Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
Ağcabədidə 40 hektar biçilmiş taxıl sahəsi yandı
Ağcabədi rayonunda 40 hektar bicilmiş taxıl sahəsi yanıb. Bu barədə FHN-dən məlumata verilib.
Məlumata görə, bundan başqa, 10 hektar sahədə quru ot da yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet4 - 22-06-2019
Terrorçubaşı Karayılandan etiraf: "Məğlubiyyətə uğradıq"
Türk Silahlı Qüvvələrinin (TSQ) terror təşkilatı PKK-ya yönəlik İraqın şimalında müvəffəqiyyətlə davam etdirdiyi “Pəncə” Hərəkatı terrorçuları arasında nifaq salarkən, bunun təsirini də terrorçubaşları etiraf etməyə başlayıb.
Muxalifet3 - 22-06-2019
İran televiziyası ABŞ-ın pilotsuz təyyarəsinin qalıqlarını nümayiş etdirib
İranın dövlət televiziyası ölkənin hava sərhədini pozarkən vurulan ABŞ-ın pilotsuz uçan təyyarəsinin qalıqlarını nümayiş etdirib.
İranın hərbi hava qüvvələri tərəfindən vurulan pilotsuz təyyarə Hörmüz boğazına düşüb. İran təyyarənin qalıqlarını nümayiş etdirərək onun ABŞ-a məxsus olduğunu sübuta yetirib.
Hərbi Hava Qüvvələrini generalı Əmirəli Xanzadə bildirib ki, İran dəfələrlə ABŞ-ı bununla bağlı xəbərdar edib.
Təyyarənin qalıqları İran televiziyasında göstərildikdən sonra rəsmi Vaşinqton bəyan edib ki, təyyarə beynəlxalq suların üzərində vurulub.
Muxalifet4 - 22-06-2019
Bakı sakini ticarət mərkəzində sırğa oğurlamaq istəyərkən tutuldu
Bakıda ticarət mərkəzlərindən birindən oğurluq etməyə cəhd göstərən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindəki qızıl satışı şöbəsindən 235 manat dəyərində qızıl sırğanı oğurlamağa cəhd göstərən şəxs orada xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
9-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Əjdər Bəşirov olduğu müəyyən edilib.
Muxalifet4 - 22-06-2019
Naxçıvanın Türkiyə isə sərhədində PKK hücumu önləndi
Türkiyə-Naxıvan sərhədindəki Dilicu Gömrük Məntəqəsində PKK-lı terrorçulara aid əl istehsalı partlayıcı yüklü dronlar Aselsan Milkar 5S dron savar sistemi ilə təsbit edilərək təsirsiz hala gətirilib. Hadisə dünən saat 12.30 radələrində Dilicu Sərhəd Məntəqəsində meydana gəlib. Dilicu Gömrük Məntəqəsinin sahəsində partlayıcı yüklü dron ələ keçirilib. Dron-un tapıldığı bölgə boşaldılıb, təhlükəsizlik zolağı yaradılıb. Sərhəd Məntəqəsinin giriş və çıxışlar bağlanılıb, partlayıcıları məhv edən qrup bölgəyə sövq edilib. Partlayıcı yüklü dron məhv edilib.
Muxalifet3 - 22-06-2019
Давид Гареджа – Кешикчи Даг
Мехман Алиев, ASTNA.biz Bесной 2019 года ситуация вокруг Давид Гареджа за всю постсоветскую историю впервые приняла остроконфликтный характер, что вылилось в открытые акции протеста грузинских националистов, которые выдвинули права Грузии на комплекс. Грузия и Азербайджан оказались на пороге открытого конфликта и нового очага противостояния на Южном Кавказе.
Muxalifet4 - 22-06-2019
Gürcüstanda etirazlar zamanı çox sayda jurnalist yaralanıb
"Sərhədsiz Reportyorlar" (RSF) Gürcüstan hakimiyyətini iyunun 20-nə keçən gecə Tbilisidə etiraz aksiyası zamanı jurnalistlərə qarşı zorakılığı araşdırmağa və KİV işçilərinə qarşı güc tətbiq etməkdən imtina etməyə çağırıb.
