Hava Qoşunlarının sabiq komandanı, Yüksək Əsgəri Şuranın üzvü general Akın Öztürkün cəzası bəlli olub.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Akın Öztürk 141 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Ondan əlavə 16 şübhəli şxəs üçün d həmin cəza tətbiq edilib.
Muxalifet4 - 20-06-2019
Zığın bələdiyyə sədri barəsində protokol tərtib edildi
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Muxalifet - 20-06-2019
“Ərdoğan Trampı razı sala bilər” – ABŞ mətbuatı yazdı
ABŞ mətbuatı Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemi alması mövzusunda ABŞ-ın üç fərqli sanksiya paketi üzərində çalışdığını yazıb. ABŞ prezidenti Trampın gələn həftə Yaponiyada təşkil ediləcək G-20 Zirvəsində prezident Ərdoğanla görüşdən əvvəl bir qərar vermək istəmədiyi qələmə alınıb. Ərdoğanın isə ABŞ prezidenti Trampı ətrafındakılardan fərqli düşünməyə sövq edərək S-400 satın almanın böyük bir problem olmadığına razı sala biləcəyi qeyd edilib.
Muxalifet3 - 20-06-2019
Misirdən Ərdoğanın “Mursi” açıqlamasına həddini aşan cavab
Xuntaçı Sisi rəhbərliyi Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın "Məhəmməd Mursi əcəliylə ölməmişdir, öldürülmüşdür" açıqlamasına cavab verib.
Ərdoğanın məhkəmə salonunda həyatını itirən Misirin keçmiş prezidenti Məhəmməd Mursinin ölümünə yönəlik "Mursi məhkəmə salonunda 20 dəqiqə yerdə çırpınıb. Oradakı səlahiyyətlilər Mursiyə yardımla bağlı müdaxilə etmirlər. Mursi əcəliylə deyil, öldürülmüşdür" sözlərindən sonra Misirdən cavab verilib.Muxalifet3 - 20-06-2019
Trampın adamından etiraf: "İrana tətbiq etdiyimiz sanksiyalar tərs təpir"
ABŞ-ın İran üzrə Xüsusi Nümayəndəsi Brian Hook "Tramp rəhbərliyinin tətbiq etdiyi sanksiyalar tərsinə döndü. İran diplomatiya ilə cavab vermək yerinə, zorakılığa yönəlməyə davam edir" deyib.
Hook Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində təşkil edilən "Orta Şərq, Şimal Afrika və Beynəlxalq Terrorizm" başlıqlı paneldə ABŞ-lı millət vəkillərinin suallarını cavablayıb.Muxalifet3 - 20-06-2019
Bakıda yolun ortasında QANDONDURAN HADİSƏ: kişini belə bıçaqladılar - ANBAAN VİDEO
Bakıda baş verən qanlı hadisənin görüntüləri Baku.ws-in "qaynar xətti"nə göndərilib.
Muxalifet.az-ın xəbərinə görə, müraciətdə bildirilib ki, 11 iyun 2019-cu il tarixdə Ayxan Yaradanquliyev özünə məxsus maşınla yol nəqliyyat hərəkəti zamanı, “Mercedes C klass” markalı, 50-CO-234 dövlət qeydiyyat nişanlı Masallı rayon sakinləri olan iki qardaş Xəqani və Aqil Ağayev qardaşları ilə mübahisəsi yaranıb.
Mübahisə zamanı həmin şəxslər Ayxanın avtomaşınının qabağını kəsərək maşından düşməsini tələb edərək, məsələni aydınlaşdırmağa israr ediblər.Muxalifet - 20-06-2019
Müdafiə Nazirliyindən Aprel döyüşləri ilə bağlı SENSASİON ETİRAF: Bu hadisədən şoka düşdük
Aprel döyüşləri zamanı Ermənistan ordusunda vəziyyətin aclnacaqlı olmasının bir daha şahidi olduq. Mualifet.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Müdafiə Nazirliyinin şöbə müdiri Rauf Dəmirov deyib. O bildirib ki, Aprel döyüşlərində bir daha onların biabırçı vəziyyətdə olduqları bilindi: "Aprel döyüşlərində həlak olan erməni əsgərlərini onlara təhvil verəndə meyiti sürüyə-sürüyə aparırdılar. Biz bu hadisədən şoka düşdük. Çünki onlar Ermənistan tərəfindən döyüşən əsgər idi.
