Axtarış

The search found 105785 results in 0.254 seconds.

Search results

  1. Yurgen Kloppdan ŞOK AÇIQLAMA: "Futboldan gedəcəm"

    "Liverpul"un baş məşqçisi Yurgen Klopp maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Muxalifet.az matc.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis futbolçuların transfer qiymətlərinin artmasından narahatdı. Bu yaxınlarda "qırmızılar"la yeni müqavilə imzalayan 52 yaşlı mütəxəssis bunun dünya futboluna ciddi ziyan vurduğunu düşünür. Klopp futbolun getdikcə puldan asılı duruma düşdüyünü bildirib. O, hətta əlavə edib ki, vəziyyət belə davam edəcəyi təqdirdə, futboldan gedəcək: "Almaniyada çalışdığım zaman "Bavariya" böyük transfer büdcəsinə sahib idi. Məsələn, 100 milyon funt-sterlinq.

    Muxalifet - 21-06-2019

  2. Özbəkistan prezidenti Dəməşqə uçan təyyarəni təcili Bakıya endirdi - “MƏNƏ ZƏNG VURUB DEDİLƏR Kİ, TƏYYARƏNİ QAYTAR, YOXSA ATƏŞ AÇARIQ...”

    Suriyada və İraqda qalan Özbəkistan vətəndaşlarının dalınca göndərilən təyyarəyə atəş aça bilərdilər.

    Bu haqda Özbəkistan prezidenti Şövkət Mirziyayev Senatın plenar iclasında danışıb.

    Xəbər verilir ki, 2019-cu il mayın sonlarında xüsusi reyslə Suriyanın paytaxtı Dəməşqdən Daşkəndə 156 Özbəkistan vətəndaşı, o cümlədən 48 qadın, 106 uşaq və 1 kişi gətirilib. Onlar Yaxın Şərqdə münaqişə zonalarında  radikal dini qruplaşmaların sıralarında döyüşən Özbəkistan vətəndaşlarının ailə üzvləridir.

    Muxalifet - 21-06-2019

  3. Bağdadda dəhşətli partlayış: ölənlər var

    İraqın paytaxtı Bağdadda məscidlərin birində partlayış olub.
    Muxalifet.az xəbər verir ki, partlayış kamikadzenin məsciddə özünü partlatması nəticəsində törədilib. Partlayış nəticəsində 10 nəfər ölüb, 30-u isə yaralanıb.
    Polisin məscidi və ətrafı əraziləri nəzarət altına altdığı bildirilib.
     

    Muxalifet3 - 21-06-2019

  4. ​Hollandiyada iki təyyarə toqquşdu: ölənlər var

    Hollandiyada iki kiçik həcmli təyyarə toqquşub.
    Muxalifet.az xəbər verir ki, Şimali Brabant əyalətində baş verən qəza zamanı 2 nəfər ölüb, 2-si yaralanıb.
    Hollandiya Təhlükəsizlik Şurası qəza ilə bağlı araşdırmaya başlayıb.
     

    Muxalifet3 - 21-06-2019

  5. Mursi ilə bağlı yalnız İsrail telekanalına icazə verildi

    Misir hakimiyyəti sabiq Prezident Məhəmməd Mursinin dəfn edildiyi məzarlıqdan yalnız İsrail telekanalının görüntülər yayımlamasına icazə verib. “Milliyet” qəzeti xəbər verir ki, İsrail Dövlət Yayım Qurumunun (KAN) müxbiri Roi Kais “Müsəlman qardaşları təşkilatı” üzvlərinin dəfn edildiyi məzarlıqdan reportaj hazırlayıb. KAN-ın Yaxın Şərq regionu üzrə müxbiri R.Kais reportaj hazırlayarkən ciddi təhlükəsizlik tədbirləri görülüb. Sözügedən məzarlığa nə yerli, nə də əcnəbi media nümayəndələrinin yaxınlaşmasına icazə verilir.

    Muxalifet3 - 21-06-2019

  6. ​Asiyada mühüm platforma: Bakı üçün geosiyasi əhəmiyyəti...

    Tacikistanın paytaxtı Düşənbə şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilib.

    Muxalifet3 - 21-06-2019

  7. ​Azərbaycana yay fəsli daxil oldu

    Bu gün Bakı vaxtı ilə saat 19.54-də Azərbaycana yay fəsli daxil olub.
    Muxalifet.az xəbər verir ki, yay fəsli sentyabrın 23-dək davam edəcək. Sentyabrın 23-ü saat 11.50-də Azərbaycanda payız fəsli başlayacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir.
     

