Axtarış

The search found 105785 results in 0.055 seconds.

Search results

  1. Sabiq baş prokurura 10 il iş kəsildi

    Özbəkistanın sabiq baş prokuroru Raşid Kadırov 10 il müddətinə azadlıqdan məhrum edilib, rütbə və dövlət mükafatlarından məhrum olunub.
    Özbəkistan Ali Məhkəməsinin mətbuat xidmətinin yaydığı məlumata görə,

    Muxalifet - 27-06-2019

  2. Saakaşvilinin xanımı Tbilisidə aksiyaya qoşuldu - Foto

    İyunun 20-dən Tbilisidə keçirilən kütləvi aksiyalar səngimək bilmir.
    “Qafqazinfo”nun “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, ötən gün parlamentin binası qarşısında Daxili İşlər naziri Georgi Qaxariyanın istefası tələbi ilə baş tutan mitinqdə Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin xanımı, ötən ay Zuqdudi şəhərinin meri olmaq uğrunda apardığı mübarizədə uduzan Sandra Rulofs da olub. 

    Muxalifet - 27-06-2019

  3. ​Abituriyentlərin DİQQƏTİNƏ: Kolleclərə ərizə qəbulu sistemi aktiv edildi

    Ümumi təhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün fevral-mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

    Muxalifet - 27-06-2019

  4. Bakıda yük avtomobili və 1 ton kartof yanıb

    Bakıda yanğın qeydə alınıb.
    FHN-dən verilən məlumata görə, şəhərin Qaradağ rayonunda "Ford" markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 1 ton kartof yanıb.
    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 27-06-2019

  5. ​Putin Ərdoğanla görüşəcək

    Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə 29 iyunda görüşəcək.
    Muxalifet.az “Röyters”ə istinadən xəbər verir ki, liderləri Yaponiyanın Osaka şəhərində baş tutacaq G20 sammiti çərçivəsində bir araya gələcək.
    Kremlin mətbuat katibi Yuri Uşakov məlumatı təsdiqləyib.

    Muxalifet - 27-06-2019

  6. Rusiyada dələduzluq edən Yusifov qardaşları qaçib gizləndilər - ONLARI TAPMAQ ÜÇÜN AZƏRBAYCANA GƏLİRLƏR

    Rusiyanın Novıy Urenqoy şəhərində yaşayan Qabil və Malik Yusifov qardaşları dələduzluqda ittiham olunurlar.

    Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, tanınmış iş adamlarından və regionda sayılıb-seçilən şəxslərdən milyonlarla rubl borc toplayaraq, qardaşlar bu günə kimi pulları geri qaytarmaqdan boyun qaçırırlar. Hazırda onların qaçıb gizləndikləri bildirilir.

    Muxalifet - 27-06-2019

  7. Məmurları tənqid etdilər - “32 milyon oğurlamışam da...” - VİDEO

    Əməkdar artistlər Bəhram Bağırzadə ilə Tahir İmanov illərdir vəzifədə olan məmurları tənqid edib.

    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, B. Bağırzadənin instaqram səhifəsində paylaşdığı kiçik videoçarxda T. İmanov vəzifəli şəxs obrazını canlandırıb.

    Muxalifet4 - 27-06-2019

  8. Sumqayıtda 18 yaşlı gənc İTKİN DÜŞDÜ

    Sumqayıtda 18 yaşlı gənc itkin düşüb.
    Muxalifet.az Report-a istinadən xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan Şirinov Fuad İzzət oğlu iyunun 26-da saat 14:30 radələrində işə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

    Muxalifet - 27-06-2019

  9. Zamirə Hacıyevanın gizli şahidindən məhkəmədə ŞOK - Ramil Səfərov məsələsindən Azərbaycana qarşı istifadə edib

    Zamirə Hacıyevanın ekstradisiyası üzrə Azərbaycanın tələbi üzrə keçirilən məhkəmə prosesi davam edir.

    APA-nın London müxbirinin verdiyi xəbərə görə, iyunun 26-da keçirilmiş növbəti prosesə Zamirə Hacıyevanın lehinə gizli şahid gətirilib, o, pərdə arxasından 5 saat ərzində həm Zamirə Hacıyevanın vəkili Hugo Keith, həm də Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolmun suallarını cavablandırıb.

    Muxalifet - 27-06-2019

  10. Azərbaycan ordusunun silahlanmasında dünyanın ən güclü tank əleyhinə raketi - 1.2 METR QALINLIĞINDA ZİREHİ DEŞİR - VİDEO

    Rusiya Müdafiə Nazirliyinin “Zvezda” (“Ulduz”) telekanalı tank əleyhinə idarəolunan “Xrizantema-B” raketinin ilk tətbiqini nümayiş etdirib.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu raket 1 metr 20 santimetr qalınlığında polad bloku deşib və mütləq dünya rekordu vurub. İndiyə qədər heç bir digər tank əleyhinə raketin bu qalınlıqda zirehi dəldiyi qeydə alınmayıb.

     

    Muxalifet4 - 27-06-2019

  11. Oğurlanan milyonluq saat azərbaycanlı məmur oğluna məxsusdur? - RƏSMİ REAKSİYA

    İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt-sterlinq dəyərində saatının oğurlandığı barədə xəbər yayılıb. Bu barədə məlumatı Britaniyanın nüfuzlu “Daily Mail” nəşri dərc edib. Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli isə sosial şəbəkədə sözügedən şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğunu yazıb. C.Həsənli bundan əvvəl bəzi azərbaycanlı məmurların Avropadakı bahalı mülklərii barədə araşdırma materiallar təqdim edib. Və bu materiallar səs-küylü qalmaqallara səbəb olub.

