Axtarış

The search found 105785 results in 0.029 seconds.

Search results

  1. ​İranda iki azərbaycanlı yoxa çıxdı

    Güney azərbaycanlı milli-mədəni fəallar Səccad Şoheyri və Musa Ziyagərgəri saxlanılıb. Muxalifet.az xəbər verir ki, təhlükəsizlik qüvvələri Sulduzda Musa Ziyagərgərinin evinə hücum çəkərək onu saxlayıb, evində axtarış aparıblar. Urmiyədə tutulan Səccad Şoheyrinin isə hansı şəraitdə saxlandığı barədə məlumat yoxdur. Deyilənlərə görə, hər iki fəal yaxalanmadan öncə təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilib. Qeyd edək ki, fəalların harada saxlanıldığı bilinmir.

    Muxalifet3 - 23-06-2019

  2. Erməni 2 dəfə yerə çırpıldı: Orucov gümüş, Heydərov isə...

    Azərbaycan cüdoçusu Rüstəm Orucov II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb.

    Muxalifet.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda Ermənistan idmançısı Ferdinand Karapetyanı mübarizədən kənarlaşdırıb.

    ***

    Azərbaycan cüdoçusu Hidayət Heydərov ikinci Avropa Oyunlarının bürünc medalını qazanmaq şansı əldə edib.

    73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda Ermənistan idmançısı Ferdinand Karapetyanı mübarizədən kənarlaşdırıb.

    ***

    Muxalifet4 - 23-06-2019

  3. 110 yaşlı qadın uzunömürlülüyün sirrini açdı - Sən demə viski...

    İnsan oğlunun ən böyük arzularından biri çox yaşamaqdır. Britaniyanın ən uzunömürlü sakinlərindən biri 110 yaşlı Qreys Cons çox yaşamağın sirlərini mediya ilə bölüşüb.

    Publika.az xəbər verir ki, Cons gündəlik viski içməyini səbəb gətirib.

    Qreys etiraf edir ki, 60 ildir, hər axşam viski içir.

    “50 yaşım olanda həkim mənə dedi ki, ürəyim zəifdir. Sağlamlığıma qovuşmaq istəyirəmsə, viski içməliyəm."

    Muxalifet4 - 23-06-2019

  4. ABŞ-da atışma: 1 ölü, 10-a yaxın yaralı - Foto

    ABŞ-ın İdiana ştatının Sautbend şəhərində atışma olub. Muxalifet.az xəbər verir ki, şəhərin "Kelli" barında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 10-a yaxın insan isə yaralanıb. Hadisəni törədən şəxs və ya şəxslər barədə hər hansı məlumat verilməyib.

    Muxalifet3 - 23-06-2019

  5. Moskvada Fuad Abbasovun həbsdə saxlanılmasına etiraz olunur - AKSİYA

    Rusiyada yüzlərlə azərbaycanlı jurnalist Fuad Abbasovun həbsdə saxlanılmasına etiraz olaraq Moskvada yenidən aksiyaya başlayıb.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, soydaşlarımz paytaxt Moskvanın mərkəzi küçələrindən olan Saxarova, ev 17 ünvanında aksiyaya qoşulublar.

    Rusiyanın tanınmış jurnalisti Maksim Şevçenko aksiya iştirakçıları ilə görüşərək, azərbaycanlı həmkarının azadlığa çıxması üçün soydaşlarımızla sonadək bir yerdə olacağını bildirib.

    Muxalifet4 - 23-06-2019

  6. ​Səsverməyə çata bilmədi, ağladı və... - Türkiyədə qəribə HADİSƏ

    Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda səsvermədə iştirak etmək istəyən bir qadın huşunu itirib. Muxalifet.az xəbər verir ki, sözügedən qadın səsvermə prosesi başa çatdıqdan sonra seçkiyə özünü çatdıra bilib və səsvermə hüququndan istifadə edə bilməyib. Səsverməyə çata bilməyən qadın pilləkənlərdə oturaraq ağlamağa başlayıb, daha sonra huşunu itirib. Ona seçki komissiyası üzvləri yardım edib.