Polis və etirazçılar arasında qarşıdurmalar zamanı bir çox jurnalistlər əsasə n polis tərəfindən buraxılmış rezin güllələrdən yaralanıblar. Yerli QHT-lərin məlumatına görə, 30-a yaxın jurnalist və KİV işçisi yaralanıb və onlardan ikisinin təcili əməliyyata ehtiyacı olub.
Muxalifet4 - 22-06-2019
Samboçumuz ermənini böyük hesabla məğlub etdi
"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan və Ermənistan samboçuları arasında görüş keçirilib.
Muxalifet.az xəbər verir ki, 57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Mehman Xəlilov və Maksim Manukyan üz-üzə gəlib.
Görüşün əvvəlində Xəlilov rəqibindən bir xal qazanıb. Üstəlik, Manukyan xəbərdarlıq alıb. Lakin sonradan rəqib samboçu da bir xal alaraq, hesabı bərabərləşdirib.Muxalifet3 - 22-06-2019
ABŞ casusu olmaqda ittiham edilən məmur edam edildi - İRANDA
İranda Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən və ABŞ-ın xeyrinə casusluq edən ölkənin müdafiə sahəsinin əməkdaşı edam olunub.
RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin məhkəmə təşkilatı məlumat yayıb.
"Müqavilə əsasında Müdafiə Nazirliyində işləyən və ABŞ hökumətinin xeyrinə casusluq edən keçmiş əməkdaşın asılması barədə qərar icra olunub", - deyə məlumatda bildirilir.
Edam edilən şəxs 2010-2011-ci illərdə MKİ ilə əməkdaşlıq edən Cəlal Hacı Zavardır.
Muxalifet4 - 22-06-2019
Tiflisdə yenidən etiraz aksiyası başladı - FOTOLAR
Gürcüstanın paytaxtı Tiflisdə ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb. Hazırda aksiya iştirakçıları parlamentin önünə toplaşır. Aksiyada kütləviliyin azaldığı müşahidə olunur. Əraziyə polis və təcili tibbi yardım maşınları cəlb olunub. Üç gündür davam edən aksiyanın bugünkü tələbləri hələ açıqlanmayıb. Aksiyaya müxalif partiyaların nümayəndələri də qoşulub. Ötəngünkü aksiyanın tələbləri daxili işlər naziri Giorgi Qaxarianın istefası və növbədənkənar parlament seçkiləri olub. (Report)
Muxalifet4 - 22-06-2019
Gürcüstan təyyarələri də Rusiyaya buraxılmayacaq
Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, iyulun 8-dən Gürcüstan aviaşirkətlərinə məxsus təyyarələrin Rusiya ərazisinə uçuşları dayandırılacaq.
Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı RT yayıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin dünən imzaladığı fərmana əsasən, iyulun 8-dən bu ölkənin aviaşirkətlərinə məxsus təyyarələrin Gürcüstana uçuşlarına qadağa qoyulub.
Muxalifet4 - 22-06-2019
"Gürcüstan hava yolları"ndan Rusiya ilə bağlı - Açıqlama
Rusiyaya uçuşlar qrafikə uyğun olaraq normal qaydada davam etdirilir.
Muxalifet.az xəbər verir ki, bu barədə “Gürcüstan hava yolları” aviaşirkətinin yaydığı məlumatda bildirilib.
Milli aviadaşıyıcı Gürcüstana səfər etmək istəyən sərnişinlərə müraciət edib:
“Sizi turizm mövsümündə Gürcüstana səfər etməyə dəvət edirik. “Gürcüstan hava yolları” sizin təhlükəsiz və rahat birbaşa uçuşlarınızı təmin edəcək”.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti V.Putin yerli aviaşirkətlərə iyulun 8-dən etibarən Gürcüstana uçuşlar həyata keçirməyi qadağan edən qərar qəbul edib.Muxalifet3 - 22-06-2019
PKK Suriyada partlayış törətdi
Suriyanın Əl-Bab mahalında motosikletə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 nəfər xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.