    Muxalifet3 - 21-06-2019

  8. Tiflis qaynayır: Etirazçılar 3 saat vaxt verdi...

    Gürcüstan parlamentinin deputatları və parlament aparatının əməkdaşları qanunverici orqanın binasını tərk ediblər.
    Bu barədə deputatlara və əməkdaşlara Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilib. Parlamentdəki jurnalistlər də binadan çıxarılıb. Bundan əlavə, Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası yenidən başlayıb.
    Aksiyaçılar Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.
    Etirazçılar bu tələbin yerinə yetirilməsi üçün üç saat vaxt veriblər.
     

    Muxalifet3 - 21-06-2019

  9. ​ABŞ-dan təcili çağırış: İranla bağlı toplanın...

    Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İranla bağlı təcili toplantı keçirə bilər.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ TŞ-yə çağırış edib.
     

    Muxalifet3 - 21-06-2019

  10. ​SON DƏQİQƏ: Türkiyə ilə Naxçıvan sərhədi BAĞLANDI

    Türkiyə ilə Naxçıvanı birləşdirən Dilucu gömrük keçid məntəqəsində həyəcanlı anlar yaşanır.
    Muxalifet.az "Yeni Akit"ə istinadən xəbər verir ki, gömrük məntəqəsinin ərazisində əl istehsalı partlayıcı qurğu aşkarlanıb. Dərhal sərhəddə giriş-çıxış qapıları qapadılıb. Ərazidəki insanlar təxliyə edilib, təhlükəsizlik zolağı çəkilib. Partlayıcının məhv edilməsi üçün bölgəyə sapyorlar cəlb edilib.
    Tədbir məqsədi ilə əraziyə təcili tibbi yardım heyəti də göndərilib.
     

    Muxalifet3 - 21-06-2019

  11. “Minsk 2019”: İdmançılarımız hansı növlərdə mübarizə aparacaqlar?

    Bu gün Belarusun paytaxtı Minskdə start götürən ikinci Avropa Oyunlarında Azərbaycan 82 idmançı ilə təmsil olunur.
    Muxalifet.az xəbər verir ki, idmançılarımız boks, cüdo, güləş, karate, bədii gimnastika, akrobatika, batut gimnastikası, sambo, stend atıcılığı, güllə atıcılığı, badminton, velosiped idmanı, kanoe yarışlarında mübarizəyə qoşulublar.

    Muxalifet3 - 21-06-2019

  12. ​“Aeroflot” aviareysləri təxirə saldı - Səbəb

    Moskvada iyunun 22-i gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar “Aeroflot” aviaşirkəti “Şeremetyevo” hava limanında sabaha nəzərdə tutulan 26 reysi təxirə salıb.
    Muxalifet.az-ın məlumatına görə, təxirə salınan reyslər arasında Helsinki, Praqa və Vilnüslə yanaşı, daxili reyslər də var.
    Qeyd olunur ki, sabah hava limanından qalxan 13 reys və enməli olan daha 13 reys təxirə salınıb.
    Bundan başqa, daha 6 reysin vaxtının dəyişdirildiyi deyilir.
     

    Muxalifet3 - 21-06-2019

  13. ​Bu ölkədə də etiraz aksiyası: Hökumətin istefası tələb edilir

    Əlcəzairin paytaxtı Əlcəzairdə etiraz aksiyaları keçirilir.
    Muxalifet.az xəbər verir ki, etirazçılar dövlət başçısı vəzifəsini icra edən Əbdülqədir Bensaleh və Baş nazir Nurəddin Bəduinin istefasını tələb edir.
    Aksiya zamanı bir neçə nəfər saxlanılıb. Bəzi yerlərdə isə polislə etirazçılar arasında toqquşma yaşandığı bildirilib.
    Qeyd edək ki, bu ilin aprelində Əbdüləziz Buteflika prezident postundan istefa verib.
     

    Muxalifet3 - 21-06-2019

  14. ​Trampdan Kim Çeni məyus edəcək - Qərar

    ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb. Muxalifet.az xəbər verir ki, Prezident Donald Tramp Pxenyana qarşı sanksiyaların daha 1 il uzadılması barədə qərar verib. Trampın sanksiya qərarının Konqresə göndərildiyi bildirilib.