    Muxalifet3 - 23-06-2019

  7. SON DƏQİQƏ: Türkiyə əməliyyata başladı

    Türkiyə təhlükəsiz qüvvələri Suriyanın Kobani şəhərindən ölkəyə daxil olan 4 PKK-çını saxlayıb. Muxalifet.az xəbər verir ki, onların Türkiyədə terakt törətmək üçün sərhədi keçdikləri qeyd edilib. Bildirilib ki, Türkiyə təhlükəsizlik qüvvələri bu əməliyyatı əldə edilmiş məxfi məlumat əsasında başladıblar.

    Muxalifet3 - 23-06-2019

  8. ​Markoviç Bakıya gəldi, Əli Həsənov qarşıladı

    Monteneqronun Baş naziri Duşko Markoviç iyunun 23-də Azərbaycana rəsmi səfərə gəlib. Muxalifet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirilib.

    Muxalifet3 - 23-06-2019

  9. ​Türklərin ən böyük klubuna "Azərbaycan" adı verilir?

    Güney Azərbaycanın "Traktor" klubu bundan sonra "Traktor Azərbaycan F.C" adlanacaq. Muxalifet.az xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Bildirilib ki, artıq klub rəhbərliyi bu adı təsdiq edib, sadəcə, kiçik nüanslar qalıb. Qeyd edək ki, ötən gün "Traktor" klubunun adından "Sazi" sözünün çıxarılması və "Azərbaycan" sözünün əlavə edilməsi haqda məlumat yayılsa da, azarkeşlər bunun şayiə olduğunu iddia etmişdilər. "Traktor" Türk dünyasında ən çox azarkeşi olan klub hesab edilir.

    Muxalifet3 - 23-06-2019

  10. ​Tiflisdə aksiya başladı: Yüzlərlə insan toplaşdı...

    Gürcüstan paytaxtında müxalifətin kütləvi etiraz aksiyası iyunun 23-də davam edib. Muxalifet.az xəbər verir ki, saat 19:00-da yüzlərlə insan parlamentin qarşısına toplaşıb. Təşkilatçıların sözlərinə görə, bu gün daxili işlər naziri Qeorqi Qaxariyanın deyil hökumətin də istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi və iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılmasını tələb edəcəklər. Təşkilatçılar bacardıqca iğtişaş və qarşıdurmaya yol verməyəcəklərini bildirirlər. Hazırda parlamentin binası önündə minə yaxın insan toplaşıb.

    Muxalifet3 - 23-06-2019

  11. ​Neymarın prezidentlə münasibəti korlandı, "Barsa"ya qayıdır

    Fransanın “Paris Sen-Jermen” klubunun ulduz futbolçusu Neymar komandanın prezidenti Naser əl-Xəlaifiyə komandanı tərk edəcəyini və “Barselona”ya dönmək istədiyini bildirib. Muxalifet.az xəbər verir ki, futbolçu “Mən artıq burada qalmaq istəmirəm. Tezliklə öz evimə (“Barselona”) dönmək istəyirəm. Oranı heç vaxt tərk etməməli idim” deyib. Bu xəbərdən sonra prezident futbolçunu təşkil olunmuş mətbuat konfransında tənqid edib. O bildirib ki, komandaya hörmət etməyən və öz işinə peşəkarcasına yanaşmayan şəxslər klubdan gedə bilər.

    Muxalifet3 - 23-06-2019

  12. ​İmamoğludan ilk açıqlama: Bu, qələbə deyil...

    Bu, qələbə deyil, yeni bir başlanğıcdır. Muxalifet.az xəbər verir ki, bu sözləri CHP-nin İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədi Əkrəm İmamoğlu deyib. "Təbii ki, uğurumuzu qeyd edəcəyik. Burdan vətəndaşlara çağırış edirəm: heç kimin qəlbini qırmayın. Sabahdan etibarən mən bələdiyyə sədri kimi, 16 milyon insanımıza ədalətli şəkildə xidmət edəcəyəm", - İmamoğlu bildirib. Qeyd edək ki, İstanbul Bələdiyyəsinə keçirilən seçkilərdə səslərin 99.37 faizi artıq sayılıb. Son nəticəyə əsasən, İmamoğlu 54.03, Yıldırım isə 45.09 səs toplayıb.

