Axtarış
The search found 105785 results in 0.047 seconds.
Search results
İtkilər 2,5 trilyon dollar olacaq - Medvedyev
Texnologiyanın inkişafı bəzi risklər yaradır. Kiberhücumlar nəticəsində dünya iqtisadiyyatında itkilər bu il 2,5 trilyon dollara çatacağı gözlənilir. Afrika qitəsindəki bütün ölkələrin daxili maliyyələşməsi 2,5 trilyon dollara bərabərdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya baş naziri Dmitri Medvedyev Moskvada keçirilən Beynəlxalq kiber təhlükəsizliyi konfransında çıxışı zamanı bildirib.Muxalifet3 - 22-06-2019
Tiflisdə etirazlar: Rustaveli prospekti bağlandı
Tiflisdə keçirilən aksiya ilə əlaqədar mərkəzi Rustaveli prospekti bağlanıb.
Məlumata görə, parlamentin qarşısında keçirilən aksiyada iştirak edənlərin sayı 5 mini ötüb. Polis təhlükəsizlik tədbirlərini gücləndirib. Mərkəzi Rustaveli prospekti bağlanıb. Aksiya iştirakçılarının sayının daha da artacağı gözlənilir.
Muxalifet3 - 22-06-2019
İŞİD-dən daha böyük təhlükə
Müharibəyə görə Suriyada yaranmış iqtisadi problemlər artıq ölkə üçün İŞİD terror qruplaşmasından daha böyük təhlükədir.
Muxalifet.az xəbər verir ki, bunu Rostovdakı Suriya icmasının rəhbəri Eyras Alxatıb bildirib.
“Biz artıq demək olar ki, ölkəni azad etdik. Şimalda yalnız bir sahə qalıb, proses gedir. İndi bizim üçün təhlükə İŞİD deyil, müharibəyə görə ortaya çıxan problemlərdir, məsələn iqtisadi”, - o deyib.Muxalifet3 - 22-06-2019
Bu türk ölkəsində silah saxlamağa icazə verildi
Özbəkistan Ali Məclisinin Senatının plenar iclasında “Silah haqqında” Qanun qəbul edib.
Muxalifet.az xəbər verir ki, bu Qanunla Özbəkistan vətəndaşlarına özünü müdafiə məqsədilə silah saxlamağa icazə verilir. Sənəddə bildirilir ki, xidməti silahları hüquqi şəxslər insanları və əmlakı müdafiə etmək üçün istifadə edə bilərlər. Hərbi silahlardan isə ancaq Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər strukturların əməkdaşları tərəfindən hərbi əməliyyatlar zamanı istifadə oluna bilər.Muxalifet3 - 22-06-2019
Ramzan Kadırov: Leyla Əliyeva həyatını mərhəmət ideyalarının yayılmasına həsr edib
Leyla Əliyeva bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edib.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz “Instagram” səhifəsində yazıb.
R.Kadırov Minskdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşməkdən məmnunluğunu ifadə edib:
“Mənim İlham Heydər oğlu ilə son dərəcə mehriban münasibətlərim var. Buna görə də Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşdən çox şad oldum.Muxalifet3 - 22-06-2019
AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNƏ QARŞI BÖYÜK TƏHLÜKƏ – Rus qoşunlarını ölkəmizə dəvət edənlərin niyyəti nədir…
Lənkəranın Rusiyaya təhvil verilməsi təklifi… Mayın 21-də deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Lənkəran aeroportunun uzun müddətə Rusiyaya icarəyə verilməsini təklif etdi. Deputat dedi ki, əgər Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısını, ya da qismən Azərbaycanın hər hansı kommersiya struktur ilə şərikli istifadə edə bilərlər.
Muxalifet4 - 23-06-2019
İranın vurduğu ABŞ təyyarəsinin ŞOK QİYMƏTİ - 220 milyon dollar belə kül oldu / FOTOLAR
İran Silahlı Qüvvələri İnqilab Keşikçiləri Korpusunun Aviasiya-Kosmos Bölməsi iyunun 20-də ABŞ ordusuna aid “Global Hawk” RQ-4C tipli pilotsuz uçuş aparatını Hörmüz boğazının hava məkanında məhv etdi. “Global Hawk” RQ-4C haqqında maraqlı məlumatları təqdim edirik. “Global Hawk”, böyük ehtimal, ABŞ ordusunun həm dəniz, həm də hava qüvvələrində istifadə olunan pilotsuz uçuş aparatıdır. İlk dəfə 1995-ci ildə xidmətə verilən RQ-4C yüksək hündürlükdən uça bilən PUA kimi tanınır.