Muxalifet - 20-06-2019
Gülnarə həbsdə ayaqları bağlı saxlanılır
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun Zanqiota koloniyasında saxlanılan qızı Gülnarənin səhhətində ciddi problemlər yaranıb və onun tibbi köməyə ehtiyacı var.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kərimovanın İsveçrədən olan vəkili Qrequar Manja öz tvitter mikrobloqunda məlumat verib.
O, sabiq prezidentin qızı ilə Zanqiota həbsxanasında görüşdüyünü bildirib: “Onun qan təzyiqi tez-tez artır, huşunu itirir. Ayaqları tamamilə bağlanıb. Heç bir tibbi prosedur həyata keçirilmir”.Muxalifet - 20-06-2019
SENTYABRDA NÖVBƏTİ DEVALVASİYA GÖZLƏNİLİR
Natiq Cəfərli: "Maddi nemətlər istehsal edə, əlavə dəyər yarada bilməyən ölkələrdə maaş-təqaüd artımı həmişə inflyasiyanı yüksəldir, milli valyutanın məzənnəsini aşağı salır"
Qadir İbrahimli: "Hökumət anti-inflyasion tədbirlər görməlidir ki, inflyasiya həddi minimuma ensin"
Muxalifet - 20-06-2019
"Dövlət qulluqçularının 28,5 faizi qadınlardır" - PA-nın şöbə müdiri
"Ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı da həmişə diqqəti cəlb edən məsələlərdən biridir. İlk baxışda onların sayı çox görünsə də, əslində, heç də belə deyildir. 2019-cu il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir. Aparılan islahatlar nəticəsində dövlət qulluqçularının sayı 0,7 faiz azalıb. Ümumiyyətlə, dövlət qulluqçularının 28,5 faizini qadınlar təşkil edir”.
Muxalifet - 20-06-2019
Pensiyalar yenə artacaq - Nazir tarixi açıqladı
Pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir, 40 faiz isə yaddan çıxmayıb. Orta əmək haqqı artımı proqnozumuz bu il 15 faizdir.
Buna uyğun olaraq, yanvar ayının 1-dən indeksiya ilə bütün pensiyaçılarımızı pensiyaları əlavə olaraq 15 faiz artacaq. Bu, proqnozdur. Pessimist proqnozumuzla 12-13 faiz artım gözlənilir, orta proqnoz 15 faizdir. Bunun nəticəsində, gələn il yanvarın 1-dən bütün pensiyalar həmin proqnoza uyğun olaraq indeksasiya ediləcək.Muxalifet - 20-06-2019
“Nə qədər ki, Putin hakimiyyətdədir, heç bir tacqoyma olmayacaq!” - 1 NÖMRƏLİ “OĞRU”NUN SEÇİLMƏSİ BAŞ TUTMUR...
Rusiyada 1 nömrəli “vor zakon”un seçilməsi 2024-cü ildən tez baş tutmayacaq. Bu barədə Znak.com kriminal dairələrdəki mənbələrə istinadən bildirir. Mənbə bildirib ki, Putinin hakimiyyətdə olduğu dövrdə hakimiyyət “1 nömrəli “vor zakon”-un seçilməsinə imkan verməyəcək. Çünki Rusiyada hakimiyyət son zamanlar mütəşəkkil cinayətkar qruplaşmalara və onların liderlərinə qarşı sərt mövqe tutub. Mənbənin qeyd etdiyinə görə, nə qədər ki, Putun hakimiyyətdədir, heç bir “taclandırma”dan söhbət belə gedə bilməz. Qeyd edək ki, Putinin səlahiyyət müddəti 2024-cü ildə başa çatır.
Muxalifet - 20-06-2019
Tanınmış cərraha ittiham: “Səhv əməliyyatla 8 yaşlı övladımın barmağını kəsib”
Redaksiyamıza müraciət edən Pərvanə Şaldıyev adlı şəxs plastik və rekonstruktiv cərrah, professor Vaqif Qələndərlindən şikayətçi olduğunu bildirib. P.Şaldıyevanın sözlərinə görə, 8 yaşlı oğlu Murad Şaldıyevin cərrah tərəfindən səhv müalicə edilməsi nəticəsində uşağın əl barmaqlarından biri kəsilib.
