Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. Oksana Rəsulova Antalyada bikinidə GÖRÜNTÜLƏNDİ - FOTO

    Məşhur aktrisa və hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulova çimərlik geyimləri ilə gündəm yaradıb.

    Milli.Az xəbər verir ki, ötən yay ana olan ulduz rəfiqələrilə birlikdə Antalyaya yollanıb. O, tətil fotolarını instaqramda paylaşıb. Oksan Rəsulova sahildə bikinin üzərindən pareo geyinsə də, çimərlik geyimləri diqqət çəkib. /publika

    Oksana Rəsulova Antalyada bikinidə GÖRÜNTÜLƏNDİ - FOTO

    Muxalifet - 26-06-2019

  2. Tbilisidə etirazçılar AZADLIĞA BURAXILDI

    Tbilisi şəhər məhkəməsi 20-21 iyun tarixlərində paytaxtda etirazlar zamanı saxlanılan 51 nəfərin azadlığa buraxılması barədə qərar qəbul edib.
    “Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat yayılıb.
    Məhkəmə həmin şəxsləri xırda xuliqanlıqda və polisin qanuni tələbinə riayət etməməkdə ittiham edib.
    Qeyd edək ki, etirazlar zamanı ümumilikdə 305 nəfər saxlanılmışdı. Onlardan 121-i İnzibati Xətalar Məcəlləsini pozduğuna görə həbs edilmişdi. Digərləri isə cərimə, yaxud şifahi xəbərdarlıqla azadlığa buraxılmışdı.

    Muxalifet - 26-06-2019

  3. Azərbaycanlı deputat toyda Ərdoğanla görüşdü - FOTO/VİDEO

    Xəbər verdiyimiz kimi, dünən türkiyəli güləşçi Rıza Kayaalpın toyu olub.
    Mualifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanın Milli Məclisinin deputatı Adil Əliyev də toyda iştirak edib.
    O, məclisdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
    Qeyd edək ki, R.T.Ərdoğan Rıza Kayaalpın nikah şahidi olub.

    Azərbaycanlı deputat toyda Ərdoğanla görüşdü - Fotolar + Video

    Muxalifet - 26-06-2019

  4. Nazirdən vətəndaşlara MÜRACİƏT: "İnsanlar siqaret kötüyünü zibil qablarına atsınlar"

    Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğın halları ilə bağlı vətəndaşlara müraciət edib.

    Nazir jurnalistlərə açıqlamasında deyib ki, insanlar diqqətli olmalıdır: “Rayonlarda biçilmiş əraziləri yandırırlar. Bunu etmək olmaz. Həmin yanğınlar sonradan biçilməmiş ərazilərə və meşələrə keçir. İnsanların özlərinə zərər gələ bilər.

    Muxalifet - 26-06-2019

  5. Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

    Türkiyənin tanınmış ictimai-siyasi xadimi Nihat Çetinkaya vəfat edib.

    Məlumatı Türkiyə KİV-i yayıb.

    Qeyd edək ki, N.Çetinkaya 1946-cı ildə Türkiyənin İğdır şəhərində doğulub. O, millətsevər düşüncəli fikir adamı kimi tanınırdı. Siyasi, sosial, tarixi və mədəni sahələrdə araşdırma aparıb. “Aleviliyin tarixi”, ”Qızılbaş türkləri və İğdırın tarxinin yazdıq” “Qızılbaş türklər” adlı kitabların müəllifidir.

    N.Çetinkaya 1992-1993-cü illərdə Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin müşaviri olub. (Report)

    Muxalifet - 26-06-2019

  6. Bakıda oğul mobil telefon almaq üçün pul verməyən anasını qətlə yetirdi - TƏFƏRRÜAT

    Bakıda anasını qətlə yetirməkdə təqsirli bilinən Eldar Müslümovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun icraatına verilib. Qeyd edək ki, hadisə bu ilin fevral ayının 18-də Bakının Nərimanov rayon ərazisində baş verib. 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı anası Müslümova Nailə Əzim qızını qətlə yetirib. Saxlanılan şəxsin verdiyi ifadəyə görə, ailə-məişət münaqişəsi zamanı o, stulla anasının sinə nayihəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.