Hələ ki, məsuliyyəti heç bir terror təşkilatı üzərinə götürməsə də, Suriya Təhlükəsizlik Qüvvəlləri teraktın YPG/PKK tərəfindən təşkil edildiyini bildirib.
Muxalifet3 - 22-06-2019
Türkiyədən ABŞ-a: Bu, ikiüzlü yanaşmadır!
ABŞ-ın hərbi çevrilişə cəhd edənləri “günahsız din adamı” adlandırması ikiüzlü yanaşmadır.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy “2018-ci il Beynəlxalq Dini Azadlıqlar Hesabatı”na münasibət bildirərkən deyib. O bildirib ki, bu hesabatda Gülən dini təzyiqlərə məruz qalan şəxs kimi qələmə verilib:Muxalifet3 - 22-06-2019
Gömrük rəhbərləri Bişkekdə bir araya gəldi - Foto
Bişkekdə Müstəqil Dövlətlər Birliyi Gömrük Xidmətləri Rəhbərləri Şurasının 69-cu və Gömrük İttifaqına üzv ölkələrin Birləşmiş Kollegiyasının 31-ci iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, tədbirlərdə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistanın, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
İclaslarda gömrük orqanları sahəsində hüquqi təcrübə, malların vahid tranzit sistemi, elektron deklarasiya, malların yerdəyişməsi, sərhəddən keçən mallara vahid gömrük xidmətinin göstərilməsi və digər məsələlər müzakirə olunub.Muxalifet3 - 22-06-2019
İstanbulu oğrular idarə edə bilməz - Yıldırım
Dəyərli qardaşlarım, İstanbul seçkiləri müstəqillik mübarizəsi deməkdir. Cümhur İttifaqıyla ay ulduzlu bayrağımıza və unitar dövlət quruluşumuza sahib çıxmaq deməkdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri AKP-nin İstanbul Böyükşəhər Bələdiyəsi sədrliyinə namizədi Binəli Yıldırım Pendikdə vətəndaşlarla görüşündə deyib.Muxalifet3 - 22-06-2019
İranda ABŞ casusu edam edildi
İranda ABŞ-a casusluq edən Cəlal Hacı Zavar adlı şəxs edam edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Müqavilə əsasında Müdafiə Nazirliyində işləyən və ABŞ hökumətinin xeyrinə casusluq edən keçmiş əməkdaşın asılması barədə qərar icra olunub", - deyə məlumatda bildirilir.
Sözügedən şəxs 2010-2011-ci illərdə MKİ-yə gizli məlumatlar ötürüb.
Muxalifet3 - 22-06-2019
150 iranlını öldürəcəkdim, lakin... - Tramp
İran nüvə silahından imtina edərsə zəngin, xoşbəxt ölkə kimi mənim ən yaxşı dostum olacaq.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İranın nüvə silahına sahib olmasına icazə verməyəcəkMuxalifet3 - 22-06-2019
"Meqafan"da şarlar partladı, 6 nəfər xəsarət aldı
"Meqafan" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunu report -a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. E.Hacıyev bildirib ki, həmin əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 azyaşlı və 4 böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.
Muxalifet3 - 22-06-2019
ABŞ-da zəlzələ baş verdi
ABŞ-ın Oreqon ştatının sahilləri yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti xəbər verib.
Məlumata əsasən, yeraltı təkanların episentri, Nyuport şəhərindən 355 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometrə yaxın dərinlikdə yerləşib.
Dağıntılar, zərər çəkənlər və sunami təhlükəsi barədə məlumat verilməyib.
Muxalifet3 - 22-06-2019