Muxalifet - 20-06-2019
ŞOK: "Tarqovıy"da qızlar arasında KÜTLƏVİ DAVA - VİDEO
Bakının mərkəzində qızlar arasında kütləvi dava olub.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu gün sosial şəbəkələrdə hadisəni əks etdirən görüntülər yayılıb. Belə ki, Tarqovı məhəllə adı ilə tanınan nizami küçəsində 10-15 qızın iştirakı ilə dava-dalaş olub. Qızların əksəriyyəti hadisəni sakitləşdirməyə çalışıb.
Feysbukda yayılmış həmin görüntüləri təqdim edirik.Muxalifet - 20-06-2019
Oliqarx deputatın şirkəti bağlandı
İnşaat sektorunda tanınmış şirkətlərdən biri olan "Azəraqrartikinti” ASC-nin filiallarından biri bağlanıb.
Muxalifet.az Finans.az-a istinadən xəbər verir ki, cəmiyyətin Müşahidə Şurasının 15 yanvar 20219-cu il tarixli 01 saylı qərarı ilə "Azəraqrartikinti” ASC-nin Gədəbəy "Aqrartikinti” filialı ləğv olunub.
Qeyd edək ki, 1998-ci ildən "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Milli Məclisin deputatı Ağalar Vəliyevdir.Muxalifet - 20-06-2019
"Adını namus davası qoydular, bəs mənim anamın günahı nə idi?" - Ağstafada öldürülən qadının oğlu
Ağstafa rayonunda baş vermiş kütləvi qətliamda Ağgöl kənd sakini Zeynəb Cəlilova a öldürülüb.
Muxalifet.az xəbər verir ki, mərhumun oğlu Azad Cəlilov facebook hesabında anası ilə şəklini paylaşaraq onun səbəbsiz yerə öldürülməsindən yazıb:Muxalifet - 20-06-2019
185 və 194 nömrəli marşrutdan istifadə edənlərin DİQQƏTİNƏ!
Vətəndaşların ictimai nəqliyyatdan rahat və fasiləsiz istifadəsini təmin etmək məqsədi ilə iki müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində sakinlərin sərnişindaşımaya olan təlabatlarının təmin edilməsi üçün 185 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib.Muxalifet - 20-06-2019
Keçmiş arvdını məhkəməyə verən dünya çempionundan XƏBƏR VAR
Nərimanov Rayon Məhkəməsində kikboks millisinin sabiq baş məşqçisi Anar Süleymanovun xüsusi ittiham qaydasında şikayəti əsasında onun keçmiş həyat yoldaşı Ş.Məmmədovanın məhkəməsi başa çatıb. Unikal.org xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, xüsusi ittiham qaydasında şikayət icraata qəbuldan edilməyib. Qərardan narazı qalan xüsusi ittihamçı A.Süleymanov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib və anket məlumatlar dəqiqləşdirilib.
Muxalifet - 20-06-2019
Yunanıstanın buynuzu qaşınır: “Türkiyə ilə döyüşməyə hazırıq”
Yunan televiziyasına danışan baş nazir Çipras, Türkiyənin Egeydə ola biləcək bir 'isti qarşıdurmaya' səbəb olma ehtimalıyla əlaqədar, 'bunun hesaba qatıldığını və Yunan hökumətinin də bu məzmunda hazırlıqlı' olduğunu söyləyib.
Aleksis Çipras Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətlərinin 'zəifliyinin və təkliyinin' bir işarəsi olduğunu söyləyib.
Çipras Türkiyənin strateji dalanla üz-üzə olduğunu iddia edib.
Yunan baş nazir ölkəsinin və Kiprin son illərdə güclü beynəlxalq ittifaqlar qurduğunu dilə gətirib.Muxalifet3 - 20-06-2019
Boris Consonun ulu babası türk imiş? - Baş nazir seçkiləri ərəfəsində islam dünyasından üzr istədi
İngiltərədə baş nazir vəzifəsinə əsas namizədlərdən olan keçmiş xarici işlər naziri Boris Conson bundan əvvəl müsəlman qadınların əleyhinə söylədiyi çirkin bənzətməyə görə üzr istəyib, bu sözləri dediyinə görə kədərləndiyini və peşman olduğunu söyləyib. Conson çarşablı müsəlman qadınları poçt qutusuna bənzətmişdi.
Muxalifet - 20-06-2019