    Muxalifet - 26-06-2019

  7. Hacı Əliyev yarımfinalda - Rəqibi yenə ermənidir

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev yarımfinala yüksəlib.
    Muxalifet.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda belaruslu Georgi Koliyevi 7:5 hesabı ilə məğlub edib.
    Əliyev yarımfinalda əslən erməni olan, Ukrayna təmsilçisi Hor Ohanesyanla qarşılaşacaq.

    Muxalifet - 26-06-2019

  8. “Messiyəm” dedi, 23 qadını aldadıb yatağa girdi - İranda müdhiş fırıldaq

    İranda "Barselona" klubunun məşhur futbolçusu Messiyə bənzəyən və "İranlı Messi" kimi tanınan Rıza Parateş barədə polisə şikayət daxil olub.
    Muxalifet.az Ölkə.az-a istinadən xəbər verir ki, özünü Messi kimi qələmə verib 23 qadınla yatağa daxil olan Rıza barədə qadınlar şikayət ediblər.
    İddiaya görə, Rıza Parateş "Mən Messiyəm" deyərək 23 qadınla cinsi əlaqədə olub. Qadınlar sonradan onun əsl Messi olmadığını öyrəniblər və polisə şikayət ediblər.
    Faktla bağlı cinayət işi qaldırılıb.

    Muxalifet - 26-06-2019

  9. Lənkəran çayında 23 yaşlı oğlan boğuldu

    Lerik rayonunda 23 yaşlı oğlan çayda boğulub.
    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Lənkəran çayının Lerik rayonu ərazisindən keçən hissəsində 1996-cı il təvəllüdlü Mehrəliyev Cavid Sakit oğlunun batması barədə məlumat daxil olub. 
    Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu C.Mehrəliyevin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet - 26-06-2019

  10. Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə

    İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

    Muxalifet - 26-06-2019

  11. ​Vəziyyəti ağırlaşan Xalq artistindən XƏBƏR VAR

    "Atamın səhhəti ilə bağlı hər şey qaydasındadır. Hazırda təzyiqi də normallaşıb. Yalnız şəkər müəyyən qədər atama əziyyət verir. Adətən son günlərdə şəkəri 280-300 arasında dəyişir".

    Muxalifet - 26-06-2019

  12. “YENİ NAZİRİN DAXİLDƏN SEÇİLMƏSİ ÇOX VACİB İDİ…” – “Polisdə ciddi dəyişikliklərin olması gözləniləndir”

    “AzPolitika.info” sabiq polis polkovniki Mahmud Hacıyevlə Daxili İşlər Nazirliyində (DİN) baş verən son dəyişiklikləri müzakirə edib. M.Hacıyevlə müsahibəni təqdim edirik:

    - Mahmud bəy, Daxili İşlər Nazirliyinin rəhbərliyində baş verən dəyişikliyi necə qiymətləndirirsiniz?

    Muxalifet - 26-06-2019

  13. Azərbaycanın bu rayonunda 6 maşın yanıb külə döndü - VİDEO

    Biləsuvarda gömrük məntəqəsində altı maşın yanaraq külə dönüb.
    Bununla bağlı görüntüləri Oxu.Az-ın mobil reportyor rubrikasına Asiman Niftullazadə göndərib.
    Yanan maşınların İrana gedən azərbaycanlı vətəndaşlara məxsus olduğu bildirilir.
    Məlumata görə, yanğın bir maşında başlayıb, sonra digərlərinə keçib.

    Muxalifet - 26-06-2019

  14. ​Daşnaklar Xankəndində iclas keçirib nəticələrini Rusiya səfiri ilə müzakirə etdilər

    “Ermənistan-“Artsax” strateji ittifaqı” forumu mayın əvvəlində Xankəndində özünün iclasını keçirib. Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, təşkilat komitəsinin üzvləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfiri kimi Kopırkinə may iclasının nəticələrini təqdim ediblər.
    Mənbəyə əsasən, forumun təşkilatçılarından Armen Rustamyan, David Şahnazaryan və Geqam Nazaryan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüblər. Bunu Rustamyanın sədri olduğu “Daşnaksütun” partiyasının rəsmi saytı bildirib.