Muxalifet4 - 23-06-2019
Xərçəngdən xilas olmaq üçün çox asan vasitə... - İNGİLİS ALİMLƏRİ İNANILMAZ FAKTLARI AÇDI / Video
Qırmızı acı bibər xərçəng hüceyrələrini məhv edən bilən möcüzəvi bir bitkidir. Bu iddia İngiltərənin Nottinqam Universitetin araşdırması nəticəsində məlum olub. Muxalifet.az publika.az-a istinadən bununla bağlı hazırladığı videonu təqdim edir:
Muxalifet4 - 23-06-2019
ŞOK GƏLİŞMƏ: Tramp İrana dostluq təklif etdi – “Onların ən yaxşı dostu olaram”
Nüvə silahından əl çəkərsə, İran varlı və xoşbəxt ölkəyə çevrilər, mən də onların ən yaxşı dostu olaram.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O, İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini bəyan edib. Donald Tramp İranın nüvə silahından əl çəkəcəyinə ümid etdiyini söyləyib.
ABŞ prezidenti Tehranla böhran həll olunana qədər hərbi addımların hər zaman seçim sırasında olacağını bildirib.Muxalifet4 - 23-06-2019
TÜRKİYƏDƏ TARİXİ GÜN - Bu gün İstanbulu kim qazanacaq?
Bu gün – iyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə səsvermə keçiriləcək. Dünəndən təbliğat və təşviqat işləri dayandırılıb.
Bəlli olduğu kimi, İstanbul uğrunda əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasında olacaq.
Səsvermə Türkiyə vaxtı ilə saat 08.00-da başlayacaq və 17.00-dək davam edəcək (Bakı vaxtı ilə saat 09.00-18.00).
Muxalifet4 - 23-06-2019
Bakıda yüzlərlə insan eyni anda bunu etdi... - FOTO
İyunun 22-də Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası keçirilib. Muxalifet.az trend-ə istinadən bildirir ki, tədbir Hindistanın Azərbaycandakı səfirliyi, Klassik Yoqa Məktəbi, "Art of Living", Yoqa Şahi Studiyası və Soham Yoqa Məktəbi tərəfindən beşinci Beynəlxalq Yoqa Günü münasibətilə təşkil olunub. Sessiyada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna, Hindistan-Azərbaycan Assosiasiyasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Muxalifet4 - 23-06-2019
DƏHŞƏT: 6 gün əvvəl toyu olan kişi özünü asdı
Ötən axşam Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, şəhərin H.Aslanov küçəsi, ev 25-də yaşayan 35 yaşlı Orxan Tofiq oğlu Məhərrəmli özünü yaşadıqları evin həyətindəki üzüm çardağından asaraq intihar edib. Cəmi 6 gün əvvəl , iyun ayının 17-də Orxanın toyu olubmuş.
O.Məhərrəmli Sabirabad regional Toxumçuluq İdarəsində aqronom işləyirdi. Həlik intiharın hansı səbədən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 23-06-2019
Bakıda ticarət mərkəzində yanğın: Eldar Əzizov əraziyə gəldi - FOTO, VİDEO
Bakının Qara Qarayev prospektində yerləşən “X-Lady” ticarət mərkəzi və ona bitişik “İzabella” ayaqqabı mağazasında yanğın baş verib.
Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər aidiyyəti şəxslər də hadisə yerinə gəliblər.
Muxalifet4 - 23-06-2019
"Gürcüstanda üçüncü qüvvəyə ehtiyac var" - GÜRCÜ POLİTOLOQ
İyunun 20-də Tbilisidə keçirilən kütləvi etiraz aksiyasının sərt şəkildə dağıdılması düzgün addım deyildi. Buna yol verilməməli idi. Gürcüstanda son hadisələr siyasi elitanın tam məsuliyyətsizliyini göstərdi. Ölkə siyasi baxımdan çıxılmaz vəziyyətdədir və cəmiyyətədə bədbin əhval-ruhiyyə hökm sürür.