    Muxalifet3 - 23-06-2019

  13. “İmamoğlu öndədir, təbrik edirəm”: ​Yıldırım

    İstanbulda təkrar bələdiyyə sədri seçkilərində rəqibim Əkrəm İmamoğlu öndədir. Muxalifet.az bildirir ki, bunu canlı efirdə hakim Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib. O, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Ə.İmamoğlunu təbrik etdiyini bildirib: “İmamoğlunun İstanbula gözəl xidmət etməsini arzulayıram”. Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində təkrar bələdiyyə seçkiləri keçirilib. İlkin nəticələrə görə, Əkrəm İmamoğlu 53,69 faiz, Binəli Yıldırım isə 45,39 faiz səs toplayıb.

    Muxalifet3 - 23-06-2019

  14. ​Ərdoğan İstanbulda yenidən uduzdu

    Bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb. Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, indiyədək bülletenlərin 95,64 faizi hesablanıb. Nəticələrə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 53,73 faiz səslə liderdir. Onun əsas rəqibi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım isə 45,36 faiz səs toplayıb. Hazırda səslərin sayılması davam edir. Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Əkrəm İmamoğlu qalib elan edilmişdi.

    Muxalifet3 - 23-06-2019

  15. Boltondan Tramp-Putin görüşü haqda - Açıqlama

    ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşmək niyyətindədir. Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton danışıb. O bildirib ki, Tramp Putinlə Yaponiyanın Osaka şəhərində keçirilməsi nəzərdə tutulan G-20 sammitində görüşəcək: "Prezident Tramp Putinlə görüşü böyük səbirsizliklə gözləyir".

    Muxalifet3 - 23-06-2019

  16. ​Baxçalı onun qələbəsindən danışdı: Yeni bir seçki...

    Türkiyə artıq əsas gündəmə qayıtmalı, seçki prosesi bağlanmalıdır. Muxalifet.az xəbər verir ki, bunu MHP başqanı Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsinə keçirilən seçkiləri şərh edərkən bildirib. Baxçalı yeni bir seçkinin Türkiyə üçün heç də yaxşı olmayacağını bəyan edib. Qeyd edək ki, İstanbul Bələdiyyəsinə keçirilən seçkilərdə səslərin 99.37 faizi artıq sayılıb. Son nəticəyə əsasən, İmamoğlu 54.03, Yıldırım isə 45.09 səs toplayıb.

    Muxalifet3 - 23-06-2019

  17. Ərdoğan seçkinin nəticəsindən danışdı

    Növbədənkənar keçirilən seçkilərin nəticələrinin İstanbulumuz üçün xeyrli olmasını arzulayıram. Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında bildirib. "Milli iradə bu gün bir daha özünü göstərib. Qeyri-rəsmi nəticələrə görə seçkidə qalib gələn Əkrəm İmamoğlunu təbrik edirəm", - Ərdoğan qeyd edib.

    Muxalifet3 - 23-06-2019

  18. ​Qaxda ağır qəza: Bir ailənin 3 üzvü...

    Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Muxalifet.az xəbər verir ki, magistral yolda iki avtomobil toqquşub. Hadisə zamanı 1972-ci il təvəllüdlü Zamanov Qamboy Elbrus oğlu və övladları - 2009-cu il təvəllüdlü Zamanov Elgün Qamboy oğlu, 2011-ci il təvəllüdlü Zamanov Elbrus Qamboy oğlu ağır xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. yerləşdirilib. Onlara qapalı kəllə-beyin və bədənlərinin müxtəlif nahiyələrinin travması diaqnozu qoyulub. Hər üç şəxs reanimasiyaya yerləşdirilib.

    Muxalifet3 - 23-06-2019

  19. ​Azərbaycan Minskdə daha bir medal qazandı

    Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında azərbaycanlı samboçu Ağasif Səmədov finalda uduzub. Muxalifet.az xəbər verir ki, bununla da Azərbaycan Avropa Oyunlarında yeddinci medalını qazanıb. Olimpiya millimiz daha əvvəl iki gümüş və dörd bürünc medal əldə edib.

    Muxalifet3 - 23-06-2019

  20. Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ

    Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də əməkhaqlarında artım olacaq.

    Muxalifet - 24-06-2019

Pages