    Muxalifet - 26-06-2019

  15. Ermənistanın daha bir hərbçisi öldü

    Ermənistan ordusunun daha bir hərbçisi ölüb.
    Bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan paylaşıb. Ölən hərbçinin Ayk Surenoviç Alaverdyan olduğu bildirilib. Ovannisyan hərbçinin ölüm şəraitinin araşdırıldığını vurğulayıb.
    “Shamshyan.com” saytı isə insidentin Armavir vilayətində baş verdiyini bildirib. Əsgərin odlu silahdan açılan atəş nəticəsində ölümcül yara aldığı qeyd edilib.

    Muxalifet - 26-06-2019

  16. ​“Piramida Plaza”da tüstülənmə olub, sakinlər təxliyyə edilib - YENİLƏNİB

    Bakıda “Piramida Plaza” yaşayış binasının 13-17-ci mərtəbələri arasında, şaxtada tüstülənmə olub.
    Oxu.Az xəbər verir ki, ilkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində qısaqapanma olub.
    15 nəfər bina sakini təxliyyə edilib.

    16:55

    Bakının mərkəzində yerləşən “Piramida Plaza” yaşayış binasında tüstülənmə olub.
    Məlumata görə, artıq tüstülənmənin qarşısı alınıb.
    Bundan əvvəl binada yanğın olduğu deyilirdi.
    Hadisənin səbəbi araşdırılır.

    16:28

    Muxalifet - 26-06-2019

  17. Böyük Britaniya F35 döyüş təyyarələrini İLK DƏFƏ sınaqdan keçirdi

    Böyük Britaniya F35 döyüş təyyarələrini İraq və Suriyada ilk dəfə sınaqdan keçirib.
    Muxalifet.az AZƏRTAC-a istinadən bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, 14 dəfə kəşfiyyat uçuşu edən təyyarələr bomba yüklü olsalar da bu, sadəcə sınaq üçün istifadə olunub.
    127 milyon dollara əldə olunan döyüş təyyarələri şaquli vəziyyətdə eniş edə bilir və radarlara tutulmur.

    Muxalifet - 26-06-2019

  18. ​Gömrük postunda avtomobillər yandl

    Bu gün Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonundakı gömrük postunun yaxınlığında yerləşən avtomobil dayanacağında yanğın baş verib. Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Məlumata görə. dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəyib.

    Muxalifet - 26-06-2019

  19. ​Putinlə Tramp bu tarixdə görüşəcək

    Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün vaxtı açıqlanıb. Görüş G-20-nin Yaponiyanın Osaka şəhərində keçiriləcək zirvə toplantısı çərçivəsində baş tutacaq.
    Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, görüşün Moskva vaxtı ilə 14:00-da keçiriləcəyini söyləyib .
    Kremlin nümayəndəsi Rusiya və ABŞ liderlərinin görüşünə 10 saat vaxt ayrıldığını, geniş tərkibdə keçiriləcək görüşdə Suriya, Əfqanıstan, Ukrayna, Venesuela və İran probleminin müzakirə olunacağını qeyd edib .

    Muxalifet - 26-06-2019

  20. Vaqif Əsədov: “Saatda 90-la olan yolu, 100-lə gedə bilərsiz”

    Yol hərəkəti haqqında qanunun tələbinə əsasən avtomobillərin hərəkət sürətinin tənzimləndiyi ərazidə qoyulmuş yol nişanlarının tələblərini saatda 10 kilometrə qədər pozulması inzibati məhsuliyət yaradırmı?
    Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov "unikal.org"a açıqlamasında bildirib ki, yol hərəkəti haqqında qanunun tələbinə əsasən avtomobillərin hərəkət sürətinin tənzimləndiyi ərazidə qoyulmuş yol nişanlarının tələbləri pozulursa, (yəni sürət həddi aşılırsa) inzibati xəta tərkibi yaradır:

    Muxalifet - 26-06-2019

Pages