    Muxalifet4 - 27-06-2019

  12. Salyanda yanacaqdoldurma məntəqəsində ölüm

    Salyanda "Hepatit C" xəstəliyindən əziyyət çəkən şəxs küçədə ölüb.
    Muxalifet.az Trend-ə istinadən bildirir ki, hadisə Ələt-Astara-İran avtomobil yolunda baş verib.
    Yolun 63-cü kilometrliyindəki "LukOil" yanacaqdoldurma məntəqəsinə gələn Astara rayon sakini, əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan, "Hepatit C" xəstəliyindən əziyyət çəkən, 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Ağakişi oğlu yanacaqdoldurma məntəqəsində qəfil özünü pis hiss edib və huşunu itirib.

    Muxalifet - 27-06-2019

  13. ​“Lotu Quli”nin Belarus nəzarətçisi həbs edildi - FOTO

    Belarusun paytaxtı Minskdə “Kandıba” ləqəbli qanuni oğru həbs edilib. Lent.az-ın Rusyia KİV-ə istinadən verdiyi məlumata görə, “Kandıba” quldurluqda və zorlamada ittiham olunur. Bildirilir ki, “Kandıba” bundan əvvəl 3 dəfə məhkum edilib. O, Belarus kriminalitetinin “Xaç atası” sayılan Aleksandr Kuşnerovun (“Saşa Kuşner”) sağ əli sayılırdı. “Saşa Kuşner” onu Belarusa nəzarətçisi təyin etmişdi. Yayılan xəbərə görə, Aleksandr Kuşnerov bunu “Lotu Quli”nin tapşırığı ilə etmişdi.

    Muxalifet - 27-06-2019

  14. Azərbaycanın yeni milyarderi Zaur Mişiyev - Məşhur şirkəti aldı

    Moskvada məşhur “Mosxoztorq” mağazalar şəbəkəsinin nəzarət səhm paketi “Falcon Home Distribution” şirkətinə keçib. “Qafqazinfo”nun “Vedomosti” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın hüquqi şəxslərin qeydiyyatı Reyestrinin məlumatında verilib.

    Bildirilir ki, mağalar şəbəkəsinin 50,5 faizi Bolqarıstanın paytaxtı Sofiyada qeydiyyatdan keçmiş “Falcon Home Distribution” şirkətinin mülkiyyətindədir. Həmin şirkətin sahibi isə Azərbaycan vətəndaşı Zaur Mişiyevdir.

    Muxalifet - 27-06-2019

  15. DTX rəisinin Qarabağ döyüşlərindəki görüntüləri yayıldı - VİDEO

    Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi. Bu təyinat günlərdir müzakirə olunur. Təhlükəsizlik məsələləri üzrə eskpert, bir vaxtlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl modern.az-a açıqlamasında 2004-cü ildən bəri -15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olunduğunu bildirib.

    Muxalifet - 27-06-2019

  16. Nazirlikdən istilərlə bağlı XƏBƏRDARLIQ - İşlər dayandırılmalıdır

    Yay mövsümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin diqqətinə çatdırır ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən, zəruri tədbirlərin görülməsi təmin edilməlidir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

    Muxalifet - 27-06-2019

  17. "AzərEnerji" ASC-dən videoçarxlı xəbərdarlıq yayıldı - VİDEO

    “AzərEnerji” ASC videoçarxla müşaiyət olunan xəbərdarlıq yayıb. Xəbərdarlıqda deyilir ki, yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə məftillərdən hər iki tərəfə 110 kV-luq xətlərdə 20 metr, 220 kV-luq xətlərdə 25 metr, 330 və 500 kV xətlərdə 30 metr məsafədə tikinti aparmaq, əraziləri çəpərləyib hərəkəti məhdudlaşdırmaq, xətlərin altında yem, saman,  odun yığmaq, ocaq və ya tonqal qalamaq, tarla və zəmiləri, o cümlədən taxıl sahələrini biçindən sonra yandırmaq qanunla qadağandır.

    Muxalifet - 27-06-2019

  18. "MTN işində zərərçəkən daha bir iş adamı hakim qarşısında

    Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkən kimi tanınan daha bir iş adamının məhkəməsi başlayıb. O, mənimsəmədə ittiham edilir.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 179-cu (mənimsəmə) maddəsi ilə ittiham edilən Kabulov Əşrəf Rafael oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Muxalifet - 27-06-2019

  19. Eks-nazir Fazil Məmmədovun vəziyyəti necədir? - AÇIQLAMA

    İki gün əvvəl yenidən səhhəti pisləşən sabiq vergilər naziri Fazil Məmmədov Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib. Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Məsələ ilə bağlı Unikal.org-a Fazil Məmmədovun yeznəsi, Binəqədinin sabiq başçısı Xaləddin İsgəndərov açıqlama verib. O bildirib ki, Fazil Məmmədov xəstəxanaya qastrit diaqnozu ilə daxil olub: "Xəstəxanaya yerləşdiyi gün, Fazil müəllimin səhhətinə ciddi problem var idi. Əməliyyat olundu. Həkimlərin səyi nəticəsində, hazırda səhhətində yaranan problem aradan qaldırılıb. Dünən axşam evə buraxılıb.

    Muxalifet - 27-06-2019

  20. ​DİQQƏT: Paytaxtda bu yol bağlandı

    Paytaxtın Rəşid Behbudov küçəsindən Süleyman Rəhimov küçəsinə girişdə təmirlə əlaqədar olaraq 1 zolaq bağlanıb.
    Bu barədə Muxalifet.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
    Sürücülərdən bununla bağlı diqqətli olmaları xahiş edilir.

    Muxalifet - 27-06-2019

Pages