    Muxalifet3 - 21-06-2019

  15. ​SON DƏQİQƏ: ABŞ-ın bombardmançı təyyarələri İran sərhədinə UÇDU

    ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 "Boinq B-52h Stratofortress" strateji bombardmançı təyyarəsi İranın yaxınlığına uçuş həyata keçirib.
    Muxalifet.az xəbər verir ki, Vaşinqtonun nüvə bombası daşımaq gücündə olan təyyarələri İran sərhədinə göndərdiyi bildirilib. Qətərdəki Əl-Ubeyd hərbi hava bazasından havaya qalxan təyyarələri F-15 qırıcılarının müşayiət etdiyi bildirilib.
    Eyni saatda körfəzdə ABŞ-ın digər hərbi təyyarəsinin də uçuş reallaşdırdığı qeyd edilib.
     

    Muxalifet3 - 21-06-2019

  16. ​Cüdoçularımızın Avropa Oyunlarındakı rəqibləri bilindi

    Minskdə II Avropa Oyunları çərivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb.
    Muxalifet.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, milli komandamızın altı qadın və doqquz kişi üzvünün ilk rəqibləri müəyyənləşib.

    Muxalifet3 - 21-06-2019

  17. ​Fuad Abbasovun ailəsi təhlükə altında: Müdaxilə edildi

    Jurnalist Fuad Abbasovun Moskvadakı ailəsinə öz evlərində müdaxilə etdilər.
    Muxalifet.az xəbər verir ki, bu barədə həbsdə olan jurnalist Fuad Abbasovun sosial şəbəkədəki hesabında məlumat paylaşılıb.
    "Həyat yoldaşı və uşaqları təhlükədədir. Ximki şəhəri, Molodyojnaya küçəsi ev 50, blok 6 adresinə yaxın kim varsa, orda nə baş verdiyini məlumat versin", - paylaşılan statusda qeyd edilib.
     

    Muxalifet3 - 21-06-2019

  18. ​Yıldırımdan İmamoğluna: Qonaq ev sahibinin quzusudur

    AKP-nin İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədi Binəli Yıldırım CHP namizədi Əkrəm İmamoğlunu çay qonaqlığına dəvət etməsinə münasibət bildirib.
    Muxalifet.az xəbər verir ki, Yıldırım Tvitter hesabında İmamoğlunun çay dəvətini xatırlatmasını belə cavablandırıb:
    "Çaya dəvətim keçərlidir, lakin qonaq ev sahibinin quzusudur. Belə tələskənliyə ehtiyac lüzum yoxdur. Bazar günü keçsin, işimizi yekunlaşdıraq, harada istəsə, oturub çay içib, söhbət edərik".
    Qeyd edək ki, Yıldırım İmamoğlu ilə canlı yayım debatından sonra çay içməyə dəvət etmişdi.
     

    Muxalifet3 - 21-06-2019

  19. Hakimiyyət daxilindəki dəyişikliklərin PƏRDƏARXASI - Bu islahatların arxasında nə durur?

    İctimaiyyət güc qurumlarının rəhbərlərinin son dəyişməsinə nəyin səbəb olduğu və bunun nəticələrinin necə olacağı barədə hələ çox təxminlər yürütməli olacaq. Halbuki, müxtəlif siyasi qüvvələr və ekspertlər bu təyinatlarla bağlı çox da şərh vermir.
     
    İlk görünən şey Ramiz Mehdiyevin - Prezident Administrasiyasının rəhbəri və dünənə qədər Təhlükəsizlik Şurasının Katibinin - mövqeyinin zəifləməsidir. Artıq o, güc qurumlarına təsirini itirir və bu sahə ilə bağlı qərarların qəbulunda həlledici rol oynaya bilməyəcək.
     

    Muxalifet4 - 22-06-2019

  20. Сила и Власть в период транзакции

    Президент Ильхам Алиев 20 июня произвел ротацию рядах силовиков.
     
    Министр внутренних дел с 24-летним стажем Рамиль Усубов назначен Секретарем совета безопасности. Ранее эту должность по совместительству исполнял глава Администрации президента, патриарх советской партноменклатуры Рамиз Мехтиев, который по состоянию здоровья и условиях усилившейся централизации управления администрацией со стороны президента уже не так активен как в былые годы.
     

    Muxalifet4 - 22-06-2019

Pages