Bu sözləri gürcü politoloq, “ART Qallery” televiziyasının yaradıcısı Tenqiz Txilava AzərTAc-a müsahibəsində söyləyib.
Muxalifet4 - 23-06-2019
Yasamalda minik avtomobili belə aşdı - VİDEO
Bakı şəhər Yasamal rayonu ərazisində yol qəzası baş verib. Publika.az xəbər verir ki, Kənar dairəvi yolun Biləcəri istiqamətində olan hissəsində idarəetmədən çıxan minik avtomobili yolun ortasındakı metal çəpərə çırpılıb. Avtomobil çəpərləri dağıdaraq yolun ortasına aşıb. Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.
Muxalifet4 - 23-06-2019
Bakıda məşhur mağazadakı yanğın söndürüldü - YENİLƏNDİ /FOTO-VİDEO
İyunun 23-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində "X-Lady" və "İzabel" mağazalarının yerləşdiyi ticarət obyektində baş
Muxalifet.az Azərtac-a istinadənverir ki, hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər aidiyyəti şəxslər gəliblər.
Muxalifet4 - 23-06-2019
Həyat yoldaşı tərəfindən bıçaqlanan qadın öldü
İyunun 20-dən 121-nə keçən gecə Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsində həyat yoldaşı tərəfindən bıçaqlanan 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı vəfat edib. Belə ki, çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan qadın həkimlərin səylərinə baxmayaraq ölüb.
Muxalifet4 - 23-06-2019
"İrana zərbə əmrimi ləğv etməmişəm, sadəcə..." - TRAMPDAN DƏHŞƏTLİ AÇIQLAMA
ABŞ prezidenti Donald Tramp İrana zərbə haqqında əmri ləğv etmədiyini bildirib.
Amerika liderinin tvitterdə yazdığına görə, onun sözləri yanlış izah edilib.
O vurğulayıb ki, bu dəfə hücumu yalnız dayandırıb.
Qeyd edək ki, iyunun 20-də İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ-ın pilotsuz kəşfiyyat aparatını vurub. Amerika tərəfi əvvəlcə bu xəbəri təkzib etdi, amma sonra etiraf etdi ki, İran ABŞ-ın ən böyük pilotsuz aparatlarından biri olan “RQ-4A Global Hawk”-ı vurub.
Muxalifet4 - 23-06-2019
Nigar Camal genini yoxlatdırdı: 91 faiz türk…
Avroviziya 2011 yarışmasının qalibi Nigar Camal yarışmanın apardığı DNT analizinin cavabını alıb.
Axşam.az xəbər verir ki, nəticələrdən Camalın 91,7 faiz qərbi asiyalı genetikasına sahib olduğu ortaya çıxıb.
"91,7 faiz türk genetikası, 5,5 faiz hunlar (Çingiz Xanın işləridir - İpək yolunda bizi tək qoymadı və "Sovetski"dən keçdi) və 2,8 faiz yəqin ki, ərəb genetikası", - Nigar yazıb.
Qeyd edək ki, bundan öncə də eyni testi müğənni Eldar Qasımov etmişdi.
Muxalifet4 - 23-06-2019
"Çernobılda onlar günahkar idi" - Keçmiş prezidentdən ŞOK AÇIQLAMA
Latviyanın sabiq prezidenti Valdis Zatlers 1986-cı ildə Çernobılda baş vermiş dəhşətli qəzadan sonra bu fəlakətin nəticələrinin aradan qaldırılması üçün oraya göndərilənlər arasında olub.
Muxalifet.az azərtac-a istinadla xəbər verir ki, ixtisasca həkim olan V.Zatlers Çernobıl qəzasından sonra ləğvedicilərdən biri kimi ərazidə fəaliyyət göstərib. O, “Baltkom” radiosuna müsahibəsində bildirib ki, qəzada texnologiya günahkar deyil. Əsas günahkarlar bu texnologiyanı idarə edə bilməyən insanlardadır.
Muxalifet4 - 23-06-2019